Bazar ertəsi günü, 5 may 2025
     

100 il əvvəl Dağıstanda Azərbaycan dili ilə bağlı qərar verilib...

Image

Əməkdar jurnalist, vətəndaş cəmiyyəti fəalı Azər Həsrət Facebook hesabında yazıb ki, son günlər mediada qonşu Dağıstanda bir zamanlar “Azərbaycan türkcəsi”nin dövlət dili elan edildiyi haqqında xəbərlər tirajlanır:

“Burada kiçik və zərərli bir yanlış var. İş ondadır ki, 1923-cü ildə Dağıstanda elan edilən dövlət dili “Azərbaycan türkcəsi” yox, sadəcə türkcə idi. Rəsmi sənədlərdə adı elə məhz bu cür də keçirdi. Ona görə də, lütfən, ictimai rəyi yanıltmayaq. Ümumiyyətlə o illərdə “Azərbaycan dili” adlı dil yox idi. Türkcə vardı. Sonra Stalin gəldi, dilimizə ad biçdi, indi də ondan əl çəkə bilmirik...

Yeri gəlmişkən, Dağıstanda dövlət dili ilə bağlı 2 il öncə yazdığım yazını təqdim edirəm”.

Azər Həsrətin “Dağıstanda türkcənin dövlət dili elan edilməsinin 100 illiyi” başlıqlı sözügedən yazısını təqdim edirik:

“Qərar: Dağıstanın yerli xalqlarının böyük çoxluğunun türk-qumuq dilində danışmasını, bu dili başa düşməsini, dağlıq Dağıstan məktəblərində türk dilinin tədrisinin möhtəşəm nəticələr verdiyini nəzərə alaraq və türk-qumuq dilinin Dağıstanın yerli xalqları arasında tək bir ünsiyyət dili olduğunu qeyd edərək türkcənin Dağıstan Muxtar Sovet Sosialist Respublikasında dövlət dili elan edilməsi məqsədəuyğun və gərəkli sayılsın”.

Bu sözlər düz 100 il öncə qonşu Dağıstanda bütün xalqların başa düşüb danışa biləcəyi ortaq bir dilin dövlət dili kimi qəbul edilməsi müzakirələrinin sonucu gəlinmiş qərardandır.

Göründüyü kimi, qərarda türkcənin Dağıstan xalqları arasında yayğın və başadüşülən olduğu ayrıca vurğulanır. O da qeyd edilir ki, bu dil yerli xalqlar arasında vahid ünsiyyət dili rolunu oynayır.

Təsadüfdürmü? Yaxud da əsassızdırmı?

Əlbəttə, deyil. Tarixdən də bəllidir ki, hələ bu hadisədən də öncə türkcə Dağıstandan da Quzeydə – Qafqazların üstündə belə ortaq ünsiyyət dili olub. Hətta Qafqaz qartalı İmam Şamil özünün müridləri ilə geniş toplantılar keçirəndə hamının başa düşməsi üçün türk dilində danışırmış. Bu, kiminsə uydurması deyil, tarixdir.

Əgər İmam Şamil Dağıstandan da ötə Quzeydə türkcədən ortaq dil kimi istifadəyə zərurət görürdüsə, hazırkı Azərbaycan Respublikası ilə iç-içə olan Dağıstanda türkcə ümumiyyətlə hər kəsin bildiyi, anladığı, hətta məişətdə belə işlətdiyi dil idi. Ona görə də 1923-cü ildə Dağıstanda ortaq dövlət dili müzakirələri zamanı çıxış edənlər birmənalı olaraq türkcənin üzərində dayanıblar.

Düzdür, arxiv materiallarına görə bu dilə qarşı çıxanlar da olub. Amma onların “arqumentləri” heç kimi razı sala bilməyib. Çünki bu adamlar birbaşa Moskvaya bağlı olduqları üçün əhalinin ümumiyyətlə anlamadığı ruscanı ortaq dövlət dili etmək istəyiblər. Əsaslandırma da bu olub ki, “rusca Leninin dilidir, inqilabın dilidir”.

Əlbəttə, az-çox obyektivliyi olan, özəlliklə də milli təəssübkeş kəsim bu rus sevdalılarına ciddi təpki göstərərək Dağıstan əhalisinin birmənalı olaraq bildiyi, qəbul etdiyi türkcəni dövlət dili elan edib.

Eyni gündə, eyni toplantıda əlifba məsələsi də müzakirə edilib. Bildirilib ki, ərəb əlifbası tələbata cavab vermədiyi üçün latın əlifbasına keçmək lazımdır. Bu təklif də birmənalı qarşılanıb və böyük çoxluğun dəstəyi ilə qərara bağlanıb: “Latın şriftinin ərəb şriftindən üstün olduğunu qeyd edərək onun məktəblərdə tətbiqi və xalq arasında populyarlaşdırılması məqsədəuyğun hesab edilsin”.

Bu qərarların qəbul edildiyi toplantı 29 iyun 1923-cü ildə keçirilib. Toplantının sədri Kürinski, katibi isə Timoşenko olub (Mənbə: Dağıstan Vilayət partiya arxivinin sənədləri).

Biz nədən bu məsələni gündəmə gətirmək istədik?

Səbəbsiz deyil.

Hər şeydən öncə diqqət çəkmək istədiyimiz məsələ bu il – 2023-də Dağıstan dövlətinin aldığı bu qərarın 100 illiyinin tamam olmasıdır. Azərbaycanda və türk dünyasında çoxlarının bilmədiyi bu tarixi gerçəyi xatırlatmaqla, əslində, Dağıstanın da bir türk yurdu olduğunu vurğulamaq istərdik. Təbii ki, təbiət etibarı ilə çoxmillətli bir türk yurdu. Çünki burada elə 100 il öncə də, indi də türk olmayan, lakin türklərlə ət və dırnaq qədər yaxın olan xalqlar yaşayıb, yaşayır.

İkinci bir vacib məsələ isə Sovetlərin sonrakı mərhələdə türk dilini Dağıstandan sıxışdırıb yerinə rus dilini yerləşdirməsinə diqqət çəkməkdir. Əgər SSRİ qalsaydı sonrakı mərhələdə Azərbaycanda da eyni proses gedəcəkdi. Şəxsən xatırlayıram, 1980-ci illərdə artıq bu prosesə başlanılmışdı. Sadəcə SSRİ-yə, obrazlı desək, ömür vəfa etmədi və rus imperializmi geri çəkilməli oldu.

Üçüncü vacib məsələ də odur ki, yaxın perspektivdə Quzeydəki şər imperiyası çarlıq Rusiyası və SSRİ kimi tarixə qovuşacaq. Bir çox xalqlar-bölgələr azad-müstəqil dövlətə çevriləcək. O cümlədən də Azərbaycanın tam da sərhədində olan, canı bir, qəlbi bir Dağıstan. Təbii ki, müstəqillikdən sonra Dağıstanın da Azərbaycan kimi rus dilindən imtina prosesi başlayacaq. Amma bu ölkədə Azərbaycandan fərqli olaraq tək bir dili danışan əhali sayının mütləq olmadığını nəzərə alsaq, ortaq dövlət dili problemi yaşana bilər. O baxımdan tarixi xatırlatmaqla türk dilinin – hazırkı qumuqcanın ortaq dövlət dili olması üçün çalışmaların başlanması vacibdir. Yəni elə olmasın ki, birdən Rusiya çöksün, Dağıstan da müstəqilləşsin və dövlət dili problemi ilə üzləşsin.

Və bütün bunlarla bərabər Azərbaycan dövləti də başda olmaqla qardaş Türkiyə və digər türk dövlətləri Dağıstanda türkcənin dövlət dili elan edilməsinin 100 illiyini gərəkli təmtəraqla qeyd etməlidir. Dağıstanın tarixi də, dili də elə bizim – Azərbaycanın və bütün türk dünyasının ortaq tarixinin, ortaq dilinin bir parçasıdır. Sahiblənək”.



VİDEO

SON XƏBƏRLƏR

05.05.2025 / 09:12
"Fənərbaxça" öz meydanında "Beşiktaş"a uduzdu

05.05.2025 / 09:06
Zaqatalada " Mercedes" ağaca çırpılıb, sürücü ölüb

05.05.2025 / 09:00
“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi olub

05.05.2025 / 00:34
Putinin ondan sonra Rusiya prezidentliyinə namizədi kim olacaq? - Rus lider açıqladı, ancaq...

04.05.2025 / 23:27
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

04.05.2025 / 22:36
Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib - FOTO

04.05.2025 / 21:03
Araik Arutunyan Bakı məhkəməsində Qərb "demokratlarını" ifşa etdi...

04.05.2025 / 20:37
Leyla Əliyeva və Arzu Əliyeva həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi ilə tanış olublar - FOTO

04.05.2025 / 20:15
Şaraa Samir Şərifovu qəbul etdi

04.05.2025 / 18:12
Yerli mobil şəbəkə operatorları adından vətəndaşlara qarşı dələduzluq - DİN xəbərdarlıq etdi...

04.05.2025 / 17:20
Türkiyədə ŞOK OLAY... Ana müxalifət partiyası liderinin sifətinə yumruqla vurdular - FOTO

04.05.2025 / 16:23
Tramp Roma Papasının geyimində taxtda oturdu

04.05.2025 / 15:48
Yəmən husiləri Ban-Qurion şəhərinə hücum etdi

04.05.2025 / 15:34
Azərbaycan XİN deputatın Moskva hava limanında saxlanması ilə bağlı Rusiyadan izahat istədi...

04.05.2025 / 15:10
Netanyahunun Bakıya səfəri Türkiyənin hava məkanını bağlaması üzündən baş tutmadı

04.05.2025 / 14:41
Deputat Azər Badamov Moskva aeroportunda saxlandı və deportasiya edildi

04.05.2025 / 13:36
Leyla Əliyeva və Arzu Əliyeva Ordubadda... - FOTO

04.05.2025 / 13:10
“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşdi - FOTO

04.05.2025 / 11:47
Rusiyada özbəklərlə kobud rəftar Daşkəndi hərəkətə gətirdi - rus səfir XİN-ə çağırıldı…

04.05.2025 / 11:24
Trampın müşaviri İsrail üçün işləyirdi?

04.05.2025 / 10:42
Netanyahu Azərbaycana gələsi olmadı

04.05.2025 / 10:35
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verdi

04.05.2025 / 10:18
Medvedevdən Zelenskiyə təhdid kimi xəbərdarlıq - Kiyev mayın 10-nu görməyəcək...

04.05.2025 / 09:24
Zelenski Moskvada 9 May mərasiminə qatılacaq dünya liderlərini açıq şəkildə hədələdi - sizə heç bir zəmanət vermirik

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər - FOTO/YENİLƏNDİ

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678