Çərşənbə axşamı günü, 29 aprel 2025
     

Cənnətdə 40-cı gün və ya and yerinə dönən torpaq... - FOTO

Image

Aprel qələbəsinin davamı kimi İyul döyüşlərindən sonra da Azərbaycan xalqı, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız bir daha milli birlik, ordumuza, əsgər və zabitlərimizə həmrəylik nümayiş etdirdi.

Avqustun 22-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçumuz Novruzov Anar Gülverdi oğlunun vəfatının 40-cı günü idi.

Qeyd edək ki, iyulun 14-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimizin nəşi doğulduğu ünvana gətirilib, Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatın məsul işçiləri, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və sakinlər tərəfindən şəhidin məzarı ziyarət olundu, xatirəsi anıldı, məzarı üstünə əklillər qoyuldu, gül dəstələri düzüldü və ruhuna dualar oxundu.

Ziyarət zamanı koronavirusa qarşı zəruri profilaktik tədbirlər görülür, dezinfeksiya işləri aparılır, müvafiq qoruyucu tibbi vasitələr paylanırdı.

Eyni qaydada ictimaiyyətin nümayəndələri karantin qaydalarına əməl olunması şərtlərini gözləməklə səhər saatlarından başlayaraq mərhələli şəkildə ziyarətdə iştirak etdilər. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin ailəsinə, yaxınlarına başsağlığı verdi. Şəhidin ailəsi də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq etdilər.

And yerinə dönən torpaq!

Hər qırmızı qərənfildə al qanı var şəhidlərin,
Yaz qoxulu, yaz ətirli gül ələnir məzarına.
Hər sabahın şəfəqində nur payı var şəhidlərin –
Zərrəsindən alov saçır, nur çilənir məzarına...

40 gün əvvəl on minlərlə masallılının 178-ci şəhidini gül-çiçəklə, üçrəngli bayraqlarla qarşılamağa toplaşdığı – Aprel və İyul döyüşlərinin qəhrəmanı Anar Novruzovun boya-başa çatdığı Ərkivan qəsəbəsinin Abbaslı məhəlləsindəyəm. Şəhidin yaşadığı evə gəlmişəm. Darvazanın yanında, hasarın kənarında abadlıq aparılmış kiçik bir ərazi diqqətimi çəkir. Məlumatlanıram ki, burada igid eloğlumuzun ruhuna hörmət əlaməti olaraq guşə yaradılacaq, Rəssamlıq Akademiyasının tələbələri Akşin və Müstəqil Ağayev qardaşlarının hazırladıqları şəhidin büstü qoyulacaq. Qürurverici, alqışalayiq təşəbbüsdür. Sanki bu an ürəyimdən kövrək bir hiss baş qaldırır: Anar hər birimizin qəlbində öz əbədi heykəlini ucaltdı. O, qanı ilə xoş sabahlara köklənən istəkləri, ümidləri cücərtdi…

Həyətə daxil oluram. Şəhidin qardaşları Sücəddin və Hidayət, oğlu Nihad, qohumu Subhan Şiriyev və digər yaxınları ilə görüşürəm. Ailə üzvlərinə başsağlığı verir, belə ağır gündə onları narahat etdiyimə görə üzr istəyirəm.

Öyrənirəm ki, Novruzovlar ailəsində 10 uşaq böyüyüb – 3 oğul, 7 qız. Zəhmətsevər ailənin başçısı Gülverdi kişi (1932-2004) uzun müddət rayonda bərbər kimi çalışıb. Qəhrəman ana Firuzə xanım (1936-2017) isə evdar qadın olub. Sücəddin, Hidayət, Anar, Nəfisə və Sevanə ali təhsilə yiyələniblər. Hamısı ev-eşik, ailə sahibidir...

Gəlişimin məqsədini bildirirəm. Razılıqdan sonra Nihad mənə bələdçilik edir. Onunla birgə evə qalxıb şəhid atasının şəxsi əşyaları toplanan otağına baxırıq. Masanın üzərinə səliqə ilə yığılmış sənədləri, təltifləri, qalaq-qalaq şəkilləri diqqətlə nəzərdən keçirirəm. Bir daha əmin oluram ki, əsl həqiqətdə Anar Novruzov gələcək nəsillərə -vətənpərvər, dövlətinə və xalqına sadiq gənclərimizə örnək, müqəddəs və şərəfli həyat yoluna sahib qəhrəmanlarımızdandır.

