Bazar ertəsi günü, 19 may 2025
     

Ermənilər qəti etiraf edir - Bakı Ermənistandakı revanşizmi yerindəcə məhv etməyə qadirdir...

Image

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan davamlı şəkildə sülhə can atır və bununla bağlı çoxsaylı təşəbbüslər irəli sürür. Lakin xarici qüvvələr sülhün əldə olunmasına mane olur. Fransa kimi ölkələrin fəaliyyəti bunun təsdqidir. Təcrübə göstərir ki, xarici qüvvələrin müdaxiləsi olmadan, yalnız Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqlar regionda real və uzunmüddətli sülhə gətirib çıxara bilər.

İndilikdə isə Ermənistana silah verilməsi ölkədə revanşist əhvali-ruhiyyənin qızışdırılmasına xidmət edir. Davamlı sülhə nail olmaq üçün Fransa, Hindistan və digər dövlətlərdən Ermənistana hərbi dəstəyi dayandırmaq lazım olduğunu Azərbaycan dəfələrlə bəyan edib. Amma İrəvan hələ ki kənar qüvvələrin diqtəsilə hərəkət edir. Elə bu fonda Azərbaycan Ermənistan sərhəddində gərginlik qalmaqdadır. Ordumuzun mövqelərinin atəşə tutulması halları artır. Bununla yanaşı, Ermənistanda revanşist qüvvələr yeni-yeni təxribatçı bəyanat və populist çıxışları ilə gündəmə gəlməkdə davam edirlər. Xatırladaq ki, Ermənistanda güclənən revanşizm və hədələyici bəyanatları Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da ADA Universitetində təşkil edilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında səsləndirdiyi fikirlərlə bir daha təsdiq edib. Həmin tədbirdə prezident Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı maraqlı fikirlər söyləyib, regionda sülh və təhlükəsizliyin təmininin həm də Ermənistanın atacağı addımlardan asılı olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda güclü revanşist qruplar mövcuddur, Azərbaycan sülh üçün əlindən gələni edib və prosesin tamamlanması üçün Ermənistanın da üzərinə düşən öhdəlikləri yerinə yetirməsi lazımdır: “Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır”. Azərbaycanın bu məsələdə heç də sadəcə xəbərdarlıq mövqeyindən çıxış etmədiyini Ermənistanda da etiraf edirlər.

Məsələ ilə bağlı Ermənistanın “168.am” nəşri yazır ki, İrəvan Azərbaycanın yanaşmasına ciddi yanaşmalıdır. Bu, xüsusən də Nikol Paşinyana aiddir: “7 ildir ölkənin başında duran Nikol Paşinyan Ermənistan Vətəndaş Günü ilə bağlı verdiyi mesajda mahiyyətcə psixoloji olaraq 2018-ci ilin “məxməri inqilabı”nın yollarında “qalıb” və ölkənin sahibinin onu hakimiyyətə gətirən vətəndaş olduğunu deyərək, aldatmaqda davam edir. Paşinyan paylaşımında əsas məqamı vurğulayır: “İnqilabdan əvvəl dövlət vətəndaşın sahibi idi, inqilabdan sonra vətəndaş dövlətin sahibidir”. Bu, təhlükəli düsturdur, Ermənistan sakinləri bunun dağıdıcı nəticələrini görüblər, görürlər və belə davam edərsə, görəcəklər. Paşinyan bu fikri başqa məntiqə yerləşdirir, lakin bu, çoxdan yox idi, bəlkə də heç olmayıb. Başqa sözlə, “qürurlu vətəndaş”ın daxili və xarici siyasət qərarlarında heç bir rolu olmayıb və yoxdur. Paşinyan hakimiyyəti sosial-iqtisadi, hərbi, daxili və xarici təhlükəsizliyin təmin edilməsi baxımından özünü həmin vətəndaşın ağası kimi hiss edir, amma heç vaxt ağa olmayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Paşinyandan tələb edib ki, onların bayraqlarının yandırılmasını cinayət hesab etsin və bunun qarşısını almaq üçün ciddi tədbirlər görsün. Azərbaycan Paşinyandan tələb edir ki, bu cür hərəkətləri və ideologiyanı nəinki şifahi şəkildə pisləsin, həm də aydın, sistemli addımlar atsın. Unutmayaq ki, Bakı Paşinyana xəbərdarlıq edib ki, Ermənistandakı revanşizmi məhv etməsə, özləri bunu edəcəklər. İndi də bu tələbin sülh sazişinin imzalanması və münasibətlərin normallaşması üçün ilkin şərt olmasına cəhd edilir”. Ekspertlər qeyd edir ki, 44 günlük müharibədə ordusu məhv olunan, siyasi böhran, iqtisadi tənəzzül, dərin sosial problemlər bataqlığında çabalayan Ermənistanın bu cür revanşist fikirlər səsləndirməsi sadəcə gülünc doğurur. Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. İstər iqtisadi baxımdan, istər informasiya müharibəsi baxımından, istərsə də beynəlxaq dəstək baxımından çarəsiz duruma düşdülər. Ermənistan nə qədər çalışsa da öz işğalçılıq siyasətinə beynəlxalq dəstək qazana bilmədi, heç bir güc Azərbaycanı haqlı davasından çəkindirə bilmədi, bir çox ölkələr isə Azərbaycanın haqlı mövqeyini dəstəklədi. İndi də Azərbaycan öz ordusunu gücləndirməkdə davam edir. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafını davam etdirir, hərbi qüdrətini daha da gücləndirir, ordunun peşəkarlığını daha da artırır. Bu baxımdan ermənilərin revanşist fikirləri sadəcə xülyadır və onların sonu ola bilər.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

18.05.2025 / 13:42
Faiq Ələkbərli Qazaxıstanda Türk xalqlarına aid müqəddəs məkanların dini-fəlsəfi aspektlərindən məruzə edib

18.05.2025 / 12:49
Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir - FOTO/VİDEO

18.05.2025 / 10:25
Aeroportda başqasının mallarının şəxsi əşya adı altında gömrükdən keçirilməsi yolverilməzdir - Komitədən xəbərdarlıq...

18.05.2025 / 09:45
Putinin İstanbula niyə getmədiyi məlum oldu - Kremlin Krım şərtinə qarşı Kiyevin Rüstəm Umarov gedişi…

17.05.2025 / 22:53
Kremldən Putinlə Tramp arasında telefon danışığına hazırlıq getdiyi bildirildi

17.05.2025 / 21:41
Kreml Putin-Zelenski görüşünə “yaşıl işıq” yandırdı - ancaq bir şərti var...

17.05.2025 / 20:53
Ərdoğan Azərbaycanın diaspor rəhbərinə vəzifə verdi...

17.05.2025 / 20:17
İmamoğludan hökumətə: Aldansanız da, aldatmayın!

17.05.2025 / 19:50
"Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir" - Vüqar Rəhimzadə

17.05.2025 / 19:44
Avropa Azərbaycanın balanslı geosiyasətində mühüm çəkiyə malikdir - 6-cı Zirvə təsdiqlədi...

17.05.2025 / 18:09
Əliyevlə görüşdə Makronun "Azərbaycan peşmançılığı" aydın görünürdü...

17.05.2025 / 17:43
Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı məlumat yaydı

17.05.2025 / 17:20
Ermənistanın Qafqazda Avropanın əsas tərəfdaşı xəyalları puç oldu - Əliyevin 6-cı Zirvə həmləsi...

17.05.2025 / 17:06
İran prezidenti Donald Trampın ziddiyyətli bəyanatlarından təəssüflənib

17.05.2025 / 16:57
Diplomatik oyun: danışıqlara kim mane olur - Ukrayna, yoxsa Rusiya?

17.05.2025 / 16:33
Azərbaycan Avropanın vacib tərəfdaşı statusunu daha da bərkitdi - antiazərbaycançı komissarlar uduzdu...

17.05.2025 / 13:55
Ermənilər Qüdsdə də “Artsax” tamaşasını səhnələşdirmək istəyir

17.05.2025 / 13:39
İstanbul görüşünə getməməklə Putin böyük risqə getdi, lakin “qazandı”

17.05.2025 / 13:26
Zelenskinini yenə tənqid edən Tramp Putinlə görüşməli olduğunu bildirdi

17.05.2025 / 13:15
Nəcməddin Sadıkovun göstərişi ilə 800 min manat verilib - MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmə...

17.05.2025 / 12:53
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

17.05.2025 / 12:47
Prezident dövlət qulluqçularının reyestrinin aparılması Qaydasını təsdiqlədi

17.05.2025 / 12:46
Britaniyadan şok iddia - gələn ay Rusiyanın Ukraynada itkiləri 1 milyona çatacaq…

17.05.2025 / 12:45
Dövlət qulluqçularının reyestri aparılacaq - FƏRMAN

17.05.2025 / 12:24
Prezident “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

17.05.2025 / 11:33
Tramp Türkiyədə Ukrayna və Rusiya danışıqlarını “yola verdi”

17.05.2025 / 11:15
Bank kartlarından 20 min manatdan çox pul oğurlandı

17.05.2025 / 10:51
Rusiya Ukraynada sərnişin avtobusunu bombaladı - 9 ölü...

17.05.2025 / 10:18
Fransa bu Afrika ölkəsini birdəfəlik tərk etdi - BƏYANAT

17.05.2025 / 10:07
Bu gün 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

17.05.2025 / 09:27
Tibb işçisinin vicdanlı, ya vicdansız olduğu necə təyin ediləcək?...

17.05.2025 / 09:18
Ronaldo oynamadı, komandası xal itirdi...

17.05.2025 / 09:07
Ağdaşda “Mercedes” at arabasına çırpılıb, sürücü vəfat edib

17.05.2025 / 09:02
Gələn həftə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü olacaq

17.05.2025 / 08:42
Qəbul imtahanı ballarını süni "artıran" qruplar peyda olub...

17.05.2025 / 06:06
Bu gündən bu marşrutların yolu dəyişdirilir

17.05.2025 / 00:06
Putinin köməkçisi Ukraynanın təklifinə Napoleonun sözlərilə cavab verdi, Qərbə də Bismarkın sözlərilə mesaj göndərdi...

16.05.2025 / 23:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Albaniyaya işgüzar səfərindən görüntülər paylaşılıb - VİDEO

16.05.2025 / 22:45
Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb

16.05.2025 / 22:36
"Son zəng"lə bağlı məktəblərə təlimat göndərildi

16.05.2025 / 22:12
Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub - FOTO

16.05.2025 / 22:00
BDU-nun Faydalı qazıntılar muzeyinin təmirdən sonra açılışı oldu

16.05.2025 / 21:50
Albaniyada Makronun çətirini tutan Paşinyan Əliyevi kofeyə dəvət etdi

16.05.2025 / 21:28
İranın Suriya uğrunda yeni savaşı başladı - bu dəfə ABŞ da hədəf seçildi...

16.05.2025 / 21:14
Rusiya Azərbaycanla Strateji Bəyannamənin ruhunu növbəti dəfə pozdu...

16.05.2025 / 21:00
Putinə qarşı xüsusi tribunalın yaradılmasına daha bir qərar verildi...

16.05.2025 / 20:47
Avropa İttifaqı Ermənistanla "görünməmiş sürətlə" yaxınlaşır...

16.05.2025 / 20:33
İsrail generalı Bakıda Suriya ilə gizli danışıqlar aparıb - İddia...

16.05.2025 / 20:19
“Avropa Siyasi Birliyi”nin sammitlərində Azərbaycan faktoru...

16.05.2025 / 20:08
İstanbul danışıqlarından sonra Zelenski, Makron, Merz, Starmer və Tusk Trampa zəng edib

16.05.2025 / 20:07
İstanbul danışıqları: diplomatiyanın uğursuzluğu və Putinlə Trampın biganəliyi

16.05.2025 / 20:06
Ermənistan 2020-ci ildə kapitulyasiyada 6 milyardlıq silah itirdi - parlamentdə qalmaqal...

16.05.2025 / 20:05
Rusiya atəşi dayandırmaq üçün Ukraynaya qeyri real şərtlər irəli sürdü

16.05.2025 / 19:52
Rusiya İstanbul heyətinə danışıq səlahiyyəti verib, razılaşmaq səlahiyyəti yox...

16.05.2025 / 19:44
Əli Nağıyev MDB dövlətlərinin təhlükəsizlik orqanlarının iclasında iştirak edib... - FOTO

16.05.2025 / 19:39
Almaniya Fransanı Avropanın siyasi-hərbi taxtından salmağa hazırlaşır...

16.05.2025 / 19:26
İstanbul danışıqlarından sonra Ukraynadan Rusiyaya sərt mesaj - "...bu cəhd baş tutmayacaq"

16.05.2025 / 19:23
8 günlük Qarabağ döyüşünün şəhidi, özü sağ qala bilərdi, yaralı yoldaşına köməyə getdi - Babək Namazov... - FOTO

16.05.2025 / 19:10
Ermənilərin 2-ci Dünya müharibəsinə aid rəqəm saxtakarlığı davam edir...

16.05.2025 / 19:05
Əliyev Albaniyada Koşta və Ursula Lyayenlə görüşdü, Albaniya ilə Korça şəhəri üzrə razılaşdı... - FOTO

16.05.2025 / 19:01
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlərindən görüntülər paylaşılıb - VİDEO

16.05.2025 / 18:57
"Səsin gəlsin, məktəb direktoru" - məsuliyyətsizlik, ya üsyankarlıq...

16.05.2025 / 18:43
Gürcüstanla Ermənistanın “şərab mübahisəsi” böyüyür... Nazir özü Tiflisə gedir...

16.05.2025 / 18:30
İri atom reaktorlarının tikintisində Ermənistan Rusiya ilə anlaşa bilmir... İrəvan ABŞ-ı gözləyir...

16.05.2025 / 18:23
Əfv Komissiyasının sonuncu iclası keçirildi - siyahı Prezidentə təqdim olunacaq...

16.05.2025 / 18:16
YOXLUĞU İLƏ BARIŞMAQ ÇOX ÇƏTİNDİR, DAİM YERİ GÖRÜNÜR - FOTO

16.05.2025 / 18:11
Beynəlxalq Türk Dünyası İqtisadiyyat Konfransı Bakıda öz işinə başladı

Yeni dünya düzəni ərəfəsində Azərbaycanın beynəlxalq inteqrasiyasının əsas 2 istiqaməti...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678