Şənbə günü, 29 mart 2025
     

Azərbaycan Əqli Mülkiyyət Agentliyi əlavə geniş şərhlə çıxış etdi..

Image

“Bakı-Xəbər” qəzetinin və baki-xeber.com saytının 30 oktyabr 2021- ci il tarixli sayında getmiş "Dünya Bankının daha bir hesabatı - xalqımız sərvətlərin formalaşmasında dünyada çox aşağı nəticə göstərdi" başlıqlı məqalə ilə əlaqədar Azərbaycan Əqli Mülkiyyət Agentliyi əlavə şərhlə çıxış edib. Mövzunun aktuallığını, milli və dövlətçilik əhəmiyyətini nəzərə alaraq Agentliyin şərhini olduğu kimi oxucularımıza təqdim edirik.

Dünya Bankı “Millətlərin dəyişən sərvəti 2021: Gələcək naminə  aktivlərin idarə edilməsi” Hesabatını təqdim etmişdir. Hesabat 1995-2018-ci illərə görə dünyanın 146 ölkəsinin yenilənmiş məlumat bazasının və illik rifah göstəricilərinin dərin təhlili əsasında hazırlanmışdır. Hesabatda nəzərdən keçirilən sərvəti yaradan resursların spektri bu gün ən genişidir və özündə dörd göstərici qrupunu birləşdirir. Birinci qrupa bərpa olunmayan və bərpa olunan təbii resurslar  daxildir. Bərpa olunmayan resurslara 14 növ mineral-xammal və mədən enerji daşıyıcıları aiddir. Bərpa olunan resurslar isə əkin sahələri, otlaqlar, odun və meşələr, xüsusi mühafizə olunan təbiət əraziləridir. İkinci qrupa istehsal edilmiş kapital və şəhər torpaqları - infrastruktur, maşınlar, binalar, avadanlıqlar və şəhərlərin əraziləri daxildir. Üçüncü qrupa insan kapitalı daxildir ki, bu da insanın bütün həyatı boyu iş qüvvəsindən əldə olunan iqtisadi fayda baxımından qazancının diskontlaşdırılmış miqdarı kimi ölçülür. Təhsil və kvalifikasiya, həmçinin təcrübə və müxtəlif mərhələlərdə iş qüvvəsində iştirak ehtimalı nəzərə alınır. Dördüncü qrupa ölkənin xarici aktiv və öhdəliklərinin (özəl və dövlət sektoru daxil olmaqla) cəmi kimi hesablanan xalis xarici aktivlər daxildir.

Qeyd edək ki, hesabatda əqli mülkiyyətlə bağlı məsələlərə toxunulmur. İnsan kapitalı göstəricisi isə heç bir formada əqli mülkiyyətin qorunması səviyyəsi ilə bağlı deyil.

Hesabatda adı çəkilən bütün ölkələrin öz tarixi inkişafı, coğrafi mövqeyi, təbii ehtiyatları, milli iqtisadiyyatı, sosial həyat xüsusiyyətləri vardır. Ölkələri bu və digər göstəricilərinə görə təhlil və müqayisə edərkən heç də həmişə düzgün hərtərəfli mənzərəni əldə etmək mümkün olmur. Əhəmiyyətli təbii sərvətlərə malik olan bir ölkəni bu cür sərvətlərə malik olmayan ölkə ilə necə müqayisə etmək olar?! Hesabatda göstərildiyi kimi, Azərbaycan imtiyazlı vəziyyətdə olan ölkədir. Belə ki, ölkəmiz ümumi sərvətdə (neft, qaz, metallar və minerallar nəzərdə tutulur) bərpa olunmayan təbii kapitalın ən yüksək payına malik olan ölkələr arasında reytinqdə İraq, Səudiyyə Ərəbistanı və Küveytdən sonra dördüncü yeri tutur. Hesabatda 1995-2018-ci illər ərzində ölkədə adambaşına düşən ÜDM-in 3 dəfə artdığı qeyd edilmişdir. Həmin dövrdə istehsal edilmiş kapital və insan kapitalı iki dəfədən çox artmış, bərpa olunan təbii kapital isə əvvəlki səviyyədə qalmışdır.

Neft və qaz ölkəmizin əsas sərvətləridir. Bu sərvət onilliklər ərzində çox rasional şəkildə istifadə edilir. Düzgün iqtisadi siyasət “holland xəstəliyi”ndən və onun mənfi nəticələrindən qaçmağa imkan yaratmışdır. Ölkənin “qara qızıl” şəklində bərpa olunmayan təbii kapitalı insan kapitalına çevrilmişdir. Burada ölkə Prezidenti İlham Əliyevin sözlərini sitat gətirmək yerinə düşər: “Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.

