Şənbə günü, 3 may 2025
     

Köçəryan və Sarkisyan haqqında cinayət işi açılmalıdır

Image

26 fevral 1992-ci il... Xocalı soyqırımı kimi tarixləşdi bu müdhiş gün. 1941-1945-ci illər müharibəsində Belorusiyanın Xatın kəndində də belə bir faciə baş verdi. Dünya hələ də bu kənd qəbiristanlığına gəlib illərin faciəsini gözlərinə köçürür. Bəs Xocalı faciəsi?!. 70 il əvvəl baş verən hadisələrlə maraqlananlar, ermənilərin bu çox yaxın keçmişdə Xocalıda törətdikləri vəhşilikləri görmədilərmi? Bu da bir həqiqətdir ki, qan yaddaşımızdan silinməyəcək Xocalı soyqırımı.
Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadığı ikinci böyük yaşayış mərkəzi idi. 1990-cı ildə şəhər statusu almışdı. Qarabağdakı yeganə Hava limanı Xocalıda yerləşirdi.
Erməni silahlı qüvvələri Xocalı şəhərinə gecə saat 22 radələrində quldurcasına hücum edərək, əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutub, sonra isə çoxsaylı tanklar, PDM və bronetransportyorlar vasitəsilə şəhərə daxil olub, evlərində yatan dinc əhalini vəhşicəsinə məhv etməyə başladılar. Vəhşiləşən ermənilər azərbaycanlıları xüsusi amansızlıqla işgəncə verərək öldürürdülər. Onlar mühasirədən çıxıb qaçan azərbaycanlıları da yollarda, keçidlərdə, meşələrdə pusqu quraraq tutur, vəhşicəsinə məhv edirdilər.
Bu gün Xocalı deyə bir şəhər yoxdur, çünki 26 fevral 1992-ci ildə burada yaşayanlar soyqırıma məruz qalıb, bu şəhər erməni daşnakları tərəfindən yandırılıb, yer üzündən silinibdir. Bu məsələ beynəlxalq hüquq baxımından ələ alındığı zaman Xocalıda törədilən soyqırım rəsmən ortaya çıxır. Nəyə görə bu məsələ Türk dünyası tərəfindən BMT-nin gündəminə gətirilmir? Axı ermənilərin Xocalıda törətdiyi soyqırım, 1948-ci il dekabr ayının 9-da BMT tərəfindən qəbul edilən "Soyqırım cinayətinin cəzalandırılması ilə əlaqəli müqaviləsinin 2-ci maddəsində yer alan "Milli, etnik, irqi və ya dini bir qrupu qismən və ya tamamilə yox etmə" soyqırım qavramına tamamilə uyğundur. Heç şübhəsiz, ermənilərin Xocalıda törətdikləri "Cenevrə müqaviləsi"nə, "İnsan haqları bəyannaməsi"nə, "Vətəndaş və siyasi haqlar mövzusunda Beynəlxalq müqavilə"yə və "Döyüşlər zamanı qadın və uşaqların qorunması bəyannaməsi"nə qarşı olaraq işlənən bir CİNAYƏTDİR. Ermənilərin Xocalıda törətdikləri toplu qətliam BMT-nin soyqırım müqaviləsində soyqırımı hazırlayan 2-ci maddənin "a" bəndində yer alan "Qrup üzvlərinin qətl edilməsi," və "b" bəndində yer alan "Qrup üzvlərinə bədəni və ağlı baxımdan ciddi zərər verilməsi" qaydaları ilə tamamilə uyğundur, hətta daha qorxuncdur.
Həm Ermənistan (1993-cü ildə), həm də Azərbaycan (1996-cı ildə) BMT-nin soyqırım müqaviləsini imzaladıqlarına görə, bu müqavilə onlara belə bir haqqı verir, həm də milli mənafe bu müraciəti onlardan tələb edir. Məsələn, Bosna-Hersek Beynəlxalq məhkəməyə müraciət edərək Yuqoslaviyanın keçmiş Dövlət rəhbəri S.Miloşeviçin mühakimə olunması üçün cinayət işi qaldırmışdı. Beləcə, Beynəlxalq məhkəmə Srebrenitsa şəhərində yeddi min adamın qətl edilməsini soyqırım olaraq qəbul edib və Miloşeviçi törətdiyi bu cinayətə görə cəzalandırdı.
