Zelenski Putinin başlatdığı 30 saatlıq atəşkəsi uzatmağı təklif etdi - ən azı 30 gün…

Ukrayna prezidenti Zelenski istənilən atəşkəsə və ya hücuma eyni məntiqlə və qarşılıqlı şəkildə reaksiya verəcəklərini deyərək Putinin başlatdığı Pasxa atəşkəsini təsdiqləyib.
Zelenski bildirib ki, əgər Rusiyanın elan etdiyi Pasxa bayramında 30 saatlıq atəşkəs faktiki həyata keçirilərsə, onun müddəti uzadıla bilər. “Əgər tam atəşkəs əldə olunarsa, Ukrayna bunu Pasxa bayramından sonra da davam etdirməyi təklif edir”, - deyə Zelenski öz “Telegram” kanalında bildirib.
“30 saatın sadəcə manşetlər üçün yetərli olduğunu” deyən Zelenski, əsl inamın yaradılmasının ən azı 30 gün davam edəcək atəşkəslə mümkün olacağını vurğulayıb.
TAHİR