Bazar ertəsi günü, 12 may 2025
     

"Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Liderin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir" - Vüqar Rəhimzadə

Image

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.

Ümummilli Lider bu fikirləri ilə hər bir xalqın, dövlətin tanıdılmasında, varlığını təsdiqləməsində dilin böyük rola malik olduğunu bir daha sübut edir. Əbəs yerə deyilmir ki, bir xalqı, milləti məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini əlindən al. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinin, təbliğinin prioritet məsələlər sırasında olduğunu görərik. Buna əmin olmaq üçün Azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Bu fakt məlumdur ki, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 1930-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. O vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində Ümummilli Lider Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Onu da qeyd edək ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ümummilli Lider bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da Azərbaycan dilinə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti mövqeyini “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu, reallıqdır” fikirləri ilə ifadə etdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.

Milli Məclisin deputatı bildirib ki, Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olub. Ümummilli Liderin 2001-ci ilin 18 iyun tarixində imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, ilk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdi. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Həmçinin Ulu Öndərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanı əsasında hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Təbii ki, atılan hər bir addım Azərbaycanın uğurlu gələcəyinə hədəfləndi. Bu baxımdan son 21 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin dilimizin qorunması istiqamətində həyata keçirdiyi tədbirləri, atdığı uğurlu addımları xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı 2018-ci ildə Azərbaycan dili ilə bağlı iki mühüm sənəd imzaladı. Onlardan biri “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam oldu. Digər sənəd isə Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı haqqında” Fərmanı idi. Hər iki sənəd Azərbaycan dilinin bu günü və gələcəyi naminə atılan uğurlu addım olmaqla yanaşı, ümumilikdə müasir müstəqil Azərbaycan dövlətinin, xalqının təqdimatı idi. Həmişə azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyev böyük qürur hissi ilə qeyd edirdi ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir.

Vüqar Rəhimzadə qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı millətimizin varlığı və qürur mənbəyi olan dövlət dilini ürəkdən sevməli, sevdirməli və bu dildə danışmağı ilə fəxr etməlidir. Ümummilli Lider Heydər Əliyevin “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan” fikirləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilməlidir. Dilimizi sevək, qoruyaq, gələcək nəsillərə çatdıraq. Bu gün hər birimiz qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, yeni dövrə qədəm qoyan Azərbaycanın vətəndaşı olduğumuz üçün qürurluyuq. Dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Bu çağırış özündə azərbaycançılığın əsas tərkib hissəsi olan dilimizə sevgini ehtiva edir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

12.05.2025 / 16:29
Rusiya İstanbul görüşünə Ukraynanın tam təslim olması tələbilə gedir – Moskvaya istədiyi hər şeyi verməlidirlər...

12.05.2025 / 15:55
"Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər" - Zərərçəkmiş

12.05.2025 / 15:33
Koçaryan və ailə üzvlərinin var-dövləti müsadirə olunur - prokuror siyahı açıqladı...

12.05.2025 / 15:30
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edildi

12.05.2025 / 15:29
Prezident İlham Əliyev İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibində dəyişiklik etdi

12.05.2025 / 15:24
Azərbaycan və Somali arasında müdafiə sahələrində əməkdaşlıq Sazişi təsdiqləndi

12.05.2025 / 15:14
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

12.05.2025 / 14:33
Nəsimi dələduzluq və soyğunçuluq edənlər yaxalandı

12.05.2025 / 14:15
Gəncədə yaşayış binasında partlayış - ölən var... - VİDEO

12.05.2025 / 13:57
Bakıda avtoşluq edən motosiklet sürücüləri həbs olundu

12.05.2025 / 13:44
ABŞ irandan nüvə obyektlərinin sökülməsini istədi, Tehrandan da rədd cavabı gəldi...

