Cümə axşamı günü, 1 may 2025
     

Ta­rix­də iz bu­ra­xan­lar: Qəz­nə­li Mah­mud

Image

Qəz­nə­vi­lər döv­lə­ti­nin ən bö­yük hökmda­rı, Hin­dis­ta­nın fa­te­hi Qəz­nə­li Mah­mud 2 no­yabr 971-ci il­də ana­dan olub. Ata­sı Qəz­nə­vi­lər döv­lə­ti­nin qu­ru­cu­su Se­buk Te­qin, ana­sı Zə­bu­lis­tan böl­gə­sin­dən ta­nı­nan bir ai­lə­nin qı­zı idi.

Qəz­nə­li Mah­mud hə­lə gənclik il­lə­rin­də döv­lət ida­rə­sin­də ça­lış­ma­ğa baş­la­yıb və ata­sı­nın qa­tıl­dı­ğı dö­yüş­lər­də cə­sa­rə­ti və zə­ka­sı ilə özü­nü gös­tə­rib. Ata­sı Se­buk Te­qin 997-ci il­də və­fat et­dik­də ora­da olan ki­çik qar­da­şı İs­ma­yıl ata­sı­nın ye­ri­nə ke­çib­sə də, Mah­mud Qəz­nə­yə gə­lə­rək mül­kü­nü qar­da­şı­nın əlin­dən alıb və özü­nün səl­tə­nə­ti­ni elan edib.

Hə­min vaxtda Mah­mu­dun 28 ya­şı var­dı. Onun ha­ki­miy­yə­tə gəl­mə­si ilə is­lam alə­mi ye­ni bir qüv­və əl­də edib. Ar­tıq Şərqdə bü­tün göz­lər Mah­mu­da di­kil­miş­di. Ha­mı onun nə edə­cə­yi­ni ma­raq­la göz­lə­yir­di. Mah­mud sər­bəst hə­rə­kət et­mək və Sa­ma­no­ğul­la­rı­nın vas­sal­lı­ğın­dan qur­tul­maq is­tə­yir­di. Uzun-uza­dı dü­şü­nən­dən son­ra Mah­mud an­la­dı ki, is­lam alə­mi­nin da­ha da çi­çək­lən­mə­si, is­la­mı qə­bul edən xalqla­rın sa­yı­nın ar­tı­rıl­ma­sı üçün ye­ga­nə yol ar­tıq zə­if­lə­miş Sa­ma­no­ğul­la­rı­nın taxtdan kə­nar­laş­dı­rıl­ma­sı­dır. An­caq Sa­ma­no­ğul­la­rı­nı taxtdan sal­maq və on­la­ra qar­şı sa­vaş aç­maq üçün bir bə­ha­nə la­zım idi. Mah­mud Sa­ma­no­ğul­la­rı­nı sa­va­şa çək­mək məq­sə­di­lə on­la­rın ta­nı­ma­dı­ğı Bağ­dad­da­kı Ab­ba­si xə­li­fə­si əl-Qa­dir Bil­la­hın adı­na xüt­bə oxut­dur­du. Bu, Sa­ma­no­ğul­la­rı­nı əsə­bi­ləş­dir­di. Ya­ran­mış və­ziy­yət­dən is­ti­fa­də edən Mah­mud Sa­ma­no­ğul­la­rı­nın nə­za­rə­tin­də olan Bu­xa­ra, Xo­ra­san, He­rat, Bəlx və Ka­bil şə­hər­lə­ri­ni ələ ke­çir­di. Bu­nu gö­rən İran­la İraq ara­sın­da­kı əra­zi­lər­də hökmran­lıq edən Bü­vey­hi­lər Mah­mu­dun üzə­ri­nə qo­şun ye­rit­di­lər. On­lar güc­lü bir rə­qib­lə qar­şı­la­şa­caq­la­rı­nı bil­sə­lər də, ona ha­ki­miy­yət­də möh­kəm­lən­mək im­ka­nı ver­mək is­tə­mir­di­lər. Am­ma Mah­mud­la dö­yüş Bü­vey­hi­lər üçün də fə­la­kət­lə nə­ti­cə­lən­di. On­lar məğ­lub ola­raq Mah­mu­dun hökmran­lı­ğı­nı ta­nı­ma­lı ol­du­lar. Bü­vey­hi­lə­ri məğ­lub et­dik­dən son­ra Mah­mud ar­tıq Sa­ma­no­ğul­la­rı­nın tax­tı­na sa­hib ol­du­ğu­nu bir növ təs­diq­lə­miş ol­du. O, məş­hur alim Əbu Hə­mid İs­fa­ha­ni­ni Bağ­da­da xə­li­fə­nin ya­nı­na gön­dər­di. Xə­li­fə əl-Qa­dir Mah­mu­dun el­çi­si­ni bö­yük hör­mət­lə qar­şı­la­dı. Xə­li­fə Mah­mu­dun hökmran­lı­ğı­nı ta­nı­dı­ğı­nı bil­dir­di. Bun­dan son­ra Mah­mud Qəz­nə­də tax­ta çıx­ma mə­ra­si­mi ke­çir­di və özü­nü Qəz­nə­nin hökmda­rı elan et­di. Mah­mud, həm­çi­nin, xə­li­fə­yə tə­şək­kür edə­rək onun adı­na xüt­bə oxut­dur­du. Qəz­nə­li Mah­mud bu mə­ra­sim­də İs­lam di­ni­nin ya­yıl­ma­sı üçün bü­tün im­kan­lar­dan is­ti­fa­də edə­cə­yi­ni xə­li­fə­yə bil­di­rir.

Qəz­nə­li Mah­mud bü­tün Hin­dis­ta­nın İs­lam di­ni­ni qə­bul et­mə­si­ni is­tə­yir­di. Bu məq­səd­lə o, Hin­dis­tan üzə­ri­nə yü­rü­şə ha­zır­laş­ma­ğa baş­la­yır. Əv­vəl­cə Əf­qa­nıs­ta­nı və Bə­lu­cis­tan de­yi­lən öl­kə­lə­ri hök­mü al­tı­na alır. Son­ra Ma­ve­run­nehr xa­nı İlik xan və Qə­dir xan­la dö­yü­şə­rək Cey­hu­nun di­gər tə­rə­fi­nə ke­çir və Xa­rəz­mə qə­dər sər­həd­lə­ri­ni ge­niş­lən­di­rir. İran və İraq tə­rəf­lə­rin­də Rey, İs­fa­han, Qəz­vin, Sa­və, Zən­can, Əb­hər şə­hər və qa­la­la­rı alır, pis dü­şün­cə­lər­lə yü­rüş­lər tö­rə­dən­lə­ri cə­za­lan­dı­rır.

Qəz­nə­li Mah­mud öl­kə­si­ni təh­lü­kə­siz­lik al­tı­na al­dıq­dan son­ra tax­ta çı­xar­kən iç­di­yi an­da və ver­di­yi sö­zə sa­diq qa­la­raq Hin­dis­tan sə­fə­ri­nə qə­rar ve­rir. Be­lə­cə, 1000-ci ilin sentyabr ayın­da ilk Hin­dis­tan sə­fə­ri­nə çı­xan Sol­tan Mah­mud bu ta­rix­dən eti­ba­rən 1027-ci ilə qə­dər Hin­dis­ta­na qar­şı 17 də­fə bö­yük sə­fər­lər təş­kil edir. Bü­tün sə­fər­lə­rin­də qə­lə­bə­lər ça­lan Sol­tan Mah­mud bö­yük həcmdə qə­ni­mət­lər də əl­də edir. O, onun­cu sə­fə­rin­də hindli­lər tə­rə­fin­dən mü­qəd­dəs sa­yı­lan, bir çox iba­dət­ga­hın və bü­tün ol­du­ğu Tha­ne­sar şə­hə­ri­nə gi­rir və heç bir mü­qa­vi­mə­tə rast gəl­mə­dən bü­tün büt­lə­ri qır­dı­rır. Bu zə­fər nə­ti­cə­sin­də bir çox hindli mü­qəd­dəs is­la­mı qə­bul edə­rək mü­səl­man olur.

