Çərşənbə axşamı günü, 8 aprel 2025
     

Erməni işğalında qalan muzeylərimiz...

Image

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində mədəni dəyərlərimizə, mədəniyyət obyektlərimizə də ciddi ziyan dəyib. İşğal altında olan şəhər və rayonlarımızda mövcud olan muzeylər ermənilər tərəfindən dağıdılıb, sərvətləri isə “erməni mədəniyyətinin nümunəsi” kimi Ermənistan muzeylərinə daşınıb.

Məlumdur ki, muzeylərimizdə saxlanan nadir rəsm əsərlərinin, xalçaların, digər toxuculuq məmulatlarının, qədim qabların, müxtəlif növ əşyaların bir qismi həm Ermənistan muzeylərinə daşınıb, bir qismi isə xarici bazarlarda baha qiymətlərə satılıb. 

Ermənilərin işğal altında saxladıqları ərazilərimizdə mövcud olan maddi-mədəni irsimizin indiyədək tam olaraq siyahıya alınmaması narahatlıq doğurur. Ötən illər ərzində nə işğal altında qalan maddi-mədəni irsimizin tərkib hissəsi sayılan muzeylərin siyahısı, nə də eksponat fondu haqqında dəqiq bilgilərlərə rast gəlirik. Ekspertlərin verdiyi məlumata görə, aparılan araşdırmalar zamanı işğal altında olan muzeylərin sayı gah 16, gah da 22 göstərilir. Eksponat fondunun həcmi isə 40 min-100 minarası olduğu deyilir. Əslində isə dərindən araşdırdıqda daha böyük rəqəmlərin olduğu məlum olur. Saytın muzeylər bölümündə verilən məlumatlar bir-birini tamamlamır. Rəsmi rəqəmlərə görə, ümumilikdə, 22 muzey və 40 mindən artıq muzey eksponatı erməni işğalı altında qalıb.

Ekspertlər bildirirlər ki, işğal altında qalan muzeylərimizdən Zəngilan rayonunda fəaliyyət göstərmiş Daş Heykəllər və Xalqlar Dostluğu muzeyi, Laçın rayonundakı Sarı Aşığın xatirə muzeyi, Qubadlı Tarix-diyarşünaslıq muzeyi, Füzuli Tarix-diyarşünaslıq muzeyi və Bünyad Sərdarovun ev-muzeyi, Cəbrayıl Tarix-diyarşünaslıq muzeyi və Cəmil Əhmədovun ev-muzeyi, Ağdam Tarix-diyarşünaslıq, Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi, Qurban Primovun ev-muzeyi və Çörək muzeyi, habelə Şuşa şəhərinin Tarixi muzeyi və Ü.Hacıbəyovun Şuşadakı ev-muzeyi, o cümlədən Xankəndi Tarix-diyarşünaslıq muzeyi və Xocalı (Yaloba kənd) Tarix-diyarşünaslıq muzeylərinin adlarını qeyd edə bilərik.

Muzeyşünasların verdiyi bilgiyə görə, Zəngilan, Kəlbəcər, Laçın, Ağdərə tarix diyarşünaslıq muzeyləri, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyi, Xocavənd ərazisində olan Hadrut və Martuni rayon Taix-diyarşünslıq muzeyi, Şuşada Bülbülün ev-muzeyi və Mir Mövsüm Nəvvabın xatirə muzeyi, Şuşa qalasının Gəncə divarının yanında Daş Muzeyi də düşmən tapdağındadır və onların hazırkı taleyi haqqında heç bir məlumat yoxdur.  Haqqında hər hansı bir məlumata saytda rast gəlmədik. Ekspertlər hesab edirlər ki, işğal altında olan bütün muzeylərimizlə bağlı internet resursları hazırlanmalıdır.

