İran şirkətləri Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.
“Dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri - bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir”, - dövlətimizin başçısı vurğulayıb.