Cümə günü, 2 may 2025
     

Tarixdə iz buraxanlar: Sultan I Osman qazi

Image

Sultan I Osman qazi Osmanlı sultanlarının ilkidir. Dünyanın ən uzunömürlü və ən böyük dövlətlərindən biri olan Osmanlı dövlətinin qurucusudur. Altı əsrdən artıq yaşamış bu dövlətə adını verən Sultan I Osman qazi 1258-ci ildə Söyüdlüdə anadan olub. Atası oğuzların Bozok qolunun Kayı boyundan olan Ərtoğrul bəy, anası Halimə xanımdır. Sultan I Osman qazi İslam tərbiyəsilə yetişdirilib, dövrün adət-ənənəsilə mükəmməl hərbi təlim alıb.
Ərtoğrul bəyin oğlanlarının ən kiçiyi olan Osman bəy atasının yaxın dostlarından qılıncla döyüşməyi, ata minməyi öyrənib. Onlardan ibrət alaraq gəncliyindən etibarən döyüşlərə qatılaraq zəfərlər qazanıb, komandanlıq vəsflərini inkişaf etdirib. O zamanlar o bölgədə hər biri bir könül sultanı olan şeyx və alimlər var idi. Osman bəy Anadolunu islamlaşdırıb türkləşməsi fəaliyyətlərinə qoşulan Şeyx Edabalinin söhbətlərinə qatılıb, mənəviyyatını yüksəldib. Osman bəy Şeyx Edabaliyə qonaq olduğu bir gecə qəribə bir röya gördü. Gördü ki, şeyxin böyründən çıxan bir ay onun sinəsinə girdi, sonra sinəsindən çıxan bir ağac bütün üfüqü, göy üzünü bürüdü. Dağların, dərələrin, meşələrin, şəhərlərin, çayların, dənizlərin bu ağacın kölgəsi altında qaldığını və insanların ondan faydalandığını gördü. Ertəsi gün Osman bəy röyasını Şeyx Edebaliyə anlatdıqda şeyx çox həyəcan keçirib və: "Oğul! Haqq Təala sənə və sənin övladlarına səltənət verdi. Sən padşah olacaqsan. Sənin dövlətin bütün cahanı bürüyəcək, bütün dünya sənin övladlarının himayəsi altında olacaq, mənim qızım Mal xatundan sənin nəslin törəyəcək. Artıq qızım sənə halaldır" - deyərək, Osman bəyin röyasını anlatmışdır. Beləliklə, Osman bəy 1277-ci ildə, on doqquz yaşında ikən Edebalinin qızı ilə evləndi. Osman qazinin cəsarəti, zəkası, comərdliyi, İslam dininə olan sədaqəti hər kəs tərəfindən təqdir edildiyinə görə o, Kayı boyu bəyliyinə namizəd göstərildi və 1281-ci ildə atası Ərtoğrul bəy vəfat etdikdə Kayı bəyi oldu.
Osman qazi Kayı bəyi olunca qonşusu Bizans hökmdarları ilə yaxşı keçinməyə çalışdı, bunların arasından da ən çox Bilecik hökmdarı ilə anlaşırdı. Osman bəyin keçmişdən bəri yaylağa çıxarkən ağır əşyalarını Bilecik hökmdarına əmanət etmək, buna qarşılıq hökmdara bəzi hədiyyələr vermək ənənəsi vardı. Əmanətin təslimi və alınması silahsız kəslər və qadınlar tərəfindən yerinə yetirilərdi. Tayfaların yaylağa çıxış və dönüşlərində İnegöl hökmdarı yollarını kəsərək onlara zərər verər, tez-tez çarpışmalar olardı. Osman bəyin gücünün və qüdrətinin davamlı artdığını görən İnegöl hökmdarı Nikola qonşularından tədbir alınmasını istədi. İnegöl hökmdarının bizanslılara ittifaq təklifi və Hökmdar Nikolanın Bazarkənddə qüvvə topladığı təsbit edildikdə Bilecik hökmdarı tərəfindən Osman bəyə xəbər verildi. Osman bəy də Kayı liderləri, komandanlar və dostlarından Ağcaqoca, Əbdürrəhman qazi, Aykut Alp, Konur Alp və Turqut Alp ilə görüşərək İnegölün fəthinə qərar verdi. 1284-cü ildə Bazarkənddə meydana gələn döyüşlərdə Osman bəyin qardaşı oğlu Bay Xoca şəhid oldu. Bu döyüşün ardından Kulaca qalası fəth edildi. Bu məğlubiyyət nəticəsində İnegöl hökmdarı ilə Qaracahisar hökmdarı birləşdilər və 1288-ci ildə Domaniçi yaxınlığındakı Ericədə osmanlılarla döyüşməyə başladılar. Fəqət bunlar, birləşmələrinə baxmayaraq, yenidən məğlub oldular. Bu döyüşlərdə Osman bəyin qardaşı Sarı Yatu şəhid oldu. Osman qazinin Ericədəki müvəffəqiyyəti Anadolu Səlçuqlu sultanı Qiyasəddin Məsud şah tərəfindən mükafatlandırıldı və göndərilən bir fərmanla Söyüdlü və ətrafı Osman bəyə bir yurd olaraq verildi.
Sultandan aldığı mükafatlardan sonra yürüşlərini sürətləndirən Osman bəy bir basqınla İnegöl hökmdarını və onun bir çox əsgərini öldürdü və çox miqdarda qənimətlər əldə etdi. İnegöl hökmdarının öldürülməsi və Osman bəyin davamlı geniş yerlərə sahib olması Bursa və İznik hökmdarlarını təlaşlandırdı. Osman bəyin Bizans hökmdarına qarşı uyğuladığı siyasət Anadolu Səlçuq sultanı tərəfindən təqdirlə qarşılandı. Səlçuq sultanı 1289-cu ildə bir fərmanla Söyüdlüyə əlavə olaraq Əskişəhər və İnönü bölgələrini Osmanlı bəyliyinə verdi. Səlçuq sultanının hədiyyələri və verdiyi fərman Osman bəyi daha da ruhlandırdı və Osmanlı yürüşlərini sürətləndirdi. Qaracahisar və Yarhisar hökmdarları Osman bəyə qarşı ittifaq qurdularsa da, 1291-ci ildə Qaracahisar osmanlılar tərəfindən fəth edildi. 1922-ci ildə Sakarya çayının şimalına yürüş edildi. Bu yürüşlərdə Sorqan kəndi, Göynük, Daraqlı Yenicəsi və Mudurnu tərəfinin hərbi mövqeləri dağıdıldı və çox böyük qənimətlər əldə edildi. Osman bəy bu yürüşlərdə əldə edilən qənimətlərlə hələ quruluş halında olan dövlətin ehtiyaclarını tamamlayır, qalanlarını isə yürüşə qatılan qazilərə paylatdırırdı. Osman qazinin təşkilatlanmağa verdiyi üstünlük 1298-ci ilə qədər davam edib.
Osman qazinin irəliyə doğru fəaliyyətləri Bizans hökmdarlarını çox təlaşlandırdı. Bilecik hökmdarı da Osman qazi əleyhinə qurulan ittifaqa qatıldı. Bizans rum hökmdarları Osman qazini döyüş meydanlarında öldürə bilməyəcəklərini anladıqda hiylə qurmağa başladılar. Onlar Osman bəyi Yarhisar hökmdarının qızı ilə evlənməkdə olan Bilecik hökmdarının toyuna dəvət edib öldürməyi planladılar. Bu sui-qəsd planı Osman qaziyə dostu, Xarmanqaya hökmdarı Kösə Mihal tərəfindən xəbər verildi. Lazımi tədbirləri alan Osman qazi Bizans hökmdarları ilə bərabər dəvət edildiyi toya hədiyyə olaraq quzu sürüsü göndərdi. Toydan sonra yaylağa çıxacağını bildirərək, keçmişdə olduğu kimi, qiymətli əşyalarının qadınlar vasitəsilə qalaya alınmasını istədi. Bilecik hökmdarı Bizans hökmdarlarıyla ittifaq halında olduğuna görə Osman qazinin təklifini qəbul edib toy yeri olan Çakır bulağına getdi. Osman qazi tayfanın əşyası yerinə atlara silah yüklədib hərb hiyləsilə qırxa yaxın qazini qadın qiyafətində Bilecikə göndərdi. Tayfa qafiləsi Bilecikə gedib şəhəri ələ keçirdi. Osman qazi də toydan dönməkdə olan hökmdarları qurduğu pusqu ilə məğlubiyyətə uğradıb məhv etdi. Gəlin də daxil olmaqla, toya qatılanların bir qismi əsir alındı. Gəlinə Nilufər adı verilib Osman qazinin oğlu Orxan qaziyə nigahlandı. Ertəsi gün Yarhisar qalası mühasirəyə alındı və ələ keçirildi. Osman qazinin komandanlarından Alp Turqut və qazilər İnegölü də fəth etdilər.
Osman qazi Qərbi Anadoluda Bizans sərhədində fəthlər edərkən monqol ilhanlılar Anadolunu istila etdilər. İlhanlı hökmdarı Qazan xan Anadolu Səlçuq sultanı Ələddin şahı İrana apardı. Bütün Türkiyə Səlçuq dövlətinin torpaqları ilhanlıların əlinə keçdi. İlhanlı zülmündən mühacirət edən bir çox Anadolu Səlçuqlu əmiri Osman qazinin yürüşlərinə qoşulmaq üçün onlara qatıldı. Beləcə, Osman qazi 1281-ci ildən bəri ərazisini davamlı genişləndirib qəza niyyətilə onun xidmətinə qatılanlarla gücləndi. Anadolu Səlçuqlu sultanlığının iqtidar boşluğundan faydalanan türk bəyləri Osman qazi müstəqilliklərini elan edib tabelikdən qurtuldu və dövlət təşkilatının müəssisələrini qurdu. Bu arada Yundhisar və Yenişəhər qalaları fəth edildi. Osman qazi Yenişəhəri mərkəz halına gətirdi. Burada idarə, iqtisadiyyat və sosial müəssisələrini qurdurdu. Hər bölgənin rəhbərliyinə inandığı qabiliyyətli və adil komandanlar təyin etdi. Nəticədə, dörd yüz çadırla Türkiyə Səlçuqlu - Bizans sərhədinə yerləşdirilən Kayı tayfası 1299-cu ildə Osman qazi Osmanlı xanədanını və dövlətini qurmuş oldu.
Osman qazi İslam dininin əsaslarını, türk adət və ənənələrini, təşkilat və müəssisələrini xanədanlığına yerləşdirib mükəmməlləşdirdi. Davamlı genişlənib təşkilatlanmaqda olan Osmanlı təhlükəsini anlayan Bizans Kayseri İkinci Andronikos Poleoloqos güclü komandanlarından Musalonu Osman qazinin üzərinə yürüşə göndərdi. Osman qazinin ordusu və Musalon komandanlığındakı Bizans qüvvələri 1301-ci ildə İznikin şimal-şərqində qarşı-qarşıya gəldilər. Baş verən döyüşlərdə Osman qazinin ordusu qalib gəldi. 1302-ci ildə Körpühisar və 1303-cü ildə Yenişəhərin cənub-qərbindəki Mərmərəcik qalaları fəth edildi. İznikin şimalındakı Qatırlı dağının ətəyində qala tikildi. Beləcə, Osmanlı xanədanı güclənib genişlənməyə davam edirdi. 1306-cı ildə Bursa hökmdarının idarəsindəki müttəfiq Bizans hökmdarına qarşı hərbi yürüş edildi. Beləliklə, Osman qazi müttəfiq Bizans komandanlarının qüvvələrini Dinbozda məğlubiyyətə uğradıb Kestel, Kite və Ulubad qalalarını ələ keçirdi. 1307-ci ildə İznik mühasirəyə alınıb Yalovaya yürüş edildi. Nəticədə, osmanlılar dənizə çatmış oldular. Onlar 1308-ci ildə Mərmərə dənizindəki İmralı adasını fəth edib dənizdə hərbi hissə qurmaq imkanına sahib oldular. Beləcə, Bizansın Bursa ilə dəniz bağlantısı nəzarət altına alındı. İznik yaxınlığındakı Koçhisar da fəth edildi.
Osmanlıların Bizans sərhədində təsis etdikləri adil idarə Bizans hökmdarlarının zülmündən, vergilərin ağırlığından təngə gələn xristian əhali ilə yanaşı, komandanların da təqdirini qazanmışdı. Rumlar könüllü olaraq Osman qazinin ədalətli idarəsinə sığınmağa başladılar. 1313-cü ildə Xarmanqaya hökmdarı Mihal da Osman qazinin sərəncamına girib müsəlman oldu. O, qazi adını alaraq bir çox döyüşlərə qatıldı, Osmanlı dövlətinə xidmət etdi. Mərmərə sahilindən Qara dəniz istiqamətində yürüşlərinə davam edən osmanlılar 1313-cü ildə Ağhisar, Qeyyə, Lüblücə, Lefkə, Hicarcıq, Təkfur bulağı, Yeniqala, Qaragöz və Yanıqcahisar qalalarını fəth etdilər. Bursa Osmanlı ərazisi arasında qalmışdı. Osmanlılar Bursanı mühasirəyə alıb Kaplıca və Uludağda iki qala tikdilər. Kaplıcada komandanlığa Osman qazinin qardaşı oğullarından Ağtimur, Uludağ qalasına da Balaban təyin edildi. Bu qalalara komandanların adı verildi. 1313-cü ildən etibarən Bursa mühasirə altında idi. Monqol istilasından Qərbi Anadoluya gəlib Kütahyaya yerləşən Çavdarlı tayfasının Osmanlıya qarşı yürütdüyü düşməncə hərəkətlər Osman qazinin oğlu Orxan qazi tərəfindən dayandırıldı.
1317-ci ildə Osman qazi və onun komandanlarından Alp Konur Sakarya və Qara dəniz istiqamətindəki Qaratəkin, Əbəsuyu, Qaracabeş, Duzbazarı, Kapucuq və Kerestəçi qalalarını fəth edib bu mövqeləri Osmanlı hakimiyyəti altına aldılar. Ağcaqoca Sakarya çayının qərbindən İznik qalasına qədər olan mövqe fəth edildi. Buralara Kocaeli adı verildi.
Gənc yaşlarından başlayaraq rum və digər düşmən millətlərin təcavüzünə qarşı apardığı mübarizə və siyasi fəaliyyətlər Osman qazini altmış yaşından etibarən yormağa başlamışdı. Revmatizma xəstəliyi də ona rahatlıq vermirdi. Yorğunluğunu və xəstəliyini nəzərə alan Osman qazi igidliyi, cəsarəti, düşmənlərin qorxusu olan oğlunu öz yerinə vəzifələndirdi. O, həyatda ikən oğlunun idarə tərzini, siyasi və hərbi hərəkatlarını görmək istəyirdi. Oğlu Orxan qazi, gənc yaşda olduğuna baxmayaraq, dininə olan sədaqətilə müsəlmanların təqdirini qazanmışdı.
Osman qazi 1321-ci ildə oğlunu Mudanya səfərinə göndərdi. Qısa bir zamanda Mudanya fəth edildi. Bu müvəffəqiyyətin ardından Orxan qazi Ağyazı, Ayanköy, Qaramürsəl və Orxaneli deyilən Atranosu fəth etdi. Oğlunun bu müvəffəqiyyətlərinə sevinən Osman qazi 1314-cü ildən bəri mühasirə altında tutduğu Bursanın fəthini görmək istəyirdi. Gənc komandan Orxan qazi 6 aprel 1326-cı il tarixində Bursanı fəth edib atasının və bütün müsəlmanların arzusunu yerinə yetirdi.
Bu zamanlar Osman qazinin xəstəliyi artmışdı. Müəllimi Şeyx Edebali və xanımı Mal xatunun vəfatı onun xəstəliyini daha da şiddətləndirmişdi. Vəfatının yaxınlaşdığını anlayan Osman qazi islamiyyətə, türk millətinə və insan haqlarına olan sevgisini anladan bir vəsiyyətnamə yazdı. Oğlu Orxan bəyə ünvanlanan bu vəsiyyətnamədə qısaca olaraq belə deyilirdi:
