Ermənilər Vatikan kardinallarını Azərbaycandan rüşvət almaqda ittiham edir...

Qasım Hacıyev: “İllərdir etdikləri saxtakarlıqların, onların alban irsini oğurlaması faktının məhz Vatikanda ifşa edilməsindən narahat olublar”
Vatikanda Qriqorian Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfransın keçirilməsi xaricdəki erməniləri və ermənipərəst qüvvələri ciddi şəkildə narahat edib.
Azərbaycanın xristian irsi ilə bağlı keçirilən tədbirə görə, ABŞ-nın “The Christian Post” nəşri
Vatikan Universitetini ittiham edib ki, guya sözügedən ali məktəb Azərbaycanın “erməni xristianları məhv etmək səylərini qanuniləşdirib”.
Amerikadakı Erməni Apostol (əslində Qriqoryan-İ.S) Kilsəsinin Şərq Yeparxiyasının arxiyepiskopu Vigen Haykazyan həm Azərbaycana, həm də Vatikana şər ataraq iddia edib ki, bu tədbir guya “pulla təşkil olunub”.
Haykazyan bəzi kardinalları və Vatikan rəsmilərinin Azərbaycandan “maliyyə almaqda” itiham edib. Erməni keşişinə görə, guya bəzi kardinallar və Vatikan rəsmiləri pul müqabilində Azərbaycanın xristian irsi ilə bağlı tədbir keçirilməsini təmin ediblər.
Erməniləri və onların havadarlarını əndişəyə salan əsas məsələlərdən biri qədim Xudavəng, Gəncəsər və Amaras monstrlarının və digər xristian dini abidələrin Qafqaz Albaniyası irsi olaraq təqdim edilməsidir ki, bu da tam reallığı əks etdirir. Erməni kilsəsinin saxtakarcasına mənimsəmək istədiyi hər üç monastr alban xristian abidələridir və Azərbaycan irsidir. Vatrikanda keçirilən elmi konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ, Litva kimi ölkələrdən müxtəxəssisləri də öz çıxışları və fikirləri ilə bir daha təsdiqlədilər ki, Qarabağın, bütövlükdə Azərbaycanın xristian irsinin ermənilərə yaxından-uzaqdan bağlılığı yoxdur, bütün bu abidələr Qafqaz Albaniyasının mirasıdır, bu mirasın da sahibi Azərbaycandır.
Bu erməni iddia edib ki, bir neçə kardinal, Vatikan əməkdaşları Azərbaycandan guya pul alıb.
Ermənilər həm Azərbaycana, həm də Vatikana açıq-aşkar şər atır və qara yaxma kampaniyası aparır. Azərbaycanın Qafqaz irsinin sahibi olduğu inkaredilməz faktdır, bu reallığı nə ermənilər, nə də onların ağaları dəyişdirə bilərlər.
“Bu, ermənilərin mənafeyinə uyğun olmadığı üçün Vatikan rəsmilərini, kardinalları “rüşvətxorlıuqda” ittiham edirlər”
Professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, erməni din adamları heç nəyə müqəddəs baxmır. “Ermənilər xristian həmrəyliyindən öz məqsədləri üçün istifadə edirlər. Uzun əsrlər Vatikan ermənilərin arxasına dayanıb, onların min cür saxtakarlıqlarına səssiz qalıb. Erməni kilsəsi Vatikandan hər zaman dəstək alıb.
Qafqaz Albaniyasının xristianlıq irsi haqqında Vatikan universitetində tədbir keçirilib, gerçəkliklər vurğulanıb, amma ermənilər realılığı həzm edə bilmirlər. Bu, ermənilərin mənafeyinə uyğun olmadığı üçün Vatikan rəsmilərini, kardinalları “rüşvətxorlıuqda” ittiham edirlər. Ermənilər indi də Azərbaycanla yanaşı öz din qardaşlarına, onları əsrlər boyu müdafiə və himayə edən Vatikana da şər atırlar”.
Q.Hacıyev qeyd etdi ki, ermənilər son iki-üç əsrdə neçə dövlətlərə, neçə hökmdarlara xəyanəy ediblər, öz məqsədlərinə nail olmadıqda onlara şər-böhtan atıblar. “Bütün bunlar tarixdə var. Ona görə də ermənilərin kardinalları, Vatikan rəsmilərini hədəfə almasında təəccüblü heç nə yoxdur.
Erməni diasporu müəyyən adamları pulla ələ alır, erməni terror təşkilatları hədə-qorxu ilə insanları
ermənilərin xeyrinə danəşmağa məcbur edir. Bu faktdır. Ona görə də, ermənilər hər şeyi öz arşınları ilə ölçürlər.
Azərbaycan dövləti ilə Vatikanın əlaqələri Azərbaycanın xristian dünyasının rəhbərlərinə münasibəti erməniləri çox narahat edir. Ermənilər Qriqoryan olduqları üçün xristianlığın içində də qarışılıq, özbaşlanıq yaradırlar. Vatikan da erməniləri yaxşı tanıyırlar.
İllərdir etdikləri saxtakarlıqların, onların alban irsini oğurlaması faktının məhz Vatikanda ifşa edilməsindən narahat olublar. Reallıq budur ki, orda erməni yalanları müdafiə edilməyib, bu da onları məyus edir.
Ermənilərin apardığı qaralama, şərləmə kampaniyası nəticə verməyəcək. Eyni zamanda ermənilərin bu kampaniyası Azərbaycan və Vatikan münasibətlərini zədələyə bilməz. Çünki bu əlaqələrin sağlam təməli var. Azərbaycanda xristian irsinə verilən dəyəri bütün dünya bilir”-deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA