Avroparlamentin yunan deputatı Kallasın Bakı səfərinə qarşı çıxdı - Yunanıstanın "qazı azaldılmalıdır"...

Xaqani Cəfərli: "Avr opa İttifaqına üzv ölkəllər arasında Azərbaycanın dostları və tərəfdaşları əleyhidarlarının sayından dəfələrlə çoxdur"
Yunanıstan parlamentinin deputatı Fragkos Emmanouil Fragkoulis aprelin 25-də Azərbaycana rəsmi səfəri etməsi ilə bağlı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallası tənqid edib.
"Ermənistan demokratiyanı seçir, Aİ-yə üzvlük qanununu qəbul edir, təhdidlərlə üzləşir, lakin Aİ-nin xarici siyasət rəhbəri avtokratik Azərbaycana səfər edir. Niyə təcavüzkarı mükafatlandırıb, islahatçıya məhəl qoymursunuz? Kaja Kallas, Azərbaycandan torpaqlarını müdafiə edən demokratik Ermənistana hansı mesajı verirsiniz?", - deputat öz postunda qeyd edib.
Birincisi, bunu kim kəşf edib ki, yalnız Aİ-yə üzv olan və buna can atan ölkələr dünyada demokratik dövlətlər sayılır? Dünya tarixində Almaniyanın, Fransanın, İstaniyanın və İtaliyanın etdiyi vəhşilikləri, genosidi başqa heç bir dövlət törətməyib. Sual edən yoxdur ki, sizin babalarınız Adolf Hitlər, Napaliyon Bonapart, Benito Mussolino olmayıbmı? Bu gün də siz həmin şəxslərin geninin daşıyıcılarısınız, elə onlar kimi də qəddar, qaniçən və amansızsınız. Sadəcə olaraq bu əməllərinizi "demokratiya" adlanan qanlı mələfə ilə pərdələməyi bacarırsınız.
İkincisi isə riyakar Avropa deputatları mərəzindən əl çəkmir - işğalçını məzlum kimi göstərməyə davam edirlər. Ermənistan bəlkə də nə vaxrsa demokratik ola bilər, amma onun üstündən işğalçı damğası heç vaxt götrülməyəcək - özü də barbar işğalçı... İşğal etdiyi ərazilərdə bütün həyat əlanətini silib!
Avropalı deputatlar elə danışırlar ki, guya 30 il Azərbaycan Ermənistanın ərazisini işğal edib. "Niyə təcavüzkarı Ermənistanı mükafatlandırısınız?" sualını Aİ deputatlarının özünə vermək lazımdır. Bəli, əslində onlar Ermənistanı ona görə sıralarına qatmaq istəyirlər ki, onun da Avropa ölkələri kimi təcavüzkar, əli qana batmış tarixi var.
Yunan deputatının isə özəl nankorluğu ondan ibarətdir ki, ölkəsinə güzəştli qaz verən Azərbaycana kampaniya xatirinə haqqsız hücumlar edir.
Məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında politoloq Xaqani Cəfərli bildirdi ki, Avropa Parlamentinin Yunanıstandan olan deputatı Fragkos Emmanoil Fragkoulisin Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın Azərbaycana rəsmi səfəri ilə əlaqədar tənqid etməsinin bir neçə səbəbi var. Nəzərə almaq laızmdır ki, yunan deputatdan öncə Avropa Parlamentinin Fransa, İspaniya, Kipr və Almaniyadan olan bir neçə deputatı xanım Kallasın Azərbaycana səfərini tənqid etmişdi. Yəni, Avropa Parlamentində Azərbaycana tənqidi münasibəti olan bir qrup mövcuddur. Bu isə yunan deputatlara Azərbaycanı tənqid etmək üçün münbit şərait yaradır.
Yunanıstan və Kiprdən olan siyasətçilərin Türkiyənin müttəfiqi Azərbaycanı mütamadi hədəf almaları da ilk dəfə deyil və son da olmayacaq. Qənaətimcə, Yunanıstan və Kiprdən olan siyasətçilərin Azərbaycana hücumu məhz Türkiyə faktoru ilə bağlıdır.
Digər bir səbəb, yunanların Türkiyəyə qarşı mübarizədə özlərinin müttəfiqi hesab etdikləri ermənilərlə həmrəy görünmək cəhdidir. Deputat Fragkos Emmanoil Fragkoulisin Ermənistanı müdafiə etməsi, Azərbaycanı tənqid etməsi də ermənilərlə həmrəy görünmək cəhdidir.
Qənaətimcə, Azərabycan cəmiyyəti Avropanın bəzi ölkələri ilə uzun müddətdə münasibətlərin soyuq olacağını bilməlidir. Belə ölkələrin önündə Yunanıstan olacağı aydın görünür. Ona görə, bu ölkələrdən olan siyasətçilərin tənqidlərinin, Azərabaycanla əlaqəyə görə Avropa rəsmilərinə təzyiq göstərmək cəhdlərinin bundan sonra da davam edəcəyinə hazır olmalıyıq.
Ancaq belə çıxışlar Azərbaycanın Avropa ilə münasibətlərinə mənfi təsir etməməlidir. Çünki Avropa İttifaqına üzv ölkəllər arasında Azərbaycanın dostları və tərəfdaşları əleyhidarlarının sayından dəfələrlə çoxdur".
Akif NƏSİRLİ