Kliçko Trampın təzyiqi ilə Zelenskinin ərazi güzəştinə gedə biləcəyini açıqladı – Ukrayna xalqı bunu qəbul etməyəcək

Kiyev bələdiyyəsinin sədri Vitali Kliçko bildirib ki, ABŞ prezidenti Donald Trampın təzyiqi ilə Ukrayna Rusiya ilə mümkün sülh sazişinin bir hissəsi kimi bəzi ərazi güzəştlərinə getməyə məcbur ola bilər.
"Ssenarilərdən biri... ərazilərdən imtina etmək ola bilər. Bu ədalətsizlikdir. Amma sülh, müvəqqəti sülh üçün bu, müvəqqəti həll yolu ola bilər", - deyən Kliçko, Ukrayna prezidenti Zelenski belə "ağrılı" qərar verməyə məcbur olsa belə, Ukrayna xalqının Rusiyanın itirilmiş ərazilər üzərində nəzarətini tanımayacağını vurğulayıb.
Prezidentlə mümkün həll yolu ilə bağlı hər hansı təfərrüatı müzakirə edib-etmədiyini soruşduqda Kliçko “bu, mənim vəzifəm deyil” deyə cavab verib.
TAHİR