Bazar ertəsi günü, 5 may 2025
     

Arkadi Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi - Serj Sarkisyan və Arkadi Ter-Tadevosyan...

Image

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 21-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və digərlərini təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı, faciə zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə məqsədli şəkildə məhv edilmələri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavab veriblər.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında Xocalıda törədilənlər haqqında ilk dəfə 1992-ci ilin fevralında “rəsmi məlumatlar” verilməsi nəticəsində məlumat aldığını bildirərək deyib: “O zaman faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi”. O, dinc əhalinin qətlini pislədiyini də vurğulayaraq qeyd edib: “Bu qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir”.

A.Qukasyan Xocalı soyqırımı zamanı qondarma rejimə rəhbərliyi Artur Mkrtçyanın, hərbçilərə rəhbərliyi isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyanın etdiyini bildirib. Əlavə edib ki, həmin vaxt yeni formalaşan “özünümüdafiə qüvvələri”nin rəhbəri Serj Sarkisyan idi. O, daha sonra deyib: “Bütün müharibələrin əleyhinəyəm. Amma bu baş verirsə, müharibə qanunları gözlənilməlidir”.

Təqsirləndirilən şəxs Bako Sahakyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırarkən Xocalı hadisələri ilə bağlı dərin və təfsilatlı məlumata malik olmadığını iddia edib. O, məhkəmədə nümayiş olunan videomateriallara və sənədlərə işarə edərək bildirib: “Bu qədər təfsilatlı bilmirdim. Amma bu, mənim mövqeyimi dəyişmir. O vaxt da, indi də bu cür hadisələri pisləyirəm”.

Təqsirləndirilən şəxs Xocalı soyqırımında keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı barədə eşitdiyini, sonradan Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın həmin alayda xidmət etdiyini bildirib.

Təqsirləndirilən şəxs David İşxaynan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Xocalı soyqırımı ilə bağlı görüntülərdə yer alanların vəhşilik olduğunu deyib. O, hadisələr zamanı qondarma rejimdə “deputat” olduğunu söyləyib.

Təqsirləndirilən şəxs David Babayan isə dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən Xocalı soyqırımı və Xocalının işğalı hadisələrinin iştirakçısı olmadığını bildirib. O deyib ki, Xocalı hadisələri zamanı məsələni güc yolu ilə həll etmək istəyənlər məqsədlərinə çatıblar. “Bu əməliyyatda müxtəlif qruplar iştirak edib”, - deyə o vurğulayıb.

D.Babayan onu da deyib ki, hətta qondarma rejimdə "Xocalının azad edilməsi uğrunda" medalı “təsis” olunub.

Zərərçəkmiş şəxslərin nümayəndəsinin “Əgər Ermənistanın iddia etdiyi kimi, Xocalı soyqırımı zamanı dinc sakinlərin çıxmaları üçün dəhliz var idisə, niyə onların getməsinə imkan verilməyib, Arkadi Qukasyanın da məhkəmədə dediyi kimi, yüzlərlə azərbaycanlı Xankəndiyə aparılıb” sualına isə D.Babayan cavab verə bilməyib. Əvəzində, o, “Uşaqlara, dinc sakinlərə qarşı edilənlərə necə bəraət vermək olar?! Bu, barbarlıqdır” deyib.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında Xocalı hadisələrini Birinci Qarabağ müharibəsinin ən böyük faciəsi hesab etdiyini bildirib. O, qondarma rejimdə Xocalı əməliyyatı ilə bağlı müzakirələr olmadığını iddia edib və deyib: “Məsələn, Şuşa əməliyyatı ilə bağlı bir neçə kitab yazılıb. Ona görə də bilirik ki, orada kimlər iştirak edib, necə olub. Xocalı əməliyyatı ilə bağlı isə müzakirələr aparılmayıb. O vaxt başlıca hərbi rəhbər Arkadi Ter-Tadevosyan idi. Yəqin ki, Xocalıda hərbi əməliyyatlar onun göstərişi və razılığı ilə keçirilib”.

A.Harutyunyan deyib ki, istənilən halda bu, bağışlanmaz bir faciə idi.

Daha sonra məhkəmədə “Memorial” İnsan Hüquqları Mərkəzinin 1992-ci il fevralın 25-26-da Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabat sənədi tədqiq edilib.

Təşkilatın hesabat sənədində bildirilir ki, erməni hərbçiləri tərəfindən Xocalının işğal olunması ilə nəticələnən əməliyyat zamanı əhalinin kütləvi qətlləri, insan haqlarının milli zəmində pozulması halları baş verib.

“Xocalı Ermənistanın hərbçiləri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya edildi. Bu əməllər mütəşəkkil formada həyata keçirildi”, - deyə sənəddə qeyd edilib.

