Çərşənbə axşamı günü, 8 aprel 2025
     

Dədə yurdlarımızda dağıdılmış muzeylərimiz... - FOTO

Image

Müasir dövrdə hər kəsə məlumdur ki, Muzey - tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisədir.

Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyil. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, XX əsrin sonlarında Azərbaycan muzeylərinə tətbiq edilən erməni vandalizmi nəticəsində muzeylərimiz çox ciddi zərər görüb. Belə ki, Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan ərazilərindən 23 muzey, 4 Dövlət Rəsm Qalereyasını dağıdaraq, oradan 102 757 muzey eksponatı, 376 rəsm əsəri; Bundan başqa 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyalarının bir qismi ermənilər tərəfindən məhv edildi, digər bir qismi isə qənimət kimi ələ keçirilərək Ermənistan Respublikasına, oradan da 3-cü ölkələrə daşındı. Hətta Azərbaycan muzeylərindən oğurlanan eksponatların xarici ölkələrdə alver predmetinə çevrilməsi haqqında məlumatlar var.

Buna misal olaraq, 1993-cü ildə Laçın rayonunun tarix və diyarşunaslıq muzeyindən aparılmış gümüş əl çantasının ermənilər tərəfindən Londondakı "Sothebychr("39")s" auksionunda 80.000 ABŞ dollarına satılmasını göstərmək olar.

Bütün bu faktlar Beynəlxalq Hüququn norma və prinsipləri ilə tərs mütənasinlik təşkil edir. «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasının müddəalarına zidd olaraq, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərindən 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri və s.-nin bir qismini düşünülmüş şəkildə dağıdaraq məhv etdi, digər qismini isə (xüsusən xristianlıq dövrü abidələri) təmir edtmək bəhanəsi ilə mənimsədi. Belə ki, onlar faktiki olaraq bərpa etmək bəhanəsi ilə Qafqaz Albaniyası dövrü xristian abidələrinin tarixlərini dəyişdirməklə onların ermənilərə məxsusluğu barədə uydurma təbliğat aparırlar.

Bu əməli ilə Ermənistan Respublikası “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda  təsbit edilən müddəalarını pozur.

İşğal olunmuş Azərbaycan ərazilərində  qalan 23 muzeyin 8-i  Şuşa şəhərində fəaliyyət göstərirdi. Onlardan Dövlət Qarabağ Tarixi Muzeyi,  peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Mövsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Şuşa tarix muzeyi, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeylərinin eksponatları qarət edilərək Ermənistana aparılıb.

Ağdam Çörək muzeyi dünyada ikinci, SSRİ-də isə birinci və yeganə çörək muzeyi idi. Bu muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər mövcud olub. Muzeyin özünün çox maraqlı tarixçəsi var. Belə ki, şəhərin tam mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman olub. Müharibənin ağır illərində bu dəyirman Ağdamın yeganə çörək təknəsinə çevrildiyindən, ora müqəddəs bir məkan kimi baxır, ona toxunmağı yolverilməz hesab edirdilər. Sonradan bu dəyirmanın çörək muzeyi kimi fəaliyyət göstərməsi ideyasını hamı müsbət qarşılayır. Məşhur taxılçı akademik İmam Mustafayev həmin dənələri özünün zəngin taxıl kolleksiyasından digər nümunələrlə birlikdə gətirib muzeyin dəyərini xeyli artırdı. Yüzə qədər xalqın çörək nümunələri əldə edildi. Leninqrad blokadasının iştirakçısı olmuş bir rus qadını muzeyin sorağını eşidəndə ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş yüz əlli qramlıq çörək payını gətirib muzeyə verdi. Kosmonavt şəhərciyindən çörək nümunələri göndərildi. Muzeyə qısa müddətdə iki minə yaxın taxıl nümunəsi toplandı. Amma çox təəssüflər olsun ki, istila vaxtında bu sərvət darmadağın edildi.

