Bazar ertəsi günü, 28 aprel 2025
     

Həmişə yerin görünəcək, Cəlal müəllim!..

Image

Bu gün Azərbaycan xalqının yetişdirdiyi nadir və böyük ziyalılarımızdan biri - akademik Cəlal Əliyevin doğum günüdür.

Cəlal müəllim təkcə doğum günlərində deyil, hər gün xatırlanmağa haqqı olan, özünə əbədi xatirə qazanmış bir şəxsiyyətdir. Cəlal müəllim hamıya örnək ola biləcək bir həyat yolu keçib.
Mən ondan cox çey öyrənmişəm, həyat dərsi almışam.
O, mətin və qayğıkeş bir şəxsiyyət idi. Mübariz, prinsipial, sərt olduğu qədər də həssas idi.
Həmişə vurğulayırdı ki, yalnız alimin və ziyalının yox, ümumiyyətlə hər kəsin öz yolu olmalıdır. adamın özünəməxsus xarakteri olmalıdır. Onunla xarici səfərlərə getmişəm. Azərbaycanın rayonlarını gəzmişəm, seçiciləri ilə görüşlərində iştirak etmişəm…

Novruz bayramı ərəfəsində anası İzzət xanımın məzarını ziyarət edərdi. Xatırlayıram ki, atası Əlirza kişi ilə birlikdə Naxçıvanın taxıl zəmilərində başaq toplamasından danışarkən gözləri dolurdu. Bəlkə də onun taxılçılığa olan həvəsinin bünövrəsi həmin vaxtlarda qoyulmuşdu.
Cəlal müəllim yaltaq adamları sevməzdi və belələrini yaxına buraxmırdı. Deyərdi ki, insan həyatdakı yerini özü müəyyənləşdirməlidir…

Onun Heydər Əliyevə olan sonsuz sədaqətindən günlərlə, aylarla danışmaq olar.
Bu gün hamı etiraf və qəbul edir ki, Heydər Əliyevin hakimiyyətə qayıdışının əsasında Cəlal müəllimin də qeyri-adi fədakarlığı dayanır. Deyirdi ki, qardaşım olduğu üçün demirəm. Heydər kimi şəxsiyyətlər dünyaya min ildən bir gəlir. Azərbaycan tarixində onunla rəqabət apara biləcək ikinci bir dövlət adamı yoxdur.
Azərbaycan elmində öz məktəbini yaradan Cəlal müəllim həm də kişilik, mərdlik məktəbidir.
40 ilə yaxın tanışlığım dövründə mən Cəlal müəllimi dərindən kəşf etməyə çalışdım. Onun haqqında danışanda həmişə bir həqiqəti təkrarlamaq istərdim:Cəlal müəllim dürüst, fədakar, ədalətli və qorxmaz insan idi. O, həyatının bütün mərhələlərində eyni əxlaq, eyni prinsiplə yaşayıb. Çətinliklərə, məhrumiyyətlərə, haqsizlığa baxmayaraq, ruhdan düşməyib, əqidəsindən bir addım da geri çəkilməyib, O heç kimdən, heç nədən çəkinməyən, qorxmaz, əyilməyən, məğrur bir şəxsiyyət idi.