12.05.2025 / 13:41
Rəcəb Tayib Ərdoğanın böyüklüyü ondadır ki... – Emin Həsənli

12.05.2025 / 13:38
Terror təşkilatından QƏRAR - fəaliyyətini dayandırdı

12.05.2025 / 13:30
Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirildi...

12.05.2025 / 13:21
Məhkəmə ilk dəfə cinayət işləri üzrə mediasiya yolu ilə barışıq sazişi əsasında şəxsi çəkilməmiş cəzadan azad etdi

12.05.2025 / 13:10
Гос. Путин, попробуйте изучить историю войны заново! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

12.05.2025 / 12:53
Ceyhun Bayramov Bəhreyn vəliəhdi ilə görüşdü

12.05.2025 / 12:16
“Trampın HƏMAS-la əlaqəyə girməsi Nitanyahunu dəliyə döndərdi ”

12.05.2025 / 12:05
PKK silahı buraxır – bəs siyasi mübarizəni necə?

12.05.2025 / 12:00
Türkiyənin müdafiə naziri Bakıya gəlir - TƏCİLİ

12.05.2025 / 11:43
Məzahir Pənahov Türküstana səfər edib

12.05.2025 / 11:33
Mbappe "Real"da əsrin rekorduna imza atdı!

12.05.2025 / 11:22
Şərurda bir evdən 22800 dollar oğurlanıb

12.05.2025 / 11:18
Rusiyalı nazir müavini ümid edir - Sumqayıtda müştərək sənaye parkının işə salınacağına...

12.05.2025 / 11:12
Avropa İttifaqı və Böyük Britaniya birgə müdafiə paktı elan edəcək

12.05.2025 / 11:08
Suren Papikyan Berlinə gedib - silah şirkətləri ilə görüşəcək

12.05.2025 / 11:03
Rusiyanın qələbəsini arzulayan içimizdəki manqurtlara sərt cavab - CANLI

12.05.2025 / 11:03
12 min manatlıq naqil oğurlayanlar həbs olundular

12.05.2025 / 10:27
“Ukraynada atəşkəs və döyüşlərə son qoymaq ABŞ-ın əsas prioritetidir”

12.05.2025 / 10:20
Kiberdələduzluq bitmir - 2 gündə bank kartlarından 13 min manatdan çox pul oğurlanıb

12.05.2025 / 10:18
PKK özünü ləğv etdi - TƏCİLİ

12.05.2025 / 10:14
“Barselona”- “Real” derbisində tarixi rekord

12.05.2025 / 10:05
Həm Çin, həm də ABŞ yumşalır - yeni ticarət razılaşması hazırlanır...

12.05.2025 / 10:00
İsrail Qəzzada məktəb binasını bombalayıb, 15 nəfər ölüb

12.05.2025 / 09:30
“Qətər Tramp üçün ABŞ tarixində ən qiymətli hədiyyə - "Uçan saray" hazırlayır”

12.05.2025 / 09:20
Xırdalanda motosiklet yanıb

12.05.2025 / 09:17
Moskvada 9 may paradına rəsmi Antihitler koalisiyasından bircə üzv dövlət də qatılmadı....

12.05.2025 / 09:13
İngiltərə nəhəngləri üçün "qara gecə" - hər üçü uduzudu..

12.05.2025 / 09:08
Göyçayda güclü yanğın - tövlə, avtomobil və ot bağlamaları kül oldu...

12.05.2025 / 09:03
Ceyhun Bayramov Bəhreyn Krallığına səfərə gedib

12.05.2025 / 08:58
Zelenski cümə axşamı Putini Türkiyədə “duelə” çağırdı

11.05.2025 / 22:06
Putin saxtalaşdırdı, Ermənistana "qəhrəman" dedi... - VİDEO

11.05.2025 / 20:33
Üç günlük döyüş tarixə Pakistanın qəhrəmanlıq salnaməsi kimi düşdü

11.05.2025 / 20:15
Tramp Hindistan və Pakistana Kəşmir məsələsinin həll yolunu tapmağı təklif etdi

11.05.2025 / 15:28
Peyk görüntüləri Hindistanın iddialarını təkzib etdi

11.05.2025 / 15:16
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan 3 iranlı saxlandı, biri özünü çaya atdı...