Kəlbəcər tarix-diyarşünaslıq muzeyi də məhv olan mədəni irs siyahısındadır. İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu muzey abidəsi 1980-ci illərin əvvəllərində yaradılıb. Muzeyin həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib, divarlarda da bir muzey yaradılıb. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü At və Qoç heykəlləri nümayiş edilirdi. Burada ”Bəzir daşı" deyilən iki qədim abidə nəzərə çarpırdı. Dəyirman daşlarından 10 dəfə böyük olan bu bəzir daşlarını qoşqu vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmışlar. Deyilənə görə, bu yağlardan yaman şişlər müalicə olunurmuş. Mütəxəssislər və ziyarətçilər Kəlbəcər tarix-diyarşünaslıq muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırıblar. O vaxtlar Bolqarıstan, Hindistan, Çin, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən çox alimi Kəlbəcər muzeyinin eksponatları ilə tanış olub, orada araşdırmalar aparıb. Hazırda muzey və eksponatları mövcud deyil, Kəlbəcərdən əldə edilən məlumatlara görə, ermənilər tərəfindən bütünlüklə məhv edilib.

Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyi də bu rayonun tarixi, mədəniyyəti barədə məlumat ala bilmək üçün vizit kartı rolunu oynayıb. Muzey 1980-ci ildə fəaliyyətə başlayıb və rayon mərkəzində yerləşib. Orada 6000-ə yaxın eksponat qorunub saxlanılırdı. Bura müxtəlif növ xalçalar, kilimlər, palazlar, müxtəlif mis və gümüş qablar, nimçə, dolça, xurcunlar, gümüş xəncərlər və XVIII əsrə aid Zəngilan kəndlərindən birinin kənd həyatının maketi daxil olub.

Xalqlar Dostluğu Muzeyi 1987-ci ildə Zəngilan rayon Yuxarı Yeməzli kəndində fəaliyyətə başlayıb. Muzeydə xalqlar dostluğunu əhatə edən fotoşəkillər, Süsən dağında olan mağaradan tapılmış daş muncuqlar, müxtəlif növ xalçalar, kilimlər, palazlar, müxtəlif mis və gümüş qablar, xurcunlar, gümüş xəncərlər və digər eksponatlar qorunub saxlanırdı.

Zəngilan rayon Daş Heykəllər Muzeyi isə 1989-cu ildə fəaliyyətə başlayıb. Orada qoç heykəlləri, at fiqurları, müxtəlif dövrlərə aid daş abidələr mövcud olub.

Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. Oradakı eksponatlardan heç birini xilas etmək mümkün olmayıb. Ancaq hazırda muzey Sumqayıt şəhərində fəaliyyət göstərir, orada sonradan toplanan bir sıra eksponatlar nümayiş etdirilir.

 

Ermənistan  tərəfindən işğal  edilmiş  ərazilərdaə qalan Muzeylər və eksponatların sayı haqqında məlumat cədvəli:

 

S№

Adı

Eksponatların sayı

 

1

Tarix Diyarşunaslıq muzeyi

22591

Xankəndi şəhəri

2

Şuşa tarix muzeyi

5000

Şuşa şəhəri

3

Ü.Hacıbəyovun ev muzeyi

300

Şuşa şəhəri

4

Bül-Bülün ev muzeyi

369

Şuşa şəhəri

5

Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin Şuşa filialı

 

