Gah deyir "genosid"i Stalin uydurub, gah da özü saxta genosid sərgisinə gedir - Paşinyan nə istəyir...

Paşinyanın artıq nə danışmağının, haranı ziyarət etməsinin Azərbaycan hökuməti üçün heç bir fərqi yoxdur, çünki onun Ermənistana yönəlik sabit siyasi kursu var
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ali rəhbərliyi ilə birlikdə "erməni soyqırımı" Muzey-İnstitutunda təşkil edilən saxta “Cinayətin sənədləşdirilməsi: erməni soyqırımının şahidi olan sənədçilər” adlı sərgiyə baş çəkib.
Bundan əvvəl Nikol Paşinyan prezident Vaaqn Xaçaturyan, Milli Assambleyanın sədri Alen Simonyan və ölkənin ali rəhbərliyi ilə birlikdə "soyqırım" qurbanının xatirəsini yad etmək üçün Tsitsernakaberd memorial kompleksini ziyarət edib.
Pasinyan özü parlamentdə etiraf edib ki, 1914-cü ildə milyon yarım erməninin öldürülməsi sübhəlidir, çünki həmin vaxt Türkiyədə heç bir milyon erməni yaşamırdı. O, haqlı olaraq təkid edirdi ki, bunu dəqiqləşdirmək lazımdır. Hətta, müxalifətdən xahiş etdi ki, Türkiyədə soyqırıma məruz qalan ermənilərin adlı siyahısını çıxarıb mənə təqdim edin. Bu isə parlamentdə muxalifət fraksiyasının narazılığına səbəb oldu.
Daha sonra Nikol Paşinyan İsveçrənin Sürix şəhərində erməni diasporu ilə gôrüşdə dilə gətirdi ki, "erməni soyqırımı" 1914-cü ildə baş veribsə, bu soyqırım niyə 1950-ci ildə - Türkiyə ilə SSRİ-nin munadibətləri korlanandan sonra gündəmə gəlib?
Bütün bunlar sübut edir ki, saxta erməni soyqırımı sovet ittifaqının uydurmadıdır.
Belə olan halda Paşinyanın hansı sözünə inanaq - həm deyir erməni soyqırımını 1950-ci ildə Stalin uydurub, həm də uydurma soyqırım barədə təşkil edilmiş saxta sərgini, memorial kompleksi ziyarət edir?
Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla düşmənçiliyi aradan qaldırmaqda, hərtərəfli sülh sazişi bağlamaqda səmimi deyil. Məhz ona görə də Paşinyan nə konstitusiyalarındakı ərazimizə qarşı torpaq iddiasını aradan qaldırmaq istəmir, nə çoxdan de-fakto ölmüş Minsk qrupundan imtina etmək istəmir, nə də Zəngəzur dəhlizini açnaq istəmir. Bütun bu problemlər qalmaqla bərabər, Paşinyan istəyir ki, Azərbaycanla "sülh sazişi" adında əhəmiyyəti olmayan bir kağız parçasına imza atsın. Bunula da Paşinyan Avropa Birliyini aldatmaq istəyir ki, onun qonşularla heç bir problemi yoxdur və o Birliyə üzv olmağa hazırdır. Çünki AB-yə namizəd olan ölkə heç bir dövlətlə münaqisədə və ya konfliktdə olmamalıdır ku, onu üzvlüyə qəbul etsinlər. Gürcüstanın Birliyə uzun müddət qəbul edilməməsinin səbəbi məhz ərazilərinin Rusiya tərəfindən işğal altında saxlanılması - Risiya ilə konfliktdə olması idi. Gürcüstan ümid edirdi ki, AB Abxaziya və Cənubi Osetiyanın işğapldan azad edilməsinə dəstək verəcək. Avropa isə şərt qoydu ki, Rusiya ilə konfliktə son qoy, sonra sizi Birliyə daxil edək. Nəticədə isə Gürcüstan yolunu dəyişməli oldu.
İndi isə Ermənistan Avropanı aldatmaq istəyir ki, onun Azərbaycanla heç bir problemi qalmayıb. Lakin biz yalnız ərazi bütövlüyümüzu təmin etmişik, düşmənçilik isə hələ də qalır.
Bununla da Ermənistan AB üzvu kimi daha sonra NATO-ya qoşularaq güclənmək və yenidən bizə qarşı ərazi iddiasında bulunmaq fikrindədir. Amma bu yalana nə AB inanacaq, nə də şərtləri yerinə yetrilməyənə qədər Azərbaycan sülh sazişinə imza atmayacaq.
Paşinyanın yalan danışdığı, ikiüzlü siyasət yürütdüyü elə bu faktdan da aydin olur ki, bir tərəfdən deyir soyqırım saxtadır, uydurmadır, o biri tərəfdən də gedib soyqırım sərgisini və soyqırım memorialını ziyarət edir. Bizə bir mesaj verir, Ermənistan cəmiyyətinə isə bunun tam əksi olan mesajı ötürür. Ona görə də Azərbaycan hökuməti Ermənistana yönəlik siyasi kursunu heç vaxt dəyişməməlidir. Azərbaycanın bir atalar sözündə deyildiyi kimi: "İtlə yoldaşlıq elə, amma çıxmağı əlindən yerə qoyma". İndi erməni ilə yoldaşlıq etmək olar, zatən biz buna məhkumuq, çünki qonşuyuq. Amna dəyənəyimiz həmisə hazır olmalıdır. Erməni yolunu azanda dəyənək başına enməlidir.
Belə də Paşinyanın artıq nə danışmağının, haranı ziyarət etməsinin Azərbaycan hökuməti üçün heç bir əhəmiyyəti yoxdur, çünki onun Ermənistana yönəlik sabit siyasi kursu var. Bu kurs isə bütün beynəlxalq normalara və beynəlxalq hüquqa tam uyğundur.
Akif NƏSİRLİ