Bilindiyi kimi, Azərbaycan Milli Məclisi Xocalıda ermənilər tərəfindən törədilənləri 1994-cü ildə soyqırım olaraq qəbul edib və qərar çıxarıbdır. Heç şübhəsiz, Türkiyə və türk dövlətlərinin parlamentləri də belə bir qərarı qəbul etməlidirlər. Bu onların borcudur. Doğrudur, Ankara Keçiören bələdiyyəsi belə bir qərar çıxarıb və bir abidə tikdiribdir. Bu, bütün Türk dünyasındakı bələdiyyələrə bir nümunə olmalıdır. Türkiyə, Azərbaycan və dünyanın bir çox bölgəsində yaşayan türklər cəm halında "Lahey Ədalət Divanında" cinayət işinin qaldırılmasına səy göstərməlidirlər.
Heş şübhəsiz, ilk növbədə Türkiyə və Azərbaycan dövlətləri Xocalı soyqırımını araşdıran təşkilatlar yaratmalı, ancaq Anadolu və Azərbaycan türkcəsində deyil, ingiliscə, fransızca və bütün qərb dillərində, eləcə də rus, fars və ərəb dillərində yayımlar ortaya qoymalıdırlar. Bu da bir həqiqətdir ki, dövrümüzdə informasiya əsas rolu oynamaqdadır. Ona görə də bu imkandan istifadə edilməlidir.
Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı soyqırımı günü elan edib və hər il fevralın 26-da Xocalı soyqırımını anma törənləri keçirir. Bax, bu törənləri bütün Türk dünyası keçirməli, ermənilərin kimliyini bütün dünyaya yaymalıdır.
Bütün dünyanın gözü qarşısında törədilən bu qətliama BMT, AB kimi beynəlxalq qurumlar lazım olan qiyməti verməyib. Doğrudur, BMT Təhlükəsizlik Şurası yeddi ay ərzində dörd dəfə(!?) 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edibdir. Amma dünyanın ən başda gələn təşkilatının qəbul etdiyi bu qərarlar qərar olaraq qalır. Yəni Azərbaycan torpaqları, dünyanın ən gözəl bölgələrindən biri olan Qarabağ bölgəsi qaniçən erməni daşnakların tapdağı altında qalmaqda davam edir, güclü dövlətlər başda olmaqla, bütün dünya ictimaiyyəti də bu gözəl bölgənin ermənilər tərəfindən yandırılıb-yaxılmasını uzaqdan seyr edirlər. Avropa Şurası 25 yanvar 2005-ci il tarixli 1416 saylı qərarında Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında tutduqlarını qeyd edib. Fəqət BMT və Qərb dövlətləri ermənilərin törətdiyi qətliamlara və işğal hərəkətlərinə ciddi reaksiya göstərmirlər. İngilis hökuməti Xocalı qətliamını hərtərəfli incələyib, ermənilərin törətdiyi qətliamı insanlığa qarşı törədilən bir cinayət olaraq qəbul edib, lakin bu cinayəti törədənlərin cəzalandırılması istiqamətində heç bir hərəkət etməyib. ABŞ Konqresinin Beynəlxalq Əlaqələr Komissiyasının üzvü dr.Barton, konqresi Xocalı soyqırımını tanımağa çağırıb və təmsilçilər quruluşunun iclasındakı çıxışında, "ABŞ Konqresi Xocalı soyqırımını tanımaqla beynəlxalq cəmiyyətin uzun illərdən bəri bu mövzu ilə əlaqəli səssizliyini pozacaqdır"? deyib. Göründüyü kimi, yuxarıda qeyd etdiklərimiz bəzi rəsmi şəxslər tərəfindən sözdə ifadə edilir, amma BMT-nin 23 il bundan əvvəl qəbul etdiyi qətnamələr hələ də nəticəsiz qalır.
