Trampdan İrana sərt mesaj - masadakı iki variantdan biri heç də yaxşı variant deyil…

ABŞ prezidenti Tramp İranla nüvə danışıqlarında ciddi irəliləyiş əldə etdiklərini və razılaşmaya yaxın olduqlarını bəyan edib. O, danışıqların Oman və İtaliyada iki raundda aparıldığını bildirib.
"Məncə, İranla bağlı çox yaxşı iş görürük, çox ciddi danışıqlar aparırıq. İranla razılığa gəlmək məsləsində çox yaxşı irəlilədiyimizi düşünürəm" deyə Tramp bildirib.
ABŞ prezidenti İranla nüvə müzakirələri ilə bağlı masada iki variantın olduğunu bildirib: "Bu variantlardan biri yaxşı variant deyil, bu heç də yaxşı variant deyil".
TAHİR