ABŞ-dan Avropaya təklif – atəşkəs qarşılığında Rusiyaya qarşı sanksiyalar yumşaldıla bilər...

ABŞ Rusiya ilə Ukrayna arasında sülh sazişinə zəmin hazırlamaq üçün avropalı müttəfiqlərinə bəzi təkliflər təqdim edib. “Bloomberg” xəbər verir ki, döyüşlərə son qoyulması və daimi atəşkəs olacağı təqdirdə Moskvaya qarşı sanksiyaların yumşaldılmasını nəzərdə tutan şərtlər də təkliflər arasında yer alır.
Avropa rəsmilərinin bildirdiyinə görə, ABŞ-ın planının konturları cümə axşamı Parisdə keçirilən görüşlərdə paylaşılıb.
Plana görə, münaqişə faktiki olaraq dondurulacaq və hazırda Rusiyanın nəzarətində olan Ukrayna əraziləri Moskvanın əlində qalacaq. Bundan başqa, Kiyevin NATO-ya daxil olmaq hədəfi də gündəmdən çıxarılacaq. Rəsmilər danışıqların məxfiliyinə görə əlavə məlumat verməkdən imtina ediblər.
TAHİR