Qeyd edilir ki, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı çox zəngin olub. Bildirilənə görə, 1988-ci ildən başlayaraq, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunan Qarabağ və ətraf bölgələrin tarixi-mədəni dəyərləri düşmən tərəfindən məhv edilib, talan olunub, nəticədə milli və beynəlxalq əhəmiyyətə malik 100 mindən çox mədəniyyət abidəsi, o cümlədən, 22 muzey, 4 rəsm qalereyası, mədəniyyət və incəsənət əşyaları işğal olunmuş ərazidə qalıb və onların taleyi indiyə qədər məlum deyil.

Dövlət Xalça Muzeyindən verilən məlumata görə, 1994-cü ilin yanvar ayında Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi UNESCO-nun baş direktoru cənab Frederiko Mayora və Beynəlxalq Muzeylər Şurasının baş katibi xanım Elizabet de Porta  “Azərbaycan milli sərvətlərinin qorunması üçün” müraciət edib, 1996-cı ildə UNESCO Azərbaycanın işğal olunmuş ərazilərində muzey obyektlərinə həsr olunan “Azərbaycanın itirilmiş mədəni dəyərləri” adlı liflet nəşr edib. Müharibənin törətdiyi acı fəsadlardan biri də Azərbaycan Xalça Muzeyi Şuşa filialının dağılması olub. Qeyd edilənə görə, filial 1987-ci ildə Şuşada – Mehmandarovun köhnə malikanəsində açılıb. Filialın missiyası dekorativ-tətbiqi incənətimiz olan qədim tarixə malik Qarabağ xalaçaçılıq məktəbinin ənənələrinin qorunması, öyrənilməsi və yaşadılmasına xidmət edirdi. Xalça Muzeyinin yerli və ənənəvi sənət növlərinin inkişafı və təbliğinə xidmət edən filialları ölkəmizin başqa bölgələrində də açılıb.

1992-ci ilin mayında erməni silahlı qüvvələri tərəfindən şəhərin ələ keçirilməsi nəticəsində Şuşa filialının kolleksiyası Bakıya - Azərbaycan Xalça Muzeyinə köçürülür. Şuşa şöbəsinin işğaldan xilas edilmiş eksponatları bu gün Azərbaycan Xalça Muzeyinin ekspozisiyasında nümayiş olunur.

Şuşa filialı öz kolleksiyasını xilas etməsinə baxmayaraq, o, Qarabağ mədəniyyətinin və incəsənətinin qorunması və təbliğatı rolunu, demək olar, itirdi. Şuşanın işğal olunması nəticəsində muzeydə qorunub saxlanan qeyri-maddi mədəni dəyərlər, həmçinin, Şuşa mədəni mühiti məhv edildi, ənənəvi el sənəti ustaları yurdlarından uzaq düşdü. Mükəmməl Qarabağ mədəniyyəti öz kökü üzərində yaşamaqdan və inkişaf etdirilməkdən məhrum edildi. Belə bir şəraitdə Şuşa filialı özünəməxsus Qarabağ ənənəsini yaşatmaq və inkişaf etdirmək imkanını itirib.

İşğal altında qalan Ağdam Çörək muzeyi də ermənilər tərəfindən məhv edilib. Məlumatlara görə, Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşüb. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamayıb. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də, saat 16:40 radələrində Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, onu tamamilə məhv edib. Yanğını söndürməyə cəhd göstərilsə də, muzeyi xilas etmək mümkün olmayıb və nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olub.

Ağdam şəhərində Çörək muzeyinin xarabalıqları bu gün də qalır. Muzeyin 2800-ə yaxın eksponatı arasında Ağdam ərazisindəki "Çalağan təpədə" arxeoloji qazıntılar zamanı aşkar edilmiş və yaşı 3000 ildən artıq olan daşlaşmış buğda da var idi. Keçmiş SSRİ-nin paytaxt şəhərlərində bişirilən 300-dən artıq çörək nümunəsi muzeydə sərgilənirdi. Muzeyin eksponat fondunun yaradılmasında akademik İmam Mustafayevin, iqtisad elmləri doktoru və professor Əbülfəz Qasımovun və bir çox ziyalının müstəsna rolu olub.

