Şənbə günü, 3 may 2025
     

Azərbaycan Avropanın enerji təhlükəsizliyində “alternativsiz qüvvə” statusunu bir az da möhkəmləndirdi

Image

Son dövrlərdə İran və Türkmənistan arasında təbii qazla bağlı çəkişmələrin tamam yeni vüsət alması müşahidə olunmaqdadır. Bütün bunlar isə nəticə etibarı ilə türkmən qazının İran ərazisinə nəqlini artıq mümkünsüz hala gətirib.  Hazırda real vəziyyət bundan ibarətdir ki, İran Türkmənistanın dövlət qaz şirkəti - “Turkmengas” əleyhinə iki dəfə məhkəməyə müraciət edəcək.

Qonşu ölkənin neft naziri Bijan Namdar Zəngənənin  sözlərinə görə, İran çatdırılan təbii qazın keyfiyyətini Türkmənistan şirkəti ilə Beynəlxalq Arbitraj Məhkəməsində aydınlaşdırmaq niyyətindədir.

Nazir İranın Türkmənistan şirkətinə qarşı digər iddiasının isə "mavi yanacağ"ın qiyməti ilə bağlı olduğunu deyib: “Türkmənistanın təqdim etdiyi qaz qiymətləri çox yüksəkdir və yenidən baxılmalıdır”. Neft nazirinin sözlərinə görə, Türkmənistanın da onun ölkəsinə qarşı iddiaları var: “Türkmənistan tərəfi iddia edir ki, çatdırılan qaza görə İranın 1,5 milyard dollar borcu var, amma biz borcumuzu ödəmişik və qeyd olunan rəqəm doğru deyil”. Xatırladaq ki, ötən il dekabrın sonunda Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov hökumətə İranı Beynəlxalq Arbitraj Məhkəməsinə vermək üçün lazımi sənədləri hazırlamağı tapşırıb. Yaranmış vəziyyətdə İrana gələn türkmən qazının nəqlinin dayandırılması Türkmənistanın yalnız bir istiqamətdə qaz sata bilməsi ilə nəticələnib. Bu da Çin istiqamətidir ki, yalnız bu ölkəyə qaz satmaq Aşqabada sərf eləmir. Bu vəziyyətdə türkmən tərəfi üçün yenidən aktuallaşan məsələlərdən biri “Transxəzər” qaz kəmərinin çəkilişidir. Çünki bu, türkmən qazının Azərbaycan üzərindən Avropaya nəqlinə imkan verir. Avropada isə qarşıdakı illər ərzində qaz istehlakı həcminin daha da artması gözlənir. Belə vəziyyətdə Avropa özü də Azərbaycan üzərindən türkmən qazının nəqlinə xüsusi maraq göstərir. ABŞ-da yerləşən Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin baş eksperti Robert Kutler isə bildirir ki, artıq Rusiyanın da “Transxəzər” kəmərinə problem yaratması inandırıcı sayılmır. Çünki “Transxəzər” Rusiyanın Avropada mövqelərinin zəifləməsinə hansısa formada təsir etməyəcək. Ekspert bildirir ki, Avropanın Rusiyadan təbii qaz idxalının payı 2025-ci ilədək hazırkı 30 faizdən 35 faizə çatacaq. 2030-cu illərin ortalarında isə Avropanın bütün qaz istehlakının 40 faizinin Rusiyadan gələcəyi gözlənir. Beləliklə, Avropa İttifaqının Rusiya qazından asılılığı azalmaqdansa, artan xətt üzrə qalxa bilər. Məhz bu səbəbdən də ekspert vurğulayır ki, Avropa “Transxəzər”in reallaşmasında son dərəcə maraqlıdır. Bununla yanaşı qeyd olunur ki, ötən il Aşqabadda keçirilmiş sammitdə Azərbaycan və Türkiyə enerjinin nəqli sahəsində əməkdaşlığa dair niyyət memorandumu imzalayıb. Avropa İttifaqı bu fonda “Transxəzər”i  özünün Ortaq Maraq Layihələri Siyahısına daxil edib. Bu isə layihənin Avropa bankları tərəfindən maliyyələşdirilməsini tamamilə real edir.  Gözlənir ki, bu gedişlə yaxın tezlikdə “Transxəzər”in çəkilişinə start verilsin. “Transxəzər”ə qədər isə Avropa Azərbaycandan qaz nəqlini mümkün qədər tez həyata keçirməyi düşünür. Almaniyada çıxan “Deutsche Wirtschafts Nachrichten“ qəzeti “Avropa Azərbaycan təbii qazına böyük ümidlər bəsləyir” sərlövhəli məqalədə bunun səbəbləri barədə maraqlı fikirlər səsləndirir. Qeyd olunur ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropaya yeni mənbədən qaz nəqlinə imkan verəcək: “Cənub Qaz Dəhlizi” Azərbaycanla Avropanı birləşdirən ən böyük infrastruktur layihələrindən biridir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Səngəçal terminalı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə, oradan da Avropaya çatdıracaq. “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya nəqli nəzərdə tutulur. Avropanın qaz istehlakı son illərdə durmadan artır və Avropa İttifaqı qaz idxalını şaxələndirmək istəyir. Avropaya təbii qazın ixracından, eyni zamanda, Azərbaycan özü də böyük gəlirlər əldə edəcək. Çünki qaz sektoru ölkə ÜDM-də mühüm paya malikdir. Avropanın təbii qaza tələbatı növbəti on ildə də artmaqda davam edəcək. Belə ki, Niderland və Böyük Britaniya qaz ixrac edən ölkələrdən idxalçı ölkəyə çevrilməkdədir. Norveç isə dənizdə yeni neft və qaz layihələrini donduracaq. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da mühüm rol oynayacaq”.

Bu arada bir maraqlı məqamı da qeyd edək ki, Azərbaycandan qaz almağa təkcə Avropa hazırlaşmır. Belə ki, Pakistanın “Pakistan LNG Limited” dövlət şirkəti də Azərbaycan dövlət neft şirkəti SOCAR-dan sıxılmış qaz almaq barədə danışıqlar aparır. Danışıqlar ötən il Pakistanla Azərbaycan arasında imzalanmış hökumətlərarası razılaşmaya əsaslanır. Pakistan Nazirlər Kabinetinin razılığı ilə “Pakistan LNG Limited” şirkəti ilə SOCAR arasında sıxılmış qazın alqı-satqı müqavilə qiymətini müəyyən etmək üçün xüsusi qiymət komitəsi yaradılıb. Pakistan tərəfdən komitəyə dövlət neft şirkəti PSOCL, “Pakistan LNG Limited”, “Pakistan LNG Terminal Limited” şirkətlərinin nümayəndələri daxil edilib. Azərbaycan tərəfdən isə danışıqları SOCAR aparır. bu fonda yaxın tezlikdə Azərbaycandan Pakistana da qaz nəqli gözlənir.

NAHİD



VİDEO

SON XƏBƏRLƏR

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

02.05.2025 / 12:37
Sosial şəbəkələr neqativ informasiya bazarına çevrilib...

02.05.2025 / 12:35
Salyanda "avtoşluq" edən sürücü həbs edildi - FOTO

02.05.2025 / 12:17
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda forumun açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

02.05.2025 / 12:08
İsrailli köçkünlər yerli fələstinlilərə hücum etdi

02.05.2025 / 12:05
Dikiy:-“ Ukrayna təbii sərvətlərlə bağlı razılaşmaya görə böyük riskə getdi”

02.05.2025 / 12:00
Kreml 9 mayı bomba sığınacağında qeyd etməli olacaq

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678