Vardanyanın AŞPA vəkili Bakıdakı məhkəmə prosesinə böhtan atdı...

Akif Nağı: “Saakyanın dediklərinin heç bir əsası yoxdur, irəli sürdüyü aqrumentlər absurddur”
Avropa İnsan Haqları Məhkəməsində erməni məhbusların maraqlarının müdafiəçisi, vəkil Siranuş Saakyan NEWS.am-a müashibəsində əsassız fikirlər səsləndirib və Ruben Vardanyanın işi üzrə dinləmələrinin mətbuatda guya təhrif olunduğunu iddia edib.
S.Saakyan iddia edib ki, Ruben Vardanyanla bağlı hansısa alternativ məlumatı onun ailəsinin işə götürdüyü şəxsi vəkil vasitəsilə əldə etmək mümkün olsa da, guya digər məhbusların belə bir imkanı yoxdur. Məhkəmə guya müstəqil media və ekspertlərin iştirakı olmadan keçirilir, guya verilən məlumatlar qərəzli olur. Deyib ki, Arkadi Qukasyanın və ya başqasının verdiyi ifadəni guya etibarlı hesab etmək olmaz. İddia edib ki, Azərbayan mediası məhkəmə zalında baş verənləri guya təhrif olunmuş şəkildə təqdim edir. “Azərtac”ın prosesdə iştirakı onları bərk narahat edir və bu agentliyin yaydığı informnasiyaları qaralamağa çalşırlar.
İddia edir ki, xəbərlərin guya qərəzli olduğunu Ruben Vardanyanın şəxsi vəkili Abraham Berman da “təsdiqləyib”.
Onun açıqlamasından aydın görsənir ki, ermənilərin və onların Avropa təsisatlarındakı tərəfdarlarının məqsədi obyektiv və beynəlxalq hüquq normalarına uyğun, yerli qanunlar əsasında keçirilən məhkəməyə ləkə yaxmaq, Azərbcaycana şər-böhtan atmaqdır.
Çünki Saakyan əsassız olaraq iddia edir ki, guya ermənilərin dilindən məhkəmədə ifadələri biz quraşdırırıq, guya Azərbaycan tərəf özü bu ifadələri hazırlayır. Bu qədər ağ yalan olmaz. Axı onlar vəkillə, tərcüməçi ilə təmin olunub, onlara hər cür şərait yaradılıb. Onlar sərbəst şəkildə ifadə verirlər və iştirak etdikləri cinayətləri etiraf edirlər, o cinayəti təşkil edənlərin və digər iştirakçıların adlarını çəkirlər. Bu halda hansı ifadənin quraşdırılmasından söhbət gedə bilər.
“Bu da onların qərəzindən, qeyri-obyektivliyindən xəbər verir”
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində erməni tərəfi müxtəlif yollarla Bakıda gedən məhkəmə prosesindən Azərbaycana qarşı istifadə etmək istəyirlər. “Onların məqsədi müxtəlif ağır cinayətlərdə ittiham edilən şəxsləri müdafiə etmək deyil, onlardan istifadə edib ortaya hansısa mövqe qoymaqdır, Azərbaycanla bağlı mənfi rəy formalaşdırmağa nail olmaqdır. Saakyanın müsahibəsindən də görüdüyü kimi, o, Bakıda ittiham olunan guya “hərbi əsirlərin” vəkilidir, beynəlxalq məhkəmədə guya onların hüquqlarını müdafiə edir, onları təmsil edir. Onun orda hansı formada təmsil olunduğu da bilinmir. Amma müsahibəsində bildirir ki, guya hansısa qaydalar pozulur, beynəlxalq konvensiyaya guya əməl olunmur, o Azərbaycanı ittiham etməyə çalışır. Azərbaycan bütün məsələlərdə şəffaflığı gözləyir. Saakyanın dediklərinin heç bir əsası yoxdur, irəli sürdüyü aqrumentlər absurddur.
Mətbuatın məhkəmədə iştirakı ilə bağlı ittiham səsləndirib. Əgər orta çoxlu sayda mətbuat iştirak etsəydi əksinə məhkəmə prosesinin mahiyyəti daha çox təhrif olunardı, kimlərsə bundan öz qərzəli məqsədləri üçün istifadə edərdi. Bütün dünyada bu tip məhkəmələr adətən qapalı keçirilir. Amma Azərbaycan tərəf burda da irəliyə tərəf addım ataraq məhkəməni qapalı keçirmir, nümayəndələr iştirak edirlər, kim istəyirsə iştirak edə bilər, orda xüsusən də zərərçəkənlər iştirak edirlər. Xaricdən də kimsə istəyirsə gəlib o prosesdə iştirak edə bilər, səfirliklərin nümayəndələri də həmçinin. Azərbaycan o prosesdə kimlərinsə iştirakına qadağa qoynmur. Məhkəmədə dövlət mətbuatı “Azərtac”ın iştirak etməsi yenə də deyirəm, Azərbaycan tərəfindən böyük güzəştdir. Çünki dünyada belə məhkəmələr qapalı keçir. ABŞ-da da, Avropa ölkələrində də bu cür məhkəmələr qapalı keçirilir ki, məhkəmədə həm obyektivlik daha çox təmin olunsun, həm ittiham olunanlar mətbuatdan sui -istifadə edə bilməsinlər, çünki bəzi müttəhimlər publikadan, mətbuatdan öz maraqları üçün sui-istifadə edə bilərlər. Yəni dünyada belədir. Amma Azərbaycan güzəştə gedir və mətbuatın iştirakını təmin eidr və burda “Azərtac” iştirak edir. “Azərtac” məhkəmədın kifayət qədər əhatəli, obyektiv, qərəzli məlumatlar verir, digər mətbuat orqanları da o materiallardan istifadə edir. Yəni bu məsələdə Azərbaycanı ittiham etməyə haqqı yoxdur.
Digər tərəfdən, Ermənistan özünün dünəninə baxıb görsün ki, azərbaycanlıların üzərində hansı məhkəmələri qururdu, məhkəmə necə gedirdi? Azərbaycandan girov götürdükləri şəxslərin üzərində qurduqları məhkəmələri yada salsınlar. Onda bu hüquq müdafiəçiləri, bu hay-küy salanlar, Fransanın vəkillər kollegiyası harda idi, o zaman niyə bəyanatla çıxış etmirdi? İndi bəyantla çıxış edir. Saakyan şikayət edir ki, niyə Fransadan “nümunə” götürüb başqa ölkələrin vəkilləri də çıxış etmirlər? Çünki başqa ölkələrin vəkilləri buna əsas görmürlər, bir fakt yoxdur. Fransanın strukturları, eləcə də vəkilləri fakt olmaya-olmaya qərzəli mövqedən çıxış etməyə öyrəşiblər. İndi də heç bir fakt olmadığı halda yalandan cığır-bağır salırlar. Başqa ölkələr öz mövqelərinə hörmətlə yanaşırlar ki, ortada fakt olsa onun əsasında çıxış edə bilərlər.
Ermənistan girov götürdüyü azərbaycanlıların üzərində qurduğu məhkəməli niyə yada salmırlar? Dilqəmlə Şahbazın üzərində ermənilər hansı bir məhkəməni qurmuşdular, məhkəmə hansı təzyiqlər altında gedirdi, onları Şuşa türməsində hansı şəraitdə saxlayırdılar? Şuşa azad olunandan sonra gedib gördük ki, o adamlar orda hansı şəraitdə saxlanılıblar. O dəhşətli türməni ancaq azərbaycanlılar üçün saxlamışdılar. Yəni faşist Almaniyasının əsir düşərgələrində, konslagerlərində, əm əzablı düşərgələrində o şərait olmayıb. Bunlar onu görməyiblər, indi Azərbaycana qarşı ittiham səsləndirir. Bu da onların qərəzindən, qeyri-obyektivliyindən xəbər verir”.