O, 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Ailənin sonbeşiyi olan Anar C.Cabbarlı adına kənd orta məktəbini (Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi) əla qiymətlərlə qurtarıb. 1993-cü ildə Bakı Neft Texnikumuna (indiki Neft-Energetika Kolleci) daxil olsa da 6 aydan sonra işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti ilə Orduya yazılıb. Sonra təhsilini davam etdirib. 1999-cu ildə Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıtda Vətənə xidməti borcunu ödəyib. 2016-cı ilin Aprel döyüşlərində şücaətlə iştirak edərək qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub. Türkiyədə mükəmməl peşəkar təlim keçib. 25 ildən artıq hərb sahəsində çalışıb. Siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinə kimi yüksəlib. Şəkillərdən aydın görünür ki, hündür boylu, sağlam bədənli Anar sanki hərb üçün doğulub. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindənmənimsəyib. Snayperdən atdığı dəqiq atəşlə onlarca düşmən əsgər və zabitini məhv edib. Ona nahaq yerə AQS-17 silahının “atası” adı verilməyib. “Akula” ləqəbli kəşfiyyatçı düşmənlərin kabusuna çevrilib. Özünün dediyi kimi, ermənilərə od qoyub, lap əfsanəvi “Mixaylo” kimi... Hətta onu öldürənə pul mükafatı da ayırıbmışlar.

Döyüş dostlarının dediyinə görə tabeliyində olan əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit çətin məqamlarda yüz ölçüb-bir biçməyi üstün tutarmış. Xidməti ərzində heç kimdən təmənna ummayıb...

A.Novruzov müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, ictimai-siyasi və mənəvi-psixoloji hazırlıqda yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib. Amma ən dəyərli ölümlə mükafatlanan Anar kimi Azərbaycanımızın qəhrəmanlıq tarixini yazanların keçdiyi şərəfli yol ümidlə, həsrətlə yaşayan doğmalarına təsəllidir, desək yanılmarıq.

2003-cü ildə ailə həyatı qurub. Toy mağarına “Vağzalı” musiqisi əvəzinə “Azərbaycan əsgəri” marşının sədaları altında daxil olub, “Qarabağ şikəstəsi” ilə məclisi yekunlaşdırıb. Bilmirəm, təsadüfmü, yoxsa ... Anarın şəhid olmasının 40-cı günü həyat yoldaşı Nazilənin, 3 gün sonrakı tarix isə şəhidin toy günü tarixi idi.

“Çətinlik də, xoş günlər də görmüşük. Deyib-gülən, zarafatcıl idi. Onunçün hər şeydən əvvəl Vətən qarşısında xidməti borc dururdu. Hər dəfə evə gələndə cəbhədə atəşkəs rejiminin pozulduğunu eşidəndə bir yerdə qərar tutmur, hərbi hissəyə qayıtmağa tələsirdi. Elə sonuncu dəfə evə gələndə də belə oldu. Səhhətindəki problemə məhəl qoymadan, müalicə almadan döyüşə qatıldı.” -deyərək, Nazilə xanım kövrəlir. Bir müddət keçdikdən sonra əlavə edir: -Xidmətilə əlaqədar onu çox sorğu-suala tuta bilmirdik. Narahat olmamağımız üçün çox şeyi bizdən gizlədərdi. Elə Aprel döyüşlərində yaralanmasını, bir neçə gün hospitalda müalicə almasını da sonradan bildik. Çox zaman məzuniyyətə gələndə qəsəbədəki Şəhidlər xiyabanına, ya da məhəllə qəbiristanlığına gedər, haqq dünyasına qovuşanları ziyarət edərdi. Son dəfə, 26 iyun Silahlı Qüvvələr günündə evə gələndə isə Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan kapitan Mühüd Orucovun doğulub boya-başa çatdığı Qazax rayonunun Fərəhli kəndindəki məzarını ziyarətə getdi. Şəkil də çəkdirmişdi.

Otağa bir neçə nəfər daxil olur. Anar haqqında nəsə deyəcəkləri var, deyə, düşünürəm və yanılmıram da.

- Mənə ilk hərbi geyimi dayım alıb. Hərb sənətini seçməyimizlə fəxr edərdi. Bu gün biz onunla fəxr edirik. Mayor Anar Novruzov ölməyib, o, yenə də xidmətdədir. Bu xidməti biz davam etdiririk,-deyə, Səbirə qürurla ifadə edir.Afaq onun fikrini tamamlayır: “Hər dəfə bizə gələndə süfrə arxasında dua edib deyərdi ki, Allah köməyimiz olsun, qətiyyətli mövqedə duran Prezidentimizi qorusun, Ali Baş Komandanımız tezliklə döyüş əmri versin, dövlətimizin qüdrətini, xalqımızın birliyini işğalçı düşmənə layiqincə nümayiş etdirək, torpaqlarımızı geri qaytaraq.”

