Çərşənbə axşamı günü, 20 may 2025
     

Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycana qarşı qeyri-şəffaf əməlləri...

Image

Yanvarın 18-də Beynəlxalq Şəffaflıq Təşkilatının 2018-ci il üçün Korrupsiya Qavrama Hesabatında Azərbaycanın 180 ölkə arasında 152-ci yerə salınması bir neçə cəhətdən təəssüf və təəccüb doğurdu.

Əvvəla, Korrupsiya Qavrama İndeksində Azərbaycanın yeri hər il müəyyən qədər az və ya çox dərəcədə yaxşılaşmağa doğru getdiyi halda ötən il nə baş verdi ki, Azərbaycan gerilədi?! İkinci, xüsusilə son bir neçə ildə Azərbaycanda korrupsiya əleyhinə həm inzibati, həm də struktur islahatları formasında mübarizənin qat-qat gücləndirilməsinə baxmayaraq, “Transparency İnternasional” Azərbaycanı niyə 152-ci yerə layiq bilib?! Üçüncü, 2018-ci ildə “Standard Poors”, “Moodys”, “Fitch” kimi reytinq agentlikləri Azərbaycanın reytinqini dünya üzrə çox pozitiv  mövqelərdə gördüyü halda bu “Transparency” bizə niyə “əyri baxıb”? Dördüncü, ölkəmizin korrupsiya ilə mübarizə sahəsində apardığı sistemli dövlət siyasətinin nəticələri bir sıra başqa təşkilatlarda, məsələn, Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (QREQO), Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Komitəsi (MONEYVAL), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq Alt qurumlarının qiymətləndirmə raundlarını uğurla keçərək yüksək yerlər tutduğu halda, “Transparency İnternasional”ın “süzgəclərində” niyə ilişmişik?! Bəli, həqiqətən ilişmişik, çünki ingiliscədən tərcümədə adı Beyəlxalq Şəffaflıq olan bu təşkilat əslində şəffaf işləmir, bir sehrli əlin göstərişi ilə işləyən təşkilatın “süzgəcinin” deşikləri ölkələrin adlarından asılı olaraq avtomatik “daralıq və genişlənir”. Azərbaycanın adı gələndə deşiklərin avtomatik ölçü dəyişməsinin maraqlı səbəbləri var və onları qruplaşdırılmış şəkildə təhlil etməyə çalışacağıq.

Öncədən deyək ki, “Transparency İnternasional” təşkilatının Korrupsiya İndeksinin 1995-ci ildən çap edilməsinə baxmayaraq, 2012-ci ildə nəticələrdə olan ciddi qüsur və fərqlərə görə əsaslı tənqidlər meydana çıxdı, nəticədə hesabatın hazırlanma metodologiyası dəyişsə də, nəticələrə münasibət yenə dəyişmədi. Bu ona gətirib çıxarır ki, dünyanın bir çox ölkələrində bu korrupsiya hesabatı ciddi qəbul olunmur, ölkələrdə hesab edilir ki, korrupsiya səviyyəsinin sıralanmasında obyektivliyi gözləmək hətta nisbi olsa da çox mürəkkəb olduğu üçün bu hesabatlardan ümumiyyətlə imtina edilməlidir.

Göründüyü kimi, Korrupsiya Qavrama İndeksinin 2018-ci il üçün hesabatında Azərbaycanın məruz qaldığı haqsızlıq ciddi səbəblərlə bağlıdır. Səbəblər araşdırılarkən Azərbaycana münasibətdə bu təşkilatın xüsusi qərəzli yanaşması və bunu gizlətmək üçün hansı metodologiya və texnologiyadan istifadə olunduğunu görmək mümkündür. Qərəzi ört-basdır etmək üçün manevr etməyə imkan verən elə üsullar düşünülüb ki, əsl labirintə çevrilib. Ancaq bütün hallarda, həqiqi mahiyyəti açmaq və faş etmək mümkündür.

Bu başdan tam inamla deyək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycana qarşı qərəzi, illərdir ki, davam edən təzahürdür, qərəzin kökü bu təşkilatın Azərbaycana qarşı tam düşmən mövqe tutan Soros Fondu kimi bəzi beynəlxalq dairələrlə bağlı olmasındadır, hətta iki il əvvəl qərəz o həddə çatdı ki, Azərbaycan təşkilatın işindən imtina etməyə məcbur oldu.