A.Nağı qeyd etdi ki, Azərbaycan ittiham olunan şəxslərin məhkəməsində vəkillərin iştirakına şərait yaradır. Vardanyanın vəkili Abraham Bermanın məhkəməd iştirak etdiyini deyən A.Nağı qeyd etdi ki, başqaları da vəkil tuta bilərlər və Azərbaycanın qətiyyən maneçiliyi yoxdur. “Necə ki, Abraham Bermana şərait yaradıb digərilərinə də şərait yarada bilər ki, məhkəməd iştirak etsinlər. Amma yalan, həqiqətə uyğun sözlər danışmasınlar. Bermana o şərait yaradılıb, amma əlində heç bir fakt olmaya-olmaya giya içəridə kiçik nəsə olub və mətbuat da bunu yazmayıb. Nə vardı ki orda? Orda mahiyyətli nə var idi ki, onu mütləq mətbuat yazmalı idi? Bermanın çıxıb nəsə deməyinin heç əhəmiyyəti yoxdur. Bu məhkəmənin adi qaydasdıdır ki, hansısa iddianı təmin edə, hansınısa etməyə bilər. Yəni erməni tərəf o proseslə bağlı süni ajeotaj yaradırlar və müəyyən fikirlər yaratmağa çalışırlar. Amma bunların heç bir əsası yoxdur. Erməni tərəf böhtan atmaqda, qara yaxmaqda davam edirlər və onların bu qərəzli hərəkətləri məhkəmədən sonrakı dövrə hazırlığa yönəlib. Onlar məhkəmədən sonra Azərbaycana qarşı hansısa proses başlatmaq məqsədi güdürlər. İndidən onun üçün olan olmayan, əsasən də qərəzli materailları cəmləşdirirlər, onları bu gün ictimailəşdirirlər, beynəlxalq ictimai rəyə yeritməyə çalşırlar ki, sabahy bunları üst-üstə qoysunlar və Azərbaycana qarşı hansısa bir ittiham səsləndirsinlər, yaxud məhkəmənin qərarlarını kölgəyə salmağa çalışsınlar. Məqsədləri ondan ibarətdir.
Hesab edirəm ki, Azərbaycan istənilən məsələni sübut etməyə hazırdır. Sabah erməni tərəfi ortaya hansısa ciddi bir məsələni qoya bilməzlər. Hansısa instansiyaya müraciət edərlərsə Azərbaycan da öz nümayəndələri vasitəsilə tam şəkildə faktları ortaya qoyub onların dediklərinin əsassız olduğunu sübut etməyə hazırdır. Çünki bütün hüquq normalarına, beynəlxalq insan haqqları ilə bağlı nornativlərə, konvensiyalara tam şəkildə əməl etməklə bu prosesi aparır və ittiham olunanların da danışdıqları, verdikləri izahlarlar onların özlərinə aiddir, burda hansısa təhrifdən, təzyiqdən söhbət gedə bilməz. Onlar bir-birinə qarşı ittihamlar səsləndirir, bir-birinin günahını ortaya qoyurlar. Belə bir şəraitdə onların Azərbaycanı günahlandırmaqda haqqı yoxdur. əgər onların azacıq da olsa haqq-ədaləıt prinsipləri qalıbsa onlar məsələyə obyektiv yanaşmalıdırlar ki, bu admaların hər biri hərbi canidir və Azərbaycan xalqına qarşı çox dəhşətli cinayətlərdə iştirak ediblər. Onlar utanmadan cinbayətkarları müdafiə edirlər. onları təmizə çıxarmağa çalşşırlar. Bu dünya praktikasında görünməmiş bir haldır ki, fakt ola-ola ittiham olunanlar müdafiə olunsun. Bunlar 30 il ərzində bir-birini əvəz edərək Azərbaycana qarşı ən ağır cinayətləri təşkil ediblər, ən ağır cinayətlərdə iştirak ediblər. Bunu kim dana bilər? Bu barədə ortada yüzlərlə fakt var. Bunu görmək istəmirlər və Azərbaycana xalqına qarşı cinayət, terror törətmiş şəxsləri açıq-aşkar müdafiə etməyə çalşırlar. Hesab edirəm ki, bu beynəlxalq huquqa ermənilər və onların tərəfdarları tərəfindən vurulan çox ağır bir zərbədir. Hər kəs də bunu görür. Cinayəti, cinayətkarı müdafiə edənlərin bu qərəzli nümunələrindən bütün dünya görəcək ki, artıq beynəlxalq hüquq yoxdur, ədalət yoxdur və onlar yalnız özlərinin qərzəli mövqeyindən çıxış edirlər. Hesab edirəm ki, bu prosesin əsas nəticələrindən biri də o olacaq” - deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA