Cümə günü, 2 may 2025
     

Vüqar Rəhimzadə: Azərbaycan-İran əlaqələri ölkələrimizin və bölgənin inkişafı baxımından böyük önəm kəsb edir

Image

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi hər zaman önəmli yer tutur. Milli maraqlara əsaslanaraq tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi ilə əlaqələrin qurulması dövlətimiz üçün prioritetdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin böyük rolu var. Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə əsaslanır. İqtisadi, ticari, elmi, mədəni əlaqələr tarix boyu Azərbaycan və İran xalqlarını birləşdirib. Qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir.

Dövlətlərimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Xalqlarımızın tarixi və mədəni bağlılıqları iki dövlət arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat-logistika və digər sahələr üzrə inkişaf edir. Ümumilikdə dövlətlərimiz arasında münasibətlər möhkəm təməllər üzərində qurulub. 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb. Bundan başqa, 1992-cü ildə İranın Naxçıvanda Baş konsulluğu, 2004-cü ildə isə Azərbaycanın Təbrizdə Baş konsulluğu açılıb. Bütün bunlar hər iki ölkənin qarşılıqlı əlaqələrdə maraqlı olmasına sübutdur.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşlər, imzalanan sənədlər iki ölkə arasında möhkəm təmələ əsaslanan münasibətlərin daha da inkişaf edəcəyini deməyə əsas verir. Ölkəmizin qonşu dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. “Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyev mətbuata bəyanatında da qeyd etdi ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür: “Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. İran Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ənənəvi olaraq dəstəkləyirlər. Bu məsələ Azərbaycan və İran prezidentlərinin görüşü zamanı da gündəmə gəldi. Azərbaycan Prezidenti vurğuladı ki, bu barədə də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Azərbaycan və İran arasında bu cür münasibətlər həm regional təhlükəsizlik məsələləri, həm də çoxtərəfli əməkdaşlıq üçün münbit şərait var. Görüşlər zamanı Azərbaycan-İran arasında ticarət əlaqələrinin inkişafı ilə bağlı konkret göstərişlər verildi.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan ilə İran arasında nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri xüsusi diqqət çəkir. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə yatırıb. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Azərbaycan və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq mahiyyət daşıyan bir layihənin həyata keçirilməsində də əməkdaşlıq edir. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. Şimal-Cənub layihəsi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, İran ilə Azərbaycan arasında tarixi dostluq münasibətləri üzərində formalaşmış əlaqələrin inkişafı ölkələrimiz və bölgənin ümumi inkişafı baxımından böyük önəm kəsb edir. Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Prezident İlham Əliyev qeyd etdi ki, səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək lazımdır. Bu, çox ciddi və gələcək əməkdaşlıq üçün ölkələrimizə yol göstərən sənəddir.

İki dövlət başçısının Bakıda keçirdiyi görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər bir daha əminlik yaradır ki, Azərbaycan-İran əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

02.05.2025 / 12:37
Sosial şəbəkələr neqativ informasiya bazarına çevrilib...

02.05.2025 / 12:35
Salyanda "avtoşluq" edən sürücü həbs edildi - FOTO

02.05.2025 / 12:17
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda forumun açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

02.05.2025 / 12:08
İsrailli köçkünlər yerli fələstinlilərə hücum etdi

02.05.2025 / 12:05
Dikiy:-“ Ukrayna təbii sərvətlərlə bağlı razılaşmaya görə böyük riskə getdi”

02.05.2025 / 12:00
Kreml 9 mayı bomba sığınacağında qeyd etməli olacaq

02.05.2025 / 12:00
Paşinyan bu iki şəxsdən birini ABŞ-a səfir göndərəcək

02.05.2025 / 11:59
“Ukrayna Rusiyanı 2014-cü il sərhədlərinə qaytara bilməyəcək”

02.05.2025 / 11:53
“Əkinçi” qəzeti milli hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib" - Əhməd İsmayılov

