Şənbə günü, 3 may 2025
     

Macarıstan Avropa İttifaqından çıxarıla bilər... Səbəblərə inanmayacaqsınız...

Image

Əli Orucov: "Budapeştin oyuncaq olmaması, bir sıra məsələlərdə dirəniş göstərməsi, təbii ki, Brüsseldə xoş ovqat yaratmır"

Böyük Britaniyanın “The Guardian” qəzeti Macarıstanla bağlı sensasiya sayılacaq yazı dərc edib. Yazıda qeyd olunur ki, Avropa İttifaqı (Aİ) ölkələri Kiyevə dəstəyi əngəlləmək cəhdlərindən sonra Macarıstanı səsvermə hüququndan məhrum etmək imkanını nəzərdən keçirirlər.

Bundan əvvəl rəsmi Budapeştin Ukraynanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı referendum keçirmək qərarına gəldiyi məlum olmuşdu. Səsvermə bülletenlərində “Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyirsinizmi” sualı qoyulur. İngilis nəşri yazır ki, bu baş verərsə, o zaman Aİ-də ciddi problemlər meydana çıxacaq.

Ümumiyyətlə, Macarıstan tərkibində olduğu Aİ-nin bir sıra qərarlarının əleyhinə gedir, bəzi qərarlari boykot edir. İki dəfə Ermənistana 10 milyon avro yardımın verilməsinin də əleyhinə çıxdı.

Daha sonra Ukrayna ilə bağlı bir çox prinsipial məsələlərdə, o cümlədən rəsmi Kiyevin NATO-ya qəbul olunmasına qarşı açıq çıxış edir. Bu hərəkətlərinə görə Aİ üzvləri Macarıstanı səs hüququndan məhrum eləmək istəyirlər. Bu, Avropa məkanında demokratiyanın, kollegial idarəçiliyin bir dəyər kimi təhlükə altında olduğunun göstəricisi sayıla bilərmi?

Yadınızdadırsa, ABŞ-nin vitse-prezidenti Devid Vens demişdi ki, Avropa üçün təhlükə nə Çindən, nə də Rusiyadan deyil, daxildən gəlir - demokratiyanı boğursunuz...

Bu kontekstdə Macarıstana qarşı aparılan siyasətlə demokratiya necə bir araya sığışdırıla bilər?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Əli Orucov bildirdi ki, Avropa İttifaqının daxilində narazılıqların baş qaldırması təkcə demokratiya problemləri ilə bağlı deyil, həm də Fransa və Almaniyanın bu qrupu tam təsir altında saxlaması, Parisin və Berlinin alətinə çevirməsidir: "Hər iki dövlət inhisarçı mövqelərindən istifadə edərək burda təmsil olunan digər dövlətlərin mövqelərinə əhəmiyyət vermədən istədikləri qərarları verdirə bilir. Uzun illərdi ki, Macarıstan kök salmış bu neqativ ənənənin davam etməsinin qarşısını almağa və milli maraqlarını qorumağa çalışır.

Lakin Macarıstanın müstəqil davranış sərgiləməsi və Almaniya-Fransa inshisarını bir qədər azaltmaq istiqamətində səyləri son dönəmlər İttifaqı narazı salmaqdadır. Daha açıq ifadə etsək, Budapeştin oyuncaq olmaması, bir sıra məsələlərdə dirəniş göstərməsi, təbii ki, Brüsseldə xoş ovqat yaratmır. Ancaq Macarıstan kimi bir ölkədən də vaz keçə bilmirlər. İttifaqın Ermənistana 10 milyon yardımı bloklaması, Ukraynanın NATO-ya üzvlüyə qəbul edilməsinə qarşı çıxması və Moskva ilə əlaqələri, Türk siyasi coğrafiyası ilə inteqrasiyası İttifaqın tərkibində, xüsusən də Fransa tərəfində qıcıq doğurur. Ona görə Macarıstanın səsvermə hüququnu məhdudlaşdırmaqla onu cəzalandırmağı və zərərsizləşməyı hədəfləyirlər. Ancaq bunu mümkün hesab etmirəm. Əvvəla ona görə ki İttifaqın təcrübəsində və sənədlərində belə bir müddəa və hal yoxdur. Bir üzvün səsvermə hüququndan mərhum edilməsi İttifaqın nizamnaməsində yoxdur və qərarlar səs çoxluğu ilə deyil, konsensus əsasında qəbul edilir. İkincisi, əgər İttifaq buna əl atarsa, Macarıstanın ciddi təhlükəsi ilə üzləşə və hətta onu itirə bilər.

Eyni zamanda bu, İttifaq daxilində ziddiyyətlərin və parçalanmaların dərinləşməsinə gətirib çıxarar. Təhlillər aparsaq görərik ki, Macarıstanın mövqeyi İttifaqdakı hegemon dövlətlərdən fərqli olaraq praqmatikdir və reallığa söykənir. Görünür, Aİ-nin bəzi üzv dövlətlərinə bu sərf etmir. Məncə, optimal variant bütün dövlətlərin milli maraqlarının uzlaşdırılması, fərq qoyulmadan hamıya eyni kontekstdən yanaşılması, məcburetmə və diqtə metodundan imtina edilməsidir".

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

02.05.2025 / 12:37
Sosial şəbəkələr neqativ informasiya bazarına çevrilib...

02.05.2025 / 12:35
Salyanda "avtoşluq" edən sürücü həbs edildi - FOTO

02.05.2025 / 12:17
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda forumun açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

02.05.2025 / 12:08
İsrailli köçkünlər yerli fələstinlilərə hücum etdi

02.05.2025 / 12:05
Dikiy:-“ Ukrayna təbii sərvətlərlə bağlı razılaşmaya görə böyük riskə getdi”

02.05.2025 / 12:00
Kreml 9 mayı bomba sığınacağında qeyd etməli olacaq

02.05.2025 / 12:00
Paşinyan bu iki şəxsdən birini ABŞ-a səfir göndərəcək

02.05.2025 / 11:59
“Ukrayna Rusiyanı 2014-cü il sərhədlərinə qaytara bilməyəcək”

02.05.2025 / 11:53
“Əkinçi” qəzeti milli hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib" - Əhməd İsmayılov

02.05.2025 / 11:42
Ali Məhkəmə televiziyalarda ailə həyatına müdaxilə halları ilə bağlı qərar qəbul edəcək

02.05.2025 / 11:32
Türkiyədə qeyri-leqal miqrasiya ilə məşğul olan 21 nəfər saxlanılıb

02.05.2025 / 11:22
2030-cu ildə suya tələbat 16 faiz artacaq - Hökümətdən AÇIQLAMA

02.05.2025 / 11:15
"Neqativ xəbər axınına qarşı informasiya immuniteti gücləndirilir"- Əhməd İsmayılov

02.05.2025 / 11:07
Tramp 8 Mayı Qələbə Günü elan etdi

02.05.2025 / 11:05
Hindistan- Pakistan müharibəsi Azərbaycana toxunarmı? - CANLI

02.05.2025 / 11:00
Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili layihəsinə start verildi

02.05.2025 / 10:43
"Forumun məqsədi media subyektləri ilə dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır" - Əhməd İsmayılov

02.05.2025 / 10:25
Bir gecədə 121 Ukrayna PUA-sı məhv edilib - Moskvadan açıqlama

02.05.2025 / 10:20
Baş nazirlikdən istefa verib prezident olmaq istəyir...

02.05.2025 / 10:12
"Zirə" bu gün "Turan Tovuz"la qarşılaşacaq

02.05.2025 / 10:07
Yasamalda qadın sürücünün vurduğu kişi xəstəxanada ölüb

02.05.2025 / 10:01
Bu gün Bakının iki rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ

02.05.2025 / 09:35
"Dünya siyasətinə etibarsızlıq qayıdır" - Donald Tuskdan AÇIQLAMA

02.05.2025 / 09:27
Azərbaycanda həkimlərin say yox, paylaşma problemi var - təyinat sistemi bərpa edilir?...

02.05.2025 / 09:22
Novxanı bağlar massivində silah-sursat tapılıb

02.05.2025 / 09:18
“Skype” gələn həftə bağlanır

02.05.2025 / 09:12
Yunanıstanı tətillər bürüyüb- qiymət artımına qarşı...

02.05.2025 / 09:07
Tramp keçmiş müşavirini BMT-yə səfir göndərir

02.05.2025 / 09:00
Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem"dən qələbə

02.05.2025 / 08:36
"Elmlər doktoru" adı ləğv olunur - ciddi arqumentlər var...

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678