Soyqırımlar törədən ölkənin deputatı Avropanı Ermənistanı dəstəkləməyə çağırdı

Nəhayət ermənilərin cici-bacısı Fransaya da növbə çatdı.Belə ki,pafoslu cümlələrlə “Erməni soyqırımı” nağılının növbəti personajı Fransadan olan deputat aldı görək nə dedi: “Yaralı, lakin dözümlü insanlar hələ də sağ qalmaq üçün mübarizə aparır”.Bunu Fransa Parlamentinin üzvü Mişel Tabaro X sosial şəbəkəsində paylaşıb.Dərsini ermənilər yaxşı əzbərlətdirən fransalı deputat Fransa və Avropanı Ermənistanı dəstəkləməyə çağırıb: Sitat-"1,5 milyon insan həlak olub. Yaralı, lakin möhkəm və qürurlu xalq, bu gün də Azərbaycan və Türkiyədən gələn təhlükələrə qarşı sağ qalmaq üçün cəsarətlə mübarizə aparır",-sitatın sonu.
Əvvəla prezidenti Makron kimi ağa qara deyən deputat hələ də qanmayıb ki,Ermənistana Azərbaycandan,Türkiyədən heç vaxt təhlükə gəlməyib.Və 30 il ərzində Azərbaycan Ermənistanın yox,Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib,1 milyona yaxın əhalisini isə zor güçünə yurd-yuvasından didərgin salıb.Bununla da Ermənistan hakimiyyəti etnik təmizləmə aparıb.
Və nəhayət bir sual məni həmişə düşündürür.Niyə heç bir ölkə,heç bir qurum bir dəfə də olsun Türkiyədən fərqli olaraq Fransanın Əlcəzairdə milyonlarla müsəlmana qarşı törətdiyi dəlil-sübutlu,gerçək soyqırımdan bəhs etmir? Sərf eləmir?
Surxay Əliyev