Şənbə günü, 31 may 2025
     

Hindistan müharibəyə başlayır - nüvə apokalipsisi dünyanı haqladı...

Image

Dünya miqyasında xüsusi narahatlıqla izlənilən hadisələrdən biri də Pakistan və Hindistan arasında son günlərdə artan gərginlikdir. Bu gərginliyin tezliklə özünün müharibə fazasına qədəm qoyacağını artıq bu iki ölkə rəsmiləri də açıq bəyan edirlər.

Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif hesab edir ki, Hindistanla 2-4 gün ərzində müharibə təhlükəsi var: “Biz üfüqdə müharibənin yaxınlaşdığı faktına zehni olaraq hazır olmalıyıq. Bir ehtimal var, çox real bir ehtimal var ki, müharibə yaxın gün və ya iki, üç və ya dörd gündə başlaya bilər. Pakistan ölkənin suverenliyinə təhlükə yaranarsa və ya ona hərbi embarqo qoyularsa, istənilən hərbi əməliyyata 100% hazırdır. Regionun digər ölkələri hər hansı mübahisələrin qarşısını almaq və münaqişənin gərginliyini azaltmaq üçün çalışırlar”. Düzdür, məsələni fərqli prizmadan şərh edənlər də var. Məsələn, İslamabadda yerləşən Tədqiqatlar və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin icraçı direktoru İmtiaz Gül bildirir: “Məncə, Hindistan və Pakistan arasında genişmiqyaslı müharibə mümkün deyil. Hər iki ölkənin nüvə potensialı tammiqyaslı qarşıdurma üçün böyük maneə rolunu oynayır”. Amma Belçikada yerləşən Beynəlxalq Böhran Qrupunun baş analitiki Praveen Dhonthi bildirir Hindistanın baş naziri Narendra Modi və hökuməti hərbi zərbə ilə cavab vermək üçün böyük təzyiq altındadır: “Hökumət və hakim “Bharatiya Janata” Partiyası tərəfindən Pakistana qarşı müntəzəm düşmənçilik ritorikası ictimai gözləntiləri formalaşdırıb. Bu hökumət optikaya çox diqqət yetirir və çox güman ki, tərəfdarlarını razı salmaq üçün 2019-cu ildə hava hücumlarından daha əhəmiyyətli görünməli olan hərbi əməliyyat keçirmək məcburiyyətində qalacaq”. Qeyd edək ki, 2019-cu ildə Hindistanın idarə etdiyi Kəşmirdə intiharçı bomba hücumu nəticəsində 40 Hindistan əsgəri həlak olub. Həmin vaxt Hindistan Pakistana hava hücumları ilə cavab verdi və bu, iki xalqı müharibə həddinə çatdırdı, lakin böhran sonrada yoluna qoyuldu. İndi analoji hal təkrar olunarsa, Pakistanın ABŞ-dakı keçmiş səfiri Maleeha Lodhiyə görə hind tərəfi İslamabaddan güclü hərbi cavab alacaq: “Bunun qeyri-müəyyən və gözlənilməz nəticələri olacaq və bu, hərtərəfli böhrana səbəb olacaq. Hindistanda spekulyasiya edilən məhdud müharibə anlayışı izah edilməmiş risklərlə doludur. Nəzarət oluna bilməyən eskalator spiral təhlükəsi səbəbindən belə bir ssenarinin nəyin bahasına olursa-olsun qarşısını almaq lazımdır”. Bir daha xatırladaq ki, Hindistan və Pakistan arasında uzun müddətdir davam edən gərginlik 2025-ci il aprelin 22-də Hindistanın Pahalqam qəsəbəsində 26 turistin ölümü ilə nəticələnən terror aktından sonra pik həddə çatıb. Hindistan hücuma görə məsuliyyəti üzərinə götürən “Müqavimət Cəbhəsi”nin Pakistan mənşəli olduğunu iddia edir, Pakistan isə bu iddiaları qəti6 şəkildə rədd edir və hadisənin “yalançı bayraq əməliyyatı” ola biləcəyini deyir. Hadisədən sonra Hindistan Pakistanla diplomatik əlaqələri və Hind Suları Müqaviləsini dayandırıb. O, Pakistan diplomatlarını çıxarıb, sərhəd qapılarını bağlayıb və vizaları ləğv edib. Pakistan həmçinin Hindistan vətəndaşları üçün vizaları ləğv edib, hava məkanını Hindistana bağlayıb və ticarət əlaqələrini dayandırıb. Lakin Pakistandan ən ciddi reaksiya Hind Suları Müqaviləsinin dayandırılması oldu. İslamabad bunu "casus belli" - müharibə aktı kimi qiymətləndirir.

