Şənbə günü, 3 may 2025
     

Ukraynaya ordu göndərmək yox, onun silahlandırılması daha yaxşıdır... Trampa mesaj....

Image

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Ukraynadakı müharibənin sülh yolu ilə həlli planını ictimaiyyətə təqdim etmək niyyətində olduğunu açıqlayıb . Onun sözlərinə görə, təşəbbüs mümkün atəşkəsə əməl olunmasını təmin etmək üçün Avropa hərbi qüvvələrinin cəlb edilməsini də əhatə edə bilər:

“Yaxın üç gün ərzində tam məlumat verəcəyəm. Ukrayna, Rusiya ilə bağlı çox yaxşı görüşlərimiz oldu... Görək, necə olacaq”.

Rəsmi şərtlər qeyri-müəyyən qalsa da, yüksək səviyyəli administrasiya rəsmilərindən biri “The New York Post” qəzetinə deyib ki, plan Ukrayna üçün təhlükəsizlik təminatları sisteminin bir hissəsi olacaq. Atəşkəs rejiminə əməl olunmasına nəzarət edəcək ayrıca sülhməramlı missiyanın - Rusiya, Ukrayna və NATO üzvü olmayan neytral üçüncü ölkənin nümayəndələrindən ibarət birgə komissiyanın yaradılması ideyası da nəzərdən keçirilir. “The Wall Street Journal” yazıb ki, müqavilədə Krımın Rusiya ərazisi kimi tanınması bəndi də ola bilər. O da bildirilir ki, Ukrayna ərazisinin "de-yure" deyil, "de-fakto" tanınmasına qədər öz torpaqlarının 20 faizini ruslara verməyə hazır olması planına da ABŞ-da müsbət yanaşılır. ABŞ rəsmisi bu xüsusda nəşrə bildirib: “De-fakto o deməkdir ki, biz rusların bu torpağı işğal etdiyini etiraf edirik, lakin biz Ukraynanın bundan həmişəlik imtina edəcəyini demirik”. Belə vəziyyətdə Ukraynaya kömək vəd edən Avropa da əməldə real addımlar atmır. Diplomatlar arasında Avropanın Ukrayna üçün yaratdığı “istəklilər koalisiyası” zarafatla “gözləyənlər koalisiyası” adlandırılır. Əsasən avropalı NATO ölkələri, eləcə də Avstraliya, Kanada, Yaponiya və Yeni Zelandiyadan ibarət bu qeyri-rəsmi qrup martın əvvəlindən müzakirələrə başlasa da, hələlik, onun konkret nəyi planlaşdırdığı barədə məlumat azdır. Bu koalisiya Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalını dayandırmaq məqsədilə sülh planını dəstəkləmək üçün Ukraynaya hərbi missiya göndərmək məqsədilə formalaşıb. Bu ayın əvvəlində Fransa və Britaniyadan ibarət birgə texniki heyət Ukraynanın təminat qüvvəsinə ehtiyacını qiymətləndirmək üçün Kiyevə səfər edib. Aprelin 10-da isə koalisiyaya daxil olan ölkələrin müdafiə nazirləri ilk dəfə olaraq Brüsseldə, NATO-nun qərargahında bir araya gəliblər. Eyni koalisiyanın mayın 9-da Kiyevdə liderlər səviyyəsində görüş keçirməsi gözlənilir. Bütün bu görüşlərə və göstərişə baxmayaraq, əslində çox az şey qərara alınıb. Bunun əsas səbəbi isə mövcud mərhələdə qeyri-müəyyənliyin çox olmasıdır. Potensial atəşkəs necə olacaq? ABŞ bu prosesdə hansı rolu, əgər ümumiyyətlə olarsa, oynayacaq? Prosesdə iştirak qaydaları necə olacaq? Adlarının gizli saxlanılması şərti ilə “Radio Free Europe”ə danışan Avropa diplomatları koalisiyanın ilk həftələrini “ehtiyatlı planlaşdırma”, “bütün işləri qaydasına salmaq” və ya “əgər belə olarsa” ssenariləri hazırlamaq kimi təsvir ediblər. Bu prosesdə əsas rolu üzərinə götürən tərəflər Paris və London aprelin 11-də bütün üzv ölkələrə sorğu göndərərək soruşublar: ölkəniz hansı imkanları Ukraynaya göndərməyə hazırdır? Qısa müddət ərzində neçə təyyarə, gəmi, dron və ya hətta yerüstü qüvvə göndərilə bilər? Cavablar aprelin 18-nə qədər təqdim olunmalı idi və cavablar toplandıqdan sonra nəzəri olaraq müəyyən konkret vaxt cədvəlləri və ssenarilər formalaşa bilərdi. Düzdür, artıq bəzi ümumi konturlar müəyyənləşib. Diplomatların sözlərinə görə, əsas fərziyyə hərbi yerləşdirmənin beş illik müddəti əhatə etməsindən ibarətdir. Bu, iddialı bir plandır, lakin məqsəd odur ki, tam atəşkəs elan olunduqdan 72 saat sonra ilk qoşunlar Ukraynada olsun. Bununla belə, onlar münaqişə zonasına yaxınlaşmayacaqlar.

Bir diplomat bildirib ki, dondurulmuş təmas xəttinin ətrafında, yəqin ki, BMT-nin müşahidə etdiyi bufer zona olacaq, onun ardınca Ukrayna əsgərlərinin xətti gələcək və sonra isə cəbhədən uzaqda, “istəklilər koalisiyası”nın qüvvələri yerləşə bilər.

Bu plan çərçivəsində nələrin edilə biləcəyi barədə müxtəlif fikirlər irəli sürülür. Masada olan variantlardan biri Ukraynanın qərbində mühüm infrastruktur obyektlərinin qorunmasıdır. Daha konkret desək, Lvov ətrafında təyyarələrin enə biləcəyi bir təhlükəsiz zona yaradılması nəzərdə tutulur. Daha iddialı bir fikir isə koalisiyanın avropalı bir rəsmisinin “cinahlar” adlandırdığı yerlərdə — Belarus sərhədi yaxınlığında və ya Odessa ətrafında yerləşdirilməsi ideyasıdır. Odessada yerləşdirmə dəniz komponenti ilə əlaqələndirilə bilər. Planın bu aspekti hazırda ən çox irəliləyiş əldə etmiş sahə təsiri bağışlayır. Diplomatlar burada təxminən 30 min yerüstü qüvvədən söhbət getdiyini bildiriblər, lakin bunu əldə edilməsi çətin olan ideal rəqəm kimi qeyd ediblər. Bu say, əsasən, iki tam hərbi diviziyaya bərabərdir, amma ideal olaraq rotasiya ehtiyatını təmin etmək üçün əlavə 90 min hərbçiyə ehtiyac ola bilər. Bəs koalisiya, həqiqətən, buna yaxın bir qüvvə toplaya biləcəkmi? Problem ondadır ki, Rusiyayla Ukrayna arasında hər hansı bir atəşkəs perspektivi ilə bağlı qeyri-müəyyənliklər səbəbindən əksər ölkələr hələ ki, konkret öhdəlik götürməkdən çəkinirlər. Belə vəziyyətdə obrazlı desək, otaqdakı iki fil isə ABŞ və Rusiyadır. Diplomatların sözlərinə görə, Fransa qətiyyətlə bildirir ki, potensial missiya üçün heç bir Amerika zəmanətinə ehtiyac yoxdur. Lakin digərləri buna daha ehtiyatlı yanaşır. Onlar hesab edirlər ki, ABŞ-ın dəstəyi ən azı iki sahədə vacibdir: logistika və kəşfiyyat. Qısaca desək, avropalılar Amerikanın yardımı olmadan genişmiqyaslı missiyaları həyata keçirə bilməzlər - məsələn, ən azı qoşunların daşınması və hərbi texnikanın sürətli nəqli üçün hava yük daşımaları sahəsində. Bundan əlavə, Britaniya və Fransa yaxşı kəşfiyyat imkanlarına malik olsa da, inkişaf etmiş peyk görüntülərini paylaşmaq qabiliyyəti yalnız Vaşinqtona məxsusdur. ABŞ prezidenti Donald Tramp isə indiyə qədər Avropanın təşəbbüslərinə dəstək verəcəyi ilə bağlı hər hansı təminat verməkdən imtina edib. Eyni zamanda, Avropa diplomatları qeyd edirlər ki, avropalıların ortada müvafiq bir planı olmadığı halda, Amerikanın hansısa öhdəlik götürməsini gözləmək də çətindir. Bütün proseslər sonda Rusiyaya və iştirak qaydalarına dayanır. Belə ki, əgər Moskva Qərb missiyasına atəş açarsa, cavab veriləcəkmi, yoxsa geri çəkiləcəklər? Bəziləri hesab edir ki, bu, NATO missiyası olmasa da, NATO ölkələrindən ibarət “təminat qüvvəsi” alyansın qarşılıqlı müdafiə maddəsi olan 5-ci maddə ilə qoruna bilər. Bu o deməkdir ki, onlara hücum olarsa, tammiqyaslı NATO-Rusiya müharibəsi başlayacaq? Bir diplomat bildirib ki, 5-ci maddənin işə düşməsi mütləq tammiqyaslı cavab demək deyil. Buna Ukraynanın işğal olunmuş hissəsindəki Rusiya mövqelərinə məhdudlaşdırılmış hücumla da cavab verilə bilər. Bir çoxları üçün bu, atəşlə oynamaq deməkdir. ABŞ-ın bu planların hər hansı birinə dəstək verəcəyinə dair heç bir qəti əminlik yoxdur. Bunun əvəzinə, rəsmilər ən azından hələlik Ukrayna üçün alternativ bir plan üzərində dayanırlar: “oxlu kirpi variantı”. Bu yanaşma Ukraynanı silahla maksimum dərəcədə gücləndirməyi nəzərdə tutur. Məqsəd isə Ukraynanın gələcəkdə Rusiyanın hər hansı hücumuna qarşı özünü müdafiə etməsi və hətta Kremli tamamilə yeni hücumlardan çəkindirməsidir. Bir çox ölkələr Ukraynada öz əsgərlərini potensial riskə atmaq əvəzinə, getdikcə daha çox Ukraynanı silahlandırmağı ən yaxşı variant kimi görürlər.

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678