163

Şuşa şəhəri

6

Qarabağ Dövlət Tarix Muzeyi

500

Şuşa şəhəri

7

Qarabağ Ədəbiyyat Muzeyi

10000

Şuşa şəhəri

8

Mir Möhsün Nəvvabın ev Muzeyi

100

Şuşa şəhəri

9

Tarix Diyarşunaslıq muzeyi

2000

Ağdam şəhəri

10

Çörək muzeyi

694

Ağdam şəhəri

11

Qurban Pirimovun xatirə muzeyi

700

Ağdam şəhəri

12

Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi

500

Ağdam şəhəri

13

Tarix Diyarşunaslıq muzeyi

2290

Ağdərə şəhəri

14

Tarix Diyarşunaslıq muzeyi

5000

Füzuli şəhəri

15

 Xalq Tətbiqi Sənəti Muzeyi

800

Füzuli şəhəri

16

Tarix Diyarşunaslıq muzeyi

3200

Hadrud şəhəri

17

Tarix Diyarşunaslıq muzeyi

3000

Qubadlı şəhəri

18

Tarix Diyarşunaslıq muzeyi

5000

Laçın şəhəri

19

Sarı Aşığın xatirə muzeyi

500

Laçın rayonu Güləbird kəndi

20

Tarix Diyarşunaslıq muzeyi

32000

Kəlbəcər şəhəri

21

Tarix Diyarşunaslıq muzeyi

2000

Cəbrayıl şəhəri

22

Tarix Diyarşunaslıq muzeyi

6000

Zəngilan şəhəri

23

Daş muzey

50

Zəngilan şəhəri

 

Cəmi:

102 757

 

 

Ermənistan  tərəfindən işğal  edilmiş  ərazilərdə qalan Dövlət Rəsm Qalereyaları və oradakı eksponattların sayı haqqında məlumat cədvəli:

 

S№

Adı

Eksponatların sayı

 

1

Dövlət Rəsm Qalereyası

90

Şuşa şəhəri

2

Dövlət Rəsm Qalereyası

62

Qubadlı şəhəri

3

Dövlət Rəsm Qalereyası

50

Laçın şəhəri

4

Dövlət Rəsm Qalereyası

174

Xankəndi şəhəri

 

 Cəmi eksponat

 376

 

 

Faiq İSMAYILOV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

08.04.2025 / 17:08
İran-ABŞ danışıqlarının yeri və tarixi açıqlandı - “razılaşma olmasa, İran böyük təhlükə ilə üz-üzə qalacaq”

08.04.2025 / 16:53
DTX terrorçuluğu maliyyələşdirən 3 nəfəri saxladı - məhkəmə başladı

08.04.2025 / 16:48
Trampdan Avropanı şoka salacaq addım - Şərqi Avropadakı ABŞ əsgərləri geri çəkilir...

08.04.2025 / 16:29
ABŞ konqresmeni ukraynalıları seçkilərdə Zelenskiyə səs verməməyə çağırdı – o ərazilər Rusiyaya verməlidir...

08.04.2025 / 16:11
"İrəvan Azərbaycanın şərtlərini qəbul etməyənə qədər Türkiyə Ermənistan istiqamətində heç bir müsbət addım atmayacaq" - Çağrı Erhan

08.04.2025 / 16:05
London meri Fitr bayramıyla bağlı müraciətində İsraili tənqid etdi

08.04.2025 / 15:38
Microsoft da İsraili tənqid edən işçilərini cəzalandırdı

08.04.2025 / 14:56
QAİ-dən Avropa Şurasının ali komissarına çağırış - gedin Ermənistanda bunları araşdırın...

08.04.2025 / 14:23
Yeni tədris ilindən məktəb avtobusları fəaliyyətə başlayacaq - Nazir açıqladı

08.04.2025 / 14:01
Ближний Восток или Европа: где взорвётся миропорядок? Беседа с политологом Русланом Айсин - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.04.2025 / 13:57
Ceyhun Bayramov Əbu-Dabidə İsrailin xarici işlər naziri ilə görüşü

08.04.2025 / 13:45
Qaçaqmalçılara rüşvət müqabilində himayədarlıq edən gömrükçülər həbs edildi...

08.04.2025 / 13:36
Bir gündə vətəndaşların bank kartlarından 66 min manat oğurlandı - DİN-dən çağırış etdi...

08.04.2025 / 13:35
Tramp mifi əriyir...

08.04.2025 / 13:22
2030-cu ilə qədər Qarabağ bölgəsində 150 ​​minə yaxın iş yeri açılacaq...

08.04.2025 / 13:06
Tramp bunu da etdi: - Ad günündə hərbi parad keşirəcək

08.04.2025 / 13:02
"ADA Siyasi Forumu iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq" - Hafiz Paşayev

08.04.2025 / 12:58
Yeni xəttin istismara verilməsi işləri davam etdirilir

08.04.2025 / 12:54
Çin Trampa təslim olmaq fikrində deyil

08.04.2025 / 12:53
Netanyahu Vaşinqtonda da Qəzzalıların köçürülməsindən danışdı

08.04.2025 / 12:44
Məmmədbağır Əliyev “Şərəf” ordeni ilə təltif edildi

08.04.2025 / 12:32
Vətəndaşları şantaj edən baş redaktor və redaktor həbs edildi

08.04.2025 / 12:05
Maşınını səkidə saxlayanlara XƏBƏRDARLIQ - 60 manat və 2 bal CƏRİMƏ...

08.04.2025 / 11:47
Xankəndidə ADA Universitetinin 7-ci Siyasi Forumu start götürüb

08.04.2025 / 11:38
Hökumətə qarşı minlərlə israilli etiraza qalxdı

08.04.2025 / 11:33
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - YENİLƏNİB

08.04.2025 / 11:30
Hakan Fidan İsraili məsuliyyətli olmağa çağırdı

08.04.2025 / 11:23
Bu gündən Bakıdakı bağçalarda yerdəyişməsi müsabiqəsi başlayır

08.04.2025 / 11:18
Trampın tarif siyasəti Maskı da vurdu

08.04.2025 / 11:08
62 yaşında qayadan yıxılıb öldü...

08.04.2025 / 11:04
Netanyahunun siyasəti Türkiyə ilə qanlı savaşa aparır - CANLI

08.04.2025 / 11:01
Tramp ABŞ ordusuna 1 trilyon dollar ayırdı

08.04.2025 / 10:58
XİN Ağdaban qətliamının 33-cü ildönümü ilə bağlı paylaşım etdi - FOTO

08.04.2025 / 10:36
"Real" "Arsenal"a, "İnter" "Bavariya"ya qarşı

08.04.2025 / 10:26
Tariflərə görə Maskla Tramp arasında münasibətlər soyudu

08.04.2025 / 10:20
Trampın diqqət çəkən “Ərdoğan” açıqlaması

08.04.2025 / 10:18
TƏBİB-in Çağrı mərkəzinə cari ilin ilk rübündə 32 mindən çox müraciət daxil olub

08.04.2025 / 10:12
"Rusiyanın Ukraynanı bombalamasından xoşum gəlmir"

08.04.2025 / 10:06
Tramp Iranla “çox böyük görüş” elan etdi

08.04.2025 / 10:00
Ceyhun Bayramov Abdullah bin Zaid Əl Nəhayyan ilə görüşüb

08.04.2025 / 10:00
“Aİ ABŞ-a zərər vermək üçün yaradılıb” - ABŞ prezidentindən AÇIQLAMA

08.04.2025 / 09:33
Yas yerində evin eyvanı uçub - 5 nəfər xəsarət alıb

08.04.2025 / 09:31
Abşeronun bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

08.04.2025 / 09:27
Dmitriyevin atası Ukraynada yaşayır

08.04.2025 / 09:23
Ölənin kredit borcunu övladlarından alırıq, toplanmış pensiya kapitalını övladlarına vermirik... Təklif...

08.04.2025 / 09:21
Ağ Evdə ÇAT - Mask Trampa qarşı

08.04.2025 / 09:11
Borclu olanların ölkədən çıxışı barədə yeni qayda hazırlanır

08.04.2025 / 09:06
Bu ölkədə baş prokuror prezidentin həbsini tələb edir...

