Tramp Vatikanda Zelenski ilə görüşdə iştirak etmək istəyən Makronu zaldan qovdu

Papa Fransiskin dəfn mərasimindən əvvəl Vatikanda ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə təkbətək görüşü olub. İndi məlum olur ki, Tramp Zelenski ilə onun görüşündə iştirak etmək istəyən Fransa prezidenti Makronu zaldan qovub.
Qeyd edilir ki, görüşdən əvvəl Zelenskinin istəyi ilə görüş zalında üç stul hazırlanıb. İddialara görə, Ukrayna lideri görüşdə Makronun da iştirakını istəyib. Lakin Tramp buna qarşı çıxıb. Tramp birbaşa Makrona üz tutaraq “Bu, təkbətək görüş olacaq, sən doğru yerdə deyilsən, mənə bir yaxşılıq etməni istəyirəm, otaqdan çıxa bilərsən” deyib və Makronu otaqdan qovub.
Makronun gözləmədiyi bu soyuq münasibətdən donub qaldığı və onu şoka salan sözlərdən qısa müddət sonra otağı tərk etdiyi bildirilib.
TAHİR