Cümə axşamı günü, 1 may 2025
     

Azərbaycan Ermənistanın Avropa ilə "Ümumi təhlükəsizlik" sazişini ifşa etdi...

Image

Abutalıb Səmədov: “...Avropa Sülh Fondu deyilən təşkilatın Cənubi Qafqaz ölkələrindən biri olan Ermənistana hərbi yardım etməsi bölgədə sülhə xidmət etmir və çox yanlış bir addımdır”

Ermənistan Avropa Sülh Fondu vasitəsilə müharibəyə hazırlaşdırılır. Bu fikirlər Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov tərəfindən "Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adı ilə hibrid hücum" adlı Xüsusi Araşdırmanın təqdimatında səsləndirlib.

Onun sözlərinə görə, sülhün bərqərar olmasından daha çox bir tərəfə hərbi dəstəyin verilməsi üçün yaradılmış bu Avropa Sülh Fondu tərəfindən 2024-cü il iyulun 22-də Ermənistan Respublikasının Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində dəstəklə bağlı qərar verilir. Məlumatlara görə, daha bir yardımın edilməsi gözlənilirdi, amma müəyyən səbəblərə görə təxirə salınıb.

R.Namazov qeyd edib ki, Cozep Borelin imzaladığı bu qərarın 1-ci maddəsi isə aşağıdakı məqsədləri ehtiva edir:

• Aİ-nin Ermənistan Respublikasına münasibətdə ümumi siyasətinə uyğun olaraq, Ermənistan Respublikası Silahlı Qüvvələrinin potensialının möhkəmləndirilməsinə töhfə verməklə ölkənin milli təhlükəsizliyini gücləndirmək, müdafiə sahəsində sabitliyini və dayanıqlılığını artırmaq;

• Ermənistan Respublikası Silahlı Qüvvələrinə əməliyyat səmərəliyini artırmaq, Aİ standartlarına uyğunluğu və qarşılıqlı fəaliyyəti sürətləndirmək, eləcə də böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin daha yaxşı qorunması imkanını vermək;

• Gələcəkdə Ermənistan Respublikasının Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (ÜTMS) missiyaları və əməliyyatlarında iştirakı ilə bağlı potensialını möhkəmləndirmək.

Onun sözlərinə görə, açıqlanan məlumatlara görə, yuxarıda qeyd olunan məqsədlərə çatmaq üçün görülən dəstək tədbirin maliyyələşdirdiyi logistika avadanlıqları batalyon böyüklüyündə şəxsi heyət üçün mobil səhra düşərgəsi, o cümlədən ilkin tibbi yardım məntəqəsi üçün nəzərdə tutulur.

"Beləliklə, Qərarın özündən də göründüyü kimi, mobil səhra düşərgəsinin salınması üçün Ermənistanın tentlər və digər avadanlıqlarla təchiz edilməsi, heç bir halda ölkənin milli təhlükəsizliyi və müdafiə qabiliyyətinin yüksəldilməsinə xidmət edə bilməz.

Eyni zamanda, Ermənistan tərəfi ona verilən hərbi avadanlıqlar və digər əşyaların istifadəsi, yararlılığı və vəziyyəti ilə bağlı Aİ-yə illik əsasda, müntəzəm olaraq hesabat göndərməli və Avropa Sülh Fondunun auditorlarına onları yerində yoxlamaq üçün icazə verməlidir. Ermənistana verilən bu aktivlər itirilə və ya Fondun müvafiq komitəsinin razılığı olmadan başqasına verilə bilməz.

Qərarda, həmçinin qeyd edilir ki, Ermənistan tərəfi 2023-cü ilin noyabrında Aİ-yə rəsmi müraciət edərək ÜTMS missiyaları və əməliyyatlarında iştirak etmək üçün çərçivənin müəyyən edilməsi ilə bağlı danışıqlara başlamaq istəyini bildirmişdir", - o bildirib.

ÜTMS missiyası çərçivəsində Ermənistan 2023-cü ilin dekabrında Avropa Birliyinə çərçivə sazişi imzalamağı xahiş edib. Bu kifayət qədər diqqət çəkən bir məqamdır.

“Bu cür addımlar atmaq nə Ermənistana, nə də Avropa Birliyinə heç nə verməyəcək”

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə şərh verən "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov bildirdi ki, Avropa Birliyinin (AB) baş diplomatı sayılan Cozep Boreli Kaya Kallas əvəz edib və hazırda o, Bakıya gəlib. “Yəqin, səfər zamanı Kallasın da nəzərinə çatdırılacaq ki, Avropa Sülh Fondu deyilən təşkilatın Cənubi Qafqaz ölkələrindən biri olan Ermənistana hərbi yardım etməsi bölgədə sülhə xidmət etmir və çox yanlış bir addımdır. Bu cür addım yalnız bölgədə gərginliyi artırmaq, sülh, əməkdaşlıq mühitinin yaradılmasına mane olmaq məqsədi daşıya bilər və bu cür addımlar atmaq nə Ermənistana, nə də Avropa Birliyinə heç nə verməyəcək. Məlumdur ki, Azərbaycanın hərbi büdscəsi Ermənistandan bir neçə dəfə çoxdur. Bu 10 milyon dollarlıq hərbi yardım Ermənistan ordusunun “hərbi qüdrətini” artırmayacaq, onu daha güclü etməyəcək. Bunu Ermənistanda da, Avropada da yəqin yaxşı başa düşürlər. Bu sadəcə olaraq AB-nin ayrı-seçkiliyə yönəlmiş ikili standatlar siyasətinin bir nümunəsi kimi qəbul olunacaq, AB-ın bölgəmizdə nüfuzuna ciddi zərbə vuracaq. Bu cür addımlar atılmamalıdır. Əksinə AB sülhə yönəlik işlər görməyə çalışmalıdır. Yeri gəlmişkən, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bütün müdəaları razılaşdırılıb və bu işdə AB-ın xidməti də danılmamalıdır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin apardığı işlər ilkin dövrlərdə sülh sazişinin hazırlanması istiqamətində atılan addımlar bizim yaxşı yadımızdadır və bu xidmətlər daim bizim tərəfimizdən etiraf olunub. Sülh sazişinin imzalanmasında, bölgəmizdə formalaşan indiki vəziyyətə nail olunmasında Praqada imzalanan sənəd mühüm əhəmiyyətə malikdir və həmin sənədin imzalnması üçün AB böyük əmək sərf etdi. Şarl Mişel ilkin dövrlərdə kifayət qədər konstruktiv fəaliyyət göstərdi. Bütün bu addımlar sülhə xidmət edən addımlar idi. Çox təəssüf ki, sonradan Ermənistanın aktiv antirus mövqeyinə keçməsi AB-ın ermənipərəst xətt tutmasına gətirib çıxardı və Azərbaycan AB-ın vasitəçilikdən uzaqlaşdırılmasına qərar verdi, buna da nail oldu. Avropa Birliyi yaxın tariximizdə baş verən bu hadisələrdən nəticə çıxarmalıdır”.

A.Səmədov qeyd etdi ki, Azərbaycan ordusu Cənubi Qafqazın, bütövlükdə dünyanın ən döyüşkən və güclü ordularından biridir, bunu 44 günlük İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirləri zamanı açıq şəkildə nümayiş etdirdik. “Xüsusilə antiterror əməliyyatı zamanı 10-15 minlik erməni ordusunun qısa müddətdə, cəmi bir neçə saat ərzində darmadağın edilməsi Azərbaycan ordusunun hansı gücə malik olduğunu həm Ermənistana, həm də bütün dünyaya nümayiş etdirdi. Hansısa 10 milyonluq yardımla bu qüvvələr nisbətini dəyişmək təbii ki, mümkünsüzdür. Ermənistanın bu addımları, müxtəlif ölkələrdən 4-cü, 5-ci dərəcəli keyfiyyətsiz silahlar alması, bunu geniş şəkildə təbliğ etməsi daha çox daxili auditoriya üçün hesablanmış addımlardır. Ermənistan hakimiyyəti ruhdan düşmüş, gələcəyə ümidini itirmiş Ermənistan cəmiyyətinə “bizim ordumuz güclənir” ümidini vermək istəyir. Bu cür addımlar da buna xidmət edir. Yoxsa, hər il Azərbaycan ən müasir silahlarla ordumuzu təmin edir, dünyanın qabaqcıl silah istehsal edən ölkələrindən, ilk növbədə İsraildən, Türkiyədən silahlar alır və aramızdakı fərq günü-gündən artır. Bu səbəbdən mən Ermənistanın müharibəyə başlayacağına etimal vermirəm. Ermənistan rəhbərliyi və Ermənistan ordusuna rəhbərlik edən kəslər Azərbaycan ordusu ilə Ermənistan ordusu arasında nə qədər böyük fərqin olduğunu anlayırlar, onu da dərk edirlər ki, belə bir addımın atılması Ermənistanın məhvinə gətirib çıxara bilər. Nikol Paşinyanın da son aylarda dəfələrlə Ermənistanın məhv olmaq təhlükəsindən danışması erməni cəmiyyətinə mövcud reallığı başa salmağa xidmət edən davranışdır. N.Paşinyan vəziyyətin nə qədər ağır olduğunu anlayır, Azərbaycan ordusunun Ermənistan ordusundan nə qədər güclü olduğunu da dərk edir. Üstəlik, onu da dərk edir ki, Ermənistandan fərqli olaraq bölgədə Azəbaycanın Türkiyə kimi güclü müttəfiqi var. Azərbaycanı və Türkiyəni qane etməyən addımların atılması son nəticədə Ermənistan dövlətinin məhv olmasına gətirib çıxara bilər. Üstəlik, nəzərə almalıyıq ki, Ermənistanın Rusiyanı özünün düşməninə çevirib və hələlik başı Ukraynaya qarışan Rusiya Ermənistanı cəzalandırmaq üçün müəyən addımlar atmır. Ancaq bu o demək deyil ki, Rusiya Ermənistanı cəzalandırmayacaq. Rusiya Ukraynada sülhə nail olduqdan sonra Ermənistanla bağlı kəskin addımlar atacaq, yaxud Ermənistanı Qərb strukturlarına, Avropaya yaxınlaşmaq siyasətindən imtina etməyə məcbur edəcək. Bir sözlə, Ermənistanı qarşıda kifayət qədər ciddi problemləri var, onu ciddi təhlükələr gözləyir və bu vəziyyətdə özünə Sülh Fondu adı qoymuş bir qurumun Ermənistana 10 milyon dollarlıq hərbi yardım etməsi Ermənistan ordusunun təbiidir ki, “hərbi qüdrətini” artırmayacaq, ilk növbədə yaxın günlərdə, yaxın aylarda onu gözləyən Rusiya təhlükəsindən qoruya bilməyəcək” - deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

01.05.2025 / 20:55
Ermənistan həsrətində olduğu Şimal-Cənub dəhlizi xatirinə borca girdi...

01.05.2025 / 20:41
Putin "Stalinin irsinə" dönüş edir - ilk addım atıldı...

01.05.2025 / 20:27
Azərbaycanın Çinlə birgə avtomobil istehsalının uğursuzluğu Naxçıvandan başladı...

01.05.2025 / 20:14
Qərbin Qarabağ erməniləri ilə bağlı illər əvvəlki planı açılır - 2023-cü ilin iyulunda...