Bu da bir həqiqətdir ki, beynəlxalq cəmiyyətlərin, xüsusilə ABŞ-ın Xocalı faciəsi ilə bağlı məlumatlanmasında, Xocalı qırğını başlamadan bir neçə saat əvvəl bir vertolyotla o bölgənin xaricinə çıxa bilən və gördüklərini ilk olaraq dünya ictimaiyyətinə çatdıran amerikalı yazıçı - publisist Thomas Qoltsın qeydləri önəmli yer tutur. Thomas Qolts yazdığı "Azərbaycan gündəliyi" adlı kitabında Xocalı şəhərində gördüklərini, orada olan Azərbaycan ordusunun komandiri ilə danışdıqlarını, bütün xatirələrini təfsilatı ilə oxuculara çatdırır. Onun qeydlərinə görə, oradakı komandir 45 nəfərlik bir hərbi hissəyə komandirlik edərkən gündə iki dəfə gələn bir vertolyotla ancaq özlərinə çatacaq qədər mərmi gətiriblər. Əsgərlərin qidaları yox deyiləcək qədər az, aclıq çox ciddi səviyyədə olub. Normalda 18-20 nəfər daşıya biləcək gücdə olan vertolyot hər gəldiyində 35-40 adamı qorxulu bölgədən çıxarıb. Çünki qətliam "gəlirəm" deyir, soyqırım "gəlirəm" deyirdi.
Eybəcər şəklə salınmış meyitlər ətrafda tökülüb qalırdı. İnanmaq olmurdu ki, insan belə vəhşiliyə və alçaqlığa qadir ola bilər. Başı, burnu, qulağı kəsilən, gözü çıxarılan meyitlər çox idi, bir çox meyitin başının dərisi soyulmuşdu. İnsanlıq tarixində heç bir millət, hətta faşistlər belə bu cür cinayətlər törətməyiblər. Belə qeyri-insani yırtıcılığı ancaq bütün qanı, şüuru ilə türkə nifrət bəsləyən ermənilər edə bilərdilər.
Əfsuslar olsun ki, bu ağır faciə dünya ictimaiyyətində lazımi dərəcədə əks-səda yaratmayıb, demokratiyadan dəm vuran dövlətlər bu faciəyə öz etiraz səslərini ucaltmayıblar. Buna görə də həmin faciənin bütün dünya ictimaiyyətinə çatdırılması və onun əsl soyqırım kimi beynəlxalq təşkilatlarda qəbul olunması naminə faciə haqqında yeni-yeni əsərlər yazmaq Azərbaycan elm adamlarının üzərinə düşən bir vəzifədir. Doğrudur, bu mövzuda bəzi işlər görülüb, amma yenə də, ermənilərin, bəşər qanunlarına zidd olaraq nə qədər böyük vəhşiliklər və qeyri-insani cinayətlər törətdiklərini və törətməyə davam etdiklərini dönə-dönə yazıb dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Çünki törədilən cinayətin cəzasız qalması yeni cinayətlərin törədilməsinə rəvac verər.
Bu gün Ermənistan tərəfindən qonşu ölkələrin torpaqlarına göz dikilməsi işğalçı Ermənistan Respublikası barəsində beynəlxalq aləmdə yaradılan cəzasızlıq mühitinin nəticəsidir. Heç şübhəsiz, "dənizdən-dənizə Böyük Ermənistan" dövləti yaratmaq istəyən erməni millətçilərinin və şovinistlərinin nə tarixi həqiqətlərə, nə də bugünkü siyasi reallıqlara uyğun gəlməyən, mövcud beynəlxalq hüquq normalarını kobudcasına pozan, bəşəri əxlaq meyarlarına zidd olan, azğın xəyallarını yerinə yetirməyə çalışan ermənilərə qarşı beynəlxalq hüquq normaları tətbiq olunmalıdır. Yəni Ermənistan təcavüzkar bir dövlət kimi elan edilməli, erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmalı, Xocalı soyqırımını törətdirən R.Köçəryan və S.Sarkisyan Yuqoslaviyanın keçmiş dövlət rəhbəri S.Miloşeviç kimi mühakimə olunmalı, cəzalandırılmalıdır.