Xatırladaq ki, 1947-ci ilin avqustunda Hindistan Böyük Britaniyadan müstəqilliyini elan etdikdən sonra iki yeni dövlət - Hindistan və Pakistan yarandı. Əsasən müsəlmanların yaşadığı bölgələr Pakistana, hinduların idarə etdiyi bölgələr isə Hindistana birləşdirildi. Əhalisinin 80 faizi müsəlman olan Kəşmir bölgəsi Pakistanla birləşmək istəsə də, Hindistan hakimiyyəti buna əngəl yaratdı. Nəticədə 1947-1948-ci illərdə başlayan birinci müharibə Kəşmirin iki yerə bölünməsinə səbəb oldu. Hindistan Cammu və Kəşmir əyalətini nəzarətə götürdü, Pakistan Azad Kəşmir və Gilgit-Baltistan üzərində nəzarəti ələ keçirdi. Lakin iki ölkə arasında davamlı sülhün bərqərar olması mümkün olmadı. 1965 və 1971-ci illər müharibələri və ondan sonra əldə edilən atəşkəs razılaşmaları ilə qurulan nəzarət xətti ədalətli sülhə gətirib çıxarmadı. 1999-cu il Kargil müharibəsi nəzarət xəttində gərginliyin pik həddə çatdığı və iki nüvə dövlətini müharibənin astanasına çatdırdı. 2001-ci ildə Hindistan parlamentinə hücum və 2019-cu ildə Pulvama hücumu iki ölkəni yenidən müharibə həddinə gətirdi. Tarix göstərir ki, iki ölkə arasında gərginlik təkcə sərhəd gərginliyi deyil, həm də din, milli və kimlik zəminində baş verən münaqişələrdən qaynaqlanır. Hər yeni böhran keçmişdən miras qalmış kövrək problemləri tətikləyir, daha ciddi böhranlara qapı açır. Bu gün Kəşmirlə bağlı həll olunmamış mübahisə partlamağa hazır olan saatlı bomba kimidir. İki nüvə dövlətinin - Hindistan və Pakistanın bu məsələni dini və ultra-millətçi yanaşmalarla həll etməyə çalışması böhranı daha da mürəkkəb və həlledilməz edir. İkitərəfli münasibətlər Qordi düyününə çevrilib. Son terror aktından sonra qaynar toqquşma ehtimalı xeyli artıb. Bu məsələyə təkcə Hindistan və Pakistan kontekstində baxmaq lazım deyil. Son böhranın istiqamətini də hər iki ölkənin digər qlobal oyunçularla münasibətləri müəyyən edəcək. Məsələn, Hindistanla Çin arasında münasibətlər kifayət qədər gərgindir. 2020-ci ildə Qalvan vadisində baş verən qaynar münaqişə davam edən gərginliyin simvoludur. Çindən iqtisadi asılılığını azaltmaq üçün Hindistan Çin texnologiya və infrastruktur şirkətlərinə sərt qaydalar tətbiq edib. Himalay dağları Hindistan və Çin arasında təbii bufer rolunu oynamasaydı, aydındır ki, bu gərginlik daha ciddi münaqişələrə səbəb ola bilərdi. Digər tərəfdən, Pakistan və Çin arasında “dəmir qardaşlıq” əlaqələri dərinləşir. Çin Pakistanı qabaqcıl döyüş təyyarələri, pilotsuz uçuş aparatları və texnologiya transferləri ilə təmin edir. Çin Birləşmiş Millətlər Təşkilatında Pakistanı dəstəkləyir və Kəşmir probleminin həllinə dəstək verir. Xüsusilə, Qvadar limanı layihəsi Çin-Pakistan əməkdaşlığının əsasını təşkil edir. Qvadar Çinin Hind okeanına açılan qapısıdır. Hörmüz boğazından cəmi 400 kilometr aralıda yerləşən Qvadar strateji mərkəzdir. Bunun Çinin enerji təhlükəsizliyi və dəniz marşrutları strategiyaları üçün böyük təsiri var. Hindistanın ABŞ ilə yaxınlaşmasına və qlobal ticarət müharibələrində Vaşinqtonu dəstəkləmək cəhdlərinə cavab olaraq Çin Pakistanla əməkdaşlığı dərinləşdirir. Hindistanın Hind Suları Müqaviləsini dayandırması regionda atılan ən təhlükəli addımlardan biridir. 1960-cı ildə imzalanan bu müqaviləyə əsasən Hind, Çelum və Çenab çayları Pakistana, Ravi, Beas və Sutlej çayları isə Hindistana axır. Bu günə qədər saziş iki ölkə arasında potensial su müharibəsinin qarşısını alıb. Pakistanın kənd təsərrüfatının və içməli suyun 80 faizindən çoxu Hind çayından asılıdır. Buna görə də Hindistanın su təchizatını məhdudlaşdırması Pakistan üçün həyati təhlükəsizlik təhdidi yaradır. Bu, Pakistanı Kəşmir cəbhəsində hərbi addımlar atmağa məcbur edə bilər. Üstəlik, bu böhran təkcə Hindistan-Pakistan müqaviləsini deyil, həm də Cənubi Asiyada çoxtərəfli su əməkdaşlığını poza bilər. Çin kimi yuxarı axın ölkələri də bu vəziyyətdən istifadə edib su kartlarını daha aqressiv oynaya bilər. Ənənəvi müharibələr əvvəllər neft üstündə gedirdi. Lakin qlobal istiləşmə və iqlim dəyişikliyi dövründə su yeni müharibələrdə əsas cəbhəyə çevrilir. İçməli su ehtiyatlarının sürətlə tükənməsi ona nəzarəti strateji silaha çevirir. Su böhranının yaratdığı miqrasiya dalğaları, ərzaq çatışmazlığı və iqtisadi çöküş təkcə regional deyil, həm də qlobal fəlakətə səbəb ola bilər.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