Məmmədova bacıları deyir ki, Nazilə hər zaman dayımıza mənəvi dayaq olub. Ona görə də Anar həmişə evdən, uşaqlardan arxayın olub. O da ailəsinə heç vaxt güldən ağır söz deməyib.

Söhbətə şəhidin digər bacısı qızı Könül Qənbərova davam edir: – Hazırda müəllim işləməyimə baxmayaraq vaxtilə mən də hərbçi olmaq istəyirdim. Dayımın timsalında bu sənətə marağım artmışdı. Lakin boyumun qısalığı bu istəyimə nöqtə qoydu... Anar dayım uzun müddət hərb sahəsində uğurlu fəaliyyəti ərzində qazandığı dost-tanışdan öz şəxsi məqsədi naminə yararlanmağı sevməz, özünü digər insanlardan fərqləndirməyi xoşlamazdı. Amma ailənin sosial problemləri heç də az deyildi. Hətta nə vaxtsa bunu ona qınaq edərkən cavabında deyib ki, vaxt gələcək elə bir evə sahib olacağam ki, hər kəs onun kölgəsinə yığışacaq. Hidayət müəllimin oğlu Ramal onun sözünə təkan verir: ”Təhsil aldığı illərdə, xidmət etdiyi müddətdə, həmişə başımızı uca edib əmim. Bu gün də həmçinin. Mən və iki bibim qızı Anarın davamçılarıyıq, hər üçümüz hərbçiyik. Düşmənlərimiz də bilir:Gec-tez şəhidlərimizin qisasını alacağıq!”

...İndi hər kəs şəhidin ömür-gün yoldaşı Nazilə xanıma təskinlik verməyə çalışır. Lakin bütün bunlara rəğmən onun sızlayan qəlbini ovutmaq elə də asan deyil. İndi Novruzovların yaralarını sağalda biləcək yalnız bir təskinlik var – Anar Vətən yolunda şəhid olub, ən uca zirvəyə ucalıb. Bəli, bu Anarın taleyidir. Müharibə dövrü olmasına, 25 ildən artıq xidmət etməsinə baxmayaraq o döyüş meydanından geri çəkilmədi. İrəliyə, gələcəyə inamla, ümidlə baxdı. Əbədiyaşarlıq qazanmağa can atdı və buna nail oldu. Övladları da atalarının arzusunu göyərtmək niyyətindədirlər. 13 yaşlı Nihad hərbi-həkim, onbirinci sinif şagirdi Firuzə isə isə polis olmaq istəyir. Bu gün Anarı bütün xalq tanıyır, onunla fəxr edir. Qürurluyuq ki, sinəsini Vətənə sipər edən Anar Novruzov sağlığında düşməndən intiqamını aldı.

Bu gün hər birimiz təskinlik tapırıq ki, igid eloğlumuzun uyuduğu bu müqəddəs məkan, bir parça torpaq bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib.

Bu gün hər bir masallılı qürurludur ki, xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazdı Anar. Hər bir ərkivanlı fəxr edir ki, uluların bizə miras qoyduğu torpaqlarımız uğrunda son damla qanına kimi vuruşub, müqəddəslik zirvəsini fəth etdi Anar. Novruzovlar ailəsinin ümid çırağını yandırmağa müvəffəq oldu. Nə ölümdən qorxdu, nə də düşməndən...

Akif AĞAYEV
Masallı



VİDEO

SON XƏBƏRLƏR

29.04.2025 / 19:09
Məktəblərdə elektron gündəlik, elektron jurnal və elektron lövhələr...

29.04.2025 / 18:54
Pezeşkian Ermənistanın Naxçıvana yol verməsinə ikibaşlı yanaşdı - “beynəlxalq hüququ pozmursa...”

29.04.2025 / 18:53
Siyasi partiya sədrlərinin birgə səfərlərinin növbəti ünvanı Laçın şəhəridir

29.04.2025 / 18:40
Saxta erməni “genosid” abidəsinin üstündə 29 il əvvəl başladılmış siyahıya daha 2 şübhəli ad yazılacaq...

29.04.2025 / 18:36
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradıldı

29.04.2025 / 18:26
Azərbaycanla İran çoxdan "unudulmuş" bir sahə üzrə də əməkdaşlığa başlayır...

29.04.2025 / 18:12
Tramp Putinə inamını itirməyə başlayır - "onun mülki obyektləri vurmasına səbəb yox idi"...