Azərbaycanla bağlı yanlış nəticənin əldə edilməsini şərtləndirən yanlış metodoloji üsullardan danışmağa ehtiyac var. Məsələn, adətən Azərbaycanın reytinq nəticələri hesablanarkən 7 təşkilatın tədqiqatları nəzərə alınırdı, lakin bu dəfə Dünya İqtisadi Forumunun hesabatı nəzərə alınmayıb, çünki Dünya İqtisadi Forumu öz metodologiyasında dəyişikliklər edib. Ötən il Dünya İqtisadi Forumunun tədqiqatına əsasən Azərbaycana 52 bal verilmişdi, bu il həmin balın olmaması nəticəyə sözsüz təsir edərək Azərbaycanın reytinqdəki yerini xeyli zəiflədib. Təbii ki, təşkilat Azərbaycana  qarşı qərəzli olmasaydı, ölkəmizin ümumi nəticələrinə mənfi təsir etmiş bu nüanslar barədə qeydlər edə bilərdi. Başqa bir məsələ odur ki, Korrupsiya Qavrama İndeksi hazırlanarkən bütün ölkələr üzrə heç də bərabər sayda və eyni mənbələrdən istifadə edilmir. Azərbaycan üzrə 9, Serbiya üzrə 8, Rusiya və Moldova üzrə 9, Monteneqro üzrə cəmi 5 mənbədən istifadə edilib. Maraqlı daha bir fakt. Bu indeksin hazırlanmasında istifadə edilən mənbələrdən biri olan “Dünya Ədalət Layihəsi – Hüququn Aliliyi İndeksi” Gürcüstana 100 ballıq şkalada 63 bal verib, təbii ki, bu, Gürcüstanın göstəricilərinə nəzərəçarpacaq dərəcədə müsbət təsir edib. Ancaq qeyd edilən təşkilat, yəni “Dünya Ədaləti” Azərbaycanı ümumiyyətlə qiymətləndirməyib. Və ya əksinə, bəzi təşkilatlar Azərbaycanı qiymətləndirsə də, digər ölkələri qiymətləndirməyib. Bu halda ölkələrin ümumi nəticələrini necə müqayisə etmək olar? Bu müqayisə necə obyektiv ola bilər? Belə “Dünya Ədaləti” olurmu?

Bir faktı da deyək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının digər ənənəvi hesabatı olan “Qlobal Korrupsiya Barometri” daha şəffaf və etibarlı metodlarla işlədiyi halda, Barometrin rəyi Korrupsiya Qavrama İndeksində nəzərə alınmayıb. Halbuki, dünyada ümumi rəy var ki, bu nəzərə alınmalıdır. Məsələn, “Qlobal Korrupsiya Barometri” ölkələrdə birbaşa vətəndaşlarla işləyir və ortaya daha etibarlı nəticələr qoyur. Sonuncu “Barometr” Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərib. Bu hesabata görə, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin əsas problemi saymır, halbuki, bu göstərici Avroittifaq üzrə 68, postsovet ölkələri üzrə 66 faizdir. Bu kimi rəylərin Korrupsiya Qavrama İndeksində Azərbaycan üzrə nəzərə alınmaması həqiqətən düşündürücüdür. Dünyanın müxtəlif dövlətlərində, hətta ABŞ-da Beynəlxalq Şəffaflıq Təşkilatının özünün korrupsiyaya bulaşdığına dair dəhşətli faktlaar var. Bu təşkilatın transmilli şirkətlərdən qrant adı ilə aldığı pulları ABŞ siyasətçilərinə ötürdüyünə, faktiki iqtisadi lobbiçiliklə məşğul olduğuna dair faktlar var. Hətta Təşkilatın “Siemens” şirkətindən 3 milyon dollar rüşvət alması faktı artıq məlumdur. Özü rüşvətə qurşanmış bir təşkilatın Azərbaycana korrupsiya reytinqində obyektiv yanaşacağını gözləmək isə sadəlövhlükdür.

İndi gələk, Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycanla bağlı qərəzli mövqedə olmasının səbəblərinə və təzahürlərinə. Məsələn, Korrupsiya Qavrama İndeksinin Azərbaycan üzrə əsas götürdüyü məlumat-rəy mənbələrinin siyahısı adamı dəhşətə gətirir. Təkcə bu siyahıya ötəri baxış diqtə edir ki, Azərbaycanla bağlı heç bir araşdırma aparmadan ölkəni “ən pislərdən də pis yerə” salsınlar. “Bertelsman Foundation” və “Fredoom Hous” – hər iki təşkilatın məşhur Sorosun təsirində olduğu və Azərbaycanın “qanına yeriklədiyi” məlumdur. Beynəlxalq Araşdırmaçı Jurnalistlər şəbəkəsi, Mütəşəkkil Cinayətlər və Korrupsiya hesabatı, Avropa stabillik Təşəbbüsləri – bunlar da Korrupsiya İndeksinin Azərbaycan barədə istinad etdiyi mənbələrdir. Bu mənbələr Azərbaycan barədə obyektiv nəsə deyərmi?

Azacıq keçmişə qayıdaraq bəzi faktları təkrar xatırlasaq hər şeyi başa düşəcəksiniz. İki il əvvəl AŞPA-da Azərbaycan əleyhinə əsl cəbhə açmış bir ermənipərəst qrupun fəaliyyəti barədə maraqlı faktlar açılmışdı. Məlum olmuşdu ki, Azərbaycan əleyhinə AŞPA-da işləyən həmin ermənipərəst qrupun “cənab X” kod adlı şefi latviyalı Myujneksdir, məşhur antiazərbaycançılar və erməni lobbistləri olan Piter Omsiqt, Kristof Ştrasser, Frenk Şvabbe, Tini Koks və başqaları da bu qurumun fəallarıdır. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin açdığı bu həqiqətlər tək AŞPA-da yox, bir sıra Avropa strukturlarında ildırım kimi çaxdı.

Sonrakı fakt. 2017-ci ilin yayında ATƏT Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Vaşinqtonda məşhur “Madrid prinsipləri”nin 6 maddəlik məzmununu açıqlaması bütün Ermənistan diplomatiyasına tutarlı zərbə oldu və Azərbaycan diplomatiyasının nə qədər üstün mövqelərə çıxdığını göstərdi. Həmin vaxt Beynəlxalq  Araşdırmaçı Jurnalistlər şəbəkəsi deyilən qurum Avropa Şurasında Mütəşəkkil Cinayətlər və Korrupsiya hesabatı deyilən tam uydurma və qatı antiazərbaycan sənədini yaydı. Hesabat müəllifləri, guya Azərbaycanın AŞPA dəhlizlərində “siyasi korrupsiya” ilə deputatları ələ alma fəaliyyəti göstərdiyinə dünyanı inandırmağa çalışsa da, sonda Milan məhkəməsi hesabat müəllifi olan saxta qurumun ittiham etdiyi İtaliya deputatı Volonteyə tam bəraət verdi. İndi heç kim bizi inandıra bilməz ki, Qarabağ məsələsində Azərbaycan üçün çox üstün mövqenin yarandığı həmin vaxt Azərbaycanı AŞPA-da ləkələmək istəyən adıçəkilən qurumları ermənilər və onların ən böyük “xaç ataları” olan Soros Fondunun “satellit” təşkilatları yönəltmir. Sözügedən Korrupsiya Qavrama indeksi də 2018-ci il üçün Azərbaycan üzrə 152-ci yeri göstərdiyimiz bu qurumların rəy və hesabatları əsasında hazırlayıb. İndi siz deyin, bütün bunların qarşısında Beynəlxalq Şəffaflıq Təşkilatından Azərbaycan barədə obyektivlik və qərəzdən uzaq qiymət gözləmək olarmı?!

Elə dünyanın bir çox ölkələrində Şəffaflıq Təşkilatının yerli qurumlarının qapadılması da yəqin bununla bağlıdır...

Aydın QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

20.05.2025 / 22:53
Türkiyə kəşfiyyatının rəhbəri ilə Suriya prezidenti YPG-nin tərksilah edilməsini müzakirə etdilər

20.05.2025 / 21:25
Rusiya sanksiyaları ilə bağlı Azərbaycanı Qərblə üz-üzə qoyan şirkət kimindir...

20.05.2025 / 21:12
Baltikdə Rusiya-NATO müharibəsi hər an başlaya bilər...

20.05.2025 / 20:57
Azərbaycanın idxal-ixrac əməliyyatlarında təhlükəli vəziyyət var - yeni bazarlar tapılmalıdır...

20.05.2025 / 20:43
Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşü hazırkı şəraitdə nəyi dəyişə bilər?..

20.05.2025 / 20:29
Ermənistan Azərbaycanla sazişi Rusiyanın 102-ci bazasına qarşı çevirir...

20.05.2025 / 20:15
Cihangir İşbilir: “Həm Azərbaycan, həm də Türkiyə xalqı üçün ailə dəyərləri çox böyük önəm kəsb edir”

20.05.2025 / 20:08
Rusiya əsas kuklasını İrəvanda yenidən oyuna daxil etdi - kukla isə 2008-in böyük sirrini açdı...

20.05.2025 / 19:57
Avropa Rusiya ilə ticarətə tam embarqo qoymağa hazırlaşır - Kreml inanmaq istəmir...

20.05.2025 / 19:45
Tramp Putinlə Ukrayna danışıqlarında "öz ticarətini" razılaşdırdı"...

20.05.2025 / 19:37
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - FOTO

20.05.2025 / 19:31
150 il - Milli mətbuat tarixi dövlətçiliyimizin mühüm səhifəsidir...

20.05.2025 / 19:18
Nəzakət Məmmədovanın “Köhnəlməyən xiffət” və “Yurd hasreti” kitablarının təqdimatı keçirilib - FOTO

20.05.2025 / 19:04
Bir günə münaqişəni həll etməyi vəd edən Tramp 4 aya Putini qalib etdi

20.05.2025 / 18:58
Bakı məhkəməsində Ermənistanın sabiq prezidenti Ter-Petrosyan da ifşa edildi...

20.05.2025 / 18:44
2 saatlıq Tramp-Putin danışığının nəticəsi - sanksiyalar sərtləşəcək...

20.05.2025 / 18:31
Nəcməddin Sadıqova şəxsən verilmiş 19 milyon manatın taleyi məhkəmədə hələ açılmayıb...

20.05.2025 / 18:17
Paşinyan Rusiya bazalarını ölkədən çıxarmaqdan geri çəkildi - müvəqqəti...

20.05.2025 / 18:02
4-5 min maaş alıb “dolana bilməyən” rəsmilərin çıxışları kəskin qınanır...

20.05.2025 / 17:48
ABŞ-İran nüvə danışıqları iflasa uğradı - ABŞ elə şərt qoydu ki...

20.05.2025 / 17:32
Şamaxıda 10 kq qızıl talayıb qaçan dəstə üzvləri bataqlıqda yaxalandı

20.05.2025 / 17:28
Moskvada Stalinə abidə qoyuldu - Kremlin örtülü mesajları...

20.05.2025 / 17:15
Xarici ticarət dövriyyəmizdə böyük inkişaf var - 17 milyard dollara yaxın...

20.05.2025 / 17:03
Qələbə paradı ərəfəsində Moskvanın mərkəzində terror aktlarının qarşısı alınıb...

20.05.2025 / 16:50
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi

20.05.2025 / 16:26
“Bakcell” süni intellekt təlimi təşkil etdi - FOTO

20.05.2025 / 16:10
Trampdan qudasına jest - Çarlz Kuşner ABŞ-ın Parisdəki səfiri təyin edildi

20.05.2025 / 16:07
"Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub" - Orban

20.05.2025 / 15:52
DİN silsilə əməliyyatlar keçirdi - 10 nəfər saxlandı, 75 kiloqram narkotik dövriyyədən çıxarıldı...

20.05.2025 / 15:50
Bloomberg: “Tramp “əllərini sallayıb” danışıqlardan uzaqlaşır, Putin qalib gəlir”

20.05.2025 / 15:48
Yəmən husiləri İsrailin Hayfa limanını blokadaya aldıqlarını açıqladı

20.05.2025 / 15:47
Tramp günahı yenə Zelenskinin üstünə atdı: - “Onunla məşğul olmaq asan deyil”

20.05.2025 / 15:40
Prezident: "Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir"

20.05.2025 / 15:37
Xamenei ABŞ-la danışıqların uğurlu olacağına şübhə edir - bu böyük səhvdir...

20.05.2025 / 15:35
"Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlıq edirik" - Prezident

20.05.2025 / 15:29
Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə danışdı

20.05.2025 / 15:21
"Macarıstanla Azərbaycan dost ölkələr, strateji tərəfdaşlardır" - Prezident İlham Əliyev

20.05.2025 / 15:18
“İçərişəhər” qoruğunda İntiqam Babayevin yerinə aparat rəhbəri təyin olundu

20.05.2025 / 15:03
Avropanın mərkəzində Türk Zirvəsi - İlham Əliyev mesajlar verdi…

20.05.2025 / 15:02
Prezident İlham Əliyevin Orbanla geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

20.05.2025 / 14:46
İsveç Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:43
Petr Pavel Prezident İlham Əliyevi təbrik etdi

20.05.2025 / 14:40
Prezident İlham Əliyevin Orbanla məhdud tərkibdə görüşü olub - FOTO

20.05.2025 / 14:36
Macarıstan parlamenti təsdiqlədi - ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı...

20.05.2025 / 14:36
Avstriya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:32
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

20.05.2025 / 14:27
III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:22
Qadın məhkum ərinə ayaqqabısının içində telefon keçirməyə cəhd etdi...

20.05.2025 / 14:10
Bank kartı məlumatlarının paylaşılması əmanətlər üçün təhlükə doğurur - DİN-dən növbəti xəbərdarlıq...

20.05.2025 / 13:46
Bakıda iki məktəb direktoruna şiddətli töhmət verildi

20.05.2025 / 13:36
Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib - FOTO

20.05.2025 / 13:23
Məktəblərdə "Son zəng" tədbirləri bu tarixdə keçiriləcək

20.05.2025 / 13:10
Врачи, ставшие палачами. Карательная медицина в СССР - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.05.2025 / 12:18
“MTK-lara dövlət nəzarəti gücləndirilməlidir”

20.05.2025 / 12:16
Ermənistana casusluq edən İqbal Əbilova hökm oxunub

20.05.2025 / 12:10
Sahibə Qafarova Madriddə Prado muzeyində olub

20.05.2025 / 12:05
Rusiyadan qaçırlar, aclıq başlayıb, ərzaq talonu sisteminə keçdilər

20.05.2025 / 11:40
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

20.05.2025 / 11:25
Hindistanda cəsus qalmaqalı -11 Pakistan "cəsusu" həbs edildi!

20.05.2025 / 11:19
Hamilə Rihanna "Cənnət və cəhənnəm"in qala gecəsində...

20.05.2025 / 11:12
Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq - Dövlət Xidməti

20.05.2025 / 11:06
Bakı məktəblərində monitorinqlər başlayıb - 2 məktəb direktoru işdən çıxarılıb

20.05.2025 / 11:03
Paşinyan Azərbaycana rəsmən yalvarır . Dərdi nədir? - CANLI

20.05.2025 / 11:00
Kukla teatrında kuklalar sərgisi

20.05.2025 / 10:50
30 şübhəli saxlanılıb - Polis

20.05.2025 / 10:38
CNN:-“Putinin ABŞ-ın mövqeyinə ehtiyacı yoxdur”

20.05.2025 / 10:35
Prezident İlham Əliyev “GlobE Network” plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb

20.05.2025 / 10:25
4 günlük Hindistan-Pakistan müharibəsi Fransanın reputasiyasını yerlə bir etdi - İndoneziya Fransa qırıcılarından rəsmən imtina etdi

20.05.2025 / 10:12
"Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli prioritet kimi qəbul edib"

20.05.2025 / 10:04
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır - Baş prokuror

20.05.2025 / 10:00
Xoşqədəmin kartından 50 avro oğurlayıblar- İtaliyada...

20.05.2025 / 09:28
Bakıda "GlobE Network"un altıncı plenar iclası başlayıb

20.05.2025 / 09:25
Naftalanda yanğın olub, ana və oğul xəstəxanaya yerləşdirilib

20.05.2025 / 09:25
"Avroviziya"da Azərbaycanın reytinqi inanılmaz dərəcədə azalıb - 400 xal hara, 7 xal hara....

20.05.2025 / 09:18
Moskva və Kiyev arasında birbaşa əlaqə yaradılıb - Peskovdan AÇIQLAMA

20.05.2025 / 09:12
Sumqayıtda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

20.05.2025 / 09:06
"Liverpul"dan antirekord...

20.05.2025 / 09:01
Daha 50 ailə Kəngərli kəndinə köçürüldü

20.05.2025 / 08:31
Ekspertlər 4-cü siniflərdə monitorinqi "artıq yük" sayırlar - "mənasızdır"...

19.05.2025 / 23:27
Tramp Putinə Senatda yeni sanksiyaların hazırlandığı mesajını verdi...

19.05.2025 / 23:10
"Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi" - Kunq-Fu Federasiyasının prezidenti

150 il - Milli mətbuat tarixi dövlətçiliyimizin mühüm səhifəsidir...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678