ABŞ Ukrayna ilə mədən sazişi imzalamaqda israrlıdır, ancaq axtardıqlarını Ukraynada tapıb-tapmayacağı məlum deyil...

Ukrayna ilə ABŞ arasında planlaşdırılan strateji faydalı qazıntılar sazişi məsələsində paradoks var. İspaniyanın “El Mundo” qəzeti yazır ki, Ukraynanın həqiqətən də Vaşinqtonun axtardığı nadir minerallara və enerji resurslarına malik olub-olmadığı məlum deyil.
ABŞ-ın xüsusi nümayəndəsinin keçmiş müavini Tayson Barkerin sözlərinə görə, Ukrayna neft, təbii qaz, litium və qrafit kimi ehtiyatlara malik olsa da, onlar dünyanın ən böyük ehtiyatları sırasında deyil.
Barker vurğulayıb ki, bu məsələdə əsas amil ölkənin səth sahəsidir, lakin bu böyüklük keyfiyyətli və iqtisadi cəhətdən çıxarıla bilən ehtiyatlar demək deyil.
Mütəxəssislər Tramp administrasiyasının sovet dövrünə aid 1980-ci illərdən qalma geoloji hesabatlara əsaslandığını və bu məlumatların aktuallığının mübahisəli olduğunu vurğulayırlar.
TAHİR