Ermənilərin qapıdan qovduğu Zatulin yenə ermənilərə yalmandı

Bu Zatulin adlı məxluqu ermənilər qapıdan qovur, adam özünü pəncərədən zorlaiçəri salır.Özü də danışanda elə məntiqsiz danışır ki,heç belə qələti ibtidai sinif şagirdi eləməz.
Görün nə deyir:- “Erməni əhalisinin Dağlıq Qarabağdan kütləvi şəkildə köçürülməsi 1915-ci il erməni soyqırımının davamı idi”.Hamıya məlumdur ki,110 il bundan öncə ruslar ermənilərdən istifadə etmək üçün Osmanlıya qarşı qaldırdılar.Osmanlı hökuməti də məcbur qalıb bu rus uzantıları yerli sakinlərə qarşı qətliamlar törətməsinin qarşısını almaq üçün deportasiya edib.Və burda heç bir soyqırımdan söhbət belə gedə bilməz.Qətliamlar olsa da bunu türklər yox,rusların fətvasıyla ermənilər yerli sakinlərə qarşı törədib.agaələk ermənilərin Xankəndini tərk etməsinə.Görəsən bu Zatulin adlı məxluqun əlində bir dənə də olsun ermənilərin Xankəndindən zorla köçürülməsinə aid dəlil varmı? Yoxdur,ola da bilməz.Çünki belə hal olmayıb.Ancaq Xocalı qətliamıyla bağlı dəlil en qədərdir.Ancaq Zatulinlərin dilinə heç vaxt belə həqiqətlər gəlməyib,gəlmir və gəlməyəcək. Zatulin sərsəmləməsini belə davam etdirir:- “1995-ci ildə mənim məruzəmə əsasən, Rusiya Federasiyasının Dövlət Duması bu “soyqırım”ı tanıdı”.Bu da təbiidir.Çünki bu saxta soyqırım tamaşasının ssenarisinin də quruluşunun da müəllifi məhz Rusiya idi. Tanımamış nə edəcək?
Sonda Zatulin Rusiyada Qələbənin 80 illiyi ərəfəsində “1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində sovet xalqının soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunun qəbul edildiyini diqqətə çatdırıb.Və fikrini pafoslu cümlələrlə yekunlaşdırıb:- "Qoy bütün soyqırım qurbanlarının xatirəsi təkcə ehtiram deyil, həm də ibrət dərsinə çevrilsin. Qoy ədalətə inanan, xalqları coğrafiyasına və maraqlarına görə bölməyən, dərdinə, ümidinə şərik olan hər kəsi birləşdirsin".
Maraqlıdır görəsən Zatulin özü öz dediyi cingiltili ifadələrə inanırmı?
Surxay Əliyev