Muzey eksponatlarının ən qədimi – eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri diqqəti daha çox çəkirdi.

İşğal altında olan Zəngilan rayonunda yerləşən Daş Heykəllər Muzeyi də ermənilər tərəfindən qəsb edilib. 1989-cü ildə fəaliyyətə başlayan muzeyin yaranması o dövrdə Zəngilan Xalq Deputatları Soveti İcraiyyə Komitəsində Mədəniyyət şöbəsinin müdiri işləmiş Camal Sultanovun təklifi ilə həyata keçirilib. Şəhərin mərkəzindən yeddi kilometr aralıda yerləşən muzey fəaliyyətə başlayandan bir il sonra ayrıca subyekt kimi rəsmiləşdirilib və muzeyə üç ştat vahidi verilib.

Muzey rayondan Bakıya gedən şosse yolunun sol tərəfində - ətrafdan xeyli hündür bir yerdə, “Ağ oyuq” təpəsində yerləşirdi. Həmin hündür təpədən baxanda, təxminən altmış kilometrlik ərazi – bir tərəfdən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəri, digər tərəfdən isə Qarabağın hündür dağları görünürdü.

Mütəxəssislər bildirirlər ki, təpədə olan qədim daşa el arasında “Koroğlu daşı” deyərdilər. Daşın yan hissəsində oyuq olduğundan, ona “Ağ oyuq”da deyərdilər. Həmin oyuğa yağ töküb yandırıblar və bundan da qədim dövrlərdə mayak kimi istifadə edildiyi deyilir. Bu mayak o vaxtlar Cənubi Azərbaycandan gəlib, Araz çayının üzərindəki Xudafərin körpüsündən keçən, Həkəri çayının uzununa Şuşa qalasına gedən karvanlar üçün yol göstəricisi sayılırmış.

Muzeyin direktoru Çərkəz Nəsirlinin dediklərindən: “Şamlı adlanan kəndin yaxınlığında təpənin üzərində qədim daşlar tapılmışdı. Bu daşların bir çoxunda insan şəkilləri çəkilmiş, bəziləri isə insan heykəli kimi yonulmuşdu. El arasında həmin əraziyə “Dərvişim” deyirdilər. Burada dərvişə oxşayan üç heykəl vardı. Əfsanəyə görə, dərvişlər harasa gedərkən, yolüstü bu yerlərdə oturub dincəlmişlər. Həmin yer o qədər onların xoşuna gəlir, Allaha dua edirlər ki, onları daşa döndərib burada saxlasın. Görünür, əməlisaleh olduqlarından, Allah da onların sözünü eşidib dərvişləri daş heykəllərə döndərir. Bununla da həmin daş heykəllər olan məkana “Dərvişim” deməyə başlayırlar. Bu bir rəvayət olsa da, müəyyən mənada, həqiqətə əsaslanan məqamları da var…”.

Araşdırmaçı Vüqar Tofiqlinin qeyd etdiyinə görə, ötən əsrin 80-ci illərində həmin ərazidə salınan üzüm bağlarında çalışanlar üçün ikiotaqlı istirahət binası inşa edilir. Lakin istirahət evi istifadəsiz qaldığından, 1990-cı ildən muzey həmin binada fəaliyyətə başlayır. Binanın içində rayonun tarixinə aid qədim abidələrin şəkillərindən ibarət kolleksiyalar yaradılır. Burada 100-ə yaxın orijinal tarixi şəkillər saxlanır, həyətində isə daş heykəllər sərgilənirdi. “Koroğlu daşı deyilən daşın hündürlüyü 2 metr, çəkisi isə təqribən 1,5 ton idı. Eni 90 sm ölçüdə olmaqla, kvadrat şəklində yonulmuş daşda qədim türk dilinə aid yazılar var idi. Bəzi versiyalara görə, bu yazılar Orxon-Yenisey əlifbası ilə yazılıbmış. Bəlkə də bu səbəbdən həmin düzənlik əraziyə “Yazı düzü” də deyərmişlər.