11.05.2025 / 15:11
Pakistan Hindistan üzərində qələbəsini elan etdi

11.05.2025 / 14:55
Kamal Kılıçdaroğlunun paylaşımını iqtidaryönlülər dəstəklədi, müxaliflər qınadı

11.05.2025 / 14:35
Ağdamın Kəngərli kəndinə birinci mərhələdə 292 ailə köçürüləcək...

11.05.2025 / 14:26
Zelenski Putinin İstanbulda görüş təklifinə cavab verdi – öncə 30 günlük atəşkəs, sonra...

11.05.2025 / 13:30
Putin Ermənistanı faşizm üzərində Qələbənin "əsas qəhrəmanı" adlandırdı... Azərbaycanın adını çəkmədi - İlham Əliyev düz etdi...

11.05.2025 / 13:12
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib

11.05.2025 / 12:57
Öcalan video zəng vasitəsilə konqresə qatıldı

11.05.2025 / 12:34
Pakistan və Hindistan bir-birlərini atəşkəsi pozmaqda ittiham etdi

11.05.2025 / 11:42
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi

11.05.2025 / 10:16
Putin Ukraynaya mayın 15-də İstanbulda danışıqlara başlamağı təklif etdi...

11.05.2025 / 09:50
Tramp Putinlə görüşün çox çətin olduğunu açıqladı – O, hər şeyi istəyir…

10.05.2025 / 23:32
Sovet kosmik gəmisi yerə çırpıldı: “Dünya rahat nəfəs aldı”

10.05.2025 / 23:25
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Ağdama səfərdən görüntülər paylaşdı - VİDEO

10.05.2025 / 23:11
Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazır olduğunu bildirdi

10.05.2025 / 20:27
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışladı...

10.05.2025 / 20:15
“Qarabağ, can Qarabağ, ana yurdum!” - Prezidentin Ağdama səfərindən səmimi görüntülər - VİDEO

10.05.2025 / 18:45
Prezident: "Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik"

10.05.2025 / 18:39
"Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur" - Prezident İlham Əliyevdən mühüm mesaj

10.05.2025 / 18:20
Prezident: "Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər"

10.05.2025 / 18:12
"Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir" - Prezident

10.05.2025 / 17:48
Pakistan və Hindistan atəşkəs barədə razılığa gəldi

10.05.2025 / 17:11
Medianın İnkişafı Agentliyinin kollektivi Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib - FOTO

10.05.2025 / 16:21
Prezident İlham Əliyev: "İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək"

10.05.2025 / 16:10
"Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük" - Prezident

10.05.2025 / 16:07
Ukraynaya genişmiqyaslı hava hücumu gözlənilir - ABŞ səfirliyi xəbərdarlıq etdi…

10.05.2025 / 15:53
Prezident Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib - FOTO

10.05.2025 / 15:45
ABŞ İsrailin iştirakı olmadan Qəzzaya humanitar yardım çatdıracaq

10.05.2025 / 15:34
Prezident Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub - FOTO

10.05.2025 / 15:31
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib - FOTO

10.05.2025 / 15:25
Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışı oldu - FOTO

10.05.2025 / 15:20
Prezident İlham Əliyev Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub - FOTO

10.05.2025 / 15:15
Prezident Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub

10.05.2025 / 14:42
Ceyhun Bayramovdan Rusiyanın vurduğu AZAL təyyarəsilə bağlı açıqlama - istintaqın başa çatmasını gözləyirik

10.05.2025 / 14:27
Gərginlik artır... Pakistan Hindistanın təcəvüzünə darmadağınla cavab verir!

10.05.2025 / 14:15
Pakistan "nüvə həddinin pozulmasının" qarşısını almağa çağırdı

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678