O za­man­lar Hind dün­ya­sı Sol­tan Mah­mud­dan o də­rə­cə­də qor­xu içə­ri­sin­də olub ki, o hər han­sı bir hind böl­gə­si­nə sə­fə­rə çıx­dıq­da şöh­rə­ti on­dan əv­vəl o böl­gə­yə ça­tar və şə­hər­lər dö­yüş­mə­dən təs­lim olar­dı. 1020-ci il­də Ka­lin­car, 1021-ci il­də Kəş­mir və 1022-ci il­də tək­rar Ka­lin­car üzə­ri­nə sə­fər edən Sol­tan Mah­mud bu şə­hər­lə­ri də ita­ə­ti al­tı­na alır.    

Sol­tan Mah­mu­dun on al­tın­cı ən məş­hur sə­fə­ri Som­nat üzə­ri­nə olub. Bu şə­hər­də­ki bir iba­dət­gah­da yer­ləş­di­ri­lən büt hər il yüz­min­lər­lə hindli tə­rə­fin­dən zi­ya­rət edi­lər və ən qiy­mət­li cə­va­hi­rat­la bə­zə­di­lər­di. Sol­tan Mah­mud bu­nu eşit­dik­də bu ba­til inam­la bir­lik­də o bü­tü də yıx­ma­ğa qə­rar ve­rir. Be­lə­cə, hindli­lər ara­sın­da İs­lam di­ni­nin ya­yıl­ma­sı­nın tez­lə­şə­cə­yi dü­şün­cə­si­lə 1025-ci il oktyabr ayı­nın 18-də 30 min at­lı və min­lər­lə kö­nül­lü­dən iba­rət or­du­su ilə sə­fə­rə çı­xır və yan­va­rın 8-də Som­na­tı iş­ğal edir. İba­dət­ga­ha gir­dik­də büt­lə­rin ha­mı­sı­nı qır­dı­rıb, mü­əz­zi­nə iba­dət­ga­hın üzə­ri­nə çı­xa­raq əzan oxu­ma­sı­nı əmr edir.

Som­na­tı ələ ke­çir­dik­dən son­ra Sol­tan Mah­mud da­ha bir sə­fə­rə çı­xır və Qər­mə­ti­lə­rin yu­va­sı­na çev­ri­lən Man­su­ra­nın ha­ki­mi Xa­fi­fi cə­za­lan­dı­rır. Bu­nun ar­dın­ca sol­tan də­fə­lər­lə qə­fil­dən onun or­du­su­na hü­cum edə­rək diq­qə­ti­ni Hin­dis­tan sə­fə­rin­dən ya­yın­dır­maq is­tə­yən çat­lı­lar­la haqq-he­sab çək­mək qə­ra­rı­na gə­lir. Çat­lı­la­rın əsas qüv­və­lə­ri də­niz­də idi. On­lar də­niz­də məğ­lu­be­dil­məz sa­yı­lır­dı­lar. Ona gö­rə də sol­tan 1500 gə­mi in­şa et­di­rir və də­niz dö­yü­şün­də çat­lı­la­rın 400 gə­mi­si­ni məhv edir. Bun­dan son­ra Çat ta­ma­mi­lə ələ ke­çi­ri­lir. Be­lə­lik­lə, Sol­tan Qəz­nə­li Mah­mud Qanq ça­yı ət­ra­fın­da­kı bü­tün əra­zi­lər­də öz ha­ki­miy­yə­ti­ni möh­kəm­lən­di­rir.

Öm­rü­nü İs­lam di­ni­nin ya­yıl­ma­sı­na həsr edən və türk mil­lə­ti­nin ta­rix ki­ta­bı­na qı­zıl sə­hi­fə­lər ya­zan bö­yük sər­kər­də və döv­lət xa­di­mi Sol­tan Qəz­nə­li Mah­mu­dun Hin­dis­tan üzə­ri­nə yü­rüş­lə­ri onun səh­hə­tin­də ağır iz­lər bu­rax­mış­dı. Or­du­su­nun bü­tün sə­fər­lə­rin­də iş­ti­rak edən, gah ke­çil­məz he­sab edi­lən qar­lı dağ­la­rın aşıl­ma­sı­na, gah da su­suz, üzü­cü is­ti səh­ra­lar­dan ke­çə­rək düş­mə­nə göz­lə­mə­di­yi yer­dən zər­bə­lər en­di­ril­mə­si­nə rəh­bər­lik edən Sol­tan Qəz­nə­li Mah­mud ağır xəs­tə­lən­miş­di. Hə­kim­lə­rin onu mü­a­li­cə cəhdlə­ri isə müs­bət nə­ti­cə ver­mir­di. Çün­ki sol­tan öz sağ­lam­lı­ğı­nı qo­ru­maq ba­rə­də heç vaxt dü­şün­mə­miş­di. Hə­kim­lə­rin onu mü­a­li­cə et­mək üçün di­lə tut­ma­la­rı­na ca­vab ola­raq sol­tan: "Mən hə­lə Mü­qəd­dəs İs­la­mın bü­tün Hin­dis­tan və Asi­ya­ya ya­yıl­ma­sı­na na­il ola bil­mə­mi­şəm, vaxt isə mə­ni göz­lə­mir. Ölə­nə ki­mi qar­şı­ma qoy­du­ğum mü­qəd­dəs və­zi­fə­ni - bü­tün Hin­dis­ta­nın mü­səl­man­laş­dı­rıl­ma­sı­nı ba­şa çat­dır­maq və bun­dan son­ra ra­hat son mən­zi­lə get­mək is­tə­yi­rəm" - de­yib.

Sol­tan Mah­mud o dövrdə mü­a­li­cə­si ol­ma­yan ağ ci­yər xəs­tə­li­yi­nə tu­tul­muş­du. Bu­na bax­ma­ya­raq o, is­lam alə­min­də xo­şa­gəl­məz ad çı­xa­ran qon­dar­ma tə­ri­qət­lə­ri dəs­tək­lə­yən İraq ha­ki­mi Bü­he­yo­ğul­la­rı üzə­ri­nə yü­rü­şə çı­xıl­ma­sı ba­rə­də əmr ve­rir. Bu sə­fər xəs­tə sol­tan üçün ağır keç­sə də o, so­na ki­mi əs­gər­lə­ri ilə bir­lik­də olur. Düş­mə­ni məğ­lub edə­rək İra­qı da Qəz­nə­li­lə­rin ha­ki­miy­yə­ti al­tı­na alan Sol­tan Mah­mud ge­ri qa­yı­dar­kən ya­ta­ğa dü­şür. O ar­tıq hə­rə­kət edə bil­mir­di. İs­lam di­ni­nin bü­tün Hin­dis­ta­na, Əf­qa­nis­tan və cə­nub-şər­qi Asi­ya­ya ya­yıl­ma­sı­na əvəz­siz xid­mət­lər edən, zə­ma­nə­si­nin ən bö­yük hökmda­rı adı­nı qa­za­nan Sol­tan Qəz­nə­li Mah­mud 1030-cu il­də və­fat edir.

Qəz­nə­li Mah­mud türk mil­lə­ti­ni şöh­rət­lən­di­rib, İs­lam di­ni­nin ya­yıl­ma­sın­da əvəz­siz xid­mət­lər edib. O, yal­nız bö­yük sər­kər­də de­yil, həm də ba­ca­rıq­lı bir döv­lət qu­ru­cu­su olub. Sol­tan Mah­mud qüd­rət­li və o dövr üçün ye­nil­məz sa­yı­lan bir döv­lət qur­muş­du. Bu­nun­la ya­na­şı, o həm də el­mə və sə­nə­tə, elm adam­la­rı­na bö­yük qiy­mət ve­rir­di və özü də döv­rü­nün ən elmli hökmdar­la­rın­dan sa­yı­lır­dı. Bu xü­su­siy­yət­lə­ri­nə gö­rə Sol­tan Qəz­nə­li Mah­mud türk mə­də­niy­yə­ti­nin və türk ta­ri­xi­nin ən bö­yük şəx­siy­yət­lə­rin­dən bi­ri ki­mi ta­nı­nır.