Daş Heykəllər Muzeyində Zəngilan ərazisində tapılan qədim qoç, qoyun, şir, at heykəlləri, habelə müxtəlif fil fiqurları, bir sözlə, müxtəlif dövrlərə aid digər daş abidələr sərgilənirdi. Bu abidələr təqribən XIV-XVI əsrləri əhatə edirdi. Burada açıq səma altında olan 20-dən çox eksponat var idi.

Ermənistan silahlı qüvvələri tərəfindən Zəngilan rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və yüz əllidən artıq eksponat məhv edilib və aparılması mümkün olanları isə daşınıb.

1993-cü il oktyabrın 28-dən Zəngilan Daş Heykəllər Muzeyi erməni işğalı altındadır” - deyə o qeyd edir.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun bildirdiyinə görə, ermənilərin muzeylərimizə qarşı vandalizm hərəkətlərinə beynəlxalq hüquq müstəvisində qiymət verilməlidir. “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki erməni işğalı altında olan yurd yerlərimizdə qalan muzeylərimizdən ermənilər 100 mindən çox milli-mədəni irsimizə aid miraslarımızı (eksponatları) 1992-93-cü illərdə qarət edərək qənimət kimi Ermənistana apardılar” - deyə F.İsmayılov bildirir.

Ermənilərin işğal altında saxladıqları ərazilərimizdə yerləşən muzeylərimizin taleyi bizi narahat etsə də, aidiyyəti beynəlxalq qurumları narahat etmir. Hələ indiyə qədər Azərbaycanın işğal altındakı ərazilərində qalan muzeylərlə bağlı beynəlxalq qurumlar heç bir araşdırma aparmayıblar. Bu da ondan xəbər verir ki, bütün dünya erməni vandalizminə göz yumur.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

08.04.2025 / 19:30
Rusiya İranın arxasından qaçdı: - “ABŞ hücum edərsə”...

08.04.2025 / 19:29
Vens yenə aranı qatdı: - “Çinliləri “kəndçi” adlandırırdı”

08.04.2025 / 19:05
Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatdı - FOTO

08.04.2025 / 18:57
COP-29-dan Biomüxtəliflik üçün Sinerjiyə qədər...

08.04.2025 / 18:42
Trampa qarşı çıxan tələbələrə repressiya başladı - bu da Amerika “demokratiyası”...

08.04.2025 / 18:38
Sosial şəbəkələrdə mal və xidmətlərin reklamı qadağan oluna bilər...

08.04.2025 / 18:34
I Azərbaycan -Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı öz işinə başlayıb

08.04.2025 / 18:27
Fransa Bakı Təşəbbüs Qrupunu tanımaqdan imtina etdi...

08.04.2025 / 18:14
Tramp Bayden kimi Gürcüstana təzyiqi davam etdirəcək - “Meqobari Aktı”...

08.04.2025 / 17:59
Çin Ermənistanı “bir kəmərə” qoşur, nüvə texnologiyası verir - nə baş verir?...

08.04.2025 / 17:46
Azərbaycan "yaşıl gübrə" istehsal edəcək...

08.04.2025 / 17:33
Avropa - Mərkəzi Asiya 1-ci sammiti Zəngəzur dəhlizinin adını da çəkmədi...

08.04.2025 / 17:24
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaşların müraciətlərini dinlədi və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.04.2025 / 17:15
Türkiyə Azərbaycana limon ixracını dayandırır...

08.04.2025 / 17:08
İran-ABŞ danışıqlarının yeri və tarixi açıqlandı - “razılaşma olmasa, İran böyük təhlükə ilə üz-üzə qalacaq”

08.04.2025 / 16:53
DTX terrorçuluğu maliyyələşdirən 3 nəfəri saxladı - məhkəmə başladı

08.04.2025 / 16:48
Trampdan Avropanı şoka salacaq addım - Şərqi Avropadakı ABŞ əsgərləri geri çəkilir...