Eyni zamanda, təbii resursların satışından əldə olunan gəlirlər milli iqtisadiyyatın şaxələndirilməsinə - qeyri-neft sektorunun artmasına yönəldilir. 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM-in artımı 4,8%, neft-qaz sektorunda 1,4%, qeyri-neft sektorunda isə 6,2 faiz təşkil etmişdir. Yəni bərpa olunmayan təbii kapitalın istehsal kapitalına yenidən bölüşdürülməsi baş verir; yollar, körpülər, idman obyektləri tikilir, sosial infrastruktur yaradılır, şəhərlər abadlaşdırılır və s.. Onu da qeyd etmək lazımdır ki, 2014-cü ildən başlayaraq istehsal kapitalının yığımı müşahidə olunur və “multiplikator effekti” adlanan bu proses müəyyən dövrdə ölkə iqtisadiyyatının keyfiyyət artımını verəcək.

Hesabatda qeyd olunur ki, təhlil edilən dövrdə ölkənin bərpa olunan resursları əvvəlki səviyyədə qalır. Yəni bu təbii resursların planlı şəkildə doldurulması baş verir; meşələr salınır, təbiəti mühafizə zonaları genişləndirilir, Xəzər dənizinin ekosistemi yaxşılaşdırılır. Təbii ki, resursların əhəmiyyətli hissəsi insan kapitalına, insanların rifah halının yaxşılaşdırılmasına yönəldilir; təhsilin səviyyəsi, işçilərin kvalifikasiya və intellektual səviyyəsi və əhalinin maddi rifah halı yüksəlir. Dünya Bankının əvvəlki hesabatı ilə müqayisədə insan kapitalı göstəricisinin millətin ümumi sərvətində payının 9 faiz bəndi artması buna sübutdur. Dünya Bankının 2020-ci il “İnsan kapitalı indeksi” hesabatında Azərbaycan üçün bu göstərici 0,58-ə bərabərdir. Bu, bu gün doğulan uşaqlar üçün gələcəkdə 58% optimal sağlamlıq və tam təhsil almaq ehtimalını bildirir. Azərbaycan üçün indeks orta-yüksək gəlirli ölkələr üçün orta göstəriciyə uyğundur. Dünya Bankının hesablamalarına görə, Azərbaycanın bu indeksi yaxşılaşdırmaq potensialı vardır.

Beləliklə, belə nəticəyə gəlmək olar ki, 1995-2018-ci illər dövründə istehsal kapitalının və insan kapitalının artımı, habelə bərpa olunan təbii kapitalın əvvəlki səviyyədə saxlanması Azərbaycanın zəngin olduğu əsas resursun – bərpa olunmayan təbii kapitalın rasional, ölçülüb-biçilmiş və qənaətcil istifadəsi hesabına həyata keçirilmişdir.



VİDEO

SON XƏBƏRLƏR

29.03.2025 / 23:53
Rusiyadan Sudja qaz stansiyasını darmadağın edən hücumla bağlı şok iddia - 2 böyük Qərb ölkəsinin əli var…

29.03.2025 / 23:35
Almanlar Qəzzada soyqırıma qarşı etiraz aksiyası keçirdi

29.03.2025 / 23:04
Myanmadakı zəlzələnin gücü ilə bağlı şok açıqlama - 334 atom bombası…

29.03.2025 / 22:09
WSJ: “Pentaqon rəhbəri xarici həmkarları ilə görüşlərə qohum-qardaşını da aparır”

29.03.2025 / 20:05
Prezident İlham Əliyev Ramazan bayramı münasibəti ilə paylaşım edib - FOTO

29.03.2025 / 18:37
Ukrayna rəsmisi ABŞ-ın yeni saziş təklifini müharibə təzminatına bənzətdi - sanki onlarla müharibə aparmışıq…

29.03.2025 / 17:57
CHP növbədənkənar seçki tələbi ilə imza toplama kampaniyasına başladı...

