Bazar ertəsi günü, 5 may 2025
     

Paşinyan sülhdən, erməni kilsəsi qisasdan danışır - Qaregin "qan-qan” deyir...

Image

Tural İrfan: "Bu dəyərlərdən uzaq olan erməni katolikosu din adı ilə təxribat yaradır, toxumları yeni cücərməkdə olan sülh tarlasını şumlayıb qan, barıt, güllə, savaş əkmək istəyir"

Erməni katolikosu, Eçmiədzin kilsəsinin başçısı II Qaregin erməni revanşizminin başında durduğunu, onun "çiçəklənməsinə" dəstək verdiyini hər addımda ifadə edir. II Qaragenin Pasxa bayramı münasibətilə erməni xalqına, erməni diasporuna müraciəti yenə də ənənəvi olaraq revanşizm üzərində quruldu.

O, qondarma "erməni soyqırımından" danışmaqla kifayətlənməyib, Qarabağdan könüllü köçüb getmiş ermənilərin guya etnik təmizləməyə və deportasiyaya məruz qaldığını iddia edib.

Katolikos erməniləri Ermənistanın və diasporun ətrafında birləşməyə çağırıb.

Bir sözlə, II Qaragen heç cür sülhə, barışa yönələn fikir bildirməyib, yenə "mübarizə" deyib, yenə "genosiddən", "deportasiyadan" danışıb, deyib ki, birləşib köhnə əməlləri davam etdirməliyik.

Ermənistanın baş naziri Nikol Paşinyan sülhdən danışır, tezliklə Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlı olduğunu deyir, amma katolikos heç cür revanşizmdən əl çəkmək istəmir, təxribatını davam etdirir, Ermənistan vətəndaşlarını və diasporu yeni münaqişəyə körükləyir, yönəldir.

"Ermənistan hakimiyyəti əgər sülh mövqeyində səmimidirsə, kilsənin keçmiş səlibçilik təfəkküründən, revanşist, işğalçı niyyətindən ayrılıb labüd reallıqlara rəğmən barışa mane olmaması üçün lazımi işlər görməlidir"

Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan "Bakı-Xəbər" ə şərhində bildirdi ki, səmavi dinlərin mahiyyəti sülh və humanizmdir. "İnsanlığa, bəşəriyyətə əbədi həyat müjdəsi verən bu dinlərin mənsubları, liderləri də gərək dinin mahiyyətini düzgün aşılasınlar, doğru tərənnüm etsinlər. Lakin təəssüf olsun ki, erməni din xadimləri bu dəyərləri təhrif edir, əsasən Azərbaycan xalqına, Türk millətinə qarşı sui-istifadə edərək dinin əksinə çağırışlar edirlər. Bu radikal və ekstremist çağırışlar tarix boyu hətta terrora, soyqırımına qədər gətirib çıxarıb.

Erməni katolikosu 2-ci Qaregin Pasxa bayramı münasibətilə imzaladığı məktubda erməniləri yenidən revanşa, ayaqlanmağa çağırıb. Pasxa bayramı xristian aləminin əlamətdar bayramıdır və bu bayram müharibəni, qanı, savaşı deyil, sülhü və humanizmi tərənnüm edir. Həzrət İsanın dirilişinin timsalında bütün bəşəriyyətin ruhunun dirilməsini özündə ehtiva edir. Lakin bu dəyərlərdən uzaq olan erməni katolikosu din adı ilə təxribat yaradır, toxumları yeni cücərməkdə olan sülh tarlasını şumlayıb qan, barıt, güllə, savaş əkmək istəyir. Fars molla rejimi İslam dəyərlərinə hörmətsizlik etdiyi kimi, Qaregin də erməniləri Xristian dəyərlərinə hörmətsizlik etməyə çağırır əslində" - deyə T.İrfan qeyd etdi.

T.İrfan bildirdi ki, katolikos məktubunda Osmanlı imperiyasının guya ermənilərə qarşı soyqırımı törətməsi iddiasını qeyd edərək Qarabağdan zorla çıxarıldıqlarını bəyan edib, erməni diasporlarını Ermənistan ətrafında birləşərək hərəkətə keçməyə səsləyib.

"Məlumdur ki, 1918-ci ildən bəri xalqımıza qarşı erməni vandalizmi və soyqırımının törədilməsinin əsas ideya müəlliflərindən biri də məhz erməni kilsəsi olmuşdur. Təsadüfi deyil ki, Ermənistanın ilk milli "qəhrəmanı" Azərbaycan xalqına qarşı terror və genosid etmək vəsvəsəsini verən, cinayətlərdə bilavasitə şəxsən iştirakı olan 1-ci Vazgendir. Vazgenə "qəhrəman" adı məhz xalqımıza qarşı mənfur cinayətlərin törədilməsinin ideoloji proqramını cızanlardan olduğu üçün verilib. Eyni ənənəni indi də davam etdirən erməni kilsəsinin katolikosu 2-ci Qaregin xalqını qana-savaşa təhrik etməklə, bölgədə sülhü çığnamağa çağırışla İsanın deyil, ona xəyanət edən İudanın yolunu izlədiyini sübut edir. Xristian dünyasının belə bir bayram əhvalını fürsət bilən bu şəxs bəhs etdiyi məsələlərlə manipulyasiya edərək, guya xristianlığın da təhlükədə olduğunu iddia etməklə saxta əzabkeş maskası geymək istəyib. Qarabağın Ermənistan tərəfindən işğal olunması, sonra Azərbaycan dövlətinin qanuni ərazisi, bir parçası olaraq ordumuzun sayəsində azad edilməsi kapitulyasiya aktı sayılan rəsmi bəyanatla Ermənistan dövləti tərəfindən rəsmən etiraf olunub. Qarabağın Azərbaycan olması dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş mütləq həqiqətdir. İndi Ermənistan - Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılmasının yekunlaşdığı, Ermənistanın konstitusiyasından torpaq iddialarının çıxarılması barədə və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı razılığa gəlindiyi ərəfədə Qareginin belə bir mənfur çağırış etməsi əslində Ermənistanın özünə qarşı, regionda sabitliyə qarşı təxribatdır. Din adamı, kilsə mənsubu sülhə çağırmalıdır. Siyasət meydanı gərilib dövlətlər, xalqlar savaşanda din xadimləri, ruhanilər arabuluculuq etməli, sülh və barış yaratmalıdır. Amma Ermənistanda həmişə əksinə olub. Kilsə həmişə qana, terrora, revanşizmə çağırıb, hətta əlini qana da batırıb. Bu, ortaq peyğəmbərimiz olan İsa Məsihin sülhpərvər, humanist obrazına, xristian dininin ali dəyərlərinə xəyanətdir, hörmətsizlikdir.

Qareginin tamamilə əsassız, iftira dolu qarayaxmasına görə, guya ermənilərin xristian kimliyinə təhlükə var, guya Qarabağda onlara qarşı soyqırımı və məcburi köçürülmə baş verib. Tam cəfəngiyat və bir ölkənin dini liderinə xas olmayan böhtandır bu ifadələr. Qarabağda məscidləri, kilsələri, İslamla yanaşı, Xristian dəyərlərini də məhv edən, təhrifə məruz qoyan, təhqir edən, Xocalıda xalqımıza qarşı genosid törədən məhz ermənilər olmuşdur. Azərbaycan isə kilsə və məscidləri, məbədləri təmizləyib təmir - bərpa edir, tarixi - mədəni irsimiz olaraq göz bəbəyi kimi qoruyur. Qarabağ ermənilərinin də könüllü şəkildə, deyib - gülərək, birinin də burnu qanamadan hansı formada getdiyini bütün dünya bilir. İndi Qaregin hansı yuxuya, hansı xəyala dalıb şər və böhtan uydurur? Xalqımıza qarşı törədilmiş tarixi cinayətlərə rəğmən bölgənin, xalqların dincliyi naminə Azərbaycanın sülhə getdiyi zamanda indi də dini zəmində qarşıdurma, təxribat ocağı qalamaq istəyirlər.

Ermənistan hakimiyyəti əgər sülh mövqeyində səmimidirsə, kilsənin keçmiş səlibçilik təfəkküründən, revanşist, işğalçı niyyətindən ayrılıb labüd reallıqlara rəğmən barışa mane olmaması üçün lazımi işlər görməlidir. Qareginin bu bəyanatı tamamilə əsassız, iftira xarakterli olmaqla yanaşı, eyni zamanda dini dəyərlərə, ruhani, katolikos obrazına xəyanətdir".

T.İrfanın fikrincə, xristian aləmi üçün müqəddəs bayram sayılan Pasxa bayramı günü Qareginin bu təxribatçı çağırışı, habelə Qüdsdə erməni din xadimlərinin keçmiş qondarma qurumun bayrağı adlandırdıqları əskini nümayiş etdirməsi ilə bu bayramın sülh mahiyyətini savaş, müharibə, qan tökməyə çağırış kimi təhrif ediblər. "Bu çağırışlar dinlər, millətlər arasında nifaq salmağa, savaş çıxarmağa hesablanıb ki, tamamilə dinin əsl mahiyyətinə ziddir" - deyə T.İrfan qeyd etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

05.05.2025 / 12:26
Bir həftədə 1 400 hektardan çox ərazi minalardan təmizlənib

05.05.2025 / 12:10
Bu hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq- AÇIQLAMA

05.05.2025 / 12:00
Xətai rayonunun bu əraziləri işıqsız qalacaq - XƏBƏRDARLIQ

05.05.2025 / 11:23
Putin –Tramp ittifaqı dağılır...

05.05.2025 / 11:19
Ermənistanın müdafiə naziri Afinaya gedib

05.05.2025 / 11:12
Sumqayıtda dönərxanada nöqsanlar aşkarlandı - AQTA məlumat yaydı

05.05.2025 / 11:06
Kiberdələduzlar iş başında - bank kartlarından 46 min manat oğurlanıb

05.05.2025 / 11:00
"Avroviziya 2025"-in Azərbaycandan olan şərhçiləri açıqlandı

05.05.2025 / 10:30
Ukraynadan Moskvaya PUA hücumu - 26 PUA məhv edildi

05.05.2025 / 10:23
Bu tədbirlərin icrası istiqamətində işlər aparılır - nazir

05.05.2025 / 10:20
Şəhid atası meşədə itkin düşüb

05.05.2025 / 10:14
Abşeronda "Mercedes" yanıb

05.05.2025 / 10:07
"Qarabağ"ın 15 yaşlı futbolçusundan mövsümün rekordu!

05.05.2025 / 10:00
Bu həbsxana 62 ildən sonra bərpa edilir - Tramp GÖSTƏRİŞ VERDİ

05.05.2025 / 09:42
"Kurtlar Vadisi Pusu"nun aktyoru vəfat edib

05.05.2025 / 09:31
Belarusun Baş naziri Bakıya yola düşüb

05.05.2025 / 09:26
Gədəbəy sakini dəm qazından ölüb

05.05.2025 / 09:20
Tramp bunu da etdi - xarici filmlərə 100 faiz vergi tətbiq olunacaq!

05.05.2025 / 09:12
"Fənərbaxça" öz meydanında "Beşiktaş"a uduzdu

05.05.2025 / 09:06
Zaqatalada " Mercedes" ağaca çırpılıb, sürücü ölüb

05.05.2025 / 09:00
“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi olub

05.05.2025 / 00:34
Putinin ondan sonra Rusiya prezidentliyinə namizədi kim olacaq? - Rus lider açıqladı, ancaq...

04.05.2025 / 23:27
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

04.05.2025 / 22:36
Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib - FOTO

04.05.2025 / 21:03
Araik Arutunyan Bakı məhkəməsində Qərb "demokratlarını" ifşa etdi...

04.05.2025 / 20:37
Leyla Əliyeva və Arzu Əliyeva həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi ilə tanış olublar - FOTO

04.05.2025 / 20:15
Şaraa Samir Şərifovu qəbul etdi

04.05.2025 / 18:12
Yerli mobil şəbəkə operatorları adından vətəndaşlara qarşı dələduzluq - DİN xəbərdarlıq etdi...

04.05.2025 / 17:20
Türkiyədə ŞOK OLAY... Ana müxalifət partiyası liderinin sifətinə yumruqla vurdular - FOTO

04.05.2025 / 16:23
Tramp Roma Papasının geyimində taxtda oturdu

04.05.2025 / 15:48
Yəmən husiləri Ban-Qurion şəhərinə hücum etdi

04.05.2025 / 15:34
Azərbaycan XİN deputatın Moskva hava limanında saxlanması ilə bağlı Rusiyadan izahat istədi...

04.05.2025 / 15:10
Netanyahunun Bakıya səfəri Türkiyənin hava məkanını bağlaması üzündən baş tutmadı

04.05.2025 / 14:41
Deputat Azər Badamov Moskva aeroportunda saxlandı və deportasiya edildi

04.05.2025 / 13:36
Leyla Əliyeva və Arzu Əliyeva Ordubadda... - FOTO

04.05.2025 / 13:10
“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşdi - FOTO

04.05.2025 / 11:47
Rusiyada özbəklərlə kobud rəftar Daşkəndi hərəkətə gətirdi - rus səfir XİN-ə çağırıldı…

04.05.2025 / 11:24
Trampın müşaviri İsrail üçün işləyirdi?

04.05.2025 / 10:42
Netanyahu Azərbaycana gələsi olmadı

04.05.2025 / 10:35
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verdi

04.05.2025 / 10:18
Medvedevdən Zelenskiyə təhdid kimi xəbərdarlıq - Kiyev mayın 10-nu görməyəcək...

04.05.2025 / 09:24
Zelenski Moskvada 9 May mərasiminə qatılacaq dünya liderlərini açıq şəkildə hədələdi - sizə heç bir zəmanət vermirik

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər - FOTO/YENİLƏNDİ

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678