Əhməd İsmayılov Astana Media Forumunda Evronyus televiziyasına müsahibə verib..

Bu il aprelin 16-17 - də Qazaxıstanın paytaxtı Astana şəhərində Mərkəzi Asiya media Forumu keçirilib. Forumda bir sıra ölkələrin media liderləri iştirak ediblər.
Həftənin şənbə günü Evronyus televiziyası forumdan reportaj yayımlayıb və iştirakçılardan müsahibələr alıb.Azərbaycanı Forumda Azərbaycan MEDİA -nın İnkişafı Agentliyinin direktoru Əhməd İsmayılov təmsil edib. Evronyus Azərbaycanın "Mərkəzi Asiya ölkəsi olmasa da, bu mötəbər tədbirdə iştirakını" xüsusi vurğu ilə təqdim edib. Forumun panel müzakirələrində çıxış edən Əhməd İsmayılov Evronyus televiziyasına ingilis dilində müsahibə də verib. Ə.İsmayılov deyib ki, biz Qazaxıstanla media sahəsində əməkdaşlıq üzrə 2 memorandum imzalamışıq ,belə forumlar əməkdaşlıq üçün geniş imkanlar açır,media sahəsində feyk və manipulyasiyalarla səmərəli mübarizə işinə böyük töhfələr verir.
Namiq Quliyev