"Cəlaloğlu qalmaqalı" siyasətimizdə ənənəvi əxlaq problemini yenidən qabartdı
.jpg?v=1520254601)
Məlum olduğu kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Azərbaycan Xalq Cəbhəsinin (AXC) 25 illiyi münasibətilə keçirdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışı narazılığa səbəb olub. Tədbirdə çıxış edən S.Cəlaloğlu bildirib ki, Azərbaycanda xalq hərəkatı ilə bağlı bütün məsələləri AXC lideri Əbülfəz Elçibəyin adı ilə bağlamaq düzgün deyil: "Məsələn, dövlət dilinin Azərbaycan dili elan olunması 1956-cı ildə İmam Mustafayevin adı ilə bağlıdır".
Bu vaxt AXCP üzvləri səs-küy salaraq onun çıxışına etiraz ediblər. Onlar "Rəsulzadə-Elçibəy" şüarı səsləndiriblər. S.Cəlaloğlu isə narazılığını bildirərək izah etməyə çalışıb ki, Azərbaycanın dövlətçilik tarixinin də Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlanması doğru deyil: "Çünki bizim dövlətçilik tariximiz Xiyabanidən başlayır".
AXCP üzvləri isə yenidən etiraz etdikdə S.Cəlaloğlu çıxışını yarımçıq kəsərək zalı tərk edib. "Bu insanlar elə başa düşürlər ki, Azərbaycan tarixi Əli Kərimlinin hərəkata gəldiyi dövrdən başlayır. Mən öz fikrimi deyəndə isə fitə basdılar, ayaqlarını yerə döydülər. Məni zaldan qovdular". Bunu APA-ya açıqlamasında Sərdar Cəlaloğlu deyib.
S.Cəlaloğlu qeyd edib ki, AXCP son 25 ildə heç bir dəyişikliyə məruz qalmayıb: "Mən çıxışımın əvvəlində qeyd etdim ki, vaxtilə Leyla Yunusu AXC-dən necə alqışlarla qovmuşdularsa, bu gün də həmin alqışlarla qarşılayırdılar. Amma, görünür, tələsmişəm, AXCP heç dəyişməyib, əvvəlki qaragüruhdur. Mən orda Azərbaycan dövlətçilik tarixinin qədim köklərə malik olduğunu, Şah İsmayıl Xətai, Nadir şahla bağlı olduğunu dedim. Amma bu insanlar elə başa düşürlər ki, Azərbaycan xalqı 20 ildir mövcuddur. Elə bil bu tarix Əli Kərimlinin hərəkata gəldiyi dövrdən başlayır. İmkan vermədilər ki, mən sözümü axıra çatdırım. Bu onu göstərir ki, insanları hissləri ilə idarə edirlər, nəinki ağılları ilə".
Bu hadisənin yaşanması Azərbaycan siyasətində olan əxlaqi deqradasiyanı yenidən ortaya qoydu. Siyasətlə məşğul olmaq o anlama gəlmir ki,insan ləyaqət anlayışını da siyasi maraqlara qurban verməlidir. Sərdar Cəlaloğlu ilə Əli Kərimlinin münasibətlərinə qısa bir tarixi ekskurs edilsə, maraqlı və təəccübedici faktlar ortaya çıxmış olar. 2000-ci illərin əvvəlində Sərdar Cəlaloğlu Əli Kərimlini ən sərt formada, burada qeyd edə bilmədiyimiz sözlərlə təhqir edirdi. Özü də həmin ifadələr dövri mətbuatda işıqlandırılıb. Tərəflər bir-birindən bir qədər umu-küsü saxladıqdan sonra AXCP-nin qərargahı əlindən alınanda yenidən barışdılar. AXCP ADP-nin ofisinə sığınmalı oldu. Sonrakı dövrlərdə də körpüləri yandıran münasibətlərin şahidi olduq. Ancaq yenə də görürük ki, Sərdar Cəlaloğlu gedib tədbirdə çıxış edir, son nəticədə isə tədbirdən qovulur.
Bütün bu yaşananlar Azərbaycan siyasətində əxlaqi standartların necə olması sualını yaradır.
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, siyasətlə məşğul olmaq heç də o anlama gəlmir ki, sənə nə dedilərsə, qəbul etməlisən. Müsahibimizin sözlərinə görə, siyasət həm də qətiyyət, özünə hörmət və prinsipiallıq tələb edən bir sahədir":Çoxları "siyasətdə daimi dost və daimi düşmən yoxdur, daimi maraqlar var" prinsipini əsas götürür. Bu, başqa anlamda deyilən bir fikirdir və böyük məqsədlər üçün nəzərdə tutulub. Və ya politologiya elminin banilərindən sayılan Makiavellinin belə fikri var: "Məqsədə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etmək olar". Bu fikirlə də razı deyiləm. Bizim bir mental xüsusiyyətimiz də var. Kişinin qüruru hər şeydən ümdədir. Mənə elə gəlir ki, siyasətlə məşğul olan hər bir şəxs əxlaqi standartlara daha ciddi riayət etməlidir. Hesab edirəm ki, partiyamızın lideri Etibar Məmmədov tam bu standartlara uyğun gəlir. Ən azı onun keçdiyi siyasi yola fikir versəniz, bunun şahidi olarsınız. Dostla dost, düşmənlə düşmən prinsipinə əməl olunmalıdır. Bu gün səni söyən adamla sabah eyni masada oturursansa, təbii ki, hörmətdən düşmüş olarsan".