29.04.2025 / 18:06
Ceyhun Bayramov britaniyalı naziri Ermənistanın mina təhdidi barədə məlumatlandırdı

29.04.2025 / 17:58
"Bakıda xristian abidələri dağıdılır, xristianlar öldürülür, tarix silinir" - Qərbdən yalanların sonu gəlmir...

29.04.2025 / 17:45
“Araz”la yüksələn “Oba”nın nağılı…

29.04.2025 / 17:32
Tramp Krımın başında Zelenski ilə tələ qurduqlarını nümayiş etdirir - hansı tələdir?...

29.04.2025 / 17:23
XİN AŞ komissarını qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə çağırdı

29.04.2025 / 17:19
Azərbaycan-İran əlaqələrinin yeni istiqamətlərinin anonsu verildi...

29.04.2025 / 17:14
Azərbaycan XİN-dən Avropa Şurasının komissarına sərt cavab - gedin AŞ ölkələrində bunları araşdırın...

29.04.2025 / 17:06
Avrobonda görə Azərbaycanın 1,4 milyard manat xarici borcu yaranıb...

29.04.2025 / 17:02
Prezident İlham Əliyev Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət etdi

29.04.2025 / 16:55
"Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu" - Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs

29.04.2025 / 16:47
Azərbaycanın Almaniya və Fransadakı səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifələri ləğv edildi

29.04.2025 / 16:32
Vüqar Rəhimzadə: Azərbaycan-İran əlaqələri ölkələrimizin və bölgənin inkişafı baxımından böyük önəm kəsb edir

29.04.2025 / 16:24
Bakıda psixotrop tərkibli həb satan şəxslər saxlandı

29.04.2025 / 16:15
Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edildi

29.04.2025 / 16:10
Naxçıvanda içməli su təminatının artımına dair əsas və digər icraçı qurumların yerləri dəyişdirildi - SƏRƏNCAM

29.04.2025 / 15:57
Bakıda “Artıq ikili standartlar yoxdur: QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzusunda müzakirələr aparılıb

29.04.2025 / 15:35
Bakıda “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” mövzusunda müzakirə aparıldı

29.04.2025 / 15:30
Azərbaycanda ICESCO-nun regional ofisi yaradılır

29.04.2025 / 14:40
DİN-dən daha bir yenilik... Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - VİDEO

29.04.2025 / 14:31
"Azərbaycan kimi ölkələrin bizə yardımı Qərbin maraqlarına ziddir" - Nigerli Forum iştirakçısı

29.04.2025 / 14:25
İran prezidentinin Bakı səfəri, səsləndirdiyi bəyanatlar erməniləri dəli etdi

29.04.2025 / 14:21
İmamoğlu həbsdə qalsa, Mənsur Yavaş namizəd, İmamoğlu isə baş nazir olacaq

29.04.2025 / 14:10
“İçərişəhər” ərazisində avtomobili sürətlə sürən şəxsin əraziyə girişi qadağan edildi

29.04.2025 / 13:52
"Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisindən qovulmuş 300 minə yaxın əhali birləşir" - Əziz Ələkbərli

29.04.2025 / 13:36
"Azərbaycanın Qlobal Cənub QHT Platformasına sədrliyi mühüm prosesin başlanğıcını göstərir" - QHT Koalisiyasının rəhbəri

29.04.2025 / 13:21
"Bölgələrdə həkim çatışmazlığı var, tibb işçiləri əsasən Bakıda toplaşıblar" – Nazirlik rəsmisi

29.04.2025 / 13:10
Путин проиграл, но признать не может - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

29.04.2025 / 12:53
"Azərbaycan ədalətli inkişaf məsələlərini prioritet hesab edir" - Ərəb Platformasının prezidenti

29.04.2025 / 12:36
Deputatdan 65 yaşına çatan tibb işçiləri ilə bağlı təklif...

29.04.2025 / 12:06
Pezişkian Azərbaycan səfərini əməkdaşlıq üçün yeni üfüqlərin açılmasında müqəddimə adlandırıb

29.04.2025 / 12:01
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb - Şabranda ucuz, Gəncədə baha...

29.04.2025 / 11:37
Əli Əsədov vəkillərlə bağlı qərar imzalayıb

29.04.2025 / 11:24
Zelenski Putinin atəşkəs təklifini rədd etdi

29.04.2025 / 11:17
"Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması vacibdir"

29.04.2025 / 11:10
Diaspor gəncləri Xankəndiyə toplaşacaq

29.04.2025 / 11:04
Bank kartlarından daha 12 min manatdan çox pul oğurlandı

29.04.2025 / 11:03
Azərbaycanın işğalı... Tarix öyrətmir, cəzalandırır! - CANLI

29.04.2025 / 11:00
Trampın impiçmenti Konqresə təqdim edildi

29.04.2025 / 10:34
“Neftçi”dən 1600-cü qol!

