Əmisi oğlu Əsədin Suriyada yeni qanlı planını ifşa etdi - 150 minlik ordu ilə hərəkətə keçəcəklər...

Suriyada devrilmiş Bəəs rejiminin lideri Bəşər Əsədin əmisi oğlu Rami Mahluf ölkənin sahil bölgəsində 150 min nəfərdən ibarət xüsusi silahlı qruplar qurduqlarını açıqlayıb.
Mahluf sosial şəbəkə hesabındakı paylaşımında devrilmiş rejimin hərbi cinayətkarlarından Süheyl Həsənlə ölkənin sahil bölgəsində yeni hərbi birliklər qurduqlarını iddia edib.
Bu birləşmələrin 150 min silahlı şəxsdən ibarət olduğunu iddia edən Mahluf Rusiyaya səslənərək “sahil bölgəsini qorumağa” çağırıb.
Qeyd edək ki, martın 6-da Latakiyanın Ceblai rayonunda devrilmiş Əsəd rejiminin ünsürlərinin həyata keçirdiyi hücum nəticəsində ən azı 11 təhlükəsizlik işçisi həlak olub. Hücumdan sonra Suriya ordusu aralarında tankların da olduğu yüzlərlə ağır hərbi texnikanın iştirakı ilə Latakiya və Tartus əyalətlərində devrilmiş rejim ünsürlərinə qarşı əməliyyat keçirib. Rəsmilər təhlükəsizlik qüvvələrinin sahil bölgəsindəki əməliyyatlarının martın 10-da başa çatdığını açıqlayıblar.
TAHİR