"Allah Təalanın əmrlərinə müxalif heç bir iş görmə! Bilmədiklərini şəriətin başbilənlərindən öyrən! Yaxşıca bilmədikcə bir işə başlama! Sənə itaət edənləri xoş gör! Əsgərlərinə inamı və ehsanı əskik etmə ki, insan ehsanın quludur. Zalım olma! Aləmi ədalətlə şənləndir və Allah üçün cihadı tərk etməyərək məni şad et! Başbilənlərə riayət et ki, şəriət işləri nizam tapsın! Harada bir elm əhli görsən, ona rəğbət, iqbal və hörmət et! Əsgərinlə, malınla qürurlanıb şəriət əhlindən uzaqlaşma! Bizim vəzifəmiz Allah yoludur və məqsədimiz Allahın dinini yaymaqdır, cahangirlik davası deyildir. Sənə də bunlar yaraşır. Daim hər kəsə ehsanda bulun! Məmləkət işlərini nöqsansız yerinə yetir! Hamınızı Allah Təalaya əmanət edirəm".
Osmanlı sultanları bu vəsiyyətnaməyə cani-könüldən sarılıb, onu 600 il boyunca dövlətin nizamnaməsi halına gətiriblər. Osman qazinin müqəddəs Kitabımız QurTani-Kərimə olan hörməti onun qurduğu dövlətin 620 illik iqtidarı ilə yozulur.
Osman qazi vəsiyyətini etdikdən sonra 1 avqust 1326-cı ildə Söyüdlüdə vəfat edib. Qəbri Bursadakı Gümüşlü Osman qazi türbəsindədir. Osman qazinin Orxan bəydən başqa Ələddin, Çoban, Həmid, Məlik, Pazarlu adlarında oğlanları və Fatma adında bir qızı vardı. Osman qazinin vəfatından sonra dövlətin başına oğlu Orxan bəy keçib.
Tarixçilərin Osman qazi və qurduğu dövlət haqqında ortaq fikirləri qısaca belədir: Türklərin və İslam tarixinin ən möhtəşəm dövrü osmanlıların əsəridir. Onlar milli və İslami məfkurələrin əsası olan siyasi istiqrar və sosial ədalətləri sayəsində üç qitənin ortasında bəşər tarixinin ən qüdrətli təmsilçiləri olublar. Osmanlı xanədanı dünyada heç bir millətə nəsib olmayan, sadəcə böyük bir dövlət bəxş etmədi, onu milli və insani çərçivələrdə millətin qəlbini qazanaraq cahan hakimiyyəti düşüncəsinin ən sağlam təşkilatı halına gətirdi.
Osmanlı sultanları elmi və elm adamlarını məmləkətə sahib olmaqdan üstün tutdular; kamal sahibi elm ərbabını təqdir edib rəğbət göstərdilər; müharibə və sülh zamanı müqəddəs dinimizin bildirdiyi hökmlərə sadiq qalıb gücləndilər; işlərində alimlərlə istişarə etdilər, dövlət nizamnaməsini onlarla hazırladıb idari məsuliyyətlərə onları da daxil etdilər. Buna görə də Osmanlı dövlətində elm adamları hörmətli mövqelərdə olublar.
Osmanlı dövləti qövmlər, dinlər və məzhəblər arasında sağlam bir ahəng, xalq kütlələri arasında heç bir fərq və təzada yol vermədən dünya tarixində ən qüdrətli bir varlıq olub. Üç qitə, müxtəlif irq, dil, din, məzhəb fikir və mədəniyyətləri birləşdirən Osmanlı dövləti XIII əsrdən XX əsrə qədər nəsilləri idarə edib. Bu böyük siyasi varlıq, qədim və yeni dövlətlərdən fərqli olaraq nə xarici istila təhdidlərinə, nə də daxildəki müxtəlif irq, din və məzhəb mənsublarının təşvişinə məruz qalıb, əsrlər boyu maddi və mənəvi gücünü insanlıq üçün xərcləyib.
Fazil QARAOĞLU,
professor




