Trampdan Rusiya və Ukraynaya “böyük ticarət” təklif... Bunu edin sərvət qazanın...

ABŞ prezidenti Donald Tramp sosial mediada Pasxa bayramı ilə əlaqədar müvəqqəti atəşkəs tətbiq edən Rusiya və Ukrayna arasında razılaşmanı təşviq edən paylaşım edib.
Tramp iki ölkəyə böyük ticarət təklifi edib. Tramp gələn həftə sülh sazişi imzalayacağı təqdirdə hər iki ölkənin ABŞ-la iş görmək imkanının olacağını və bu əməkdaşlıqdan ciddi gəlir əldə edə biləcəklərini bildirib.
"Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər. Bundan sonra hər iki ölkə ABŞ-la böyük iş görməyə başlayacaq. ABŞ inkişaf edir, onlar bu işdən sərvət qazanacaqlar", - Tramp bildirib.
Lakin o, bu sazişin hansı şərtlərlə bağlanacağı barədə ətraflı məlumat verməyib.
ABŞ dövlət katibi Marko Rubio ötən həftə bildirib ki, Birləşmiş Ştatlar Ukraynadakı münaqişə “daha çox həftələr və ya aylar” çəksə, vasitəçi rolundan imtina edə bilər.
TAHİR