01.05.2025 / 20:01
Kiprin tanınmış müğənnisi Bahar Gökhan Bakı Beynəlxalq Muğam Mərkəzində təntənəli konsertlə çıxış etdi... - FOTO

01.05.2025 / 19:57
Hindistan Pakistanın parlament qərarına da baxmadı - İslamabad zorla müharibəyə təhrik edilir...

01.05.2025 / 19:44
Azərbaycanın dövlət büdcəsi niyə hər il kəsirlə tərtib olunur? - Peşəkarların təhlili...

01.05.2025 / 19:30
Netanyahu və Ərdoğanın Bakıda görüş ehtimalına ziddiyyətli reaksiyalar var...

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:17
Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:10
DİN Qaradağda məktəb ətrafında naməlum şəxslə bağlı yayılan görüntüləri araşdırdı…

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

01.05.2025 / 17:56
"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu

01.05.2025 / 17:51
Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

01.05.2025 / 17:38
Trampın komandası Azərbaycana “hücuma” hazırlaşır? - “Azərbaycanda demokratiya aktı”?...

01.05.2025 / 17:33
Bakıda avtomobillərin qarşısına çıxaraq təhlükə yaradan şəxs saxlandı

01.05.2025 / 17:26
Bakıda “Porsche” ilə “avtoşluq” edən sərxoş sürücü həbs edildi...

01.05.2025 / 17:24
Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...

01.05.2025 / 17:20
“Bu cür kütləvi məzarlıqlar erməni vandalizminin çoxsaylı əyani sübutlarındandır” - Umud Mirzəyev

01.05.2025 / 17:15
Rusiyada bir mənzildə güclü partlayış 3 ukrayna agentini ələ verdi - bomba əllərində partladı...

01.05.2025 / 17:03
Əlcəzairdən Fransaya sərt cavab - səfirliyin ərazisi 14 hektardan 2-yə endirilir, icarə qiyməti qaldırılır...

01.05.2025 / 16:33
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

01.05.2025 / 16:28
“Azəristiliktəchizat”a yeni sədr təyin edildi

01.05.2025 / 16:20
Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edildi

01.05.2025 / 16:17
Bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırıldı - FƏRMAN

01.05.2025 / 15:20
Dağılmaqda olan tarixi hamamlar...

01.05.2025 / 15:19
Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrası ona həvalə olundu

01.05.2025 / 15:13
“Qan-qan deyən” Hindistanla Pakistan arasındakı müharibə kimə sərf edir?”

01.05.2025 / 15:11
Konqres Trampın Ukraynayla sazişini “qəsbkarlıq” adlandırdı

01.05.2025 / 15:06
Polis Qaradağda əməliyyat keçirdi - saxlanan var...

01.05.2025 / 14:50
Koordinasiya Şurasının növbəti iclası keçirildi

01.05.2025 / 14:35
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

01.05.2025 / 14:23
"Meyit qalıqlarının çoxu qadınlara aiddir, üzərində zorakılıq əlamətləri var" - Eldar Səmədov

01.05.2025 / 14:09
Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

01.05.2025 / 13:52
Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO

01.05.2025 / 13:38
Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

01.05.2025 / 13:22
Bir gündə vətəndaşların bank kartlarından 30 min manat apardılar - DİN növbəti dəfə xəbərdarlıq etdi

01.05.2025 / 13:10
Что такое родина для армян? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

01.05.2025 / 12:54
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:05
Putin məhz buna görə sülhdən qorxur - CANLI

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanımı olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

01.05.2025 / 09:06
Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...

01.05.2025 / 09:00
Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01.05.2025 / 08:44
Mədəniyyət Nazirliyi Qubadakı tarixi abidə ilə bağlı müraciətə cavab verib

01.05.2025 / 08:36
Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

30.04.2025 / 20:44
İrəvan Bakının daha bir tələbini yerinə yetirir - hazırlıq gedir...

30.04.2025 / 20:31
İran, ABŞ, İsrail də Azərbaycanı seçir - Pezeşkianın səfərindən sonra İrəvanda matəmdir...

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678