Cümə günü, 23 may 2025
     

Paşinyanın “Miatsum sərsəmləməsinə” Azərbaycanın rəsmi cavab reaksiyalarında dəqiq məqamlar...

Image

Ermənistanın Baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində “Qarabağ Ermənistandır”, “miatsum” kimi sərsəm bəyanatlarla çıxış etməsi  Azərbaycanda ciddi rezonans doğurub. Paşinyanın həmin addımına rəsmi dairələr sərt reaksiya verib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Azərbaycan dövləti və xalqı Ermənistanın işğalçılıq və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünü pozması ilə heç vaxt barışmayacaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək.

Ardınca Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistan Baş nazirinin 5 avqust tarixində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nın açılışında çıxış edərək, reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir.

Rəsmi reaksiya ilə yanaşı, müstəqil qurumlar, politoloqlar, siyasətçilər də Paşinyanın son addımlarına sərt reaksiya veriblər. Həmin reaksiyaların sırasında hətta Azərbaycanı radikal addımlar atmağa səsləyən də olub. Bu xüsusda tez bir zamanda Azərbaycanın hərbi əməliyyatlara başlamasının, danışıqlar prosesindən çıxmasının zəruri olduğu vurğulanıb. Ancaq Azərbaycanın verdiyi rəsmi reaksiyalardan görünür ki, yeri gəlsə, bütün həmin variantlar da nəzərdən keçirilə bilər. Bu baxımdan da maraqlıdır, Azərbaycanın Paşinyanın son “miatsum” sərsəmləməsinə verdiyi cavabı qənaətbəxş saymaq olarmı?

Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Azərbaycanın son davranışları çox doğrudur: “Qeyd edim ki, Ermənistanın siyasi səriştəsiz, təhlükəsizlik proseslərində təcrübəsiz, populist  Baş naziri və komandası ölkəsində hər keçən gün daha çox nüfuz itirir.

Küçələrdən hakimiyyətə gəlmiş Nikol Paşınyan və komandasının dövlət aparatının idarəçiliyi  elə küçədə etirazçı kütlə liderinin idarəçiliyidir. Kütlənin idarə olunmasına yarayan populizm dövlət idarəçiliyinə yaramır. Bu isə, yuxarıda qeyd etdiyim kimi, Paşinyana hər keçən gün daha çox nüfuz itkisi gətirir. Sosioloji araşdırmalar və sorğuların nəticəsi belədir ki, inqilabın əvvəlində Paşınyanın arxasınca gedən kütlə belə xəyal qırıqlığına uğrayıb və artıq sıravi erməni vətəndaşa aydındır ki, ölkəni səriştəsiz və boşboğaz bir Baş nazir idarə edir.

Belə olan halda, Paşınyan və komandasının, özündən əvvəlki sələflərinin də hər çətinliyə düşərkən istifadə etdikləri köhnə manevrə, Azərbaycanla müharibə mövzusuna əl atır”.

Ekspert hesab edir ki, birmənalı olaraq qeyd etmək lazımdır ki, hazırda Azərbaycanla müharibə bütün risqlərə rəğmən, Nikol Paşınyan üçün komandasını və daxili auditoriyanı sakitləşdirmək və gözünü qorxutmaq üçün arzu etdiyi bir məqamdır: “Bununla Baş nazir cəmiyyətdəki,  komandadaxili etirazları sakitləşdirmək və beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq məqsədini güdür: “Bu üç - cəmiyyət, hakim komanda və beynəlxalq ictimaiyyət məqamından sonuncu ikisinin üzərində xüsusi dayanmaq istəyirəm.

Birincisi, hakim komanda - İnqilab sonrası formalaşdırdığı komandasında çoxluğun təmsilçiliyi və bu qruplar arasında balans manevri üzərində uzunmüddətli plan quran Paşınyanın son aylar komandasında balansa nəzarət edə bilməməsi sezilir. Qrup daxilində Baş nazirin həyat yoldaşının komandası adlandırılan qərbpərəst, Soros uşaqlarının oliqarxiya və rusiyayönümlü qüvvələrlə biznes mövqe və maraqlar üzərindən mübarizəsi aydın sezilməkdədir. Bu qrupdaxili gərginliyin aradan qaldırılması üçün bir neçə günlük müharibə Paşınyana müvazinətini saxlamağa kömək edəcək.