Sol­tan Mah­mu­dun qur­du­ğu Qəz­nə­li­lər döv­lə­ti o dövrdə Asi­ya­nın ən bö­yük mə­də­niy­yət və elm mər­kə­zi sa­yı­lır­dı. Öl­kə­də yüz­lər­lə məd­rə­sə fə­a­liy­yət gös­tə­rir­di. Bu məd­rə­sə­lər­də həm di­ni elmlər, həm də tə­bi­ət elmlə­ri təd­ris edi­lir­di. Sol­tan Qəz­nə­li Mah­mud is­te­dad­lı və məğ­lu­be­dil­məz sər­kər­də, hökmdar ol­du­ğu ki­mi, həm də məş­hur bir elm xa­di­mi idi. O, hə­dis­lə­ri əz­bər bi­lir­di və bu ba­rə­də is­lam alim­lə­ri ilə mü­ba­hi­sə­yə gi­rə­rək on­la­rı məğ­lub edir­di. Sol­tan həm də is­lam hü­qu­qu­nun bi­li­ci­si ki­mi şöh­rət qa­zan­mış­dı. Öl­kə­nin pay­tax­tı Qəz­nə şə­hə­ri­nə dün­ya­nın ta­nı­nan alim­lə­ri­ni, sə­nət­kar­la­rı­nı top­la­yan Sol­tan Mah­mud on­lar­dan elm və mə­də­niy­yə­tin yük­sə­li­şi üçün is­ti­fa­də edir­di. Məd­rə­sə­lər­də dərs de­yən mü­əl­lim­lə­rə döv­lət xə­zi­nə­sin­dən ma­liy­yə yar­dı­mı edir­di. Alim­lə­rə və di­gər məş­hur adam­la­ra on­la­rın el­mi sə­viy­yə­si­nə uy­ğun ola­raq bəx­şiş­lər ve­rir­di, ra­hat ya­şa­ma­la­rı və elmlə məş­ğul ol­ma­la­rı üçün la­zım olan ma­liy­yə yar­dı­mı edir­di.

Mü­qəd­dəs İs­la­mın ya­yıl­ma­sı­nı ge­niş­lən­dir­mək üçün Qəz­nə­li Mah­mud nə­za­rə­ti al­tı­na al­dı­ğı bü­tün əra­zi­lər­də məs­cid­lər tik­di­rir, İs­lam di­ni­ni öy­rə­dən və təb­liğ edən məd­rə­sə­lər aç­dı­rır­dı. Onun İran­da in­şa et­dir­di­yi məş­hur Ba­zar Ulu məs­ci­di, İkin­ci Mə­sud mi­na­rə­si əvəz­siz me­mar­lıq abi­də­lə­ri ki­mi is­lam mə­də­niy­yə­ti ta­ri­xin­də ya­şa­maq­da­dır.

Onu da qeyd edək ki, Sol­tan Qəz­nə­li Mah­mud ma­hir bir me­mar idi. O, in­şa et­dir­di­yi bir çox məs­cid və sa­ray­la­rın la­yi­hə­si­ni özü ha­zır­la­mış­dı.

Sol­tan Qəz­nə­li Mah­mud türk mil­li qü­ru­ru­na bö­yük qiy­mət ve­rən və­tən­pər­vər bir şəxs idi. O, məş­hur alim­lər İbn Si­na ilə Bi­ru­ni­ni Qəz­nə­yə gə­tir­də­rək, on­la­ra el­mi təd­qi­qat­lar­la məş­ğul ol­maq üçün hər cür şə­ra­it ya­rat­mış­dı. Onun el­mə və elm adam­la­rı­na yük­sək qiy­mət ver­mə­si, döv­lət mə­sə­lə­lə­ri­nin həl­lin­də alim­lə­rin məs­lə­hət­lə­rin­dən is­ti­fa­də et­mə­si bu gün də hör­mət və mə­həb­bət­lə xa­tır­la­nır.

Sol­tan Mah­mud əda­lət­li bir hökmdar olub. O bir də­fə sa­ray­da ən çox hör­mət bəs­lə­di­yi əyan­lar­dan bi­ri­nin qul­luq­çu­su ilə qey­ri-in­sa­ni dav­ran­ma­sı­nı ba­ğış­la­ma­mış və hə­min şəx­si dər­hal cə­za­lan­dır­mış­dı. Əya­nın ba­ğış­lan­ma­sı üçün xa­hiş edən­lə­rə isə be­lə bir ca­vab ver­miş­di: "O əya­nın ye­rin­də ən əziz bir ada­mım ol­say­dı be­lə, onu da ba­ğış­la­maz­dım. Çün­ki di­ni­miz­də zə­i­fin haq­qı­nın tap­da­lan­ma­sı­na, güc­lü­nün güc­sü­zü əz­mə­si­nə ica­zə ve­ril­mir və bun­lar pis­lə­nir. Uca Al­lah tə­rə­fin­dən ya­ra­dı­lan bü­tün in­san­lar, tut­duq­la­rı və­zi­fə­lər­dən ası­lı ol­ma­ya­raq, bə­ra­bər­dir. Heç kim­sə­nin ka­sı­bın haq­qı­nı ayaq­lar al­tı­na at­ma­sı­na ra­zı ola bil­mə­rəm. Haq­lı­nı haq­sız edən­lər, zə­i­fi əzən­lər biz­dən de­yil. On­lar mü­səl­man ola bil­məz­lər. Çün­ki mü­səl­man mü­səl­ma­na zülm et­məz".

Sol­ta­nın bu əda­lə­ti on­dan son­ra gə­lən hökmdar­lar üçün bir ib­rət mək­tə­bi ol­muş­du. Ona gö­rə də Qəz­nə­li döv­lə­ti­nin qu­ru­cu­su ola­raq ta­rix­də ən əda­lət­li döv­lət baş­çı­sı ki­mi xa­tır­la­nır. Or­ta əsrlər is­lam ta­rix­çi­lə­rin­dən bi­ri onun ba­rə­sin­də be­lə ya­zıb: "Sol­tan Mah­mud bü­tün dövrlə­rin fa­te­hi­dir. Onun ki­mi fa­teh hə­lə dün­ya­ya gəl­mə­yib. Əgər o, Hin­dis­ta­na sə­fər­lər et­mə­səy­di, bu gün xə­ri­tə­də Pa­kis­tan, Banqla­deş, Əf­qa­nis­tan ki­mi mü­səl­man döv­lət­lər ol­ma­ya­caq­dı. Türk-is­lam dün­ya­sı qi­ya­mə­tə qə­dər Sol­tan Qəz­nə­li Mah­mu­du mə­həb­bət­lə xa­tır­la­ya­caq".

Yu­xa­rı­da qeyd et­di­yi­miz ki­mi, Qəz­nə­li Mah­mud ca­han­gir­cə­si­nə et­di­yi fəthlər­lə bə­ra­bər, el­mə, sə­nə­tə əhə­miy­yət ve­rən bir alim olub. Sul­tan öz sa­ra­yın­da tez-tez alim və şa­ir­lər­lə gö­rüş­lər ke­çi­rər, on­lar­la dün­ya iş­lə­ri­ni mü­za­ki­rə edər­di. Onun adı­na ya­zıl­mış bir çox əsər­lər or­ta­ya çı­xıb. Fir­dov­si­nin "Şah­na­mə"si bun­lar­dan bi­ri­dir. Elm adam­la­rı­nın ye­tiş­mə­si­nə və on­la­rın bol­luq içə­ri­sin­də ya­şa­ma­la­rı­na bö­yük yar­dım­la­rı olan Qəz­nə­li Mah­mud haqq əh­li­nə xoş dav­ra­na­raq, on­la­rın tə­rəf­dar­la­rı ara­sın­da ilk sı­ra­da olub.

Ru­hu şad ol­sun!

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor 




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

01.05.2025 / 21:37
Bəzi İran dairələrinin Azərbaycana qarşı "mədəniyyət iddialarına" son qoyula bilər...

01.05.2025 / 21:22
Bank kartlarındakı pulun sığortalanması mümkündür?...

01.05.2025 / 21:08
Putinin partiyasının konfransında ermənilərin Azərbaycana qarşı təxribatı baş tutmadı...

01.05.2025 / 20:55
Ermənistan həsrətində olduğu Şimal-Cənub dəhlizi xatirinə borca girdi...

01.05.2025 / 20:41
Putin "Stalinin irsinə" dönüş edir - ilk addım atıldı...

01.05.2025 / 20:27
Azərbaycanın Çinlə birgə avtomobil istehsalının uğursuzluğu Naxçıvandan başladı...

01.05.2025 / 20:14
Qərbin Qarabağ erməniləri ilə bağlı illər əvvəlki planı açılır - 2023-cü ilin iyulunda...

01.05.2025 / 20:01
Kiprin tanınmış müğənnisi Bahar Gökhan Bakı Beynəlxalq Muğam Mərkəzində təntənəli konsertlə çıxış etdi... - FOTO/VİDEO

01.05.2025 / 19:57
Hindistan Pakistanın parlament qərarına da baxmadı - İslamabad zorla müharibəyə təhrik edilir...

01.05.2025 / 19:44
Azərbaycanın dövlət büdcəsi niyə hər il kəsirlə tərtib olunur? - Peşəkarların təhlili...

01.05.2025 / 19:30
Netanyahu və Ərdoğanın Bakıda görüş ehtimalına ziddiyyətli reaksiyalar var...

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:17
Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO/VİDEO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:10
DİN Qaradağda məktəb ətrafında naməlum şəxslə bağlı yayılan görüntüləri araşdırdı…

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

01.05.2025 / 17:56
"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu

01.05.2025 / 17:51
Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

01.05.2025 / 17:38
Trampın komandası Azərbaycana “hücuma” hazırlaşır? - “Azərbaycanda demokratiya aktı”?...

01.05.2025 / 17:33
Bakıda avtomobillərin qarşısına çıxaraq təhlükə yaradan şəxs saxlandı

01.05.2025 / 17:26
Bakıda “Porsche” ilə “avtoşluq” edən sərxoş sürücü həbs edildi...

01.05.2025 / 17:24
Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...

01.05.2025 / 17:20
“Bu cür kütləvi məzarlıqlar erməni vandalizminin çoxsaylı əyani sübutlarındandır” - Umud Mirzəyev

01.05.2025 / 17:15
Rusiyada bir mənzildə güclü partlayış 3 ukrayna agentini ələ verdi - bomba əllərində partladı...

01.05.2025 / 17:03
Əlcəzairdən Fransaya sərt cavab - səfirliyin ərazisi 14 hektardan 2-yə endirilir, icarə qiyməti qaldırılır...

01.05.2025 / 16:33
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

01.05.2025 / 16:28
“Azəristiliktəchizat”a yeni sədr təyin edildi

01.05.2025 / 16:20
Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edildi

01.05.2025 / 16:17
Bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırıldı - FƏRMAN

01.05.2025 / 15:20
Dağılmaqda olan tarixi hamamlar...

01.05.2025 / 15:19
Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrası ona həvalə olundu

01.05.2025 / 15:13
“Qan-qan deyən” Hindistanla Pakistan arasındakı müharibə kimə sərf edir?”

01.05.2025 / 15:11
Konqres Trampın Ukraynayla sazişini “qəsbkarlıq” adlandırdı

01.05.2025 / 15:06
Polis Qaradağda əməliyyat keçirdi - saxlanan var...

01.05.2025 / 14:50
Koordinasiya Şurasının növbəti iclası keçirildi

01.05.2025 / 14:35
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

01.05.2025 / 14:23
"Meyit qalıqlarının çoxu qadınlara aiddir, üzərində zorakılıq əlamətləri var" - Eldar Səmədov

01.05.2025 / 14:09
Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

01.05.2025 / 13:52
Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO

01.05.2025 / 13:38
Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

01.05.2025 / 13:22
Bir gündə vətəndaşların bank kartlarından 30 min manat apardılar - DİN növbəti dəfə xəbərdarlıq etdi

01.05.2025 / 13:10
Что такое родина для армян? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

01.05.2025 / 12:54
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:05
Putin məhz buna görə sülhdən qorxur - CANLI

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanımı olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

01.05.2025 / 09:06
Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...

01.05.2025 / 09:00
Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01.05.2025 / 08:44
Mədəniyyət Nazirliyi Qubadakı tarixi abidə ilə bağlı müraciətə cavab verib

01.05.2025 / 08:36
Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678