Belə türk rektor ermənidən də pisdir - "Ermənistanla açılıma Azərbaycan mane olur"...

Akif Nağı: "Yalnız Türkiyənin deyil, Cənubi Qafqazda heç bir ölkənin Azərbaycandan yan keçən maraqları yoxdur"
İstanbul Kadir Has Universitetinin keçmiş rektoru, beynəlxalq əlaqələr üzrə professor Mustafa Aydın hazırda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına siyasidən başqa heç bir maneə görmür.
O, bu maneəni Azərbaycanın indiki mövqeyi ilə əlaqələndirir. Professor Türkiyə-Azərbaycan münasibətlərinin bu qədər yaxın olduğuna diqqət çəkərək əlavə edir ki, Ankara Azərbaycanın razılığı olmadan irəli gedə bilməz.
“İstanbuldan İrəvana gündəlik uçuşlar var, təbii ki, üçüncü tərəflər vasitəsilə, xüsusən də Gürcüstan vasitəsilə ticarət həyata keçirilir, ermənilər və türklər bir-birinin ölkələrinə gedə bilər və s. Ona görə də bu baxımdan münasibətlər artıq tənzimlənir və normaldır”, - həmsöhbət qeyd edib.
Professor Mustafa Aydının sözlərindən belə anlaşılır ki, guya Ermənistan yalnız Azərbaycana qarşı düşmənçilik edir, Türkiyənin isə yaxın dostudur. Elə isə, "erməni soyqırımı" ittihamının, "Qərbi Ermənistan" sevdasının, ermənilər tərəfindən öldürülən diplomatların öcünü kim və necə alacaq? Əslində Ermənistan Azərbaycanla necə düşmənçilik sürdürübsə, Türkiyə ilə onun ikiqatını sərgiləyib.
Türkiyəli professorun bu cür düşüncələrinin səbəbi nədir?
Baki-xeber com saytının sualını cavablandıran politoloq Akif Nağı bildirdi ki, bu məsələ Türkiyədə vətəndaş cəmiyyəti tərəfindən mütəmadi olaraq qaldırılır: "Bu məsələ daha çox Qərbmeyilli qüvvələr tərəfindən gündəmə gətirilir. Çünki onlar üçün milli maraqlar arxa plandadır. Bu fikir daha çox CHP tərəfdarları arasında dəstəklənir. Türkiyədə universitetlərin məxsusi ideoloji xətti var - milli, dinçi, qərbyönümlü, solçu və s. Mustafa Aydın fikirkərini belə əsaslandırır ki, guya Turkiyə Ermənistan vasitəsilə Cənubi Qafqazda maraqlarını təmin edə bilər. Bu əslində çox məntiqsiz bir mövqedir. Çünki Ermənistanın Cənubi Qafqazda heç bir ciddi mövqeyi yoxdur ki, Türkiyə onun vasitəsi ilə regionda maraqlarını təmin etsin. Cənubi Qafqazın bir nömrəli strateji mövqeyə malik ölkəsi Azərbaycandir və bunu Türkiyə hökuməti çox gözəl anlayır. Ona görə də Azərbaycanla əlaqələrini getdikcə dərinləşdirir. Türkiyə Azərbaycan və Gürcüstanla əlaqələr qurmaqla maraqlarını tam təmin edir. Yəni Türkiyə bu iki ölkə vasitəsilə həm Orta və Mərkəzi Asiya ilə əlaqələr qurur, həm də enerji təhlükəsizliyini təmin edir. Bu üçtərəfli əlaqələr formatında Türkiyə Cənubi Qafqazda çox böyük təsirə malikdir.
Hesab edirəm ki, professor Mustafa Aydın Qərb və erməni mərkəzlərinin sifarişınə uyğun davranıb, gündəmə gəlmək istəyir. Professor məntiqi və əsası olmayan bir məsələni əsaslandırmağa, gündəmə gətirməyə uğursuz cəhd göstərir.
Görünür, Mustafa Aydınla İranın mövqeyi üst-üstə düşür. Şükür ki, Türkiyədə belələri hakimiyyətdə deyil. İndiki hakimiyyəti isə munasibətləri əsasən Azərbaycanla qurur, digər iki ölkə ilə (Ermənistan və Gürcüstan) isə siyasətini buna uyğunlaşdırır.
Ermənistana isə Türkiyə kiçik bazar kimi baxıaraq, müəyyən şərtlər daxilində Marqara keçid məntəqəsinin açılmasını gündəmə gətirib. Bunun üçün Ermənistanın üzərinə şərt qoyulub ki, Azərbaycanla münasibətlərin normallaşdır. Ermənistan isə elən edir ki, Marqara keçid məntəqəsini təmir etmişik, açlışa hazırdır. Gülünc bir bəyanat idi.
Qeyd etditimiz kimi, Türkiyənin Azərbaycanla dərin əlaqələr qurmasının səbəbi heç də yalnız etnik yaxınlıq deyil, burda ciddi dövlət maraqları var. Bu maraqlar hər iki ölkənin iqtisadi və siyasi inkişafına təkan verir. Azərbaycanla yaxın munasibətlər Türkiyəni dünya capında bir ölkəyə çevirib. Yalnız Türkiyənin deyil, Cənubi Qafqazda heç bir ölkənin Azərbaycandan yan keçən maraqları yoxdur. Azərbaycan regionun lider ölkəsidir və dünyada gedən proseslərə təsir etmək gücünə malikdir.
Azərbaycan Rusiya kimi dünyanın super-gücü ilə bərabərhüquqlu münasibətlər saxlayır. Yeri gələndə bu munasibətlərdən Türkiyə öz maraqlarına uyğun yararlanır.
Azərbaycan İsraillə çox yaxın münasibətlərə malikdir. Bu da Azərbaycanın dünyada tutduğu mövqedən xəbər verir. Bu baxımdan da Türkiyənin Azərbaycana ciddi ehtiyacı var.
Eyni zamanda, Azərbaycanın ABŞ ilə yaxşı münasibətləri var. Yeni adminstrasiya regionda Azərbaycanla münaşibələrə üstünlük verir. O cümlədən, Azərbaycan prezidentinin Çinə səfəri və orada imzalanan sənədlər çox vacib əhəmiyyətə malikdir. Bu, dünyaya bir mesajdır. Bu o deməkdir ki, Azərbaycan dünyanın iqtisadi nəhəngi olan Çin tərəfindən qəbul edilir. Bu da Azərbaycanın gücünu göstərən amillərdən biridir.
Bu baxımdan, sağdan-soldan dilənən, başqa ölkələrdən asılı olan Ermənistanla əməkdaşlıqda Türkiyənin nə marağı ola bilər? Yalnız Qərbyönümlu vətəndaş cəmiyyəti nümayəndələri bu cür fikirlər ortaya qoya bilər, onların da marağı aydındır - onlar cəmiyyətdə alternativ fikir söyləmək adı altında ictimai rəyi manupuluyasiya etmək istəyirlər. Amma bu fikirlər heç bir məntiqə söykənmir. Sadəcə, onlar ticarət əlaqələrini qabardırlar ki, bu da Türkiyə üçün deyil, Ermənistan üçün vacibdir.
Mustafa Aydın çox güman ki, Qərbyönümlü bir adamdır, bununla bağlı bəzi məlumatlar da var. O, Qərbin sifarişlərini yerinə yetirir. Təsadüfi deyil ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Türkiyə və Azərbaycana mesaj göndərdi ki, Ermənistanla yolları açılmaq lazımdır. Qərb Türkiyəni Azərbaycan vasitəsilə təsiri altına almaq istəyir. Lakin buna nalı ola bilmir.
Mustafa Aydının mövqeyi ilə Fransanın mövqeyi eynidir. Bu, Türkiyə dövlətinin və cəmiyyətinin mövqeyindən çox uzaqdır. Bu planların regionda həyata keçirilməsi mümkün deyil. Çünki qardaşlıq bir yana, bu ən azı Türkiyənin dövlət maraqlarına utğun deyil. Hakimiyyətə Mustafa Aydın da gəlsə belə, Türkiyənin Azərbaycana qarşı mövqeyi dəyişməyəcək. Çünki bu həm Türkiyənin strateji dövlət marqlarından irəli gəlir, həm də artıq cəmiyyətdə buna uyğun doğru-dürüst rəy formalaşıb. Azərbaycanla münasibətləri kəsmək istiqamətində düşünən lider bir gün də Türkiyədə hakimiyyətdə qala bilməz".
Dəniz NƏSİRLİ