Beynəlxalq ictimaiyyət adlandırdığımız qrup üçün isə Qərb ölkələri, USAİD, OSCE, Avropa Birliyi, ŞT və s. kimi təşkilatlarda son illər aktiv, Paşınyan hökuməti ilə isə astronomik sürətlə mövqe itirən Ermənistan üçün bu təşkilatlarda Azərbaycanın bu uğurlu fəaliyyətinin dayandırılması üçün şantaj məqsədli müharibə göydəndüşmə bir məqam olacaq və bu üzdən Paşınyan torpaq itkiləri hesabına olsa belə, müharibə etməkdə maraqlıdır. Məsələn, keçən il may ayının 20-28-i tarixlərində Naxçıvanın Günnüt ərazilərində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən döyüşləri və s. xatırlatmaq kifayətdir.

Gəlirik Azərbaycanın reaksiyası, daxili müharibə çağırışları və bunu edən dairələrin məqsədləri və s. Öncəliklə Paşınyanın sərsəmləmələrinə Azərbaycan hökuməti ən yüksək səviyyədə cavab verir və bu proses davam edir. Azərbaycan XİN-i və Prezident Administrasiyasının Xarici məsələlər üzrə şöbəsi Azərbaycan Prezidentinin və hökumətinin Dağlıq Qarabağ konfliktinin  həlli strategiyasına uyğun olaraq mövqe sərgiləyirlər. Bu proses beynəlxalq hüquqa, ərazi bütövlüyümüzün bərpası və milli maraqlara uyğun olaraq, sistemli şəkildə regiondaxili digər siyasi, iqtisadi təhlükəsizlik maraqlarının müşayiətilə diplomatik riçaqlarla həll mərhələsindədir. Bu o demək deyil ki, Azərbaycan prosesi ancaq diplomatik rıçaqlarla davam etməkdə maraqlıdır. Azərbaycanın konfliktin hərbi yolla həlli seçimi mövcuddur, bunun üçün onun hərbi potensialı və siyasi nüfuzu kifayət edir. 2016, 2018-ci illərdə olduğu kimi, Ermənistanin daxili auditoriyasını sakitləşdirmək üçün atdığı təxribatlara Azərbaycan Ordusunun qətiyyətli cavabı buna nümunədir.

Gəlirik Azərbayandaxili müxalif siyasi və radikal qrupların, hibrid alətlər kimi tanıdığımız müxalif səhifələr və ya xarici kəşfiyyatlara bağlılığı şübhə doğurmayan blogerlərin bu mövzu ətrafında spekulyasiyası mövzusuna. 2016-cı ildə erməni mediasının xəbərlərini tirajlayan, Cocuq Mərcanlı və Günnüt əməliyyatlarının uğuruna şübhə salmağa çalışan qüvvələrin Paşinyanın sərsəmləmələrinin ətrafındakı psevdovətənpərvərliyi anlaşılandır. Xüsusilə 90-cı illərdə sərhəddə müharibə zamanı öz hakimiyyətini qorumaq üçün ordunu sərhəddən ölkənin digər hissələrinə çəkən hökumətdə təmsil olunan müxalifətçilərin bu mövzuda canfəşanlığı səmimi deyil. Paşinyan və ya digər erməni hökumətləri bu qüvvələrin hakimiyyəti dövründə Dağlıq Qarabağda möhkəmlənmiş və işğal siyasətini uğurla yürütmüşlər. Azərbaycan cəmiyyəti də, biz də bu "psevdopatriot" və "psevdoqəhrəmanların" “şücaətinə” bələdik”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

23.05.2025 / 23:23
"Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi" - Hikmət Hacıyev

23.05.2025 / 22:14
Ermənistan baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib - FOTO

23.05.2025 / 21:37
“Lavrov Ağrıdağın fonunda - Türkiyəyə siqnal, İrəvana sual ünvanladı”

23.05.2025 / 21:34
Tramp 175 milyard dollarlıq “Qızıl gümbəz”lə kimə qarşı müharibəyə hazırlaşır...

23.05.2025 / 21:20
ABŞ-a görə, 907-ci düzəlişin taleyi Bakı-İrəvan sazişindən asılıdır...

23.05.2025 / 21:07
Fransa türmələri ağzınadək dolub, Makron Avropa ölkələrində icarəyə türmə axtarır - biabırçılıq...

23.05.2025 / 20:56
Erməni katalikosu Allahşükür Paşazadəyə həyasızcasına cavab verdi

23.05.2025 / 20:53
Rusiya və Ermənistan yeni təhlükəli Qarabağ oyununa başlamaq istəyirlər...

23.05.2025 / 20:39
“İbrahim razılaşmaları”, ya ABŞ-İsrail-Azərbaycan üçtərəfli sazişi - 907-nin ləğvi haradan keçir...

23.05.2025 / 20:26
Zəngəzur dəhlizi Ermənistandan çox İranı qıcıqlandırır... Səfirin aşırı bəyanatı...

23.05.2025 / 20:24
Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi

23.05.2025 / 20:17
İznikdə Birinci Nikea Şurasının 1700 illiyi qeyd olunub

23.05.2025 / 20:14
"Azərbaycan və Gürcüstan arasında münasibətlər Cənubi Qafqazda sabitləşdirici rol oynayır" - Sahibə Qafarova

23.05.2025 / 20:09
Azərbaycanın üzərinə birbaşa hərbi müdaxilə öhdəliyi götürmüşdü - Ter-Petrosyanın boğazında qaldı...

23.05.2025 / 20:02
Prezident Administrasiyasının nümayəndəsi ADUPDK yanında İctimai Şuranın üzvləri ilə görüşüb

23.05.2025 / 19:55
AMİP kimi bu nümunəni daha hansı partiyalar göstərib?..

23.05.2025 / 19:52
Bakıda TDT daxili işlər nazirlərinin ikinci görüşü keçirildi - FOTO

23.05.2025 / 19:42
Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı

23.05.2025 / 19:41
Ermənistanla Azərbaycan qarşılıqlı olaraq bir-birinin namizədliyini dəstəklədi

23.05.2025 / 19:40
Bakı "İlin şəhəri" seçildi

23.05.2025 / 19:37
Sosial şəbəkələrdə şəkər, psarioz və xərçəngin müalicəsi “tapılıb” - əsl həkimlər nə deyir?..

23.05.2025 / 19:24
İsrail nüvə müharibəsinə başlayır - İran isə onu məhv edəcəyini bildirdi...

23.05.2025 / 19:11
"Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram" - Paşinyan

23.05.2025 / 19:05
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdamda keçirildi - FOTO

23.05.2025 / 18:58
Töhmət almış iki məktəb direktorunun günahı nə idi...

23.05.2025 / 18:44
Şərurlu İsfəndiyar məhkəmələrdə "savadsız adamam" ifadəsini tez-tez səbəbsiz işlətmir, onun hədəfi var...

23.05.2025 / 18:29
Netanyahu Makron və Starmeri HƏMAS-ı dəstəkləməkdə ittiham etdi

23.05.2025 / 18:27
Putin Vatikanı yox, İstanbulu seçdi

23.05.2025 / 18:27
“Keç bizim tərəfə Avropanı birgə ələ keçirək”

23.05.2025 / 18:26
Lavrov İrəvan Üniversitetində qızlara söz atdı

23.05.2025 / 18:24
ABŞ senatoru İmamoğlunun müdafiəsinə qalxdı

23.05.2025 / 18:17
Gürcüstanı həm boğur, həm də onun üstündən Orta Asiyaya yol axtarır - Avropanın istedadsız siyasəti...

23.05.2025 / 18:04
Tramp azərbaycanlı tələbələri də Harvarddan qovacaq - cəmi 6800 tələbə...

23.05.2025 / 17:56
Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək

23.05.2025 / 17:50
Ali Məhkəmənin "əsassız varlanma" qərarı yeni mübahisələrə əsas verdi...

23.05.2025 / 17:37
Rusiya-NATO müharibəsinin vaxtı açıqlandı - Azərbaycan kimin(sə) tərəfində olacaq...

23.05.2025 / 17:24
Qarmonçu Stepanyan şedevr Azərbaycan musiqilərini oğurlaya bilmədi...

23.05.2025 / 17:11
Azad rayonlarda “yaşıl enerji” mənbələri...

23.05.2025 / 16:54
İstanbul Böyükşəhər Bələdiyyəsində 4-cü dalğa həbs əməliyyatına start verildi

23.05.2025 / 16:54
Halit Ergenç və Rıza Kocaoğlu həbs edildi!

