Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai Limanında baş verən partlayışla əlaqədar başsağlığı verib.
Bu Xarici İşlər Nazirliyin X sosial şəbəkəsindəki paylaşımında qeyd olunub:
"İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik."