Putin atəşkəs elan etdi - bütün hərbi əməliyyatlar dayandırıldı...

Rusiya prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar Ukraynada müharibədə birtərəfli atəşkəs elan edib.
Bildirilir ki, Rusiya aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-a kimi bütün cəbhə boyu hərbi əməliyyatları dayandırmağa qərar verib.
Ukraynadan da analoji addım gözlədiklərini ifadə edən Putin, təxminən bu 3 günlük müddət ərzində bütün qanun pozuntularına və təxribatlara qarşı hazır olacaqlarını bildirib.
TAHİR