23.05.2025 / 16:51
Tramp Cənubi Afrikadakı “ağ soyqırımı” əsaslandırmaq üçün Konqo fotosundan istifadə etdi

23.05.2025 / 16:49
Şirvanda əhalinin su təchizatı belə həyata keçirilir

23.05.2025 / 16:37
Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair interaktiv xəritənin təqdimatı olub - FOTO

23.05.2025 / 16:26
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.05.2025 / 16:12
Rusiya ələ keçirdiyi Ukraynanın Zaporojye atom stansiyasını işə salmağa hazırlaşır…

23.05.2025 / 15:50
Lənkəran Polis Şöbəsi maarifləndirici tədbir keçirdi - FOTO

23.05.2025 / 15:22
Məhkəmədə Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqlədi

23.05.2025 / 15:19
Deputat Milli Məclisdə Elgündən DANIŞDI

23.05.2025 / 15:18
Dosent Faiq Ələkbərli Türkiyədə beynəlxalq simpoziumda məruzə edib

23.05.2025 / 14:43
Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Mehriban Əliyevanı təbrik etdi

23.05.2025 / 14:32
Tatarıstan lideri Prezident İlham Əliyevi təbrik edib

23.05.2025 / 14:20
Prezident Vergi Məcəlləsində dəyişikliyi təsdiqlədi

23.05.2025 / 14:12
Külli miqdarda narkotiki Bakıya gətirmək istəyən narkokuryerlər Yardımlıda yaxalandı

23.05.2025 / 13:55
Gürcüstan Aİ nümayəndəsini Tbilisi Aeroportundan geri qaytardı...

23.05.2025 / 13:48
Məleykə Abbaszadə bəzi təhsil ekspertlərini yıxıb sürüdü - pul qazanmaq xatrinə...

23.05.2025 / 13:20
Qazaxıstandan vurulan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - tədqiqat mərhələsindəyik...

23.05.2025 / 13:08
Почему армяне не любят Пашиняна? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.05.2025 / 12:55
"Erməni millətçiliyi və “bizimkilər” - yeni kitabı...

23.05.2025 / 12:47
Ali təhsil müəssisələrinə qəbul üçün müsabiqə şərtlərinin balı açıqlandı

23.05.2025 / 12:39
"Bəziləri Apelyasiyaya yazır ki, mənim səhvimi düz hesab edin" - Məleykə Abbaszadə

23.05.2025 / 12:25
Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşdü

23.05.2025 / 12:12
Tramp məşhur Harvard Universitetini Çinə casusluqda ittiham etdi və qadağalar qoydu...

23.05.2025 / 12:08
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib

23.05.2025 / 11:57
Kaya Kallas Belqradda Vuçiçi küncə sıxdı - "inana bilmirəm ki, belə bir adamla"...

23.05.2025 / 11:50
Prezident: "Gələcək illərdə TDT daha böyük zirvələrə qalxa bilər"

23.05.2025 / 11:44
Ukraynanın XİN başçısı Putini sərrast vurdu...

23.05.2025 / 11:38
"Ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var" - Prezident

23.05.2025 / 11:26
DİN ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqladı

23.05.2025 / 11:11
Bu günkü ABŞ - İran danışıqları: müharibə yoxsa sövdələşmə? - CANLI

23.05.2025 / 11:02
Prezident İlham Əliyev TDT-nin DİN rəbərlərini qəbul etdi - FOTO

23.05.2025 / 11:01
Türkiyəli müğənni onu təhqir edən izləyicisini həbs etdirdi....

23.05.2025 / 10:50
Putin düyməyə basdı, ordu hərəkətə keçdi - Rusiya Ukrayna ilə sərhəddə bufer zona yaradır…

23.05.2025 / 10:23
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

23.05.2025 / 10:15
Sumqayıtda 2 ədəd "Kalaşnikov" aşkarlandı

23.05.2025 / 10:07
ABŞ daha bir ölkəyə silah satır - 296 milyon dollarlıq MÜQAVİLƏ

23.05.2025 / 10:01
Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23.05.2025 / 09:35
"Atletiko" 50 milyon avroluq futbolçu ilə yeni müqavilə imzaladı

23.05.2025 / 09:25
İtaliyada doğum kəskin azalıb - əvəzində 5 milyona yaxın qoca var...

23.05.2025 / 09:25
Bir müğənninin sözü ilə məktəb direktorunun işdən qovulması pis nümunə ola bilər...

23.05.2025 / 09:18
Ukrayna və Rusiya arasında “1000-ə 1000” formatında əsir mübadiləsi başlayır

23.05.2025 / 09:12
Daha 49 ailə Kəngərliyə köçürüldü

Azad rayonlarda “yaşıl enerji” mənbələri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678