Fransalı deputat Bakıda mühakimə olunan caniləri siyasi məhbus adlandırdı

Fransa parlamentinin deputatı təbii ki,ermənipəst Konstans Le Qrip X sosial şəbəkəsində Avropa İttifaqının xarici işlər naziri K.Kallasın Azərbaycanı “regionda mühüm tərəfdaş” adlandıran paylaşımına öz aləmində kəskin münasibət bildirib.sitat- "Bəs Azərbaycanda hələ də həbsdə olan 23 erməni siyasi məhbus nə oldu, xanım Ali Nümayəndə? Onların işini həmkarlarınızla müzakirə etmisinizmi? "-sitatın sonu.Ağlı özünü idarə edə bilməyən bu psevdo deputat Azərbaycan xalqına qarşı soyqırımlar törədən caniləri siyasi məhbus adlandırırsa kül olsun o parlamentin başına ki,onun Konstans Le Qrip kimi anormal düşüncəyə malik deputatı var.Belələrinin yeri parlament yox,ruhi xəstəxanadır.Bu ona oxşayır ki, ABŞ Bin Ladeni və ya bin ladenləri həbs edib mühakimə edir, Konstans Le Qrip də bu yandan çıxıb siyasi məhbus kimi bin ladenlərə azadlıq tələb edir.
Surxay Əliyev