02.05.2025 / 11:42
Ali Məhkəmə televiziyalarda ailə həyatına müdaxilə halları ilə bağlı qərar qəbul edəcək

02.05.2025 / 11:32
Türkiyədə qeyri-leqal miqrasiya ilə məşğul olan 21 nəfər saxlanılıb

02.05.2025 / 11:22
2030-cu ildə suya tələbat 16 faiz artacaq - Hökümətdən AÇIQLAMA

02.05.2025 / 11:15
"Neqativ xəbər axınına qarşı informasiya immuniteti gücləndirilir"- Əhməd İsmayılov

02.05.2025 / 11:07
Tramp 8 Mayı Qələbə Günü elan etdi

02.05.2025 / 11:05
Hindistan- Pakistan müharibəsi Azərbaycana toxunarmı? - CANLI

02.05.2025 / 11:00
Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili layihəsinə start verildi

02.05.2025 / 10:43
"Forumun məqsədi media subyektləri ilə dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır" - Əhməd İsmayılov

02.05.2025 / 10:25
Bir gecədə 121 Ukrayna PUA-sı məhv edilib - Moskvadan açıqlama

02.05.2025 / 10:20
Baş nazirlikdən istefa verib prezident olmaq istəyir...

02.05.2025 / 10:12
"Zirə" bu gün "Turan Tovuz"la qarşılaşacaq

02.05.2025 / 10:07
Yasamalda qadın sürücünün vurduğu kişi xəstəxanada ölüb

02.05.2025 / 10:01
Bu gün Bakının iki rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ

02.05.2025 / 09:35
"Dünya siyasətinə etibarsızlıq qayıdır" - Donald Tuskdan AÇIQLAMA

02.05.2025 / 09:27
Azərbaycanda həkimlərin say yox, paylaşma problemi var - təyinat sistemi bərpa edilir?...

02.05.2025 / 09:22
Novxanı bağlar massivində silah-sursat tapılıb

02.05.2025 / 09:18
“Skype” gələn həftə bağlanır

02.05.2025 / 09:12
Yunanıstanı tətillər bürüyüb- qiymət artımına qarşı...

02.05.2025 / 09:07
Tramp keçmiş müşavirini BMT-yə səfir göndərir

02.05.2025 / 09:00
Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem"dən qələbə

02.05.2025 / 08:36
"Elmlər doktoru" adı ləğv olunur - ciddi arqumentlər var...

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

01.05.2025 / 21:37
Bəzi İran dairələrinin Azərbaycana qarşı "mədəniyyət iddialarına" son qoyula bilər...

01.05.2025 / 21:22
Bank kartlarındakı pulun sığortalanması mümkündür?...

01.05.2025 / 21:08
Putinin partiyasının konfransında ermənilərin Azərbaycana qarşı təxribatı baş tutmadı...

01.05.2025 / 20:55
Ermənistan həsrətində olduğu Şimal-Cənub dəhlizi xatirinə borca girdi...

01.05.2025 / 20:41
Putin "Stalinin irsinə" dönüş edir - ilk addım atıldı...

01.05.2025 / 20:27
Azərbaycanın Çinlə birgə avtomobil istehsalının uğursuzluğu Naxçıvandan başladı...

01.05.2025 / 20:14
Qərbin Qarabağ erməniləri ilə bağlı illər əvvəlki planı açılır - 2023-cü ilin iyulunda...

01.05.2025 / 19:57
Hindistan Pakistanın parlament qərarına da baxmadı - İslamabad zorla müharibəyə təhrik edilir...

01.05.2025 / 19:44
Azərbaycanın dövlət büdcəsi niyə hər il kəsirlə tərtib olunur? - Peşəkarların təhlili...

01.05.2025 / 19:30
Netanyahu və Ərdoğanın Bakıda görüş ehtimalına ziddiyyətli reaksiyalar var...

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:17
Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO/VİDEO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:10
DİN Qaradağda məktəb ətrafında naməlum şəxslə bağlı yayılan görüntüləri araşdırdı…

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678