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

02.05.2025 / 10:20
Baş nazirlikdən istefa verib prezident olmaq istəyir...

02.05.2025 / 10:12
"Zirə" bu gün "Turan Tovuz"la qarşılaşacaq

02.05.2025 / 10:07
Yasamalda qadın sürücünün vurduğu kişi xəstəxanada ölüb

02.05.2025 / 10:01
Bu gün Bakının iki rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ

02.05.2025 / 09:35
"Dünya siyasətinə etibarsızlıq qayıdır" - Donald Tuskdan AÇIQLAMA

02.05.2025 / 09:22
Novxanı bağlar massivində silah-sursat tapılıb

02.05.2025 / 09:18
“Skype” gələn həftə bağlanır

02.05.2025 / 09:12
Yunanıstanı tətillər bürüyüb- qiymət artımına qarşı...

02.05.2025 / 09:07
Tramp keçmiş müşavirini BMT-yə səfir göndərir

02.05.2025 / 09:00
Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem"dən qələbə

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

01.05.2025 / 21:37
Bəzi İran dairələrinin Azərbaycana qarşı "mədəniyyət iddialarına" son qoyula bilər...

01.05.2025 / 21:22
Bank kartlarındakı pulun sığortalanması mümkündür?...

01.05.2025 / 21:08
Putinin partiyasının konfransında ermənilərin Azərbaycana qarşı təxribatı baş tutmadı...

01.05.2025 / 20:55
Ermənistan həsrətində olduğu Şimal-Cənub dəhlizi xatirinə borca girdi...

01.05.2025 / 20:41
Putin "Stalinin irsinə" dönüş edir - ilk addım atıldı...

01.05.2025 / 20:27
Azərbaycanın Çinlə birgə avtomobil istehsalının uğursuzluğu Naxçıvandan başladı...

01.05.2025 / 20:14
Qərbin Qarabağ erməniləri ilə bağlı illər əvvəlki planı açılır - 2023-cü ilin iyulunda...

01.05.2025 / 19:57
Hindistan Pakistanın parlament qərarına da baxmadı - İslamabad zorla müharibəyə təhrik edilir...

01.05.2025 / 19:44
Azərbaycanın dövlət büdcəsi niyə hər il kəsirlə tərtib olunur? - Peşəkarların təhlili...

01.05.2025 / 19:30
Netanyahu və Ərdoğanın Bakıda görüş ehtimalına ziddiyyətli reaksiyalar var...

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:17
Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO/VİDEO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:10
DİN Qaradağda məktəb ətrafında naməlum şəxslə bağlı yayılan görüntüləri araşdırdı…

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

01.05.2025 / 17:56
"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu

01.05.2025 / 17:51
Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

01.05.2025 / 17:38
Trampın komandası Azərbaycana “hücuma” hazırlaşır? - “Azərbaycanda demokratiya aktı”?...

01.05.2025 / 17:33
Bakıda avtomobillərin qarşısına çıxaraq təhlükə yaradan şəxs saxlandı

01.05.2025 / 17:26
Bakıda “Porsche” ilə “avtoşluq” edən sərxoş sürücü həbs edildi...

01.05.2025 / 17:24
Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...

01.05.2025 / 17:20
“Bu cür kütləvi məzarlıqlar erməni vandalizminin çoxsaylı əyani sübutlarındandır” - Umud Mirzəyev

01.05.2025 / 17:15
Rusiyada bir mənzildə güclü partlayış 3 ukrayna agentini ələ verdi - bomba əllərində partladı...

01.05.2025 / 17:03
Əlcəzairdən Fransaya sərt cavab - səfirliyin ərazisi 14 hektardan 2-yə endirilir, icarə qiyməti qaldırılır...

01.05.2025 / 16:33
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

01.05.2025 / 16:28
“Azəristiliktəchizat”a yeni sədr təyin edildi

01.05.2025 / 16:20
Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edildi

01.05.2025 / 16:17
Bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırıldı - FƏRMAN

01.05.2025 / 15:20
Dağılmaqda olan tarixi hamamlar...

01.05.2025 / 15:19
Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrası ona həvalə olundu

01.05.2025 / 15:13
“Qan-qan deyən” Hindistanla Pakistan arasındakı müharibə kimə sərf edir?”

01.05.2025 / 15:11
Konqres Trampın Ukraynayla sazişini “qəsbkarlıq” adlandırdı

01.05.2025 / 15:06
Polis Qaradağda əməliyyat keçirdi - saxlanan var...

01.05.2025 / 14:50
Koordinasiya Şurasının növbəti iclası keçirildi

01.05.2025 / 14:35
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

01.05.2025 / 14:23
"Meyit qalıqlarının çoxu qadınlara aiddir, üzərində zorakılıq əlamətləri var" - Eldar Səmədov

01.05.2025 / 14:09
Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

01.05.2025 / 13:52
Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO

01.05.2025 / 13:38
Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

01.05.2025 / 13:22
Bir gündə vətəndaşların bank kartlarından 30 min manat apardılar - DİN növbəti dəfə xəbərdarlıq etdi

01.05.2025 / 13:10
Что такое родина для армян? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

01.05.2025 / 12:54
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:05
Putin məhz buna görə sülhdən qorxur - CANLI

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678