Sənədə görə, deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanılıb ki, bu da qondarma rejim “hakimiyyət”inin bu barədə müvafiq əmrinin olduğunun aşkar göstəricisidir.

Dinc əhalinin kütləvi şəkildə qırılmasına heç bir halda haqq qazandırıla bilməz.

“Memorial” İnsan Hüquqları Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı Ermənistanın Qarabağdakı dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyalarına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin müvafiq maddələrinə kobud qaydada ziddir.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin olunub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

ZÜMRÜD



VİDEO

SON XƏBƏRLƏR

05.05.2025 / 18:32
Tramp hansı əsasla 9 Mayı yox, 8 mayı qələbə günü sayır...

05.05.2025 / 18:18
Xarici turistlər hələ də Bakıdan regionlara çıxmaq istəmir... Az qala 80 faiz...

05.05.2025 / 18:04
Rus səfir "müdrik" sözü altında erməni cəmiyyətini hakimiyyətə "təzyiqlərə" çağırdı...

05.05.2025 / 17:51
Mühacirətdə “Arsax hökuməti” qurulur - biz niyə Qərbi Azərbaycan hökuməti qurmayaq?!..

05.05.2025 / 17:43
Azər Badamovun Moskvadan deportasiya edilməsi həm də Heydər Əliyevin anım tədbirlərinə qarşı təxribatdır…

05.05.2025 / 17:33
Bu ölkələri hara aparırlar? - Aydın Quliyev yazır

05.05.2025 / 17:18
Ermənistan ABŞ-da uduzduğunu anladı - ili 50 min dollara lobbi təşkilatı tutdular...

05.05.2025 / 17:04
Bu faktlar olmasaydı, azərbaycanlı deputatın Moskvadan deportasiyası təsadüf sayılardı...

05.05.2025 / 16:50
Tramp Aİ liderlərini biabır etdi – “Putin telefonlarına cavab vermir, mənə yalvarırlar ki…"

05.05.2025 / 16:41
Sosial şəbəkələrdə vətəndaşları aldadıb 51 min manatını ələ keçirən dələduzlar yaxalandı

05.05.2025 / 16:35
Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edildi

05.05.2025 / 16:34
İtaliyada qalmaqal: “Uşaq qatilləri” adlandırılan israilli cütlük restorandan qovuldu

05.05.2025 / 16:30
Bakıda işıqforlara LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələri quraşdırıldı

05.05.2025 / 16:26
Xarici İşlər Nazirliyinin əsasnaməsi təsdiqləndi

05.05.2025 / 16:04
Naxçıvanda Azərbaycan XİN Aparatının müvafiq idarəsi yaradılır

05.05.2025 / 15:55
Prezident İlham Əliyev “Sosial xidmət haqqında” qanunda dəyişikliyi təsdiqlədi

05.05.2025 / 15:55
Hindistan Pakistana qarşı iki ölkə arasındakı münaqişəni körükləyən təxribatcı addım atdı

05.05.2025 / 15:50
“Feldyeger rabitəsi haqqında” qanunda dəyişiklik edilib

05.05.2025 / 15:36
Sumqayıtda səsboğuculara qəsdən müdaxilə edən moped və motosiklet sürücüləri saxlandı

05.05.2025 / 15:23
Məhkəmədə Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı vidematerial nümayiş etdirildi

05.05.2025 / 14:47
Məhkəmədə Serj Sarkisyanın və Movses Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olundu

05.05.2025 / 14:34
"Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir" - Əli Əsədov

05.05.2025 / 14:28
ABŞ mediası: “Vaşinqton ABŞ-ın Yəməndəki itkilərini ört-basdır etdi”

05.05.2025 / 14:26
Daşkənd Rusiyada vətəndaşlarının hüquqlarının pozulmasından narahatlığını bildirdi

05.05.2025 / 14:25
Putinin müharibəsinin dəhşətləri: "Son üç il boğazımıza keçirilmiş ilgək kimi oldu"

05.05.2025 / 14:24
Trampın etirafı: “Rusiya bütün Ukraynanı almaq istəyir”

05.05.2025 / 14:16
Simonyan Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham etdi...

05.05.2025 / 14:02
Şirvanda üzərində narkotik aşkarlanan şəxs həbs edildi

05.05.2025 / 14:00
Husilər İsraili hava blokadasına alır

05.05.2025 / 13:48
Bu dərmanlar pulsuz olacaq - hazırlıq gedir...

05.05.2025 / 13:22
Polis Ağdamda əməliyyat keçirdi - iki qardaş həbs edildi

05.05.2025 / 13:10
Tramp Səudiyyədə Putinlə görüşə bilər...

