Tramp 1915-ci il hadisələri ilə bağlı yenə erməniləri məyus etdi...

ABŞ prezidenti Tramp 1915-ci il hadisələri ilə bağlı yazılı açıqlama verib. Tramp açıqlamasında yenə də erməniləri məyus edərək 1915-ci il hadisələri barədə “soyqırım” ifadəsini işlətməyib.
Tramp ermənicə “Böyük fəlakət” mənasını verən “Meds Yeghern” ifadəsinə üstünlük verib.
O, ABŞ-ın keçmiş prezidenti Baydenin dövründə işlədilən “soyqırım” ifadəsindən imtina edib.
ABŞ-ın keçmiş prezidenti Obama da “Böyük fəlakət” ifadəsini işlətmişdi.
TAHİR