Şənbə günü, 31 may 2025
     

Qarabağda etirazçıların əsl motivi – qondarma “DQR” hakimiyyətini heç ermənilər özləri də dəstəkləmir

Image

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimə qarşı başlanan etiraz aksiyaları Ermənistanda böyük təşviş yaradıb. İlk növbədə o baxımdan ki, baş verənlər separatçı rejimin heç Qarabağdakı ermənilər tərəfindən belə dəstəklənmədiyini üzə çıxarır. Digər tərəfdən etiraz aksiyalarından aydın görünür ki, ermənilər Azərbaycan ərazilərini işğal altında saxlayaraq olduqca ağır bir şəraitdə yaşamaq istəmir. Bu səbəbdən bəzi erməni ekspertlər buradakı sakinlərin Azərbaycan vətəndaşları olaraq yaşamalarına davam etməyə hazır olduqlarına dair fikirlər səsləndirir.  Elə Ermənistan rəhbərliyini qorxudan əsas məqamlardan biri də məhz budur.

Baş verənlər həm də onu təsdiqləyir ki, Ermənistanın cinayətkar rejiminin qurbanları nəinki Azərbaycan vətəndaşları, eyni zamanda işğal altındakı Qarabağda yaşayan sadə ermənilərdir. Qarabağda yaşayan insanlar müharibədən və cinayətkar rejimin təcavüzündən yorulub. Bu səbəbdən Dağlıq Qarabağ bölgəsində ermənilərin qondarma rejimə qarşı çıxışlarının sayı artır. Qeyd edək ki, son məlumatlara əsasən, etiraz aksiyasının iştirakçıları qondarma rejimin “prezidenti” Bako Saakyanla görüşüb.  Etirazçılar qondarma rejimin “güc strukturlarının rəhbərləri”nin, eləcə də Saakyanın istefasını istəyir. Saakyan “güc strukturlarının rəhbərləri”nin istefası tələbi ilə razılaşıb, lakin özü haqqında tələbi rədd edib. Məlumata görə, Qarabağdakı separaçı rejimin rəhbəri Bako Saakyan 1 iyun tarixində "milli təhlükəsizlik xidməti" əməkdaşlarının davasından sonra yaranan gərginliyi azaltmaq üçün bəzi məmurları istefaya göndərməyə hazırlaşır. Artıq əldə edilmiş razılaşmaya əsasən, "polis rəisi" Kamo Ağacanyan və onun müavinlərinin istefaya göndərilməsi müzakirə edilir. Münaqişə iştirakçlarının aşkar edilməsi və araşdırma aparılması, cəzalandırılması istiqamətində konkret addımların atılacağı deyilir. Görünən odur ki, separatçı “lider” öz kreslosunu qorumaq üçün bütün yaxın ətrafını qurban verməyə hazırdır. Amma bu, etiraza qalxan erməniləri qane etmir və onlar Saakyanın da getməsini istəyirlər.

Baş verənlərlə bağlı olaraq Ermənistanın baş naziri Nikol Paşinyan etirazçılara aksiyanı dayandırmaqla bağlı müraciət ünvanlayıb: “İndi elə mərhələ gəlib ki, etiraz edənlər Saakyana bu razılıqları reallaşdırmağa imkan verməlidir. Bu əsəbi yox, sakit şəraitdə edilməlidir, amma hazırda mitinqlər buna mane olur. Mitinqləri konkret razılıqlara nail olmaq üçün keçirmək lazımdır. İndi nəticələr artıq var. Faktiki olaraq, mitinqlər öz hədəfinə nail oldu. Mən bu hadisələrə qiymət vermək istəmirəm. Bu vəziyyətdə əhəmiyyətli olan odur ki, məsələ münaqişə yox, sülh atmosferində həll edilsin. Etiraz aksiyalarını qurtarın və ya onları dayandırın ki, etiraz edənlərlə əldə olunmuş razılıqları reallaşdırmaq mümkün olsun”.  Paşinyanın müraciətindən sonra Xankəndində aksiya iştirakçıları dağılışıb. Onlar “güc strukturlarının rəhbərlərinin” istefası ilə bağlı tələblərinin yerinə yetiriləcəyi günə qədər gözləyəcəklərini bildiriblər.
Lakin hadisələrin bundan sonrakı inkişafının necə olacağı maraqlıdır. Çünki Xankəndidəki qondarma rejim hələ də Ermənistandakı “Qarabağ klanı”nın əlindədir. Böyük ehtimalla, bu aksiyaları Paşinyan hakimiyyəti məlum klana “güc nümayişi” olaraq hazırlamışdı. Etirazçıların Paşinyanın müraciətindən sonra dağılışması da bu ehtimalı gücləndirir. Hesab edilir ki, “Qarabağ klanı” da Paşinyana cavab verəcək. “Kavkazplus” saytı yazır ki, “Qarabağ klanı”ndan ibarət olan Xankəndidəki qondarma rejim cəbhədə hadisələri qızışdıra və müharibəni başlada bilər: “Onlar Rusiyadakı erməni lobbisinin dəstəyi ilə buna gedəcək. Məhz müharibənin fonunda yenidən hakimiyyətə qayıdacaqlar. Vaxtilə Robert Köçəryan və Serj Sarkisyan da müharibə və minlərlə qurban hesabına hakimiyyətə gəlmişdi. İndi də eyni ssenari tətbiq ediləcək”. Amma burada diqqət həm də ona çəkilir ki, əvvəlkitndən fərqli olaraq, Azərbaycan hərbi cəhətdən Ermənistandan çox güclüdür. Bu vəziyyətdə yeni savaş baş verərsə, Azərbaycanın işğal altındakı bütün əraziləri qısa müddətdə geri qaytara biləcəyinə də xüsusi diqqət çəkilir. Belə vəziyyət həm də Qarabağda yaşayan sadə ermənilər üçün qətiyyən sərfəli sayılmır və bu durumda onları daha ağır günlər gözləyir.

Qeyd edək ki, erməni siyasətçilər Xankəndidə baş verənlərin Azərbaycana işğal altındakı əraziləri azad etmək üçün yeni imkanlar verdiyini hesab edir. Erməni sosioloq David Karabekyan bildirib ki, Qarabağ İrəvan tərəfindən idarə olunur: “Biz eyniyik, sadəcə olaraq, hər şey süni şəkildə bölünüb və guya elə təqdim edirlər ki, ayrıca respublikayıq. Bunun belə olmadığını hər kəs bilir. Bu baxımdan, İrəvanda hakimiyyətin dəyişməsi ilə nəticələnən aksiyalardan sonra Xankəndidəki ermənilər də ayağa qalxıb. Xankəndidəki rejim kriminal qaydalarla hərəkət edir”. O bildirir ki, rejimdən bezən Qarabağdakı ermənilər hansı yolla olursa olsun, xilas olmaq istəyir: “Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmır. Azərbaycan ordusu Xankəndiyə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni vəziyyət o həddə çatıb”.

Erməni politoloq Artur Osipyan deyib ki, Qarabağda yaşayan ermənilərin qondarma rejimin “güc strukturları” tərəfindən döyülməsi hadisəsi adi hal alıb: “İnsanlar artıq bu vəziyyətdən bezib. Qarabağa Bako Saakyan və bir neçə general nəzarət edib. Onlar 20 ildir insanları qarət edir, amansızlıq göstərirlər. Etiraz aksiyalarında çıxış edənlərdən biri Qarabağı “sərbəst məskunlaşma rejimli həbsxana” adlandırıb. Qarabağda iki seçim var: pis və çox pis. Heç bir söz azadlığı yoxdur. Deyirlər azad ölkə qururuq. Heç bir azad ölkə qurmayıblar. Bu daha çox sərbəst məskunlaşma rejimli həbs düşərgəsinə oxşayır. Və üstəlik, bunu hüquqi dövlət adlandırırlar. Nə hüquqi dövlət, bu əsl polis rejimidir”.

Erməni siyasi şərhçi Sarkis Artsruni isə yazır ki, etiraz aksiyalarında səslənən fikirlər barədə xüsusilə ehtyiatlı olmaq lazımdır. Buna misal kimi o, Ermənistan parlamentinin deputatı Zarui Postancyanın mitinqə gələrək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirməsini göstərir. Artsruni yazır ki, Qarabağın Ermənistana birləşdirilməsi şüarları təhlükəlidir: “Bu, təhlükəli presedentdir və Qarabağda daxili parçalanmaya gətirib çıxara bilər. Həmçinin, bu tələblər danışıqlar prosesində təhlükəli kontekst yarada və Azərbaycan bundan istifadə edə bilər”.

Digər tərəfdən baş verənlər fonunda fikirlər də səslənir ki, olaylar ermənilərin öz aralarında qarşıdurmanı daha da dərinləşdirəcək və düşmən tərəfi daha zəif duruma salacaq. Ekspertlər bu fonda hesab edirlər ki, Xankəndidəki etirazlar qabaqcadan planlaşdırılmış siyasi sifariş də ola bilər. Belə ki, etirazların əsas məqsədi Serj Sarkisyanın yaxın adamı olan separatçı Bako Saakyanı devirməkdir. Bununla “Qarabağ klanı“ tam sıradan çıxarıla bilər. Yuxarıda qeyd olunan müraciətinə baxmayaraq, Paşinyan baş verənlərdən öz məqsədləri üçün istifadə etməyi düşünür. O hesab edir ki,  Ermənistanda hakimiyyət dəyişilibsə, bunun Qarabağda da təkrarlanması vacibdir.  Çünki Paşinyan “Qarabağ klanı“na qarşı əsl savaş başladıb. Hətta
Ermənistan Xüsusi İstintaq Xidməti 1 mart hadisələri ilə bağlı təhqiqatın aktiv mərhələsinə başlayıb. “Aykakan Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən xidmətin 1 mart təhqiqatıyla bağlı Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın da dindiriləcəyini yazıb.

Qeyd edək ki, 2008-ci il martın 1-də prezident seçkisindən sonra saxtakarlığa etiraz edən etirazçılara açılan atəş nəticəsində 9 nəfər ölmüş, 200 nəfər yaralanmışdı. Köçəryanın bu addımının araşdırılmasına Serj Sarkisyanın hakimiyyəti dönəmində izn verilməyib. Paşinyan hakimiyyətə gəldikdən sonra aktivistlər 1 mart hadisələrinin araşdırılmasını tələb etməyə başlasa da, hələlik hökumət bununla bağlı açıq bəyanat yaymayıb. Amma artıq reallıqda bununlabağlı iş gedir və belə vəziyyətdə “Qarabağ klanı“ bütün istiqamətlərdə zəifldəilməsi  xüsusi diqqət mərkəzində yer alır. Bura Qarabağdakı rejim də daxildir. Çünki separatçı rejimin rəhbəri Bako Saakyan keçmiş Serj Sarkisyanın adamıdır. Ermənistanda isə bütün hakimiyyət dəyişikliklərində Qarabağda baş verənlərin mühüm rolu olub. Levon Ter-Petrosyan prezident olanda da, onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və onu devirənlər də Qarabağdan gələnlər oldu. İndi Paşinyan Qarabağdakı hadisələrdən istifadə edib “Qarabağ klanı“nın işğal edilmiş ərazilərdə də mövqelərinin tam çökdürülməsini istəyir. Hazırda Paşinyanın iki mühüm hədəfi var. Birincisi Serj Sarkisyanın mövqelərini Ermənistanda zəiflətməkdir. İkinci Qarabağdakı durumdur. Çünki oradakı öz adamı deyil və situasiya hər an onun əleyhinə dəyişə bilər. Bütün bunlar qarşıdakı günlər ərzində xaotik vəziyyətin davam edəcəyini göstərir. Ekspertlər hesab edir ki, Qarabağda baş verənlər cəbhə bölgəsinə də təsir edir. Ermənistanda olan xaos və anarxiyanın Qarabağa sıçraması separatçılarda və İrəvanda qorxu yaradır. Hesab edilir ki, Azərbaycan baş verənləri öz xeyrinə istifadə edə bilər. Xatırladaq ki, 1990-cı illərdə eyni xaos və anarxiya Azərbaycanda mövcud idi. Ermənilər bundan istifadə edərək daha çox torpaq işğal etdilər. İndi eyni situasiya özlərində yaranıb. Azərbaycan vəziyyəti müşahidə edir və hərbi gücünü artırır. Bütün bunlar Ermənistana mesajdır. Digər tərəfdən nəzərə alaq ki, Qarabağdakı ermənilərin bir çoxu da indi düşdükləri vəziyyətdən xilas üçün Azərbaycana ümid yeri kimi baxır. Bu fonda Azərbaycan ordusu hər an hücum əməliyyatı həyata keçirə bilər. Ermənilərin isə buna hansısa formada müqavimət göstərə biləcəyi inandırıcı sayılmır. Məhz bu səbəbdən son proseslər Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

