İki nüvə dövləti arasında müharibə başlayır… Hindistan yaxın 24 saat ərzində Pakistana hücum edəcək...

Hindistan yaxın 24-36 saat ərzində Pakistana hücum edəcək. Bu barədə açıqlama verən Pakistanın informasiya naziri Attaullah Tarar Hindistanın yaxın 24-36 saat ərzində Pakistana qarşı hərbi əməliyyata başlayacağına dair etibarlı kəşfiyyat məlumatı aldıqlarını bildirib.
O, bildirib ki, istənilən təcavüzə qətiyyətli şəkildə cavab veriləcək və bölgədə baş verə biləcək hər hansı fəlakətə görə Hindistan məsuliyyət daşıyacaq.
Hindistanın Pakistanın Pahalqam hücumunun müstəqil bir komissiya tərəfindən araşdırılması təklifini rədd etdiyini ifadə edən Tarar bildirib ki, Hindistan bütün bölgə üçün fəlakətli nəticələrə səbəb olacaq təhlükəli münaqişə yoluna girməyə qərar vermiş kimi görünür.
Hindistanın istənilən hücumuna qəti və qərarlı şəkildə cavab veriləcəyini bildirən Tarar deyib ki, beynəlxalq ictimaiyyət bunun nəticələrinin məsuliyyətinin birbaşa Hindistanın üzərinə düşdüyünü unutmamalıdır.
TAHİR