08.04.2025 / 16:29
ABŞ konqresmeni ukraynalıları seçkilərdə Zelenskiyə səs verməməyə çağırdı – o ərazilər Rusiyaya verməlidir...

08.04.2025 / 16:11
Ərdoğanın müşavirindən İrəvana açıq mesaj - Azərbaycanın şərtlərini qəbul etməyənə qədər...

08.04.2025 / 16:05
London meri Fitr bayramıyla bağlı müraciətində İsraili tənqid etdi

08.04.2025 / 15:38
Microsoft da İsraili tənqid edən işçilərini cəzalandırdı

08.04.2025 / 14:56
QAİ-dən Avropa Şurasının ali komissarına çağırış - gedin Ermənistanda bunları araşdırın...

08.04.2025 / 14:23
Yeni tədris ilindən məktəb avtobusları fəaliyyətə başlayacaq - Nazir açıqladı

08.04.2025 / 14:01
Ближний Восток или Европа: где взорвётся миропорядок? Беседа с политологом Русланом Айсин - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.04.2025 / 13:57
Ceyhun Bayramov Əbu-Dabidə İsrailin xarici işlər naziri ilə görüşü

08.04.2025 / 13:45
Qaçaqmalçılara rüşvət müqabilində himayədarlıq edən gömrükçülər həbs edildi...

08.04.2025 / 13:36
Bir gündə vətəndaşların bank kartlarından 66 min manat oğurlandı - DİN çağırış etdi...

08.04.2025 / 13:35
Tramp mifi əriyir...

08.04.2025 / 13:22
2030-cu ilə qədər Qarabağ bölgəsində 150 ​​minə yaxın iş yeri açılacaq...

08.04.2025 / 13:06
Tramp bunu da etdi: - Ad günündə hərbi parad keşirəcək

08.04.2025 / 13:02
"ADA Siyasi Forumu iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq" - Hafiz Paşayev

08.04.2025 / 12:58
Yeni xəttin istismara verilməsi işləri davam etdirilir

08.04.2025 / 12:54
Çin Trampa təslim olmaq fikrində deyil

08.04.2025 / 12:53
Netanyahu Vaşinqtonda da Qəzzalıların köçürülməsindən danışdı

08.04.2025 / 12:44
Məmmədbağır Əliyev “Şərəf” ordeni ilə təltif edildi

08.04.2025 / 12:32
Vətəndaşları şantaj edən baş redaktor və redaktor həbs edildi

08.04.2025 / 12:05
Maşınını səkidə saxlayanlara XƏBƏRDARLIQ - 60 manat və 2 bal CƏRİMƏ...

08.04.2025 / 11:47
Xankəndidə ADA Universitetinin 7-ci Siyasi Forumu start götürüb

08.04.2025 / 11:38
Hökumətə qarşı minlərlə israilli etiraza qalxdı

08.04.2025 / 11:33
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - YENİLƏNİB

08.04.2025 / 11:30
Hakan Fidan İsraili məsuliyyətli olmağa çağırdı

08.04.2025 / 11:23
Bu gündən Bakıdakı bağçalarda yerdəyişməsi müsabiqəsi başlayır

08.04.2025 / 11:18
Trampın tarif siyasəti Maskı da vurdu

08.04.2025 / 11:08
62 yaşında qayadan yıxılıb öldü...

08.04.2025 / 11:04
Netanyahunun siyasəti Türkiyə ilə qanlı savaşa aparır - CANLI

08.04.2025 / 11:01
Tramp ABŞ ordusuna 1 trilyon dollar ayırdı

08.04.2025 / 10:58
XİN Ağdaban qətliamının 33-cü ildönümü ilə bağlı paylaşım etdi - FOTO

08.04.2025 / 10:36
"Real" "Arsenal"a, "İnter" "Bavariya"ya qarşı

08.04.2025 / 10:26
Tariflərə görə Maskla Tramp arasında münasibətlər soyudu

08.04.2025 / 10:20
Trampın diqqət çəkən “Ərdoğan” açıqlaması

08.04.2025 / 10:18
TƏBİB-in Çağrı mərkəzinə cari ilin ilk rübündə 32 mindən çox müraciət daxil olub

08.04.2025 / 10:12
"Rusiyanın Ukraynanı bombalamasından xoşum gəlmir"

08.04.2025 / 10:06
Tramp Iranla “çox böyük görüş” elan etdi

08.04.2025 / 10:00
Ceyhun Bayramov Abdullah bin Zaid Əl Nəhayyan ilə görüşüb

08.04.2025 / 10:00
“Aİ ABŞ-a zərər vermək üçün yaradılıb” - ABŞ prezidentindən AÇIQLAMA

08.04.2025 / 09:33
Yas yerində evin eyvanı uçub - 5 nəfər xəsarət alıb

08.04.2025 / 09:31
Abşeronun bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

08.04.2025 / 09:27
Dmitriyevin atası Ukraynada yaşayır

08.04.2025 / 09:23
Ölənin kredit borcunu övladlarından alırıq, toplanmış pensiya kapitalını övladlarına vermirik... Təklif...

08.04.2025 / 09:21
Ağ Evdə ÇAT - Mask Trampa qarşı

08.04.2025 / 09:11
Borclu olanların ölkədən çıxışı barədə yeni qayda hazırlanır

08.04.2025 / 09:06
Bu ölkədə baş prokuror prezidentin həbsini tələb edir...

08.04.2025 / 09:00
ABŞ Ali Məhkəməsi Trampa dəstək çıxdı

08.04.2025 / 08:49
Bu gecə Kəlbəcərdə zəlzələ olub

08.04.2025 / 08:38
Pullu parklanma yaxşı - ancaq AYNA "parklanma xaosu" yaradır...

07.04.2025 / 22:21
Avropa İttifaqı ABŞ-a qarşı cavab rüsumları tətbiq edəcək

07.04.2025 / 22:18
Ermənistanda doğum səviyyəsinin azalması fevral ayında da davam etdi

07.04.2025 / 21:30
İpə-sapa yatmayan Kreml yenə şərt irəli sürdü

07.04.2025 / 21:21
Tramp Çini 50% -lik əlavə rüsumla hədələdi

07.04.2025 / 21:21
Fidan nə demək istədi - Türkiyə Avropanı ABŞ-dan ayrılmağa təşviq edir?..

07.04.2025 / 21:19
Çin ABŞ-dan qaz idxalını dayandırdı

07.04.2025 / 21:14
David Babayandan etiraf: "Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi" - MƏHKƏMƏ + FOTO

07.04.2025 / 21:07
ABŞ-Rusiya barışığı Ermənistan iqtisadiyyatını çökdürür...

07.04.2025 / 20:49
Qazaxıstan və Türkmənistan Türk Kiprinə qarşı təhlükəli addım atdı...

07.04.2025 / 20:34
Ermənistan hakimiyyətinin bu qərarı da Rusiyaya təsir etmədi...

07.04.2025 / 20:19
İlham Əliyevin Pakistan səfərinə qarşı Ermənistanda hazırlıqlar başladı...

07.04.2025 / 20:04
Qaçaq Süleymanın Səttarxan hərəkatında böyük yeri var...

07.04.2025 / 19:51
ABŞ və İsrail İranda bu yerləri vuracaq - Tehran qonşu ölkələrdən başladı...

07.04.2025 / 19:43
David Babayan: "İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı"

07.04.2025 / 19:36
Müxtəlif növ istehlak kreditləri tam fərqli faizlərlə verilir - Mərkəzi Bank bunu normal sayır?...

07.04.2025 / 19:30
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırıldı

COP-29-dan Biomüxtəliflik üçün Sinerjiyə qədər...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011