Bazar günü, 4 may 2025
     

Bakı ilə Pekin arasında ən qısa dəmiryolu "Ələtdən keçir"...

Image

Azərbaycanla Çin arasında siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri daha da genişlənir. Dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayır. Bu mənada prezident İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə sözügedən ölkəyə dövlət səfəri müstəsna önəmə mallikdir.

Qeyd edək ki, Azərbaycan çin də daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi isə ölkəmiz üçün böyük önəm daşıyır. Bu mənada, Çin ilə əlaqələrin əhəmiyyəti xüsusilə böyük önəmə malikdir. Elə prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə müsahibəsində dediyi kimi, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Onu da bildirək ki, Çində Azərbaycan prezidentinə xüsusi hörmət və ehtiram bu səfər zamanı da özünü büruzə verdi. Səfər əsnasında strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycanla Çinin bu əlaqələri hərtərəfli strateji səviyyəyə yüksəldilməsiistiqamətində mühüm addım atıldı. Xatırladaq ki, prezident İlham Əliyev və Çin sədri Si Cinpin danışıqlardan sonra birgə bəyanat imzalayıblar. Burada çoxsaylı məsələlər öz əksini tapıb. Bundan əvvəl isə Şanxay Əməkdaşlıq Təşkilatının 2024-cü ilin iyulunda keçirilmiş sammiti çərçivəsində münasibətlərin keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə keçidini səmərəli şəkildə qeyd edən sənəd imzalandı. Bu, qarşılıqlı etimadın, sübut olunmuş birgə işin və iki dövlətin strateji maraqlarının üst-üstə düşməsinin təzahürüdür. Bakı ilə Pekin arasında əməkdaşlığın iqtisadi ölçüsü artıq təsiredicidir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub. Çin, həmçinin idxal üzrə lider mövqeyindədir və bu göstərici 17,69 faizə çatıb. Bu, təkcə statistika, yaxud iki ölkənin iqtisadi maraqlarının kağız üzərində deyil, real logistika, biznes layihələri və birgə investisiyalarda kəsişdiyinin sübutudur. Azərbaycan lap əvvəldən Çinin “Kəmər yol” təşəbbüsünü dəstəkləyib və bunu deklarativ şəkildə deyil, konkret tədbirlərlə həyata keçirib. Bununla yanaşı, Çin Azərbaycanın Orta Dəhliz layihəsindəki rolunu yüksək qiymətləndirir və regionda bu əməkdaşlıq yeni enerji və ticarət marşrutlarının formalaşmasına zəmin yaradır. Bütövlükdə, Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətdir, eləcə də Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Kəmər yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Bundan əlavə, Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tiflis-Qars xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Kəmər yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Bakı-Tiflis-Qars dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bakı- Tiflis-Qars layihəsi, həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir. Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tiflis-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır.

Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini də artıracaq. Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar isə Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rola malikdir. Qeyd edək ki, prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb. Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. Çin və Azərbaycanı birləşdirən digər məsələlər də var. Prezident İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, kənar güclərin ölkəmizə və regionumuza müdaxiləsinə icazə verilməyəcək. Si Cinpin Kambocaya səfəri zamanı bənzər və çox maraqlı bir fikir səsləndirdi ki, o, müstəqil inkişaf yolunun tərəfdarı olmaqla yanaşı, həm də xarici güclərin suveren dövlətlərin daxili işlərinə qarışmasını pisləyir. Pekini cazibədar edən daha önəmli bir məsələ onun təkcə pul və texnologiya təklif etməsi ilə kifayətlənməyərək, həm də liberal-demokratik modelə ideoloji alternativ təklif etməsi, daxili siyasətlə bağlı isə heç bir sual verməyən tərəfdaş kimi özünü göstərməsidir. Bunlarla yanaşı, Azərbaycanla Çin arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Saziş, Çin-Avropa-Çin Transxəzər ekspress-marşrutları yaradılması, elmi-tədqiqat sahəsində əməkdaşlığın dərinləşməsi, viza rejiminin çin tərəfindən də ləğvi yeni üstünlüklər vəd edir.Çinin BMT-nın COP29-un uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etməsi, ölkəmizin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində sədrliyini dəstəkləməsi və Azərbaycanın Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf istiqamətində fəaliyyətini yüksək qiymətləndirməsi də mühüm məqamlar sırasıda yer alır. Beləliklə, Azərbaycan prezidentinin Çinə dövlət səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə təkan verəcək, müxtəlif sahələrdə yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcək.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər - FOTO/YENİLƏNDİ

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678