30.05.2025 / 13:06
Dəmir yolundan oğurluq edənlər saxlandı

30.05.2025 / 12:55
Azərbaycan Ordusunun bölmələri Xəznəvara atəş açmayıb - Müdafiə Nazirliyi...

30.05.2025 / 12:43
"Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur" - PA rəsmisi

30.05.2025 / 12:30
Azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

30.05.2025 / 12:29
"Naxçıvanda keçirilən konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq" - Əhməd İsmayılov

30.05.2025 / 12:16
Suriyadan 7 milyard dollarlıq enerji müqaviləsi

30.05.2025 / 12:08
"Naxçıvanda yerli gəlirlər artıb" - Prezidentin səlahiyyətli nümayəndəsi mühüm faktlar açıqladı

30.05.2025 / 12:03
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu

30.05.2025 / 12:00
Azərbaycanda nə qədər Türkiyə şirkəti fəaliyyət göstərir? - səfir açıqladı

30.05.2025 / 11:59
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib

30.05.2025 / 11:57
“Paşinyanın açıqlaması tərəfdaşlarının belə xoşuna gəlmədi”

30.05.2025 / 11:55
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik etdi

30.05.2025 / 11:51
BMT Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayıb

30.05.2025 / 11:44
Putin Paşinyanı “verbovka” edib - İrəvanda separatçılar üçün meydan açılır...

30.05.2025 / 11:26
Bir gündə bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

30.05.2025 / 11:23
Serj Sarkisyanın 3 milyon dollar rüşvət almasıyla bağlı iş məhkəməyə göndərildi

30.05.2025 / 11:21
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

30.05.2025 / 11:18
Katalikos Paşinyanın “şkaf” sözündən bərk qəzəbləndi

30.05.2025 / 11:14
" 92 milyon iş yerləri ləğv olunacaq, 170 milyon yeni iş yeri yaranacaq" -nazir müavini

30.05.2025 / 11:06
Milli Məclis iclas keçirir, 10 məsələ müzakirə olunacaq

30.05.2025 / 11:00
Ayan Məmmədli – Vətənimin musiqilərini dünyada tərənnüm etməkdən qürur duyuram!

30.05.2025 / 10:51
Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

30.05.2025 / 10:50
ABŞ Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş məsləhətçisi Azərbaycana gəlib

30.05.2025 / 10:18
Pentaqon ŞOKDA! - məxfi məlumatları xaricə ötürməyə cəhd etdilər

30.05.2025 / 10:14
Mingəçevir sakini Kürdə boğulub

30.05.2025 / 10:06
Tramp paylaşım edib, hakimlərə qəzəbləndi

30.05.2025 / 10:00
Bu gün Sabunçunun bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.05.2025 / 09:28
Ağsuda “Mercedes" aşıb, sürücü xəstəxanada ölüb

30.05.2025 / 09:25
Təhsil sistemində ömrü bir neçə gün çəkən düşünülməmiş qərarlar necə meydana çıxır? - Liseylər...

30.05.2025 / 09:20
Bu gün Mirzə Ələkbər Sabirin doğum günüdür

30.05.2025 / 09:18
Ceki Çan qara kəmər alıb

30.05.2025 / 09:13
Balakəndə narkotika satan qadın həbs edildi

30.05.2025 / 09:09
Millimiz bu gün yarımfinal oyununa çıxır

30.05.2025 / 09:02
Trampın bu addımı ABŞ-a 50 milyard dollar qazandırıb - Ağ Ev

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678