Azərbaycan türkünün taleyinə yazılan amansızlığın bəlkə də ən birincisi onun ermənilərlə qonşuluqda yaşaması, öz ərazisində, öz torpağında bu namərdlərə yer verməsidir. Məşhur tarixçi V.Veliçko yazırdı: "Ermənilər haqqında çox-çox qədimlərdən pis bir fikir yaranıb və şübhəsiz bu, əsassız deyildir. Çünki əsası olmasaydı, bütöv bir xalq haqqında həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi..." İngilis Vilson isə ermənilər haqqında belə yazıb: "Ermənilər acgöz və tamahkardılar, fitnəkar və araqarışdırandılar, heç kəsi bəyənmirlər. Onlar xırda bir işi şişirtməkdə istedad sahibidirlər və intriqa yaratmağı sevirlər..." A.S.Puşkin də erməni xarakterini çox obrazlı ifadə edib: "Erməni, sən vəhşisən, qatilsən, cinayətkarsan, qorxaq və satqınsan, şəhər və kəndləri viran qoyan bayquşsan, bütün bunlara baxmayaraq, səni qınamıram, çünki sən ermənisən." Məhz belə bir mənfur təbiətə malik olan ermənilər həmişə xalqımıza, türk millətinə qarşı müxtəlif soyqırımlar, terror aktları, repressiyalar həyata keçiriblər.
1992-ci il fevral ayının 26-da ermənilər tərəfindən törədilən Xocalı faciəsi Ermənistanın türk millətinə qarşı yeritdiyi soyqırım siyasətinin tərkib hissəsidir. Bu faciə zamanı şəhid olan, qətlə yetirilən insanların rəqəmlə ifadə olunan siyahısına baxanda adamın varlığından gizilti keçir. Lentə köçürülən dəhşətli məqamları seyr etmək mümkün deyildir. Çünki tükürpərdici mənzərələr adamın varlığına vahimə gətirir. İnsan adlanan bəşər övladı bu dərəcədə qəddarlığı necə bacarır? Təbiətdə yaşayan heyvanlar belə, öz cinsinə qarşı bu qədər amansız olmur. Bu səbəbdən də bəşər tarixində heç bir xeyirxah əməlin sahibi olmayan ermənilər haqqında pis fikirlər mövcuddur.
Heç şübhəsiz, Xocalı faciəsi bütün insanlığa qarşı törədilən dəhşətli bir cinayətdir. Xocalı faciəsi XX əsrin sinəsində açılan bir yara, Azərbaycan türkünün tarixinə yazılan ən qorxunc səhifələrdən biridir. Xocalı faciəsini törədən ermənilərin və onların havadarlarının əməlləri insan hüquqlarının kobud sürətdə pozulması, beynəlxalq hüquq aktlarına həyasızcasına məhəl qoyulmaması ilə bərabər, Cenevrə Konvensiyasına, İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə, Uşaq Hüquqları Bəyannaməsinə, Fövqəladə Vəziyyət və Hərbi Münaqişələr zamanı qadın və uşaqların qorunması haqqında Bəyannaməyə və digər beynəlxalq hüquq aktlarına ziddir. Çox təəssüflər olsun ki, bugünədək dünya ölkələri bu faciəyə düzgün münasibət bildirməyib, Xocalı qırğınını soyqırım kimi tanımayıb, biganəlik göstəriblər və göstərməyə davam edirlər.
Əsri ləkələyən, insan adını xar edən Ermənistan rəhbərləri R.Köçəryan və S.Sarkisyan, çox təəssüflər olsun ki, hələ də cəzasız qalırlar. Bu boyda dünyada onların yaxasından tutub cəllad damğası yapışdıran, layiq olduqları adı onlara qoyan hələ ki tapılmır. Axı şər şirnikləndirildikdə əl-qol açar, zaman-zaman yenidən baş qaldırar.
Həmişə gözü onun-bunun torpağında olan, tez-tez ərazi iddiaları qaldıran və bunun naminə hər cür cinayətə qanlı imza atanların ünvanı və himayəçiləri çoxdan bəllidir. Onların izləri düşdüyü yerlərdən silinməyib. Xocalı xarabalıqları onların avtoqrafıdır.