O hər bir işə vətəndaşlıq yanğısı ilə yanaşırdı. Cəlal müəllim hər şeydən əvvəl böyük vətənpərvər idi. Akademik Vətənini sevən, dövlətinə vicdanla qulluq edən, torpağımıza, respublikamızım suverenliyinə qarşı çıxanlara münasibətdə çox barışmaz olub.
Azərbaycan cəmiyyəti Cəlal Əliyevi ümummilli liderimiz Heydər Əliyevin yaxın silahdaşı, əqidə yoldaşı və mübariz bir insan kimi tanıyır. O bütün qanı və canı ilə dövlətə, dövlətçiliyə, Heydər Əliyevə, Heydər Əliyevçiliyə bağlı olan insan idi. Cəlal müəllim fədakar qardaş, fədakar ictimai xadim idi. Onun Heydər Əliyevə olan münasibəti ilə Azərbaycan uğrunda apardığı əzmkar mübarizə arasında paralellər də aparmaq olar. O həmişə Heydər Əliyevin yanında olub, çətin sınaqlarda və şərəfli dövlət quruculuğunda çiyin-çiyinə mübarizə aparıb. Kiçik qardaş kimi Cəlal müəllim Heydər Əliyevə, onun ailəsinə siyasi mərkəzdən yönləndirilən təzyiqlərə qarşı fərqli bir mövqe nümayiş etdirirdi, iftiralara, yalanlara, təhqirlərə dirəniş göstərən böyük mübarizə cəbhəsi açmışdı. 1987-ci ildə Siyasi Bürodan istefa verəndən dərhal sonra Heydər Əliyevin əleyhinə yönəlmiş kampaniya onun yaxınlarından yan keçməmişdi. Mərkəzi və yerli mətbuatda qərəzli, təhqiramiz yazılar dərc edilirdi. “Pravda”, “Sovet kəndi” və başqa qəzetlərdə Heydər Əliyevə və onun qardaşlarına saysız-hesabsız böhtan yağdırılırdı. Məqsəd aydın idi, Cəlal müəllimi zərərsizləşdirmək, susdurmaq. Görülən tədbirlər Cəlal müəllimi yolundan çəkindirə bilmədi. Onu tanıyanlar deyirdilər ki, Cəlal Əliyev çox cəsarətli şəxsiyyət olub. Heç nədən qorxmayaraq, həmin dövrdə qəzetlərdə yazılan böhtanların qarşısını cəsarətlə alır, bütün təzyiqlərə baxmayaraq, mübarizəsindən geri çəkilmirdi. Cəlal müəllim həyatının bütün mərhələlərini ədalət uğrunda mübarizəyə həsr etmişdi. İstər alim, istərsə də qardaş və hətta ictimai-siyasi xadim kimi Cəlal Əliyev yalnız bir missiyanı yerinə yetirirdi: haqsızlıqla barışmamaq, sınmadan, boyun əymədən yaşamaq. Həmişə dərin inam hissi və yorulmaq bilməyən fəaliyyəti ilə zəngin və qüdrətli Azərbaycan quruculuğunun ön sıralarında olub, ölkəmizin xoşbəxt gələcəyi naminə çalışıb. Ulu öndərimizin tərəfdarları Cəlal müəllimi yeriyən, döyüşən, canlı “Heydər Əliyev mərkəzi”hesab edirdi.

Cəlal müəllim yeganə elm xadimidir ki, Sovet İttifaqı Kommunist Partiyasının rəsmən buraxılmasından xeyli əvvəl Kommunist Partiyasından çıxmaq haqqında qərar qəbul etdi. O, 1991-ci ildə Elmlər Akademiyasının Partiya Komitəsinə ərizə yazaraq, könüllü olaraq partiya üzvlüyündən imtina etdi. Onun yazdığı ərizənin mətni bir daha sübut edir ki, Cəlal müəllim əsl vətənpərvər Azərbaycan ziyalısıdır. O, ərizəsində yazırdı ki, bütün 62 illik ömrü boyu xalqa, vətənə təmənnasız xidmət edib: “Sağlamlığımı, firəvanlığımı, ailəmin səadətini elmə fəda etmişəm. Bəs nəticəsi nə olub? Partiya biletini özünə sipər edən cılız, ləyaqətsiz ünsürlərin təhqir və təqiblərinə məruz qalmışam. Bundan sonra partiyada qalmaq bütün bu cinayətlərdə, vəhşiliklərdə, günahsız qanlarda, xalqın alçaldılmasında iştirakçı olmaq və bu cinayətkar siyasətə tərəfdar çıxmaq deməkdir.
Onu yaxından tanıyanlar bilir ki, Cəlal müəllim çox sadə, hər cür dəbdəbədən, təmtəraqdan uzaq həyat tərzi keçirirdi. Şəxsi mənzili olmadığından, 40 yaşına kimi başqa evlərdə yaşamışdı.
Cəlal Əliyev qayğıkeş və sadə insan, humanist şəxsiyyət kimi də qəlblərdə silinməz iz buraxıb.
Onun böyüklüyü həm də sadəliyində, təvazökarlığında idi. O, imkanı daxilində insanlara qayğı, diqqət göstərib, neçə-neçə alimin, savadlı kadrların köməyinə çatıb, bir çox hallarda haqsızlıqlarla üzləşən elm fədailərinə arxa, dayaq olub, hər cür yardım göstərib, ancaq heç vaxt yaxşılıqlarını dilə gətirməyib, üzə vurmayıb. Azərbaycan elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında bu böyük alimin misilsiz xidmətləri olub. Elmi ixtiraların dünyanın ən nüfuzlu elmi-tədqiqat institutlarında, iri sənaye müəssisələrində tətbiq olunmasında müstəsna xidmətləri var.
Mən onun Fəxri Xiyabandakı məzarını tez-tez ziyarət edir və onunla söhbət edirmiş kimi deyirəm:
Həmişə yeriniz görünəcək, Cəlal müəllim.
Allah Sizə rəhmət eləsin! Biz Sizi heç vaxt unutmadıq...
Doğum gününüz mübarək, Cəlal müəllim!

Rizvan VAHABOV
YAP Siyasi Şurasının üzvü



VİDEO

SON XƏBƏRLƏR

27.04.2025 / 23:50
İrandan səfirliyimizə hücum edən şəxslə bağlı açıqlama - məhkəmə hökmü icra etməyə hazırdır...

27.04.2025 / 20:45
Səudiyyə və Qətər Suriyanın Dünya Bankına olan borcunu öz üzərinə götürdü

27.04.2025 / 20:30
Qazaxıstan 9 may tədbirlərinə qadağa qoydu

27.04.2025 / 20:14
Azərbaycan cüdoçuları Monteneqroda Avropa çempionatını 5 medalla başa vurdu

27.04.2025 / 20:08
Fransızlar Türkiyəyə “gözdağı” vermək üçün gəldilər: “Əsgərlərini itirdilər”

27.04.2025 / 17:04
Tramp Vatikanda Zelenski ilə görüşdə iştirak etmək istəyən Makronu zaldan qovdu

27.04.2025 / 16:55
Prezident İlham Əliyev Pezeşkiana başsağlığı verdi

27.04.2025 / 15:30
İran-Azərbaycan sərhədində atışma - bir sərhəd pozucusu zərərsizləşdirildi, üçü yaxalandı...

27.04.2025 / 15:01
Azərbaycanın Şimal-Cənub dəhlizinə İranda böyük düşmənçilik zərbəsi vuruldu...

27.04.2025 / 14:23
İslam Kərimovun qızının oğurladığı pulların yarım milyardı Özbəkistana qaytarıldı - qız isə...

27.04.2025 / 13:41
Lavrovu Özbəkistanda dediyinə peşiman etdilər

27.04.2025 / 13:24
Əhməd İsmayılov Astana Media Forumunda Evronyus televiziyasına müsahibə verib..

27.04.2025 / 11:27
Leyla Əliyeva Nepal Prezidenti Ramçandra Paudellə görüşüb - FOTO

27.04.2025 / 10:50
Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

27.04.2025 / 10:48
Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidentini təbrik edib

27.04.2025 / 10:32
Azərbaycan XİN İrana başsağlığı verdi

27.04.2025 / 10:15
İmaməddin Xəlilov gümüş, Sabir Zeynalov bürünc medal qazanıb

26.04.2025 / 20:30
Ədalət Partiyasındakı qalmaqalda adı hallanan Meydan Babayev və Mütəllim Rəhimli kimdir?

26.04.2025 / 19:30
Şərurlu İsfəndiyarın deputatlar və alimlərlə döyüşü... - VİDEO

26.04.2025 / 18:55
Kliçko Trampın təzyiqi ilə Zelenskinin ərazi güzəştinə gedə biləcəyini açıqladı – Ukrayna xalqı bunu qəbul etməyəcək

26.04.2025 / 18:12
Ukrayna Kurskda Putinin qələbəsini təkzib edir - vəziyyət ağırdır, ancaq döyüşlər davam edir…

26.04.2025 / 17:38
ATƏT-in baş katibi Minsk Qrupu barədə hələlik konkret söz demədi...

26.04.2025 / 17:26
Gerasimov Putinə raport verdi - Kursk Ukrayna ordusundan tamamilə geri alındı…

26.04.2025 / 17:10
Həccə maraq azalır, kvota dolmur, qiymət isə 6 min dollara qalxır - bunu necə başa düşək...

26.04.2025 / 16:47
Avropa İttifaqı Azərbaycanla yarımçıq buraxdığı prosesi yenidən başlayır...

26.04.2025 / 16:14
İri bankların "pensiya monopoliyasına" son qoyulur...

26.04.2025 / 15:22
İranın Bəndər Abbas limanında güclü partlayış – 300-ə yaxın yaralı var...

26.04.2025 / 15:08
Hindistanla Pakistan arasında toqquşmalar başladı...

26.04.2025 / 14:34
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

26.04.2025 / 14:21
Qondarma “erməni soyqırımı” “qurbanlarının” sayını 3 milyona çatdırmaq istəyirlər

26.04.2025 / 14:05
Fransalı deputat Bakıda mühakimə olunan caniləri siyasi məhbus adlandırdı

26.04.2025 / 13:21
Prezident İlham Əliyev: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"

26.04.2025 / 13:20
"Azərbaycan ilə Çinin bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsəti var" - Prezident

26.04.2025 / 13:12
Prezident İlham Əliyev: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"

26.04.2025 / 13:06
"Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir" - Prezident

26.04.2025 / 13:04
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.04.2025 / 12:57
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib - FOTO/YENİLƏNDİ

26.04.2025 / 12:25
BAMF Kanadanın Baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayımladı

26.04.2025 / 12:22
Kuklaçıların Ankara səfəri uğurla başa çatdı

26.04.2025 / 11:03
Beynəlxalq Məhkəmə Vardanyan və 15 erməni əsilli şəxslə bağlı Ermənistanın iddialarını rədd etdi...

26.04.2025 / 10:15
Bir gündə bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

26.04.2025 / 10:06
Serenay Sarıkayanın yeni serialı bu tarixdə yayımlanacaq

26.04.2025 / 10:00
Ağdaşda "Opel" və VAZ toqquşub, bir nəfər ölüb

26.04.2025 / 09:31
“Beşiktaş” darmadağınla üçüncü pilləyə yüksəldi

26.04.2025 / 09:25
Deputat Rövşən Muradovun kombilərə qarşı kampaniyası uğursuz başladı - dəstəkləyən yoxdur....

26.04.2025 / 09:16
Orbandan Ukrayna AÇIQLAMASI: - "bu, yaxın gələcəkdə baş verməyəcək"

26.04.2025 / 09:09
Ərəbistan nəşri İlham Əliyevin Çin səfərindən yazdı

26.04.2025 / 08:43
"Azparkinq"in fəaliyyətindən narazılıqlar böyüyür...

26.04.2025 / 00:21
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək

25.04.2025 / 23:37
İsfəndiyar Axundov alimlərə qarşı danışanda deputatlar, deputatlar barədə danışanda isə alimlər dillənir... Niyə?..

25.04.2025 / 23:34
Əkrəm İmamoğlu həbsxanadan “bayraq çağırışı”etdi

25.04.2025 / 21:27
Ermənistan 8 dekabr 2023-cü il sazişi ilə rəsmən Avropadan idarə olunur...

25.04.2025 / 21:11
Gah deyir "genosid"i Stalin uydurub, gah da özü saxta genosid sərgisinə gedir - Paşinyan nə istəyir...

25.04.2025 / 21:05
Zərərçəkmiş şəxs: "Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər" - MƏHKƏMƏ +FOTO

25.04.2025 / 20:56
18-ci əsrdə erməni pul sikkələri? - Bu qədər yalan?

25.04.2025 / 20:44
Tramp:-“Rusiya bütün Ukraynanı ələ keçirməməklə “böyük güzəştə gedib”

25.04.2025 / 20:42
Avropa İttifaqı Azərbaycana münasibətdə səhvlərini düzəldir...

25.04.2025 / 20:32
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

25.04.2025 / 20:27
Fransa və Ermənistan Cənubi Qafqazda 2 müharibə variantının ortasındadır...

25.04.2025 / 20:14
AYNA taksi sürücülərinə öyrətmir ki, uzaq məsafələrə də sürmək lazımdır?...

25.04.2025 / 20:00
Məxfi Çin-Avropa danışıqları gedir, Azərbaycan xüsusi rol oynaya bilər...

25.04.2025 / 19:54
Ədalət Partiyasında "veto" qalmaqalı...

25.04.2025 / 19:47
Oljas Süleymenov Azərbaycana mesaj göndərdi - “gec tez Turan olacaq”...

25.04.2025 / 19:41
“Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur” - Ceyhun Bayramov

25.04.2025 / 19:34
Tramp ermənilərin "genosid gözləntisinə" od qoydu...

25.04.2025 / 19:22
Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib - FOTO

25.04.2025 / 19:19
Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

25.04.2025 / 19:06
"Vətən marşı" şeirinin ...məni suçlayanlar yanılırlar" - Asif Rüstəmli

25.04.2025 / 19:03
DİN-in Kollegiya iclasından mühüm fakt - Azalma var.. - FOTO

25.04.2025 / 18:57
Banklarda müştəri böhranı var - Taleh Kazımov iqtisadçılarla müzakirə apardı…

25.04.2025 / 18:45
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

25.04.2025 / 18:43
Əliyev-Netanyahu görüşündə bütün Şərqin taleyi həll oluna bilər - işdə ABŞ və Türkiyə də var...

25.04.2025 / 18:29
Azərbaycan Ermənistanın Avropa ilə "Ümumi təhlükəsizlik" sazişini ifşa etdi...

25.04.2025 / 18:23
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişdi

25.04.2025 / 18:15
Avroparlamentin yunan deputatı Kallasın Bakı səfərinə qarşı çıxdı - Yunanıstanın "qazı azaldılmalıdır"...

25.04.2025 / 18:02
Bakı-Tbilisi-Qars dəmiryolu ilə neft məhsulları daşınacaq...

25.04.2025 / 17:53
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi

25.04.2025 / 17:48
Tramp Zelenskini təkləmək istəyir - kəskin reaksiya: “Krım verilməyəcək”...

25.04.2025 / 17:35
Erməni məsələsi yenidən Rusiya-Türkiyə münasibətlərini poza bilər - Zaxarovadan “350 min erməni” təxribatı...

25.04.2025 / 17:30
Narışkin Bakıda Suriyanın xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşdü

25.04.2025 / 17:28
Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011