Şənbə günü, 3 may 2025
     

"Konstitusiya referendumunun hər 2 nəticəsi Ermənistana fəlakət gətirəcək" - İrəvanda yeni ideya...

Image

Ermənistanın yeni konstitusiyasının hazırlanması istiqamətində işlər son dövrlərdə intensiv xarakter almağa başlayıb. Elə bu fonda ölkədə siyasi gərginliyin də artdığı müşahidə edilir. Xatırldaq ki, Ədliyyə naziri Srbuhi Galyanın hələ üç ay əvvəl verdiyi məlumata əsasən, onlar yeni konstitusiyanın mətn üzərində işləyirlər və növbəti parlament seçkilərinə qədər bu hazır olacaq.

Amma Ədliyyə Nazirliyi yeni konstitusiyanı kimin və ya nəyin hazırlaması ilə bağlı çox təfərrüatlı məlumat vermir. Sadəcə olaraq deyilir ki, hazırlanmış layihə mətni müəyyən fasilələrlə Konstitusiya Dəyişiklikləri Şurası ilə müzakirə edilərək razılaşdırılacaq. Bundan əvvəl, 2022-ci ilin yanvarında yeni Konstitusiya deyil, konstitusiyaya dəyişikliklərin konsepsiyasını hazırlayan Konstitusiya Dəyişiklikləri Şurası yaradılıb. Bunu başa çatdırmadan baş nazir Nikol Paşinyan Konstitusiya Dəyişiklikləri Şurasına yeni konstitusiyanın konsepsiyasını hazırlamaq üçün yeni tapşırıq verib. Ədliyyə nazirinin müavini Tiqran Dadunts qeyd edir ki, bu addımın Azərbaycanın tələbləri ilə heç bir əlaqəsi yoxdur: "Son 2-3 il ərzində konsepsiya üzərində çox uzun iş aparılıb və bizim konsepsiya sənədimiz var. Bu konsepsiya sənədləri, həmçinin şura üzvlərinin təqdim etdiyi təkliflər əsasında biz hazırda bu işlərin sürətləndirilməsi üçün mətn üzərində işləyirik”. Azərbaycan üçün burada maraqlı məqam yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. Baş nazir Nikol Paşinyan artıq açıq şəkildə öz fikrini bildirib ki, referenduma çıxarılacaq yeni konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır: “Yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə heç bir istinad olmamalıdır, lakin mən bir daha demək istəyirəm: qərar verən Ermənistan Respublikasının xalqıdır”. Müxalifət isə fərqli mövqe sərgiləyir. 35 il əvvəl parlamentin tribunasından Müstəqillik Bəyannaməsini oxuyan Erməni Milli Konqresinin sədr müavini Aram Manukyanın sözlərinə görə, bu sənədə istinadın konstitusiyadan çıxarılması ilə bağlı referendum təhlükəli tələdir: “Əgər xalq referendumda bunun lehinə səs verirsə, belə çıxır ki, siz xarici tələbi yerinə yetirirsiniz və qəbul etdiyiniz konstitusiyada, ona düzəlişlə bağlı hər üç referendumda bəyannaməyə istinad olub. Heç bir beynəlxalq struktur, heç bir təşkilat deməyib ki, konstitusiyamızda, o cümlədən bəyannamədə beynəlxalq ictimaiyyətlə, beynəlxalq konvensiyalarla, beynəlxalq oyun qaydaları ilə ziddiyyət təşkil edən prinsiplər var”. Onun fikrincə, referendumda kifayət qədər “hə” səsinin toplanmaması, bunun uğursuzluqla nəticələnməsi heç də az təhlükəli deyil: “Belə çıxır ki, biz Əliyevə, Azərbaycana daha effektli oyun kartı veririk ki, onlar bizi sülhün əleyhinə getməkdə ittiham etsinlər. Bu, yeni savaşa səbəb ola bilər. Paşinyan da bundan sonra xalqı günahlandırmağa çalışacaq, Əliyevə deyəcək ki, "xalq, görürsən, səs vermədi, mən heç nə edə bilmədim”. Manukyanın fikrincə, xalqın yeni konstitusiyanın əleyhinə səs verməsi ehtimalı daha çoxdur, ona görə də müxalifətçi hesab edir ki, məsələ referenduma getməməlidir.

Yeni Konstitusiyanın qəbulu üçün təxminən 650 min səs lazımdır - səsvermə hüququ olanların 1/4-nin “hə” səsi. 2021-ci ildə keçirilən son parlament seçkilərində baş nazir Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 688 mindən çox səs toplayıb. Sovet dövründən dissident Vardan Arutyunyan deyir ki, yeni konstitusiya ilə bağlı qiymətləndirmə əslində faciəvi olmasaydı, gülməli olardı: “Aydındır ki, Paşinyan Bakıdan gələn diktələrə tabedir, ağrılı olan isə odur ki, o, bu diktələri lazımi vaxtda düzgün başa düşə, dərk edə bilmir və bu, iki-üç il davam edir. Böyük Britaniyadan olan analitik Onnik Krikoryan isə qeyd edir ki, Ermənistan konstitusiyasi dəyişdiriləcək. Onun sözlərinə görə, konstitusiya islahatı ideyası Nikol Paşinyan tərəfindən hələ 2020-ci ildə Azərbaycanla münaqişədən əvvəl səsləndirilib. Ekspert qeyd edib ki, İrəvandakı analitiklər arasında yayılmış fikrə görə,Paşinyan ölkə konstitusiyasının preambulasının mətninin çıxarılmasına və ya dəyişdirilməsinə meyillidir: “Lakin onun bunu əhalinin də hesab etdiyi kimi Bakının tələbi olaraq deyil, daxili qərar kimi nəzərdən keçirdiyini söyləmək olar. Paşinyan artıq yeni konstitusiyanın mətni üzərində işin tamamlanmasının sürətləndirildiyini elan edib. Əgər əvvəllər onun 2027-ci ilin əvvəlinə hazır olacağı elan edilirdisə, indi gələn ilin ortalarında növbəti parlament seçkilərinə qədər hazırlanması planlarından danışırlar. Nəzəri olaraq müddət daha da qısala bilər. Lakin onun qəbul edilib-edilməyəcəyi ilə bağlı qərarı əhalinin verəcəyini yaddan çıxarmaq lazım deyil”. Krikoryan həmçinin hesab edir ki, Ermənistan cəmiyyətini bu dəyişikliklərə hazırlamaq lazımdır: “Aydındır ki, bu, geniş ictimai müzakirə və ciddi hazırlıq tələb edəcək. Müxalifət bu prosesdən Paşinyana qarşı istifadə etməyə cəhd göstərə bilər. Məhz buna görə də o, preambulaya dəyişiklik etməyə və ya onu çıxarmağa qərar versə, böyük ehtimalla bunu “Real Ermənistan” konsepsiyası çərçivəsində əhali tərəfindən razılıqla qarşılanmalı olan daha geniş islahat paketinin bir hissəsi kimi təqdim edəcək”. Krikoryan erməni analitikləri bu məsələni gündəmə gətirməyə və müzakirəsinə başlamağa çağırıb: “Bir çox erməni analitiklər bu məsələni öz azərbaycanlı həmkarları ilə müzakirə etməkdən imtina edirlər. Bu, təəssüf doğurur, nəzərə alsaq ki, Bakı kompromislər təklif edir. Məsələn, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Fərid Şəfiyev və Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp Böyük Britaniya və İrlandiya arasında imzalanmış Belfast sazişini öyrənməyi təklif ediblər ki, bu da konstitusiyaya dəyişikliklər edilməsini tələb edir”.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678