Putin Ukraynaya mülki hədəflərə hücumların qarşılıqlı dayandırılmasını təklif etdi...

Rusiya prezidenti Vladimir Putinin mülki infrastruktur obyektlərinə hücum etməməklə bağlı təklif irəli sürüb. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, bu Putinin Ukrayna münaqişəsi ilə bağlı yeni təkliflərindən biridir.
Peskovun sözlərinə görə, Putin mülki hədəflərə hücumların dayandırılması məsələsinin ikitərəfli səviyyədə də müzakirə oluna biləcəyini bəyan edib və bu təkliflə Ukrayna tərəfi ilə birbaşa danışıqları nəzərdə tutub.
Qeyd edək ki, Putin Moskvada Rusiya Milli Sərgi Mərkəzində çıxışı zamanı deyib ki, mülki infrastruktura hücum etməmək təklifi nəzərdən keçirilməlidir. Bununla belə, o, Kiyev administrasiyasının mülki obyektlərdən hərbi məqsədlər üçün istifadə etdiyini iddia edib: "Restoranlarda toplantılar keçirir, yığıncaqlar, məclislər, şənliklər təşkil edir, araq içirlər... Bu mülki hədəfdir? Bəli. Amma məqsədi nədir? Hərbi".
TAHİR