08.04.2025 / 09:00
ABŞ Ali Məhkəməsi Trampa dəstək çıxdı

08.04.2025 / 08:49
Bu gecə Kəlbəcərdə zəlzələ olub

08.04.2025 / 08:38
Pullu parklanma yaxşı - ancaq AYNA "parklanma xaosu" yaradır...

07.04.2025 / 22:21
Avropa İttifaqı ABŞ-a qarşı cavab rüsumları tətbiq edəcək

07.04.2025 / 22:18
Ermənistanda doğum səviyyəsinin azalması fevral ayında da davam etdi

07.04.2025 / 21:30
İpə-sapa yatmayan Kreml yenə şərt irəli sürdü

07.04.2025 / 21:21
Tramp Çini 50% -lik əlavə rüsumla hədələdi

07.04.2025 / 21:21
Fidan nə demək istədi - Türkiyə Avropanı ABŞ-dan ayrılmağa təşviq edir?..

07.04.2025 / 21:19
Çin ABŞ-dan qaz idxalını dayandırdı

07.04.2025 / 21:14
David Babayandan etiraf: "Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi" - MƏHKƏMƏ + FOTO

07.04.2025 / 21:07
ABŞ-Rusiya barışığı Ermənistan iqtisadiyyatını çökdürür...

07.04.2025 / 20:49
Qazaxıstan və Türkmənistan Türk Kiprinə qarşı təhlükəli addım atdı...

07.04.2025 / 20:34
Ermənistan hakimiyyətinin bu qərarı da Rusiyaya təsir etmədi...

07.04.2025 / 20:19
İlham Əliyevin Pakistan səfərinə qarşı Ermənistanda hazırlıqlar başladı...

07.04.2025 / 20:04
Qaçaq Süleymanın Səttarxan hərəkatında böyük yeri var...

07.04.2025 / 19:51
ABŞ və İsrail İranda bu yerləri vuracaq - Tehran qonşu ölkələrdən başladı...

07.04.2025 / 19:43
David Babayan: "İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı"

07.04.2025 / 19:36
Müxtəlif növ istehlak kreditləri tam fərqli faizlərlə verilir - Mərkəzi Bank bunu normal sayır?...

07.04.2025 / 19:30
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırıldı

07.04.2025 / 19:25
İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirildi

07.04.2025 / 19:23
Türk Dövlətləri Təşkilatında dağıdıcı təzahürlər başlayıb - Qazaxıstan, Türkmənistan və Macarıstanın jestləri...

07.04.2025 / 19:09
Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

07.04.2025 / 18:55
“Kollektiv öz səhvini düzəldərək filmdən Buzovna adını sildi” - Mirzə Ağabəyli

07.04.2025 / 18:46
Müttəhim general Ermənistanın Qarabağda basdırdığı minanı markasına kimi etiraf etdi…

07.04.2025 / 18:44
Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq

07.04.2025 / 18:44
Respublikaçılar Ukraynaya yardımın kəsilməsini istəyir

07.04.2025 / 18:32
Nazirliyin elmi institutlarının birləşdirilməsi nəyi dəyişə bilər...

07.04.2025 / 18:20
Qardaş xalqlar ədəbiyyatı - özbək ədəbiyyatı...

07.04.2025 / 18:18
Ermənistan XİN-in "900 xəritə yalanı" onu hərbi cinayət məsuliyyətindən qurtara bilməz...

07.04.2025 / 18:06
Avroittifaqın Gürcüstanda çevriliş planı ifşa edildi - QHT-lərə bunun üçün pullar verilir...

07.04.2025 / 17:57
BOKT-larda "qızıl ehtiyatları" hansı yollarla əldə edilir?..

07.04.2025 / 17:50
Müraciətlərin çox olduğu məktəblərə qəbul zamanı kimlərə üstünlük tanınacağı açıqlandı

07.04.2025 / 17:44
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu

Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011