29.03.2025 / 17:55
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik etdi

29.03.2025 / 17:53
Prezident İlham Əliyevlə və Ərdoğan arasında telefon danışığı olub

29.03.2025 / 17:52
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdi

29.03.2025 / 17:48
Trampın komandası “Rusiyanı qələbəyə ABŞ-ı isə məğlubiyyətə aparır”

29.03.2025 / 17:41
Putinin Ukraynada “Zelenskisiz idarə etmə” təklifini BMT qeyri-ciddi saydı

29.03.2025 / 17:30
Ömər Çelik: İfadə azadlığı sionist senzurasının qurbanı oldu

29.03.2025 / 17:28
Ermənistan İran-ABŞ danışıqlarının platformasına çevrilmək istəyir

29.03.2025 / 17:27
Tramp administrasiyası gülləni öz ayağına sıxdı

29.03.2025 / 17:19
Türkiyənin Vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik etdi

29.03.2025 / 17:15
Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO/YENİLƏNİB

29.03.2025 / 17:07
Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi

29.03.2025 / 16:55
Ərdoğan Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik etdi

29.03.2025 / 16:55
"Fransa Martinikanın milli kimliyini məhv etməyə yönəlmiş assimilyasiya siyasəti aparır" - Luici Bule

29.03.2025 / 16:47
"Müstəmləkə sistemi xalqları fundamental hüquqlardan məhrum edir" - Boneyrin hüquq müdafiəçisi

29.03.2025 / 16:43
Abbas Abbasov: "Bizim bütün addımlarımız beynəlxalq hüquq çərçivəsində baş tutur"

29.03.2025 / 16:38
Viktor Maamaatuaiahutaru: "Biz istəyirik ki, mübarizəmiz gələcək nəsillərə ötürülsün"

29.03.2025 / 16:34
"Müstəmləkə rejimlərinə qarşı mübarizəni dəstəkləməyə davam edəcəyik" - Abbas Abbasov

29.03.2025 / 16:30
Jan Jakob Bisep: "Qvadeluplular illərdir, ana dillərində təhsil ala bilmirlər"

29.03.2025 / 16:27
Bakıdan beynəlxalq təşkilatlara çağırış edildi - müstəmləkədən əziyyət çəkənlərə dəstək olun...

29.03.2025 / 16:23
"Korsika xalqı Parisin müstəmləkə siyasəti səbəbindən yox olma təhlükəsi ilə üzləşir" - “Nazione”nin nümayəndəsi

29.03.2025 / 16:18
Bakıda Fransa müstəmləkəçiliyinin ağır nəticələrinə həsr edilən sərgi açılıb - FOTO

29.03.2025 / 15:31
“Melissa Group” tikinti şirkətinin əməkdaşı və ekskavotorun sürücüsü həbs edildi

29.03.2025 / 15:23
Məhkəmə “Melissa Group”un rəhbəri Qalib Məmmədovun həbsinə qərar verdi...

29.03.2025 / 15:07
"Kanak xalqı Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsini davam etdirəcək" - Jan Batis

29.03.2025 / 14:50
Azərbaycan XİN Myanma və Tailandda baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verdi

29.03.2025 / 14:11
"Fransa təkcə təbii sərvətlərimizi deyil, milli dəyərlərimizi də məhv edib" - Dominik Monte

29.03.2025 / 13:56
Polis Nəsimidə maşın qaçıran şəxsi saxladı

29.03.2025 / 13:44
Bakıda Kanakidə qanunsuz həbs edilənlərə həsr olunmuş fləş-mob keçirildi - FOTO

29.03.2025 / 13:26
ABŞ-dan Suriyada olan vətəndaşlarına təcili xəbərdarlıq: Dərhal ölkəni tərk edin

29.03.2025 / 13:23
Qəzzanı boşaltmaq üçün hər yola əl atırlar...

29.03.2025 / 13:10
"Fransa Korsikaya qarşı müstəmləkə cinayətlərini etiraf etməlidir" - Fransua Benedetti

29.03.2025 / 13:07
BTQ ilə Qvadelupanın ...Xalq Birliyi arasında memorandum imzalandı

29.03.2025 / 12:50
"Fransanın müstəmləkəçilik siyasəti xalqların milli-mənəvi dəyərlərini məhv edir" - Mariya İzabella Saliqa

29.03.2025 / 12:42
"Müstəmləkə altında olan 15 ərazi ilə sıx əməkdaşlıq qurmuşuq" - Abbas Abbasov

29.03.2025 / 12:33
Konfrans iştirakçısı: "Fransanın kolonial siyasəti nəticəsində kanakların sayı 40 faiz azalıb"

29.03.2025 / 12:15
“Black Bird Group”:- Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində Rusiya müdafiəsini yarıb

29.03.2025 / 12:09
İstanbulda saxlanılan 74 etirazçı üçün 3 ilə qədər həbs tələb edildi

29.03.2025 / 12:04
SEPAH ad çəkməsə də növbəti dəfə ABŞ-ı təhdid etdi

29.03.2025 / 12:04
“Neftçi” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Sabah”a qarşı

29.03.2025 / 12:03
Kişinyov məhkəməsi Qaqauziya Muxtar Vilayətini 20 sutka başsız qoydu

29.03.2025 / 11:35
Prezident İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim etdi - FOTO

29.03.2025 / 11:22
Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM

29.03.2025 / 11:20
Prezident İlham Əliyev Şəfiqə Məmmədovanı 80 illik yubileyi münasibətilə təbrik etdi

29.03.2025 / 11:16
"Həkimlər atamı öldürüblər" - Maradonanın oğlundan ŞOK İDDİA

29.03.2025 / 11:10
İsveçli jurnalist İstanbulda həbs olundu

29.03.2025 / 11:01
Britaniyalılar ŞOKDA - məxfi sənədlər zibil qabından tapıldı!

