Cümə günü, 2 may 2025
     

Rusiyadan Azərbaycana yenidən pul axını başlanır, lakin prosesin böyük mənfi tərəfi də var...

Image

Qlobal valyuta bazarlarında ticarətçilər ekranlarına baxarkən, Cənubi Qafqazdan, Mərkəzi Asiyadan olan miqrant işçilər də Rusiyanın müxtəlif şəhərlərində eyni diqqətlə bu prosesləri izləyirlər. Donald Tramp administrasiyasının genişmiqyaslı tarif paketi açıqladığı gündən bəri qlobal bazarlardakı çətinliklər fonunda ABŞ dollarının dəyər itirməsi ilə yanaşı, Rusiya rublu kəskin şəkildə dəyər qazanıb. Bu isə Rusiyada yaşayan miqrantların birdən-birə evlərinə daha artıq pul göndərməsi deməkdir.

Novosibirskdə çalışan 60 yaşlı tacik işçi Ali məsələ ilə bağlı “Radio Svoboda”ya açıqlamasında qeyd edir: “İnsanlar məzənnənin qalxacağına ümid edərək pul göndərməzdən əvvəl aylarla gözləyirlər. Nə vaxt məzənnə artarsa, onlar banklara tələsirlər və ya tətbiqlər vasitəsilə pul göndərirlər. Onların zamanı gəlib çatıb. Rublun artması bizim üçün faydalıdır. Bu, ailənizin ay ərzində necə keçindiyini, yemək alıb-almayacağınızı və ya dərman pulu ödəyib-ödəyməyəcəyinizi müəyyən edir”. Dünya Bankının məlumatına görə, köçürmələr Tacikistan ÜDM-inin 45 faizini təşkil edir. Qırğızıstanda bu, 24 faiz, Özbəkistanda isə 14 faizdir. Bu vəsaitlərin əksəriyyəti Rusiyadan gəlir. Londonda yerləşən “Central Asia Due Diligence” analitik mərkəzinin rəhbəri Alişer İlhamov Rusiyada yüksək faiz dərəcələrini, Vaşinqtonla münasibətlərin yaxşılaşmasını və dolların ümumi zəifləməsini rublun möhkəmlənməsinin əsas səbəbləri kimi göstərib: “Qarşıdakı aylarda rublun məzənnəsi, əsasən, neftin qiymətlərindən və dolların göstəricilərindən asılı olacaq”. Qeyri-rəsmi müşahidələr göstərir ki, hazırda rublun güclənməsi Rusiyaya iş tapmaq üçün gələnlərin sayında artıma səbəb olub. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin sonunda ölkədə 6.3 milyon xarici vətəndaş olub. Lakin Rusiyaya gəlmək risksiz deyil - irqçilik hallarından tutmuş polis zorakılığına qədər. Həmçinin, zorla hərbi xidmətə alınma və Ukraynaya göndərilmə riski də mövcuddur. Həmçinin, deportasiyaların sayı əhəmiyyətli dərəcədə artıb, rəsmi rəqəmlərə görə, ötən il Rusiyadan 190 min nəfər çıxarılıb. Bu, əvvəlki ilə nisbətən 31 faiz artım deməkdir. 2024-cü ilin martında Moskva şəhərindəki “Crocus City” konsert məkanında baş verən terror hücumundan sonra miqrantlar artan təzyiqlərə məruz qalıblar. Rubl dollar qarşısında bahalaşmaqda davam edərsə, Azərbaycana Rusiyadan gələn pulların miqdarı artacaq. Sabitləşən rus rublu Azərbaycanın əmlak bazarına Rusiyadan vəsait axınını da bərpa edə bilər. Məsələ burasındadır ki, rubl bahalaşan kimi Rusiyada çalışan azərbaycanlı miqrantlar pullarını dollara çevirərək Azərbaycanın əmlak bazarına sərmayə yatırmağa meylli olurlar. Amma ən əsası odur ki, Rusiyada rublun bahalaşması Azərbaycandan Rusiyaya müxtəlif malların, xüsusən də aqrar məhsulların ixracını daha da artıracaq.

Hazırda Azərbaycan Rusiya bazarına kənd təsərrüfatı məhsullarının tədarükündə əsas yerlərdən birini tutur. Rublun bahalaşması isə bu prosesi daha da sürətləndirəcək. Yuxarıda qeyd olunduğu kimi, əsas proqnozlar isə rublun dəyər qazanmaqda davam edəcəyini göstərir. Neftin qiyməti 80 dollarlıq həddə yaxınlaşacağı halda rublun daha da möhkəmlənməsini gözləmək olar. Bütün bunlar Azərbaycandan Rusiyaya ilk növbədə qeyri-neft məhsullarının ixrac həcmini artıracaq ki, bu da sözügedən sahədə daha sürətli inkişaf deməkdir. Hökumətin də əsas məqsədi məhz enerji resurslarından asılılığı qeyri-neft sektorunun inkişafı hesabına azaltmaqdır. Bununla belə, bəzi analitiklər rublun güclənməsinin uzunmüddətli olacağına şübhə ilə yanaşırlar. “Bloomberg Economics”in hesablamalarına görə, Ukrayna ilə sülh danışıqlarında erkən bir irəliləyiş əldə olunmazsa, rublun bahalaşması dayana bilər. “Renaissance Capital”ın tədqiqat bölməsinin rəhbəri Oleq Kuzmin bildirib: “Əgər geosiyasi vəziyyət dəyişməzsə, neftin cari qiymətləri fonunda bizim hesablamalarımıza görə, rublun real məzənnəsi dollar qarşısında 100-dən yuxarı qalacaq". “Tsifra Broker”in aparıcı analitiki Nataliya Pıryeva qeyd edib ki, rublu geosiyasət, Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşması, beynəlxalq ticarətin potensial bərpası və xarici kapitalın Rusiyaya qaytarılması ilə bağlı nikbinlik dəstəkləyir: “Mənfi reallıq da özünü göstərir – tədiyə balansının cari göstəriciləri zəif olaraq qalır, neft bazarında vəziyyət o qədər də ürəkaçan deyil”. İstənilən halda Rusiyada rublun möhkəmlənməkdə olması və bunun davam etməsi Azərbaycan üçün əlverişlidir. Ən azı bu, ixraçcılarımız üçün yeni perespektiv vəd edir. Hələlik isə rubl bahalaşmaqda davam edir. Əgər 2025-ci il yanvarın 1-də 1 ABŞ dolları almaq üçün 113 rubl ödəmək lazım gəlirdisə, hazırda 80-82 rubl kifayət edir. Həmçinin ilin əvvəlində 1000 rublu 16 manata dəyişmək mümkün idisə, indi 21 manata mümkündür. Bir daha qeyd edək ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu imkan yaradır ki, orda yaşayan azərbaycanlılar öz ailələrinə maliyyə köçürmələrini artıra bilsinlər. Həmçinin proses idxalla məşğul olan şəxslər üçün əlverişli mühit yaradır. Azərbaycanlı ixracatçılar rəqabətə yenidən girə bilirlər.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

02.05.2025 / 12:37
Sosial şəbəkələr neqativ informasiya bazarına çevrilib...

02.05.2025 / 12:35
Salyanda "avtoşluq" edən sürücü həbs edildi - FOTO

02.05.2025 / 12:17
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda forumun açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

02.05.2025 / 12:08
İsrailli köçkünlər yerli fələstinlilərə hücum etdi

02.05.2025 / 12:05
Dikiy:-“ Ukrayna təbii sərvətlərlə bağlı razılaşmaya görə böyük riskə getdi”

02.05.2025 / 12:00
Kreml 9 mayı bomba sığınacağında qeyd etməli olacaq

02.05.2025 / 12:00
Paşinyan bu iki şəxsdən birini ABŞ-a səfir göndərəcək

02.05.2025 / 11:59
“Ukrayna Rusiyanı 2014-cü il sərhədlərinə qaytara bilməyəcək”

02.05.2025 / 11:53
“Əkinçi” qəzeti milli hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib" - Əhməd İsmayılov

02.05.2025 / 11:42
Ali Məhkəmə televiziyalarda ailə həyatına müdaxilə halları ilə bağlı qərar qəbul edəcək

02.05.2025 / 11:32
Türkiyədə qeyri-leqal miqrasiya ilə məşğul olan 21 nəfər saxlanılıb

02.05.2025 / 11:22
2030-cu ildə suya tələbat 16 faiz artacaq - Hökümətdən AÇIQLAMA

02.05.2025 / 11:15
"Neqativ xəbər axınına qarşı informasiya immuniteti gücləndirilir"- Əhməd İsmayılov

02.05.2025 / 11:07
Tramp 8 Mayı Qələbə Günü elan etdi

02.05.2025 / 11:05
Hindistan- Pakistan müharibəsi Azərbaycana toxunarmı? - CANLI

02.05.2025 / 11:00
Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili layihəsinə start verildi

02.05.2025 / 10:43
"Forumun məqsədi media subyektləri ilə dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır" - Əhməd İsmayılov

02.05.2025 / 10:25
Bir gecədə 121 Ukrayna PUA-sı məhv edilib - Moskvadan açıqlama

02.05.2025 / 10:20
Baş nazirlikdən istefa verib prezident olmaq istəyir...

02.05.2025 / 10:12
"Zirə" bu gün "Turan Tovuz"la qarşılaşacaq

02.05.2025 / 10:07
Yasamalda qadın sürücünün vurduğu kişi xəstəxanada ölüb

02.05.2025 / 10:01
Bu gün Bakının iki rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ

02.05.2025 / 09:35
"Dünya siyasətinə etibarsızlıq qayıdır" - Donald Tuskdan AÇIQLAMA

02.05.2025 / 09:27
Azərbaycanda həkimlərin say yox, paylaşma problemi var - təyinat sistemi bərpa edilir?...

02.05.2025 / 09:22
Novxanı bağlar massivində silah-sursat tapılıb

02.05.2025 / 09:18
“Skype” gələn həftə bağlanır

02.05.2025 / 09:12
Yunanıstanı tətillər bürüyüb- qiymət artımına qarşı...

02.05.2025 / 09:07
Tramp keçmiş müşavirini BMT-yə səfir göndərir

02.05.2025 / 09:00
Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem"dən qələbə

02.05.2025 / 08:36
"Elmlər doktoru" adı ləğv olunur - ciddi arqumentlər var...

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

01.05.2025 / 21:37
Bəzi İran dairələrinin Azərbaycana qarşı "mədəniyyət iddialarına" son qoyula bilər...

01.05.2025 / 21:22
Bank kartlarındakı pulun sığortalanması mümkündür?...

01.05.2025 / 21:08
Putinin partiyasının konfransında ermənilərin Azərbaycana qarşı təxribatı baş tutmadı...

01.05.2025 / 20:55
Ermənistan həsrətində olduğu Şimal-Cənub dəhlizi xatirinə borca girdi...

01.05.2025 / 20:41
Putin "Stalinin irsinə" dönüş edir - ilk addım atıldı...

01.05.2025 / 20:27
Azərbaycanın Çinlə birgə avtomobil istehsalının uğursuzluğu Naxçıvandan başladı...

01.05.2025 / 20:14
Qərbin Qarabağ erməniləri ilə bağlı illər əvvəlki planı açılır - 2023-cü ilin iyulunda...

01.05.2025 / 19:57
Hindistan Pakistanın parlament qərarına da baxmadı - İslamabad zorla müharibəyə təhrik edilir...

01.05.2025 / 19:44
Azərbaycanın dövlət büdcəsi niyə hər il kəsirlə tərtib olunur? - Peşəkarların təhlili...

01.05.2025 / 19:30
Netanyahu və Ərdoğanın Bakıda görüş ehtimalına ziddiyyətli reaksiyalar var...

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:17
Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO/VİDEO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:10
DİN Qaradağda məktəb ətrafında naməlum şəxslə bağlı yayılan görüntüləri araşdırdı…

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

01.05.2025 / 17:56
"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu

01.05.2025 / 17:51
Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

01.05.2025 / 17:38
Trampın komandası Azərbaycana “hücuma” hazırlaşır? - “Azərbaycanda demokratiya aktı”?...

01.05.2025 / 17:33
Bakıda avtomobillərin qarşısına çıxaraq təhlükə yaradan şəxs saxlandı

01.05.2025 / 17:26
Bakıda “Porsche” ilə “avtoşluq” edən sərxoş sürücü həbs edildi...

01.05.2025 / 17:24
Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...

01.05.2025 / 17:20
“Bu cür kütləvi məzarlıqlar erməni vandalizminin çoxsaylı əyani sübutlarındandır” - Umud Mirzəyev

01.05.2025 / 17:15
Rusiyada bir mənzildə güclü partlayış 3 ukrayna agentini ələ verdi - bomba əllərində partladı...

01.05.2025 / 17:03
Əlcəzairdən Fransaya sərt cavab - səfirliyin ərazisi 14 hektardan 2-yə endirilir, icarə qiyməti qaldırılır...

01.05.2025 / 16:33
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

01.05.2025 / 16:28
“Azəristiliktəchizat”a yeni sədr təyin edildi

01.05.2025 / 16:20
Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edildi

01.05.2025 / 16:17
Bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırıldı - FƏRMAN

01.05.2025 / 15:20
Dağılmaqda olan tarixi hamamlar...

Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678