05.05.2025 / 12:35
Prezident Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayırıb

05.05.2025 / 12:26
Bir həftədə 1 400 hektardan çox ərazi minalardan təmizlənib

05.05.2025 / 12:10
Bu hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq- AÇIQLAMA

05.05.2025 / 12:00
Xətai rayonunun bu əraziləri işıqsız qalacaq - XƏBƏRDARLIQ

05.05.2025 / 11:23
Putin –Tramp ittifaqı dağılır...

05.05.2025 / 11:19
Ermənistanın müdafiə naziri Afinaya gedib

05.05.2025 / 11:12
Sumqayıtda dönərxanada nöqsanlar aşkarlandı - AQTA məlumat yaydı

05.05.2025 / 11:06
Kiberdələduzlar iş başında - bank kartlarından 46 min manat oğurlanıb

05.05.2025 / 11:00
"Avroviziya 2025"-in Azərbaycandan olan şərhçiləri açıqlandı

05.05.2025 / 10:30
Ukraynadan Moskvaya PUA hücumu - 26 PUA məhv edildi

05.05.2025 / 10:23
Bu tədbirlərin icrası istiqamətində işlər aparılır - nazir

05.05.2025 / 10:20
Şəhid atası meşədə itkin düşüb

05.05.2025 / 10:14
Abşeronda "Mercedes" yanıb

05.05.2025 / 10:07
"Qarabağ"ın 15 yaşlı futbolçusundan mövsümün rekordu!

05.05.2025 / 10:00
Bu həbsxana 62 ildən sonra bərpa edilir - Tramp GÖSTƏRİŞ VERDİ

05.05.2025 / 09:42
"Kurtlar Vadisi Pusu"nun aktyoru vəfat edib

05.05.2025 / 09:31
Belarusun Baş naziri Bakıya yola düşüb

05.05.2025 / 09:26
Gədəbəy sakini dəm qazından ölüb

05.05.2025 / 09:20
Tramp bunu da etdi - xarici filmlərə 100 faiz vergi tətbiq olunacaq!

05.05.2025 / 09:12
"Fənərbaxça" öz meydanında "Beşiktaş"a uduzdu

05.05.2025 / 09:06
Zaqatalada " Mercedes" ağaca çırpılıb, sürücü ölüb

05.05.2025 / 09:00
“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi olub

05.05.2025 / 00:34
Putinin ondan sonra Rusiya prezidentliyinə namizədi kim olacaq? - Rus lider açıqladı, ancaq...

04.05.2025 / 23:27
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

04.05.2025 / 22:36
Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib - FOTO

04.05.2025 / 21:03
Araik Arutunyan Bakı məhkəməsində Qərb "demokratlarını" ifşa etdi...

04.05.2025 / 20:37
Leyla Əliyeva və Arzu Əliyeva həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi ilə tanış olublar - FOTO

04.05.2025 / 20:15
Şaraa Samir Şərifovu qəbul etdi

04.05.2025 / 18:12
Yerli mobil şəbəkə operatorları adından vətəndaşlara qarşı dələduzluq - DİN xəbərdarlıq etdi...

04.05.2025 / 17:20
Türkiyədə ŞOK OLAY... Ana müxalifət partiyası liderinin sifətinə yumruqla vurdular - FOTO

04.05.2025 / 16:23
Tramp Roma Papasının geyimində taxtda oturdu

04.05.2025 / 15:48
Yəmən husiləri Ban-Qurion şəhərinə hücum etdi

04.05.2025 / 15:34
Azərbaycan XİN deputatın Moskva hava limanında saxlanması ilə bağlı Rusiyadan izahat istədi...

04.05.2025 / 15:10
Netanyahunun Bakıya səfəri Türkiyənin hava məkanını bağlaması üzündən baş tutmadı

04.05.2025 / 14:41
Deputat Azər Badamov Moskva aeroportunda saxlandı və deportasiya edildi

04.05.2025 / 13:36
Leyla Əliyeva və Arzu Əliyeva Ordubadda... - FOTO

04.05.2025 / 13:10
“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşdi - FOTO

04.05.2025 / 11:47
Rusiyada özbəklərlə kobud rəftar Daşkəndi hərəkətə gətirdi - rus səfir XİN-ə çağırıldı…

04.05.2025 / 11:24
Trampın müşaviri İsrail üçün işləyirdi?

04.05.2025 / 10:42
Netanyahu Azərbaycana gələsi olmadı

04.05.2025 / 10:35
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verdi

04.05.2025 / 10:18
Medvedevdən Zelenskiyə təhdid kimi xəbərdarlıq - Kiyev mayın 10-nu görməyəcək...

04.05.2025 / 09:24
Zelenski Moskvada 9 May mərasiminə qatılacaq dünya liderlərini açıq şəkildə hədələdi - sizə heç bir zəmanət vermirik

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər - FOTO/YENİLƏNDİ

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678