Suriyanın yeni hakimiyyəti neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycandan kömək istədi...

Suriya və Azərbaycan prezidentləri həftəsonu Türkiyədə keçirilən ilk görüşdə Bakının Suriyanın neft və qaz sektorunun bərpasında hansı rol oynaya biləcəyini müzakirə ediblər. Suriya lideri Əhməd əl-Şaraa Antalya Diplomatik Forumu çərçivəsində İlham Əliyevlə görüşüb və Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonrakı durumla bağlı danışıqlar aparıb. Müzakirələrdən xəbərdar olan mənbə bildirib ki, Suriya hökuməti Azərbaycanın dövlət neft şirkəti Socar-ın Suriyanın şimal-şərqində, əsasən də ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) yaraqlı qruplaşmasının nəzarətində olan ərazidə neft və qaz yataqlarının işlənməsinə kömək etməkdə maraqlıdır.
Suriya hökumətinə yaxın olan ikinci mənbə deyib ki, Suriya hər bir regional oyunçu ilə tarazlığı saxlamaq istəyir: “Həm Türkiyənin, həm də Azərbaycanın neft və qaz yataqlarının istismarına cəlb edilməsi, İsrail məsələsində təhlükəsizliyi təmin edəcək”.
Yanvar ayında SOCAR-ın Türkiyə bölməsinin baş direktoru Elçin İbadov şirkətin Suriyanın enerji sektorunda iştirak etməyə hazır olduğunu açıqlamışdı.
Surxay Əliyev