31.05.2025 / 22:06
Səudiyyədən İrana xəbərdarlıq - Ya ABŞ-la razılaşın, ya da İsrailin hücumuna hazır olun...

31.05.2025 / 19:04
ABŞ Cənubi Qafqazda yenidən fəallaşır - Tramp siyasəti dəyişir...

31.05.2025 / 18:41
Xorvatiya lideri Aİ-ni yıxıb sürüdü - ölkələrə yalandan üzvlük sözü verib onlardan müəyyən güzəştlər qoparmağa çalışırlar...

31.05.2025 / 18:18
Bakı-İrəvan sazişinin yeri və zamanı hələ müzakirə edilmir - Qriqoryan məqsədli təhrifə yol verdi... 2 şərt icra olunub ki?...

31.05.2025 / 17:52
İmamoğlu: “16 milyon istanbullunu bir-bir həbsəmi atacaqsan?”

31.05.2025 / 17:35
"Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 397 nəfər həlak olub və yaralanıb" - XİN

31.05.2025 / 17:20
Ermənistanda kilsə-hakimiyyət qarşıdurması kəskinləşir...

31.05.2025 / 17:07
Elon Maskın niyə gözü göyərib?

31.05.2025 / 16:44
Tramp Ukrayna danışıqlarında Medinskini bu səbəbdən Kremlin adamı kimi görmək istəmir...

31.05.2025 / 16:03
“Belə çıxır ki, bu küfr edənlər heç oruc tutmurlar”: Nikol Paşinyan ruhanilərdən əl çəkmir

31.05.2025 / 16:01
Rusiya Ukraynanın sülh danışıqlarına gəlməməsindən qorxuya düşüb

31.05.2025 / 15:42
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb...

31.05.2025 / 15:06
Goranboyda mülki şəxs minaya düşdü, sol ayağı amputasiya edildi

31.05.2025 / 14:48
Polis əməliyyat keçirdi, 9 kiloqram narkotik aşkarlandı

31.05.2025 / 14:23
Sərhəddə mobil telefon əməliyyatı - təhqiqatçı islah işlərinə məhkum edildi

31.05.2025 / 13:11
Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

30.05.2025 / 13:06
Dəmir yolundan oğurluq edənlər saxlandı

30.05.2025 / 12:55
Azərbaycan Ordusunun bölmələri Xəznəvara atəş açmayıb - Müdafiə Nazirliyi...

30.05.2025 / 12:43
"Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur" - PA rəsmisi

30.05.2025 / 12:30
Azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678