İyirmi üç il bundan əvvəl 26 fevral günü dünya səviyyəli adamlardan səs çıxmadı. Onlar heç nə olmayıb kimi susmağa ustünlük verdilər. Dünya biganəlik xəstəliyinə, bəşər unutqanlıq mərəzinə tutulmasın gərək. Yandırılan, yerlə yeksan edilən Xocalının ahı iyirmi üç ildir göyləri dolaşır. Başı kəsilmiş qocaların, qanına qəltan edilmiş körpələrin haqqı hələ də yerdə qalır. Dilsiz-ağızsız körpələrə toplardan, tanklardan atəş açanlar hələ də qorxusuz-hürküsüz yer üstündə gəzib-dolaşırlar. Xocalıda göylərə dirənən ah-nalə yer üzündən heç vaxt silinməyəcək, ən azı bəşər tarixinin səhifələrinə çöküb qalacaqdır. Bu şəhərdə güllə yağışına tuş gələn körpələr boy atıb böyümək, yaşamaq istəmirdilərmi? Nə üçün doğulmuşdular? İnsanlıq simasını büsbütün itirmiş cəllad erməni güllələrini zərif bədənlərində soyutmaq üçünmü? O körpələri, uşaqları unutmaqmı olar? Külə dönmüş Xocalını yaddan çıxarmaq mümkündürmü? Yağı gülləsinə tuş gələn heç bir insanımızı unutmağa haqqımız yoxdur. Onların xatirəsi bizi nəyin bahasına olursa olsun torpaqlarımızın hər qarışını geri almağa səsləyir. Biz onların göylərimizdə dolaşan harayını eşitməli, incik ruhlarını sevindirməliyik.
BMT-nin soyqırım haqqında 96(1) saylı qərarına görə, soyqırım insan qruplarına yaşama haqqı tanımamaqdır. Bu qərara görə soyqırıma tutulan qruplar irqi, dini, siyasi və digər qruplar sayılır. Bu qərarın ən önəmli tərəfi soyqırımın dövlətlər hüququna görə cinayət sayılmasıdır.
Nürnberq qərarındakı prinsiplərə görə insanlığa qarşı cinayət qavramı soyqırım sayılır. Bu qərar soyqırımla müharibə arasındakı əlaqəni aradan qaldırır. Yəni bu qərara görə soyqırımın müharibə zamanı olduğu kimi sülh dövründə də işlənə biləcəyi qəbul edilir.
Beləliklə, hansı səbəblə, zamanda və yerdə olursa olsun, ciddi sayda insan ölümü soyqırım cinayəti sayılır. Yəni ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdiyi qırğın tam mənası ilə soyqırımdır!
Xocalı soyqırımının adı necə olursa olsun, kim tərəfindən kimə qarşı hansı şərtlərdə törədilmiş olursa olsun, nəticəsi vahiməli hadisələrin yaşandığı bir vəhşətdir. Hal belə ikən insanlığa yaraşmayan bu qırğının ancaq və ancaq Azərbaycan və Türkiyə tərəfindən yad edilərək qınanması, həqiqətən də, çox üzücüdür. Digər tərəfdən, bu soyqırımın ardından iyirmi üç il keçməsinə baxmayaraq, hələ də dünya ictimaiyyətinin bitərəf qalması, təəssüflər olsun ki, daha üzücü və düşündürücüdür.
Heç şübhəsiz, Qarabağ bölgəsindəki Xocalı şəhərində baş verən vəhşətin bir soyqırım olduğunun beynəlxalq cəmiyyətdə qəbul edilməsi üçün qanuni bir proses başladılmalı, Lahey Ədalət Divanına müraciət edilərək 1948-ci il dekabr ayının 9-da BMT tərəfindən qəbul edilən "genosid müqaviləsi" çərçivəsində cinayət işi açdırılmalı, bu müraciətdə lazım olan dəlillər çərçivəsində Ermənistan rəhbərləri R.Köçəryan və S.Sarkisyan Xocalı soyqırımını həyata keçirən cinayətkarlar olaraq göstərilməli və onların cəzalandırılmaları tələb olunmalıdır.
Fazil QARAOĞLU,
professor



VİDEO

SON XƏBƏRLƏR

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678