29.03.2025 / 10:40
Bu ölkədə zəlzələ qurbanlarının sayı 1000 nəfəri ötür...

29.03.2025 / 10:36
Türkiyəli müğənni bu şəxsin 4 illik həbsini tələb edir!

29.03.2025 / 10:30
İlon Mask bu şirkətini 33 milyard dollara satdı

28.03.2025 / 23:45
İrandan Trampın müzakirə təhdidinə sərt cavab - Yaxın Şərq od tutub yanacaq, bazalar vurulacaq…

28.03.2025 / 23:11
Ukrayna ordusunda döyüşən İran vətəndaşı ilginc açıqlamalar yaydı...

28.03.2025 / 21:12
BAMF BMT-də Ermənistandan deportasiya olunan və Qarabağda münaqişədən təsirlənən uşaqlardan danışdı

28.03.2025 / 19:38
İstanbulda Şişli bələdiyyəsinin sədr müavini də həbs edildi

28.03.2025 / 19:01
ABŞ və İsrailə gözdağı verən İran yeni yeraltı “raket şəhəri”ni təqdim etdi

28.03.2025 / 18:09
Fransanın həbs etdiyi kanaklı siyasi məhbusların ailə üzvləri Bakıdan beynəlxalq təşkilatlara çağırış etdi...

28.03.2025 / 17:17
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi

28.03.2025 / 16:29
Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya ilə Fransa arasında danışıqlarda vasitəçilik təklif etdi

28.03.2025 / 16:21
“Corsica Libera” partiyasının nümayəndəsi Bakıda Fransanı yıxıb sürüdü - bu bəşəriyyətə qarşı cinayətdir

28.03.2025 / 15:32
ABŞ Ukraynanın yollarına, limanlarına, neft və qazına da nəzarəti tələb edir...bir həftə vaxt verilib...

28.03.2025 / 15:07
Yasamalda iki nəfər 3 kiloqram narkotiklə yaxalandı

28.03.2025 / 14:16
Sarıcalı kəndinə birinci mərhələdə 203 ailənin köçürüləcəyi açıqlandı...

28.03.2025 / 12:56
Bakıda Əjdərbəy və Təzəpir məscidlərində bayram namazının vaxtı açıqlandı

28.03.2025 / 12:49
Avropa Birliyi Mərkəzi Asiyanı Rusiyanın əlindən alır- 4 apreldə nələr olacaq?...

28.03.2025 / 12:09
Putin Ukraynada "Zelenskisiz idarə" modeli təklif etdi...

28.03.2025 / 12:05
Xamneyi Trampa çox "tərs cavab məktubu" yazdı - ...mümkün deyil"...

28.03.2025 / 12:00
Makron Avropanın işlərini "dəstələyib əlinə almaq" üzrədir.. ABŞ - Ukrayna "torpaq sazişi" pozula bilər, Fransa yeni iddiadadır....

28.03.2025 / 11:46
“Melissa Group” -un sahibi saxlanılıb

28.03.2025 / 11:08
Əməkdar artistin sağlamlığında problem yaranıb - həmkarlarından paylaşım...

28.03.2025 / 11:03
5 avtomat silahı, 1 qumbara aşkar edilib - polisdən AÇIQLAMA

28.03.2025 / 10:51
Əkrəm İmamoğlunun vəkili Pəhlivan da saxlanıldı

28.03.2025 / 10:50
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümüdür

28.03.2025 / 00:26
Məşhur rus oliqarx həbs edildi - Moşkoviç 356 milyon dollarlıq dələduzluqda ittiham edilir...

27.03.2025 / 23:36
Putindən Avropaya Tramp xəbərdarlığı - Qrenlandiya ilə bağlı ciddi planları var…

27.03.2025 / 23:10
"Onlar siyasi meyitlərdir" - Simonyan keçmiş prezidentləri "topa tutdu"

Prezidentin bölgə səfərləri ölkəni gücləndirir...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456