29.04.2025 / 10:25
Siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə növbəti birgə səfəri həyata keçirilir

29.04.2025 / 10:25
Rubio Lavrovu müharibəni dərhal bitirməyə çağırdı

29.04.2025 / 10:18
"Güzəştə gedib barmağınızı uzatsanız, bütün qolunuzu ələ keçirəcək" - ÇİN-dən ABŞ açıqlaması

29.04.2025 / 10:17
Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub - FOTO

29.04.2025 / 10:12
64 yaşlı kişi pilləkəndən yıxılıb öldü

29.04.2025 / 10:06
İcazəsiz Həccə gedənləri 5 min dollar cərimə və 10 illik deportasiya gözləyir!

29.04.2025 / 10:00
Maskdan Çin xəbərdarlığı - "bu böhranla üzləşəcək"

29.04.2025 / 09:34
Sumqayıtda qadın ərini bıçaqlayıb

29.04.2025 / 09:25
Çempionlar Liqasında ilk yarımfinal oyunu - PSJ "Arsenal"a qarşı

29.04.2025 / 09:22
Qızıl dükanları milyardlarla manat vergidən qaçır... Necə?

29.04.2025 / 09:16
Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb

29.04.2025 / 09:10
İngilislərdən ŞOK QADAĞA - Çin maşınlarında iş barədə danışmayın...

29.04.2025 / 09:04
Fransa mediasından yanğında ölən 3 türk körpəyə qarşı İYRƏNC HƏRƏKƏT!

29.04.2025 / 09:00
Britaniyaya miqrant axını güclənir - kiçik qayıqlarla keçənlərin sayı rekord həddə çatıb...

29.04.2025 / 08:48
Nigeriyada bomba dolu 2 avtomobil partlayıb, 26 nəfər ölüb

29.04.2025 / 08:35
MTK-ların daha bir dələduzluğu açılır - evi ucuz sökür, baha satırlar...

29.04.2025 / 08:28
“Rusiya həqiqətən sülh istəyirsə, atəşi dərhal dayandırmalıdır" - Ukraynadan AÇIQLAMA

29.04.2025 / 00:06
İran Prezidenti Bakıda Azərbaycanca şeir oxudu - VİDEO

28.04.2025 / 22:34
Pezeşkian İlham Əliyevlə görüşdə hələ çox dartışılacaq bir fikir dedi- "Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər....."

28.04.2025 / 22:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidentinin Azərbaycana səfərindən görüntülər paylaşılıb - VİDEO

28.04.2025 / 21:37
Azərbaycanda 1300 illik məscid təhlükəyə düşüb...

28.04.2025 / 21:22
ABŞ Panama və Süveyş kanallarında, Azərbaycan Zəngəzur dəhlizində bunu edə bilər...

28.04.2025 / 21:17
Məhkəmədə Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı barədə videomateriallar nümayiş etdirildi - FOTO

28.04.2025 / 21:12
İran Prezidenti Pezeşkian Bibiheybət məscidində... - FOTO

28.04.2025 / 21:09
Türkiyə parlamentinin assuriyalı deputatı ermənilərdən də pis danışdı - nə 3 milyon?...

28.04.2025 / 20:55
Kallasın bu sözlərinin Bakı-İrəvan sülhünə müsbət təsiri şübhə doğurur...

28.04.2025 / 20:41
Bakı Qlobal Cənubun haqq mübarizəsinə yeni struktur bəxş... etdi...

28.04.2025 / 20:27
Dünya QHT-nin üçdə ikisi Azərbaycanın ideyasını dəstəklədi...

28.04.2025 / 20:15
"İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər" - Pezeşkian

28.04.2025 / 20:14
Çinlə “Kəmər, yol” layihəsi üzərində Azərbaycanın maraqlı biznes planları var...

28.04.2025 / 20:01
Dünya mediası Kallasın Bakıdan İrəvana getməməsinə xüsusi vurğu etdi...

28.04.2025 / 19:47
Çindən Azərbaycana ildə azı 1,5 milyon turist gələ bilər...

28.04.2025 / 19:46
"Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir" - Prezident

28.04.2025 / 19:41
Nəslimizin tarixi – Səməd bəy və Əhəd bəyin hekayəsi

28.04.2025 / 19:34
Rus səfir saxta genosidi Rusiya və Ermənistanın "ümumi tarix məsələsi" adlandırdı...

Məktəblərdə elektron gündəlik, elektron jurnal və elektron lövhələr...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011